Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1239/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı X9 nümayəndəsi və vəkili Nümayəndə, ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X9 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, Cavabdeh X10 qarşı mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və cehiz əşyaların çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 Valeh Raffaq oğluna qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4-dən istifadə hüququ tanınmaqla, həmin mənzilə azyaşlı övladları ilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə ailə həyatı qurmuşlar, rəsmi nikah da həmin vaxtı qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X11 anadan olmuşdur. Ailə qurduqdan sonra cehiz əşyalarını da yerləşdirməklə Cavabdeh mülkiyyət hüququ ilə məxsus Bakı ş., Nərimanov ray., Çəmənzəminli küç.,ev 9, m.25 ünvanına gəlin köçərək, cavabdehlə münasibətləri pozulan günə kimi həmin ünvanda yerləşən mənzildə yaşamışdır. Cavabdeh ilə əvvəllər münasibətləri yaxşı olsa da, sonralar ailədə münaqişələr baş verdi. Övladlarına görə bir müddət dözsə də, artıq evdəki münasibətlər dözülməz bir həddə çatmışdır. Tərəflər arasında olan ər-arvadlıq münasibətləri tam pozulmuşdur. Bundan sonra da artıq cavabdeh ilə bir ailədə yaşaya bilməyəcəyindən ondan boşanmaq qərarına gələrək, nikahın ləğvi üçün məhkəməyə müraciət etməli oldu. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Qəniyeva (Əliyeva) Fidan İlqar qızı arasında Bakışəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 05 oktyabr 2011-ci il tarixdə 1494 saylı qeydi ilə bağlanmış nikah qeydinin ləğv edilməsi, 23 sentyabr 2012-ci il təvəllüdlü X12 və 27 fevral 2015-ci il təvəllüdlü X7 anası Qəniyeva (Əliyeva ) Fidan İlqar qızının yanında saxlanılması, xx.xx.2020-ci il tarixdən başlayaraq, 23 sentyabr 2012-ci il təvəllüdlü X12 və 27 fevral 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pulməbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Yuxarıda qeyd edildiyi kimi ailə qurduğu vaxtdan etibarən Bakı ş., Nərimanov ray., Çəmənzəminli küç.,ev 9, m.25 ünvanında yaşamışdır. Təhqirlər və təziqlər tab gətirə bilməyib həmin vaxt məcburiyyət qarşısında gəlin köçüb yaşadığı evdən çıxmalı oldu. X4 və övladlarının daimi yaşamaq üçün başqa yeri olmadığı üçün istifadə hüququ olduğu Bakı ş., Nərimanov ray., Çəmənzəminli küç.,ev 9, m.25 ünvanına istifadə hüququnun tanınmaqla köçürülmə haqda iddia qaldırmaq məcburiyyətində qaldı. Hal-hazırda cehiz əşyaları həmin mənzildədir. İstifadə etmək hüququnu pozmaqla cavabdehlər nəinki X9, hətta azyaşlı övladlarının belə hüquqlarını kobudcasına pozmuşlar. Cavabdeh X10 qarşı mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və cehiz əşyaların çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" haqqında iddia tələbin təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna kompensassiya verilmədən xitam verilməsi haqqında" Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)- 2819/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının verilməsi tələbinə dair iddiası üzrə qeyd olunan "cehiz əşyalarını həmin mənzildən çıxarması haqqında" İddiaçı üzərinə öhdəlik qoyulması haqqında qarşılıqlı iddia tələbi təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-1101/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 05 oktyabr 2011-ci il tarixli,1494 saylı Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması və birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetknlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 250 manat cəmi 500 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi iddia tələbi qismən təmin olunmuşdur. Məhkəmə aliment hissədə qismən yəni 175 manat hər uşaq üçün cəmi hər ay iki uşaq üçün 350 manat alimentin məbləğini təyin etməklə, iddiaçı iddia qalan hissədə tələb etdiyi kimi iddianı təmin etmişdir. İddiaçı qeyd etmişdir ki, yaşadığı mənzili özü tərk etmiş və valideynlərin evində yaşayır. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh qeyd etmişdir ki, nikahdan əvvəl 2010-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəmənli küçəsi, ev 9, 25 saylı mənzili özü almışdır. Nikaha daxil olarkən 2011-ci ilin axırlarında azərbaycan xalqının ənənələrinə uyğun olaraq İddiaçı gəlin qismində öz mənzilinə köçürmüşdür. Nikahdan iki övladı dünyaya qəlmişdir. 2020-ci ildə Cavabdeh ağır vəziyyətdə (Covid 19 diaqnozu ilə) ölümcül vəziyyətdə xəstəxanaya düşərkən, arvadı İddiaçı onu atmış, 2020-ci ilin dekabr ayının əvvəlində uşaqlarını götürüb, mənzili könüllü tərk etmiş və Valehə bildirmişdir ki, uşaqları ilə ünvan 2 ünvanda öz valideynlərin mənzillərinə qayıtmış, orda yaşayır və heç vaxt Valehin mənzilinə və yanına qayıtmayacaq. xx.xx.2020-ci il tarixdə məhkəməyə nikahın pozulmasına və s. dair tələbi ilə müraciət etmişdir. Valehin xəbəri olmadan nikah ləğv olunmuşdur. Ondan sonra İddiaçı məhkəmələrə əvvəl nikahın pozulması, alimentin tutulması, uşağların onun yanında qalması, sonra isə cehizlərin və pul tələbi ilə iddia ərizələri ilə müraciət etmiş, və istəmələrinə qismən nail olmuşdur. Hazırda İddiaçı uşaqları ilə ünvan 3 ünvanda öz valideynlərin mənzillərində yaşayır. Nikahın ləğvinə dair Fidan xanımın iddia ərizəsində həmin yaşadığı ünvan qeyd olunur. Onun və uşaqların həmin mənzildən istifadə hüquqları yaranmışdır. Ona görə də, 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Qərarına əsasən, köçürülməsinə dair iddia etdiyi mənzildən onun istifadə hüquqlarına kompensasiya verilmədən xitam verilməlidir və İddiaçı qeyd olunan məhkəmə qətnaməsi ilə öz cehiz əşyalarını həmin mənzildən çıxarmalıdır. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülməsinə dair iddiası təmin olunmamalıdır. Beləliklə, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təmin olumalıdır. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, X3 ünvandan məcburiyyət qarşısında qalaraq çıxmış, valideynlərinin evində qalmışdır. Tərəflər arasında məhkəmə mübahisələrinin çoxolması səbəbindən mənzildən çıxan vaxtdan qısa müddət sonra hazırki iddia tələbini vermək imkanı olmamışdır, bu səbəbdən də indi verə bilmişdir. İlk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil X9 uzun müddət öz sərbəst iradəsi ilə başqa ünvanda yaşamasının onun bu mənzilə ehtiyacı olmadığının göstəricisi olduğunu bildirərək, ilk iddia tələbinin rədd qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2819/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü və cehiz əşyalarının verilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə qismən təmin olunmuşdur. Qətnaməyə əsasən cavabdehdən cehiz əşyalarının və ya olmadığı təqdirdə onun pul ekvivalentinin alınması hissəsində iddia təmin, qalan hissədə isə rədd edilməlidir. Məhkəmə hesab etmişdir ki,cehiz əşyalarının iddiaçı tərəfindən nikaha daxil olmamışdan əvvəl əldə edilməsi mülki iş üzrə mübahisəsiz şəkildə təsdiq edilmiş, eyni zamanda cavabdeh də bunu inkar etmədi. Bu səbəbdən həmin əşyalar iddiaçıya məxsus olduğundan cavabdehdən alınaraq, olmadığı təqdirdə isə onların pul əvəzi iddiaçıya verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2819/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının2(102)-5521/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən vətəndaşın əmlak məlumatlarından çıxarışdan aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi,ev 9, 25 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, X16 ünvan 4 ünvanında xx.xx.2018-ci il tarixdən yaşamır. Tərəflərin izahatları və işin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2011-ci ildə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi,ev 9, 25 saylı mənzil nikahdan əvvəl Cavabdeh tərəfindən alınmışdır (2010-cu ildə) və onun tam payda xüsusi mülkiyyətidir. Tərəflər nikaha daxil olduqdan sonra X16 öz əşyaları ilə birlikdə həmin ünvana köçmüş, tərəflərin birgə nikahından iki övladı olmuşdur. Daha sonra münasibətlərin pisləşməsi səbəbindən 2020-ci ilin dekabr ayında həmin ünvandan çıxaraq valideynləri ilə birlikdə yaşamışdır. Bundan sonra X16 nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1101/2021 saylı qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 X9 himayəsində qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Daha sonra X16 cehiz əşyaların qaytarılması və əmlak bölgüsünə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəf arasında olan əmlak və cehiz mübahisələrinə birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələrində baxılmışdır. Hazırda isə X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanından məcburiyyət qarşısında qalaraq çıxdığını bildirir və bu ünvana köçürülməsini xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 olaraq mənzili tərk etdiyini, yaşayış üçün bu mənzilə ehtiyacı olmadığını, həmin mənzildə 2018-ci ildən yaşamadığını bildirir və qarşılıqlı iddianın təmin edilərək kompensasiya verilmədən X9 mənzildən istifadə hüququna xitam verilməsini və cehiz əşyaların mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, mənzildən istifadə hüququ ilə əlaqədar tərəflər arasında münasibət 2011-ci ildə yaranmış və həmin münasibət 2021-ci ilə qədər davam etmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, mənzildən istifadə hüququnun yaranması üçün notariatda təsdiqlənmiş yazılı razılaşmanın olması tələb olunsa da, 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsində keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması və saxlanması ilə əlaqədar fərqli müddəalar nəzərdə tutulmuşdur. İddiaçı mənzilin mülkiyyətçisi Cavabdeh razılığı ilə mənzildə 2020-ci ilin dekabr ayına qədər yaşamaqla yaşayış sahəsindən faktiki istifadə davam etdiyindən məhkəmə hesab edir ki, onların arasında Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq yeni münasibətlər yaranmışdır. Qüvvədə olan Mənzil Məcəlləsinə görə mənzildən istifadə hüququnun yaranması üçün yazılı razılaşma tələb olunmur. Belə olduqda məhkəmə hesab edir ki, mənzildən istifadə hüququ ilə əlaqədar tərəflər arasında yaranmış münasibətlər Mənzil Məcəlləsinin müəyyən etdiyi normalara uyğun həll edilməlidir. İddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vulki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 114-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. Göstərilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh keçmiş arvadı olduğundan onun yaxın qohumu olmuşdur. İddiaçının ailə üzvü qismində mübahisəli mənzilə köçdüyündən və onun evə köçürülməsi zamanı hər hansı başqa qeyd-şərt nəzərdə tutulmadığından iddiaçı və onun yetkinlik yaşlarına çatmamış uşaqları mübahisəli mənzildən evin mülkiyyətçisi cavabdehlə birlikdə istifadə hüququna malikdir. İddiaçının yetkinlik yalarına çatmamış uşaqları mübahisəli mənzildə yaşamış olduqlarından, onlar mübahisəli mənzildən istifadə hüququna malikdirlər. Buna görə də iddiaçı və onun yetkinlik yaşlarına çatmamış uşaqlarının mübahisəli mənzilə buraxılmaması qanunsuzdur. Məhkəmə eyni zamanda, X9 mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməməsinə dair cavabdeh tərəfin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfin göstərilən dəlilləri əsassızdır. Cavabdeh tərəf məhkəmə iclasında iddiaçı X9 başqa mülki iş üzrə şahid qismində dindirilərkən mübuhisəli mənzildən 2018-ci ildən etibarən çıxması barədə ifadə verdiyini bildirmişdir. Bu halın araşdırıması üçün məhkəmə 2(005)1238/2023 saylı mülki işin audiovideosuna tərəflərin iştirakı ilə baxış keçirmişdir. Həmin iclasda X16 ünvan 4 ünvanından 2020-ci ilin dekabr ayından çıxdığını bildirmişdir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, istifadə hüququ mülkiyyət hüququnun tərkib hissəsi olduğundan, X9 iddiasını əsaslandırdığı halların hüquqi tövsüfü kimi Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə istinad etməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən də konkret işlərə baxılaraq, məhkəmələr üçün preyudisial əhəmiyyət daşıyan qərarlar qəbul edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. ...Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır”. Həmin qərarında Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqelərini “S.Süleymanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında da vurğulamış və mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququnun mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yarandığını qeyd etmişdir. Göründüyü kimi, qanunvericilik mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələrindən aslı etmişdir. Lakin, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında “etibarlı ailə əlaqələri” olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Qeyd edilən Məcəllənin 9.4-cü maddəsinə əsasən, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Göründüyü kimi, qanunvericilik yalnız müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) bağlanmış nikah tanıyır və ərarvadın bir-biri qarşısında hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında rəsmi nikaha daxil olmaqla onların bir-biri qarşısında hüquq və vəzifələri də yaranmış, tərəflər arasında “etibarlı ailə əlaqələri” olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilin mülkiyyətçisi Cavabdeh olduğundan, övladları onun yaxın qohumudur. Buna görə də ailə üzvüdür. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən mübahisəli mənzildən, həmin mənzilin mülkiyyətçisi Cavabdeh ilə bərabər istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmə Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi mənzildə yaşayıb və hazırda keçmiş həyat yoldaşı onun burada yaşamasına maneçilik törədir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilən şəxsin mənzil və digər bu kimi yerlər üzərində hər hansı hüququ olmasın. Məhkəmə hesab edir ki, X16 ünvan 4 ünvanından könüllü olaraq deyil, yaranmış ailə münaqişəsi zəminində çıxdığından onun qeyd edilən mənzilə olan istifadə hüququndan məhrum edilməsi qeyri-qanunidir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına əsasən X9 ünvan 4-dən istifadə hüququ tanındığından, qarşılıqlı iddiaçı tərəfindən isə qarşılıqlı iddianın əsaslı olmasına dair hər hansı sübut təqdim edilə bilmədiyindən qarşılıqlı iddia təmin edilməməlidir. Qarşılıqlı iddia ərizəsi ilk iddia tələbinin tam təmin olunmasının aradan qaldırmasına yönəldiyindən, ilk iddia təmin olunduğu halda, qarşılıqlı tələbi araşdırmağı məhkəmə zəruri hesab etmir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də qarşılıqlı iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. X16, himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə birlikdə Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi,ev 9, 25 saylı mənzilə istifadə hüququ tanınmaqla köçürülsün. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1239/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1239/2023
01.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver