Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-125/2024 16.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı xxxxnın nümayəndəsi Nümayəndə Firudin oğlunun iştirakı ilə, İddiaçı xxxxnın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinin ipoteka predmetinin dəyərindən tutulması, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzildən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı xxxx cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsinin ipoteka predmetinin dəyərindən tutulması, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması və mənzildən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********69914/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzilə (1-ci İpoteka predmeti) və xx.xx.2014cü il tarixli **********69914/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh6 məxsus olan ünvan 1 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 (üç) otaqlı 89 nömrəli mənzilə (2-ci İpoteka predmeti) tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Borcalan Cavabdeh6 xx.xx.2014-cü il tarixli **********69914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 151 549,10 (bir yüz əlli bir min beş yüz qırx doqquz ABŞ dolları 10 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 15 545,98 (on beş min beş yüz qırx beş ABŞ dolları 98 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 19 121,33 (on doqquz min bir yüz iyirmi bir ABŞ dolları 33 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 46 527,57 (qırx altı min beş yüz iyirmi yeddi ABŞ dolları 57 sent) ABŞ dolları məbləğində penya, cəmi 232 743,98 (iki yüz otuz iki min yeddi yüz qırx üç ABŞ dolları 98 sent) ABŞ dolları və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın əvəzi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 (səksən) manat məbləğində çəkilmiş xərc İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 685,66 (altı yüz səksən beş manat 66 qəpik) manat məbləğində dövlət rüsumunun və 1,03 (bir manat 03 qəpik) manat məbləğində xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması, 1-ci İpoteka predmeti satıldıqdan sonra həmin yaşayış sahəsində yaşayan Cavabdeh1, Cavabdeh2, onların ailə üzvləri və digər şəxslər, 2-ci İpoteka predmeti satıldıqdan sonra isə həmin yaşayış sahəsində yaşayan Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3, onların ailə üzvləri və digər şəxslər müvafiq yaşayış sahələrini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin müvafiq yaşayış sahələrindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı (Kreditor) ilə Cavabdeh6 (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********69914 №-li Kredit müqaviləsinə əsasən sonuncuya 12 (on iki) ay müddətinə, kreditdən istifadəyə görə illik 18 % (on səkkiz faiz) ödənilməsi şərtilə 330 000 (üç yüz otuz min) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixdə Borc alanla iddiaçı arasında bağlanmış Kredit müqaviləsinə 01 №-li Əlavə Sazişə əsasən Kredit müqaviləsi üzrə mövcud borc öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında bağlanmış “xx.xx.2014cü il tarixli **********69914/İM-2 №-li İpoteka müqaviləsi”nin bağlanılması ilə bağlı Kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. xx.xx.2015-ci il tarixdə iddiaçı və Borc alan arasında bağlanmış “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması” barədə Əlavə sazişə əsasən isə kreditləşmə müddəti 12 (on iki) ay uzadılaraq xx.xx.2016-cı il tarixinə təyin edilmiş, Kredit müqaviləsi üzrə Borc alana verilmiş kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutası həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilmiş və kredit üzrə əsas borcun 330 000 (üç yüz otuz min) manat məbləğində qalığı 315 035,80 (üç yüz on beş min otuz beş ABŞ dolları 80 sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Daha sonra isə Kredit müqaviləsi üzrə Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli 03 №-li Əlavə sazişlə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsi 18%-dən 12%-ə endirilmiş, xx.xx.2016-cı il tarixli 04 №-li Əlavə Sazişlə kreditləşmə müddəti 24 (iyirmi dörd) ay uzadılaraq xx.xx.2018-ci il tarixinə təyin edilmiş və nəhayət, “mövcud borcun restrukturizasiyasına” dair xx.xx.2017-ci il tarixli 05 №-li Əlavə sazişlə kredit üzrə əsas borcun qalıq məbləği həmin tarixə (xx.xx.2017-ci il) 220811 (iki yüz iyirmi min səkkiz yüz on bir) ABŞ dolları məbləğində müəyyən edilmiş və kreditin qaytarılma müddəti xx.xx.2020-ci il tarixinədək müəyyən olunmuşdur. Borc alanın Kredit müqaviləsi (o cümlədən xx.xx.2014-cü il tarixli 01 №-li, xx.xx.2015-ci il tarixli “öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, xx.xx.2016-cı il tarixli 03 №li, xx.xx.2016-cı il tarixli 04 saylı və xx.xx.2017-ci il tarixli 05 saylı Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra birlikdə “Kredit müqaviləsi” adlandırılacaq) üzrə Borc alanın öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə:
1. İddiaçı, Borc alan və Cavabdeh1 arasında mülkiyyət hüququ əsasında sonuncuya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi,ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzilin (bundan sonra «1-ci İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********69914/İM-1 №-li İpoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2015-ci il tarixli “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, xx.xx.2016-ci il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra "xxxx" adlandırılacaq); 2. İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh6 arasında sonuncuya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 942/943, Məsud Əlizadə küçəsiev 18 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 (üç) otaqlı 89 nömrəli mənzilin (bundan sonra «2-ci İpoteka predmeti»; 1-ci və 2-ci İpoteka predmetləri birlikdə “İpoteka predmetləri” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********69914/İM-2 №-li İpoteka müqaviləsi (həmin müqaviləyə xx.xx.2015-ci il tarixli “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №li Əlavə sazişlərlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra “2-ci İpoteka müqaviləsi”; 1-ci və 2-ci İpoteka predmetləri birlikdə “İpoteka predmetləri” adlandırılacaq) bağlanmışdır. Bankın 1-ci İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. xx.xx.2015-ci il tarixli “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, xx.xx.2016-cı il tarixli 02 №li, xx.xx.2016-cı il tarixli 03 №-li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №-li, Çıxarışlar verilmişdir. Bankın 2-ci İpoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. xx.xx.2015-ci il tarixli “öhdəliyin valyutasının kovertasiyası və kreditləşmə müddətinin uzadılması barədə”, xx.xx.2016-cı il tarixli 02 №-li, xx.xx.2016-cı il tarixli 03 №li və xx.xx.2017-ci il tarixli 04 №-li Əlavə sazişlərlə edilmiş dəyişikliklərə uyğun olaraq ipoteka hüququnun əlavə qeydiyyatı aparılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq olaraq xx.xx.2015-ci il tarixli RX seriyalı ******* №-li, xx.xx.2016-ci il tarixli RX seriyalı ******* №-li, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* №-li və xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li Çıxarışlar verilmişdir. Cavabdeh6 Kredit müqaviləsinin 2.2-ci və 2.3-cü bəndlərinə və həmin müqavilənin 1 №-li Əlavəsi olan Ödəniş cədvəlinə əsasən hər ay bərabər məbləğdə ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh6 öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və kreditin qaytarılması müddətinin bitməsinə baxmayaraq əsas borca hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə Borc alanın Kreditor qarşısında 167 095,08 (bir yüz altmış yeddi min doxsan beş ABŞ dolları 08 sent) ABŞ dolları məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun da 151 549,10 (bir yüz əlli bir min beş yüz qırx doqquz ABŞ dolları 10 sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc, 15 545,98 (on beş min beş yüz qırx beş ABŞ dolları 98 sent) ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil edir. Bundan əlavə Borc alan kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən gecikdirilmiş məbləğə gecikdirmənin hər günü illik 15 % (on beş faiz) dərəcəsi penya ödəməlidir ki, bu da xx.xx.2023-cü il tarixinə 46 527,57 (qırx altı min beş yüz iyirmi yeddi ABŞ dolları 57 sent) ABŞ dolları təşkil edir. Bankın daxili qərarına əsasən kredit müqaviləsi üzrə cərimə faizlərinin hesablanması Borc alanın xeyrinə olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinə kimi dayandırılmışdır. İddiaçı tərəfindən «İpoteka haqqında» Qanunun 36-cı maddəsinə uyğun olaraq, Cavabdeh1 1-ci İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 1050 nömrəli bildiriş, Cavabdeh6 isə 2-ci İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 1049 nömrəli bildiriş göndərilmiş və iddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmetləri hesabına ödənilməsi üçün bu əmlak obyektlərinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka qoyulmuş əmlak obyektlərinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 1050 №-li və 1049 №-li bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli 1070 və 1069 nömrəli ərizələr ilə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciətlər edilmiş və həmin İdarə tərəfindən bildirişlərin qeydə alınması barədə müvafiq məktublarla Banka məlumat verilmişdir. İddiaçı tərəfindən cavabdehlərə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh6 arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bank kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2020-ci il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixinə kimi əldən çıxmış faydanın hesablanmasında illik 5 % (beş faiz) dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 19 121,33 (on doqquz min bir yüz iyirmi bir ABŞ dolları 33 sent) ABŞ dolları təşkil edir. İddiaçı hesab edir ki, məhkəmə hazırki iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetləri olan mənzillərə tutmanın yönəldilməsi ilə yanaşı, yaşayış sahəsinin satışından sonra həmin mənzillərdə yaşayan ipoteka qoyanların və onlarla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin 1 ay ərzində yaşayış sahəsindən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. 1-ci İpoteka predmeti olan mənzildə Cavabdeh1 və onun oğlu Cavabdeh2, 2-ci İpoteka predmeti predmeti olan mənzildə Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hazırda ailə üzvləri ilə birlikdə yaşamaları faktı müvafiq olaraq xx.xx.2014-cü il tarixli 140 №-li və xx.xx.2014-cü il tarixli 589-A №li arayışlarla (Forma 2) və Bank əməkdaşlarının keçirdikləri monitorinqlər ilə təsdiq olunur. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********69914/İM-1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzilə (1-ci İpoteka predmeti) və xx.xx.2014-cü il tarixli **********69914/İM-2 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh6 məxsus olan ünvan 1 ünvanında, 12 mərtəbəli binanın 5ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 (üç) otaqlı 89 nömrəli mənzilə (2-ci İpoteka predmeti) tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlak obyektlərinin satışından əldə olunan vəsaitlər hesabına Borcalan Cavabdeh6 xx.xx.2014-cü il tarixli **********69914 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında 143 249,10 (bir yüz qırx üç min iki yüz qırx doqquz ABŞ dolları 10 sent) ABŞ dolları məbləğində əsas borcu, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 15 045,98 (on beş min qırx beş ABŞ dolları 98 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 24 770,61 (iyirmi dörd min yeddi yüz yetmiş ABŞ dolları 61 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 63 475,40 (altmış üç min dörd yüz yetmiş beş ABŞ dolları 40 sent) ABŞ dolları məbləğində penya, cəmi 246 541,09 (iki yüz qırx altı min beş yüz qırx bir ABŞ dolları 09 sent) ABŞ dolları və xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın əvəzi, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 (səksən) manat məbləğində çəkilmiş xərc İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 709,12 (yeddi yüz doqquz manat 12 qəpik) manat məbləğində dövlət rüsumunun və 1,43 (bir manat 43 qəpik) manat məbləğində xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xxxxnın nümayəndəsi Nümayəndə Firudin oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı təqiq edilmiş: xxxx ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh6 12 (on iki) ay müddətinə, illik 18 (on səkkiz) faiz ödənilməsi şərtilə 330 000 manat məbləğinədə kredit verilmişdir. 27 oktyabr 2014-cü il tarixdə xxxx ilə Cavabdeh6 arasında bağlanmış, xx.xx.2014-cü il tarixli, **********69914 №-li Kredit müqaviləsinə 01 №-li Əlavə Sazişdən görünür ki, bu Sazişin predmetini Borc alanın Bank qarşısında Kredit müqaviləsinə əsasən mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında 27 oktyabr 2014-cü il tarixil **********69914/İM-2 №-li İpoteka müqaviləsinin bağlanılması ilə bağlı Kredit müqaviləsinə dəyişikliklərin edilməsi təşkil edir. 22 oktyabr 2015-ci il tarixdə xxxx ilə Cavabdeh6 arasında bağlanmış, xx.xx.2014-cü il tarixli, **********69914 №-li Kredit müqaviləsinə Kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə Əlavə Sazişdən müəyyən olunur ki, tərəflər Kredit müqaviləsinə əsasən Borc alana verilmiş kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasını həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevirmək (konvertasiya etmək), habelə Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 12 (on iki) ay, yəni 23 oktyabr 2016-cı il tarixinədək uzadılması barədə razılığa gəlmişlər. Sazişə əsasən Borc alanın kredit üzrə pul öhdəliklərinin Azərbaycan Respublikası Mərkəzi Bankının bu Əlavə sazişin tarixinə müəyyən eldiyi rəsmi məzənnə üzrə ABŞ dollarına konvertasiya edilməsi nəticəsində kredit üzrə əsas borcun 330 000 (üç yüz otuz min) manat məbləğində qalığı 315 035.80 (üç yüz on beş min otuz beş ABŞ dolları 80 sent) ABŞ dolları müəyyən edilmişdir. xxxx tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsinə Əlavə 1 Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Borcalan Cavabdeh6 xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsi üzrə 315 035,80 ABŞ dolları əsas, 56 863,99 ABŞ dolları faiz borcu olmaqla, cəmi 371 899,79 ABŞ dolları borcu yaranmışdır. 03 fevral 2016-cı il tarixdə xxxx ilə Cavabdeh6 arasında bağlanmış, xx.xx.2014-cü il tarixli, **********69914 №-li Kredit müqaviləsinə 03 №-li Əlavə Sazişdən görünür ki, tərəflər Kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı Kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. xxxx tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsinə Əlavə 1 Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Borcalan Cavabdeh6 xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsi üzrə 315 035,80 ABŞ dolları əsas, 28 878,30 ABŞ dolları faiz borcu olmaqla, cəmi 343 914,10 ABŞ dolları borcu yaranmışdır. 18 oktyabr 2016-cı il tarixdə xxxx ilə Cavabdeh6 arasında bağlanmış, xx.xx.2014-cü il tarixli, **********69914 №-li Kredit müqaviləsinə 04 №-li Əlavə Sazişdən görünür ki, tərəflər kredit müqaviləsi üzrə hesablaşma qaydası dəyişdirilməklə kreditin annuitet ödəniş şərtli kreditə çevrilməsi, habelə kreditləşmə müddətinin 24 (iyirmi dörd) ay, yəni xx.xx.2018-ci il tarixədək uzadılması ilə bağlı Kredit müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. xxxx tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsinə Əlavə 1 Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Borcalan Cavabdeh6 xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsi üzrə 315 035,80 ABŞ dolları əsas, 40 923,72 ABŞ dolları faiz borcu olmaqla, cəmi 355 959,52 ABŞ dolları borcu yaranmışdır. 13 dekabr 2017-ci il tarixdə xxxx ilə Cavabdeh6 arasında bağlanmış, xx.xx.2014-cü il tarixli, **********69914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair 05 №-li Əlavə sazişdən görünür ki, tərəflər Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında xx.xx.2017-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla əsas borc kateqoriyasına keçirilməsi və kredit borcunun qaytarılması üzrə yeni müddətin müəyyən olunması yotu ilə restrukturizasiyası barədə razılığa gəlmişlər. Həmçinin, Borc alan 220 811 (iki yüz iyirmi min səkkiz yüz on bir) ABŞ dolları məbləğində əsas borcunu xx.xx.2020-ci il tarixədək Banka qaytarmağı öz öhdəsinə götürür. xxxx tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsinə Əlavə 1 Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Borcalan Cavabdeh6 xx.xx.2014-cü il tarixli, **********69914 saylı Kredit müqaviləsi üzrə 220 811,00 ABŞ dolları əsas, 44 111,40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 264 922,40 ABŞ dolları borcu yaranmışdır. 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 №-li İpoteka müqaviləsindən görünür ki, İpoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzili Borc alan Cavabdeh6 xx.xx.2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədilə ipoteka saxlayan "xxxx" Bank ASC-nin xeyrinə yüklü etmişdir. 03 fevral 2016-cı il tarixdə tərəflər - Cavabdeh6 (Borcalan), Cavabdeh1 (İpoteka qoyan) və xxxx (İpoteka saxlayan) arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 №-li İpoteka müqaviləsinə 02 №-li Əlavə Sazişdən görünür ki, bu Sazişə əsasən İpoteka saxlayanla Borc alan arasında xx.xx.2014-cü il tarixli **********69914 №-li Kredit müqaviləsinə 03 fevral 2016-cı il tarixli 02 №-li Əlavə saziş bağlanmaqla, həmin müqaviləyə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı edilmiş dəyişikliklərin İpoteka müqaviləsində əks etdirilməsi barədə tərəflər razılığa gəlmişlər. 18 oktyabr 2016-cı il tarixdə tərəflər - Cavabdeh6 (Borcalan), Cavabdeh1 (İpoteka qoyan) və xxxx (İpoteka saxlayan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********69914/İM-2 №-li İpoteka müqaviləsinə 03 №-li Əlavə Sazişdən görünür ki, İpoteka saxlayanla Borc alan arasında xx.xx.2014-cü il tarixli **********60914 №-İi Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 24 (iyirmi dörd) ay uzadılaraq 48 (qırx səkkiz) aya çatdırılması və Kredit müqaviləsi üzrə hesablaşma qaydası dəyişdirilməklə kreditin annuitet ödəniş şərtli kreditə çevrilməsi ilə bağlı edilmiş dəyişikliklərin İpoteka müqaviləsində əks etdirilməsi barədə razılığa gəlmişlər. 13 dekabr 2017-ci il tarixdə xxxx ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********69914/İM-2 №-li İpoteka müqaviləsinə 04 №-li Əlavə Sazişdən görünür ki, İpoteka saxlayanla Borc alan arasında bağlanmış 23 oktyabr 2014-cü iİ tarixli **********69914 №-li Kredit müqaviləsinə (həmin müqaviləyə xx.xx.2014-cü il tarixli 01 saylı Əlavə, xx.xx.2015-ci il tarixli «Kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə» Əlavə, xx.xx.2016-cı il tarixli 03 saylı Əlavə və xx.xx.2016-cı il tarixli 04 saylı Əlavə sazişlərlə edilmiş dəyişikliklər redaksiyasında, bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) həmin müqavilə üzrə İpoteka saxlayan qarşısında xx.xx.2017-ci il tarixinə mövcud olan əsas borcunun, vaxtı keçmiş əsas borcunun, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış penyanın kapitallaşdırılmaqla əsas borc kateqoriyasına keçirilməsi və kredit borcunun qaytarılması üçün yeni müddətin müəyyən edilməklə kreditin restrukturizasiyasına dair xx.xx.2017-ci il tarixli 05 №-li Əlavə sazişin bağlanması ilə əlaqədar olaraq İpoteka müqaviləsinə dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər. 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 №-li İpoteka müqaviləsindən görünür ki, İpoteka qoyan Cavabdeh6 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 (üç) otaqlı 89 nömrəli mənzili xx.xx.2014-cü il tarixli, **********69914 saylı kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədilə İpoteka saxlayan "xxxx" Bank ASC-nin xeyrinə yüklü etmişdir. 22 oktyabr 2015-ci il tarixdə tərəflər - Cavabdeh6 ilə "xxxx" Bank ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 №-li İpoteka müqaviləsinə Kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə Əlavə sazişdən görünür ki, bu Sazişə əsasən tərəflər - ipoteka saxlayan və Borc alan arasında 23 oktyabr 2014-cü il tarixli **********69914 №-li Kredit müqaviləsinə Kredit üzrə öhdəliyin valyutasının konvertasiyası və kreditləşmə müddətinin uzadılması barədə xx.xx.2015-ci il tarixli Əlavə saziş bağlanması və həmin Əlavə sazişlə nəzərdə tutulmuş şərtlərlə və qaydada Kredit müqaviləsi üzrə Borc olana açılmış kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi), habelə qeyd edilən Kredit müqaviləsi üzrə kreditləşmə müddətinin 12 (on iki) ay, yəni xx.xx.2016-cı il tarixinədak uzadılması və ipoteka müqaviləsinin ilə bağlı dəyişikliklərin İpoteka müqaviləsində əks etdirilməsi barədə razılığa gəlmişlər. 03 fevral 2016-cı il tarixdə tərəflər - Cavabdeh6 ilə "xxxx" Bank ASC arasında bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 №-li İpoteka müqaviləsinə 02 №-li Əlavə Sazişdən görünür ki, bu Sazişə əsasən İpoteka saxlayanla Borc alan arasında xx.xx.2014-cü il tarixli **********69914 №-li Kredit müqaviləsinə 03 fevral 2016-cı il tarixli 02 №-li Əlavə saziş bağlanmaqla, həmin müqaviləyə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsinin 18%-dən 12%-ə endirilməsi ilə bağlı edilmiş dəyişikliklərin İpoteka müqaviləsində əks etdirilməsi barədə tərəflər razılığa gəlmişlər. xxxx tərəfindən Cavabdeh6 ünvanlanan xx.xx.2014-cü il tarixli **********69914/1M-1 №-İi İpoteka müqavilasi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli bildiriş məktubunun surətindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə qaytarılması, əsas borc məbləğinə hesablanan faizlərinin ödənilməsi üçün İpoteka qoyulmuş əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmiş, əks halda ASC "Xalq” Bankı ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün müvafiq olaraq notariusa və ya məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xxxx tərəfindən Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə ünvanlanan xx.xx.2021-ci il tarixli İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizədən görünür ki, Cavabdeh1 (İpoteka qoyan) tərəfindən xx.xx.2014-cü il tarixli **********69914/İM-l nömrəli İpoteka müqaviləsinə müvafiq olaraq, ipoteka qoyulmuş daşınmaz əmlaka (ünvan 5 ünvanda, 96.3 m2 ümumi, 47.0 m2 yaşayış sahədən ibarət 2 otaqlı mənzil) ASC "Xalq” Bankı tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq, həmin İpoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 1050 saylı bildirişin qeydiyyatını həyata keçirilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xxxxna ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, ünvan 10in 5 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Cavabdeh4 tərəfindən ünvan 7 ünvanlanan ərizənin surətindən müəyyən olunur ki, o, arvadı - Cavabdeh6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 942/943, Məsud Əlizadə küçəsindəki 18 nömrəli evin 89 nömrəli mənzilin xxxxna ipotekaya qoyulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzil Cavabdeh1 tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2014-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 48 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə xx.xx.2020ci il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 509 nömrəli reyestr kitabının 46916 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə 12 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə xx.xx.2016-cı il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə 48 ay müddətinə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Cavabdeh6 məxsus ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipotekanın əlavə qeydiyyatı ilə xx.xx.2020-ci il tarixədək yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 543 nömrəli reyestr kitabının 50034 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" ASC tərəfindən verilən 22 oktyabr 2014-cü il tarixli Forma 2 arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzil Cavabdeh1 məxsusdur və həmin mənzildə o özü və oğlu - Cavabdeh2 daimi qeydiyyatdadırlar. "xxxx" MTK tərəfindən verilən 20 oktyabr 2014-cü il tarixli Forma 2 arayışının surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil Cavabdeh6 məxsusdur və həmin mənzildə o özü, əri - Cavabdeh4, qızı - Cavabdeh5 və oğlu - Cavabdeh3 daimi qeydiyyatdadırlar. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6685/2023 №-li rəyindən görünür ki, təqdim edilmiş hesabdan çıxarış, tərəflər arasında bağlanılmış 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri və müqaviləsi üzrə rəsmiləşdirilmiş xx.xx.2017-ci il tarixli 05 nömrəli əlavə sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə olan borcu 231.752.3 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: - əsas borc üzrə 181.199,1 ABŞ dolları, - faiz borcu üzrə 50.553,2 ABŞ dolları. xx.xx.2020-ci il tarixdən qərardad çıxan xx.xx.2023-cü il tarixədək Borcalan tərəfindən ümumilikdə 71.101,27 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Aparılmış ödənişin 34.650,0 ABŞ dolları əsas borc, 36.451,27 ABŞ dolları isə faiz borcu üzrə silinmişdir. Cavabdeh6 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə olan borcu 160.650,77 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: - əsas borc üzrə 146.549,1 ABŞ dolları, - faiz borcu üzrə 14.101,67 ABŞ dolları. İş materiallarında olan "xxxx" MMC-nin 06 sentyabr 2023-cü il tarixli ƏEM/S 43- 752/2023 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin bazar dəyəri 235.000 manat, likvid dəyəri 212.000 manat, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzilin bazar dəyəri 245.000 manat, likvid dəyəri 235.000 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, xxxx ilə Cavabdeh6 arasında xx.xx.2014-cü il tarixli **********69914 №-li kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh6 12 (on iki) ay müddətinə, 18 % olmaqla 330 000 (üç yüz otuz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq bağlanmış 23 oktyabr 2014-cü il tarixli **********69914/İM-1 №-li İpoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanında yerləşən 96.3 kv.m yaşayış, 49.3 kv.m yardımçı sahədən ibarət 2 otaqlı, 5 nömrəli mənzil və 27 oktyabr 2014-cü il tarixli **********69914/İM-2 №-li İpoteka müqaviləsinə əsasən Cavabdeh6 məxsus olan ünvan 1 ünvanında, 12 mərtəbəli binanın 5-ci girişi, 2-ci mərtəbəsində yerləşən 111,4 kv.m ümumi, 65,7 kv.m yaşayış, 45,7 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 89 nömrəli mənzil "xxxx" Bank ASC-nin xeyrinə yüklü edilmiş və müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki iş materiallarına əlavə olunmuş müqavilələrdən müəyyən olunur ki, kredit müqaviləsinin müddəti bir-neçə dəfə uzadılmış, restrukturizasiya edilmiş, sonuncu dəfə isə 13 dekabr 2017-ci il tarixdə "xxxx" Bank ASC ilə Cavabdeh6 arasında bağlanmış, xx.xx.2014-cü il tarixli, **********69914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair 05 №-li Əlavə sazişə əsasən Borc alan - Cavabdeh6 220 811 (iki yüz iyirmi min səkkiz yüz on bir) ABŞ dolları məbləğində əsas borcunu xx.xx.2020-ci il tarixədək Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. "xxxx" Bank ASC tərəfindən Cavabdeh6 ünvanlanan xx.xx.2021-ci il tarixli bildiriş məktubuna əsasən kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə qaytarılması, əsas borc məbləğinə hesablanan faizlərinin ödənilməsi üçün İpoteka qoyulmuş əmlakın 30 gün müddətindən gec olmayaraq satılması tələb edilmiş, əks halda ASC "Xalq” Bankı ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün müvafiq olaraq notariusa və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2021-ci il tarixli "xxxx" Bank ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. Həmin bildiriş xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/6685/2023 №-li rəyinə əsasən Cavabdeh6 xxxxna xx.xx.2014-cü il tarixli **********69914 №-li kredit müqaviləsi üzrə borcu əsas məbləğ üzrə 146.549,1 ABŞ dolları, faiz üzrə borc 14.101,67 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarına əsasən, öhdəliyin icra günü borclunun onu icra etməməsi öhdəliyin pozulmasına səbəb olur. Məhz bu gündən (əsas müqavilə üzrə öhdəliyin pozulduğu gündən) etibarən kreditorun tutmanın ipoteka müqaviləsi üzrə ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürməsi mümkündür. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eləcə də, həmin Məcəllənin 319.1ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin ipoteka münasibətləri sahəsində xüsusi qanunvericilik aktı olan “İpoteka haqqında” Qanunun 34.1-ci maddəsinə müvafiq olaraq, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: · əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; · ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; · bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, əsas öhdəliyin tamamilə və ya onun bir hissəsinin icrasının 90 təqvim günü ərzində icra edilməməsi ilə kreditor ipoteka saxlayan olaraq tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmaq hüququ əldə edir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kreditorun borcun ipoteka predmetinə yönəldilməsini tələb edə bilməsi üçün, ilk öncə, borclunun, onun ölümü halında isə vərəsələrinin icra vaxtı çatmış öhdəliyi pozması, yəni öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Bu baş verdiyi halda ipoteka qoyana qarşı ipoteka müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Məhkəmə, kredit müqaviləsi üzrə borcun ipoteka predmetlərinin dəyərindən tutulması tələbinə hüquqi qiymət verilməsindən öncə Cavabdeh6 (əsas Borc alanın) kredit müqaviləsi üzrə əsas və faiz borcunun mövcudluğuna, o cümlədən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmədə müəyyən edildi ki, iş üzrə iddiaçı xxxx həmin kredit müqaviləsində göstərilən məbləğdə pulu Cavabdeh6 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Belə olan halda, məhkəmə qeyd edir ki, Cavabdeh6 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 143 249,10 ABŞ dolları məbləğində təşkil edir. Məhkəmə, xx.xx.2020-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 15 045,98 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləği ilə bağlı ekspert rəyini əsas götürüb hesab edir ki, iddia tələbi 15 045,98 ABŞ dolları məbləğində faiz borcunun ipoteka əmlaklarının dəyərindən ödənilməsi hissəsində qismən əsaslıdır. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, xxxxna 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə Cavabdeh6 50.553,2 ABŞ dolları faiz borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək (qərardad çıxan tarixədək) ümumilikdə 71.101,27 ABŞ dolları məbləğində ödəniş edilmiş, həmin ödənişin 34.650,0 ABŞ dolları əsas borc, 36.451,27 ABŞ dolları isə faiz borcu üzrə silinmişdir. Beləliklə, Cavabdeh6 xxxxna xx.xx.2023-cü il tarixinə 14.101,67 ABŞ dolları faiz borcu mövcud olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin olunmalı, 23 oktyabr 2014-cü il tarixli **********69914 nömrəli kredit müqaviləsi üzrə yaranmış 14.101,67 ABŞ dolları məbləğində faiz borcu ipoteka predmetlərinin dəyərindən tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 % dərəcəsi ilə hesablanmış 24 770,61 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin” ipoteka predmetlərinin dəyərindən tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda hissəsini qismən əsaslı hesab edir. Belə ki, mülki iş materiallarından Cavabdeh6 "xxxx" Bank ASC-yə xx.xx.2014-cü il tarixli **********69914 №-li kredit müqaviləsi üzrə əsas borcunun 143 249,10 ABŞ dolları olduğu müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə tərəfindən əsas borcun (xx.xx.2020-ci il tarixdən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edildiyi, yəni xx.xx.2023-cü il tarixədək) illik 5 faizi 7162,45 (yeddi min yüz altmış iki, 45 sent) ABŞ dolları təşkil edir. Bu baxımdan həmin vəsaitin günlük faizi 19,62 ABŞ dolları müəyyən olunur. Göründüyü kimi, kredit müqaviləsinin müddətinin bitdiyi gündən iddia tələbinin dəqiqləşdirilməsi tarixinədək (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi) 1091 gün keçmişdir. Nəticə etibarilə qeyd olunmalıdır ki, həmin müddətə görə cavabdehin iddiaçı banka 21.405,42 ABŞ dolları məbləğində illik 5 faiz borcu yaranmışdır. (19,62 x 1091 gün = 21.405,42) Məhkəmə eyni zamanda iddia tələbinin “xx.xx.2023-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 63 475,40 ABŞ dolları məbləğində penyanın” ipoteka predmetlərinin dəyərindən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 63 475,40 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 2500 ABŞ dollarına endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcunun mövcudluğu, o cümlədən əsas öhdəliyin icrasının 90 təqvim günündən daha çox müddətə gecikdirilməsi müəyyən edildiyindən, kredit müqaviləsi üzrə borcun ipoteka predmetlərinin dəyərindən tutulması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən, girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddia tələbi xx.xx.2014-cü il tarixli **********69914 №-li kredit müqaviləsi üzrə Cavabdeh6 iddiaçı Banka olan borcunun Cavabdeh6 mülkiyyətində olan ünvan 9də yerləşən 89 nömrəli mənzilin və Cavabdeh1 mülkiyyətində olan ünvan 10də yerləşən 5 saylı mənzilin yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin "xxxx" Bank ASC qarşısında olan borcların ödənilməsinə yönəldilməsi, cavabdehlərin müvafiq olaraq həmin mənzilləri tərk etmədikləri halda, həmin şəxslərin müvafiq yaşayış sahələrindən məcburi qaydada çıxarılmaları hissəsində də əsaslıdır. Belə olanda məhkəmə əlavə olaraq qeyd edir ki, Qanunun mənasına görə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamədə ayrıca göstərilmədiyi halda belə, həmin məhkəmə aktı yaşayış evi satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə onların məcburi çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada): 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 39.4-cü maddəsinə əsasən tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Tutma yönəldilən ipoteka predmeti üçün verilən möhlət ipoteka ilə təmin olunmuş öhdəlik üzrə tərəflərin hüquq və vəzifələrini dəyişdirmir və möhlət müddəti ərzində artan faizlər, dəbbə pulu və digər haqlar müvafiq olaraq hesablanır. 39.5-ci maddəsinə əsasən bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilmə-sinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə həmçinin də qeyd edir ki, "xxxx" MMC-nin 06 sentyabr 2023-cü il tarixli ƏEM/S 43-752/2023 saylı rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilin hazırkı likvid qiyməti 212.000 manat, ünvan 1 ünvanda yerləşən 89 nömrəli mənzilin hazırkı likvid qiyməti isə 235.000 manat təşkil edir. Beləliklə yuxarıda qeyd olunanları əsas götürüb məhkəmə hesab edir ki, xx.xx.2014cü il tarixli **********69914 saylı Kredit müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 942/943, Məsud Əlizadə küçəsindəki 18 nömrəli evin 89 nömrəli mənzilə və Cavabdeh1 mülkiyyətində olan ünvan 10in 5 saylı mənzilə yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılmalı, ünvan 8 ünvanda yerləşən 5 saylı mənzilin mənzilin açıq hərracda ilkin satış qiyməti 212.000 manat, ünvan 1 ünvanda yerləşən 89 saylı mənzilin açıq hərracda ilkin satış qiyməti 235.000 manat müəyyən edilməli, qeyd olunan daşınmaz əmlaklar açıq hərracda satılmalı və ondan əldə ediləcək vəsait hesabına Cavabdeh6 banka olan 143 249,10 ABŞ dolları məbləğində əsas borcunun, 14.101,67 ABŞ dolları məbləğində faiz borcunun, gecikdirilmiş müddət üçün illik 5%-lə hesablanmış 21.405,42 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş günü manata məzənnə ilə manatla, cəmi 181 256,19 (bir yüz səksən bir min iki yüz əlli altı, 19 sent) ABŞ dolları borcunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərcin ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ ipoteka qoyanlara qaytarılmalı, Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan ipoteka predmeti Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, ev 67 ünvanda yerləşən 5 saylı mənzilə və Cavabdeh6 tam mülkiyyət hüququ ilə məxsus olan ipoteka predmeti ünvan 1 ünvanda yerləşən 89 nömrəli mənzilə tutma yönəldikdən və hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər tərəfindən müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, məhəllə 942/943, Məsud Əlizadə küçəsindəki 18 nömrəli evin 89 nömrəli mənzili və ünvan 10in 5 saylı mənzili tərk etməli, həmin müddət ərzində tərk etmədikləri halda qeyd olunan şəxslər müvafiq yaşayış sahələrindən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın və gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə hesablanan penyanın əvəzinin İpoteka predmetlərinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması hissələri ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissələrdə heç bir hüquqi əsası mövcud deyil, o cümlədən tələb qeyrimüəyyən olduğundan əsassızdır və təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 709,12 manat məbləğində dövlət rüsumu və 1,43 manat bank xidməti haqqı cavabdehlərdən müştərək qaydada tutulmalı və iddiaçının xeyrinə ödənilməli, o cümlədən qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 600 manat "xxxx" MMC-nin hesabına və 200 manat məhkəmə mühasibatlıq ekspertizasının xərci cavabdehlərdən Məhkəmə Ekspertizası Mərkəzi hesabına tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli **********69914 saylı Kredit Müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş Cavabdeh6 mülkiyyətində olan ünvan 9də yerləşən 89 nömrəli mənzilə və Cavabdeh1 mülkiyyətində olan ünvan 10də yerləşən 5 saylı mənzilə yönəldilsin. Həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılsın, ünvan 9 ünvanında yerləşən 89 nömrəli mənzilin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 235.000 manat, ünvan 10 ünvanında yerləşən 5 saylı mənzilin ilkin satış qiyməti (likvid dəyəri) isə 212.000 manat müəyyən edilsin. Qeyd olunan daşınmaz əmlaklar açıq hərracda satılsın və ondan əldə ediləcək vəsait hesabına Cavabdeh6 banka olan 143 249,10 ABŞ dolları məbləğində əsas borcunun, 14.101,67 ABŞ dolları məbləğində faiz borcunun, gecikdirilmiş müddət üçün illik 5%-lə hesablanmış 21.405,42 ABŞ dolları faiz borcunun, 2500 ABŞ dolları məbləğində cərimə borcunun ödəniş günü manata məzənnə ilə manatla, cəmi 181 256,19 (bir yüz səksən bir min iki yüz əlli altı, 19 sent) ABŞ dolları borcunun və ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 80 manat məbləğində çəkilmiş xərcin ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ ipoteka qoyanlara qaytarılsın. İpoteka predmeti olan ünvan 10 ünvanında yerləşən 5 saylı mənzilə və ünvan 9 ünvanında yerləşən 89 nömrəli mənzilə tutma yönəldikdən və onlar hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 10də yerləşən 5 saylı mənzili, cavabdehlər Cavabdeh6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ünvan 9 ünvanında yerləşən 89 nömrəli mənzili tərk etsin, tərk etmədikləri təqdirdə həmin şəxslər müvafiq yaşayış sahələrindən məcburi qaydada çıxarılsınlar. Cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 709,12 manat dövlət rüsumu və 1,43 manat xidmət haqqı iddiaçı xxxxnın xeyrinə tutulsun. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul cavabdehlərdən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qiymətləndirilmə ekspertizası tədqiqatının dəyəri olan 600 manat məbləğində pul cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 keçirilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova