Məhkəmə qərarları › İş №e-2(005)-1244/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1244/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1244/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X6 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən avtomobilə vurulmuş 12810 manat məbləğində zərər pulu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 129 manat məbləğində olan dövlət rüsumu, ümumilikdə 12939 manat pulun tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **- PK-*** olan, sedan tipli, buraxılış ili 2015, rəngi ağ olan “DONG FENG 30” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 31 avqust 2021-ci il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən hazırki mülki iddia tələbi üzrə Cavabdeh ilə İddiaçı MMC arasında **-PK-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2015, rəngi ağ olan “DONG FENG 30” marka modelli xidməti avtomaşının 31 avqust 2021-ci il tarixindən verildiyi vaxtdan 28 (iyirmi səkkiz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **- PK-*** qeydiyyat nişanlı avtomobil 19 aprel 2021-ci il tarixində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Düyərli kəndi ərasizisindən keçən 418-ci km-də baş vermiş yolnəqliyyat hadisəsi zamanı aşmışdır. Qəzanın Cavabdeh günahı ucbatından törədildiyi YNHDİÜ-nün İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı polis kapitani Nemət Cəfərov tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli protokolda da öz əksini tapmışdır. Cavabdeh tərəf hadisə ilə bağlı İstintaq və Təhqiqat şöbəsinin rəisi Polis polkovniki Vüqar Əhədova verdiyi yazılı izahatda da avtomobilin aşdığını təsdiq etmişdir. Baş vermiş bu yolnəqliyyat hadisəsindən sonra avtomobil aşdığı üçün istifadəyə yarasız vəziyyətə gəlmişdir. Bu yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına 12810 manat məbləğində ziyan dəymişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müracət edilərək Cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Cavabdehə ünvanlanmış olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq da təsdiq edir. Həmin xəbərdarlıqdan sonra da cavabdeh tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Cavabdehdən avtomobilə dəymiş 12810 (on iki min səkkiz yüz on manat) manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 129 (yüz iyirmi doqquz) manat məbləğində, ümumilikdə 12939 manat pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli 888/İ saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsinə əsasən, İcarəyəverən qanuni əsaslarla ona məxsus olan 2015-ci il buraxılışlı, “Dong Feng S30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, avtomobili icarəyə verir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 06/0905/LİZ saylı maliyyə lizinqi müqaviləsindən görünür ki, bir ədəd 2015-ci il buraxılışı olan “Dong Feng S30” markalı, mühərrik 00 52903, ban 316808 nəqliyyat vasitəsini və və öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli razılaşmadan görünür ki, lizinq obyektinin sublizinqə verilməsi ilə bağlı gələcəkdə baş verə biləcək səbəbindən asılı olmayaraq bütün hallara görə “Lizinq alan” tam şəkildə məsuliyyəti heç bir mübahisə etmədən və tələb irəli sürmədən öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən "xxxx" MMC-yə məxsus “Dong Feng S30” markalı avtomobil müştəriyə təhvil verilib. İş materiallarında olan xx.xx.2021-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, HK-1-306 nömrəli material üzrə xx.xx.2021-ci il tarixdə saat 03:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçən 418-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı aşmış olan Dong Feng S30 markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şəmkir RPŞ-nin DYPB-nin cərimə meydançasında baxış keçirilmişdir. Baxış zamanı avtomobilin ağ rəngli olması, avtomobilin ön, sol yan. və dam hissəsinin əzilməsi, ön təkərlərin oxu ilə birgə yerindən çıxması. ön və arxa şüşələrin sınması müəyyən olundu. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4379 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Dong Feng S30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10335,00 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PK-*** olan, “Dong Feng S30” markalı avtonəqliyyat vasitəsi Cavabdeh xx.xx.2020-ci il tarixli 888/İ saylı Nəqliyyat vasitəsinin İcarə müqaviləsi ilə icarəyə verilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **-PK-*** qeydiyyat nişanlı avtomobildə hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı “Texniki-Təmir” Servis Xidməti tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, **-PK-*** olan, “Dong Feng S30” markalı avtomobilə ziyan dəymişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4379 saylı rəyi ilə 2015-ci il buraxılışlı “Dong Feng S30” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10335,00 manat müəyyən edilmişdir. İddiaçı hazırda ona dəymiş ziyanı tələb edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla sübuta yetmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə mübahisələndirilən hissə dəymiş maddi ziyanın məbləğidir. Belə ki, iddiaçı təqdim etdiyi qüsur aktına əsasən 12939 manat olduğunu əsas gətirərək, həmin vəsaitin ona ödənilməsini tələb edir. Ancaq keçirilmiş və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər 10335 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının avtomibilinə dəyən zərər ümumilikdə 10335 manat müəyyən edilməklə, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 10335 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 129 manat dövlət rüsumu cavabdedən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə onu qeyd edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası xərci Cavabdeh 100 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 10335 manat pul və 129 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri X1 100 manat məbləğində pul tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar