Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1222/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB Cavabdeh qarşı dəymiş maddi zərərin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1555,2 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 136,47 manat pulun və 36,92 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1728,59 manat pulun cavabdehdən tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində, AKX-03999xx/xx-2022 saylı “Qaz paylaycısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavlə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********11480 nömrəli abonent kodu verilmiş, fərdi yaşayş evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 1555,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2022-ci ilin iyun-dekabr ayları üzrə 264,72 manat sərfiyyat borcu və limitdən əlavə 80,48 manat sərfiyyat borcu, 2023-ci ilin yanvar-may ayları üzrə 468,02 manat sərfiyyat borcu və limitdən əlavə 94,23 manat sərfiyyat borcu, cəmi 907,45 manat sərfiiyat borcu qalmışdır. 2022-ci ilin iyun ayından 2024-cü ilin yanvar ayına qədər cavabdeh 770,98 manat məbləğində ödəniş etmişdir. Əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 136,47 manat borcu (debitor borc) da qalmışdır. Cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümumi 1691,67 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra borc üzrə ödənişlərin olması səbəbindən, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1399,3 manat məbləğində zərərin və 36,92 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1436,22 manat pulun cavabdehdən tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X2 yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə sübutları tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş: Paylayıcı İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-03999xx/xx-2022 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır; xx.xx.2023-cü il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu **********11480) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış və sayğacda zavod plonbunun üzərində kənar izlərin olması müəyyən edilmişdir; xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən İddiaçı İB-nin əməkdaşları tərəfindən Cavabdeh məxsus ünvanda (abonent kodu **********11480) təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış və metrologiya departamentinin rəyinə əsasən sayğaca baxış keçirilmiş, sayğacın plonbunun üzərində cızıq izlərinin olması müəyyən edilmişdir. Aktın imzalanmasından istehlakçının imtina etdiyi göstərilmişdir; Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, cəmi 12960 m3 itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması barədə tapşırıq verilmişdir; Abonentin saldosundan görünür ki, Cavabdeh (abonenti kodu **********11480) akta əsasən 1555,2 manat qalan hissəsi sərfiyyat borcu olmaqla, cəmi 1691,67 manat məbləğində borcu vardır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh məxsus mənzil İddiaçı İB tərəfindən qazla təmin edildiyindən, o, xx.xx.2022-ci il tarixli AKX-03999xx/xx-2022 nömrəli müqavilə üzrə istehlakçı kimi qeydiyyata alınmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus ünvanda (abonent kodu **********11480) təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, sayğacda zavod plonbunun üzərində kənar izlərin olması aşkar edilmiş, bununla əlaqədar həmin tarixdə akt tərtib edilmişdir. Cəmi 1555,2 manat zərər hesablanmışdır. Həmçinin cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi 136,47 manat debitor borcu yaranmışdır. Mülki işin məhkəmə baxışı gedişində cavabdehin istehlakçı hesabı üzrə ödənişlər etmiş və nəticədə cavabdehin debitor borcu qalmamış, zərər isə 1399,3 manat məbləğ təşkil etmişdir. Məhkəmə iddianın İddiaçı İB-yə vurulmuş zərərin ödənilməsinə dair tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İddiaçı əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonent kodu **********11480) təbii qazdan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə aşkar edilmiş, bununla əlaqədar həmin tarixdə aktlar tərtib edilərək, cavabdehə 1555,2 manat ödəniş hesablanmışdır. Mülki iş icraatda olan zaman cavabdeh tərəfindən edilmiş və hazırda iddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehdən 1399,3 manat məbləğində ödəniş tələb edir. Beləliklə hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı cavabdehdən yaşayış sahəsi üzrə qazın verilməsi xidmətlərindən istifadə nəticəsində yaranmış borcun ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının müvafiq hüququnu pozmuşdur. Belə ki, iddiaçı tərəfindən müvafiq xidmətlərin göstərilməsi istehlakçı tərəfindən göstərilən xidmətlərin müqabilində müqaviləyə əsasən və dövlət tərəfindən müəyyən edilmiş ödəniş tariflərinə uyğun olaraq xidmət haqqı və digər ödənişlərin həyata keçirilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1399,3 manat məbləğində zərərin və 36,92 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1436,22 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119, 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1399,3 manat məbləğində zərərin və 36,92 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1436,22 manat məbləğində pul tutularaq İddiaçı İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1222/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1222/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver