Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1307/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Tərayil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 24 noyabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və mənəvi zərərə görə 1500 manat məbləğin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh "xxxx" MMC ilə 3 ay sınaq müddəti təbiq edilməklə müəllim vəzifəsinə təyin edilmişdir. Sınaq müddəti xx.xx.2023-cü il tarixdək müəyyən edilmişdir. Sınaq müddəti ərzində əmək fəaliyyətimi davam etdirə bilmədiyindən xx.xx.2023-cü il tarixdə tutduğu vəzifədən azad edilməyi ilə əlaqədar ərizə ilə işəgötürənə müraciət etdi. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin qanunsuz verdiyi əmrin ləğv edilməsinə dair qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etdi. Mediasiya Şurasının Bakı 10 saylı Mediasiya təşkilatında cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi Musab Tuncbılek tərəfindən 10 gün müddətində həmin MMC-də müəllim vəzifəsində işləmiş İddiaçı Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixli əmri ləğv edilməsi, elektron informasiya sisteminə və həmin sistemdə əmək müqaviləsinə düzəliş edilməsi barədə razılıq əldə edilmişdir. Lakin cavabdehin qanuni təmsilçisi tərəfindən öhdəlik icra edilməmişdir. Bundan əlavə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq portalında əmrin qüvvədə olması İddiaçı əmək fəaliyyətinə ciddi xələl gətirir. Əmək müqaviləsinin bağlanması ilə əlaqədar işəgötürən tərəfindən əmək kitabçama müvafiq qeydlər aparılmamışdır. Digər tərəfdən çalışdığı müddət ərzində barəsində heç bir intizam məsuliyyəti tətbiq edilməmişdir. Çalışdığı müddət ərzində kollektivdə və təhsil verdiyi şagirdlər arasında yüksək nüfuz və hörmət qazanmışdır. Daima əmək müqaviləsi üzrə öhdəlikləri vaxtında və dəqiq icra etmişdir. İşində ciddi və məsuliyyətli olmaqla tələbələrinin dərs davamiyyəti, təhsil mərkəzi tərəfindən qoyulmuş öhdəlik və tapşırıqlar layiqincə icra edilmişdir. Cavabdehin qanunsuz əmri nəticəsində əmək fəaliyyətimi davam etdirə bilməmişdir. Hesab edir ki, işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. Bundan əlavə cavabdeh "xxxx" MMC-nin rəhbərliyi tərəfindən qanunsuz və əsassız verilmiş əmr nəticəsində əmək fəaliyyətinin davam etdirilməməsi və işgüzar nüfuzuma xələl gətirilməsi səbəbindən sres, gərginlik və əsəb nəticəsində müalicələr alır. Bu da öz növbəsində onun psixoloji sarsıntılar keçirməyinə səbəb olmuşdur. Gənc yaşlarında ən şərəfli peşə olan müəllim peşəsinin incəliklərinə yiyələnməklə yetişməkdə olan nəsilə təhsil verilməsində israrlı olan gənc müəllimənin əmək fəaliyyətinə cavabdeh tərəfindən ciddi xələl gətirilməsi, onun səhhətində arzuolunmayan nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, işəgötürən Cavabdeh MMC İddiaçı arasında xx.xx.2023-cü il tarixində 3 ay sınaq müddəti daxil olmaqla 1 illik müddətinə rəsmi əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi bağlandıqdan sonra əmək kitabçasını qısa müddətdə təqdim edəcəyini bildirsə də lakin əmək kitabçasını təqdim etməmişdir və buna görə də əmək kitabçasında müvafiq qeydlərin aparılması mümkün olmamışdır. xx.xx.2023-cü il tarixində işdən çıxmaq ərizəsi ilə müraciət etmişdir. MMC tərəfindən İddiaçı ərizə yazdığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkün olmadığını bildirilmişdir. Həmin günü işdən azad edilməməsinin səbəbi isə təhsilalanların valideynləri qarşısında MMC-nin öhdəlik daşıdığı işçinin əmək müqaviləsinə bir təqvim ayı ərzində xitam veriləcəyini və bu müddət ərzində şagirdlərin təhsil hüququnun pozulmaması üçün yeni müəllim qəbul edəcəyini bildirsə də lakin işçi işin gedişatını pozmağa davam etdi və işə gəlməyəcəyini bildirmişdir. Hətta kollektivdə işləyən müəllimlərin də dərs cədvəlini pozmuş onların da iş gedişatının aparılmasına mane olmuşdur. MMC tərəfindən əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı işin mediasiyada həll edilməsi üçün ilkin mediasiya təklifi göndərmişdir. 10 saylı mediasiya təşkilatında razılıq əldə edildi və bununla bağlı müqavilə imzalandı. Mediasiyada razılıq etməyi və müqavilə bağlamağının səbəbi isə gənc müəllimə olması, gələcəkdə iş tapıb iş həyatını davam etdirə bilməsinə köməklik göstərmək üçün razılıq əldə etməyə şirkət olaraq qərar qəbul etdi. MMC daha sonra mediasiyada bağlanılmış müqavilə öhdəliyini yerinə yetirmək üçün X5 ƏMAS sistemində dəyişiklik edilməsi üçün elektron poçt üzərindən müraciət etdik ki, 70-ci maddənin “ç” bəndi dəyişdirilərək 68.2 “a” bəndinə əsasən sistemdə dəyişiklik edilsin. Daha sonra qaynar xətlərinə də bununla bağlı müraciət etdi onlar da sistemdə dəyişiklik edilməsi üçün 15-20 iş günü müddətində mümkün olacağı bildirildi. Daha sonra X5 tərəfindən MMC-yə bildirildi ki, dəyişiklik edilməsi üçün əmək kitabçasının surəti tələb olunur. Bununla bağlı iddiaçıya və nümayəndəsinə əmək kitabçasını təqdim edilməsini bildirdisələr də, onlar əmək kitabçasını təqdim etməkdən imtina etdilər. Yəni MMC tərəfindən həmin müqavilə şərtləri pozulmayıb həmin sistem üzərindən dəyişiklik edilməsi X3 səlahiyyətinə aid olduğu üçün sistemdə dəyişiklik edilməsi də onların səlahiyyətinə aiddir. İddiaçı kitabçasını təqdim etdikdə MMC tərəfindən X5 müraciət ediləcək. MMC tərəfindən müqavilənin vaxtında icra edilməsi üçün vaxtında müraciət edilmişdir. MMC tərəfindən cavabdeh ilə əlaqə saxlanılaraq əmək kitabçasını təqdim etməsini və əmək müfəttişliyinə surətini çıxarıb təqdim edilməsini bildirilsə də iddiaçı əmək kitabçasını təqdim etməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Tərayil oğlu ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçı öz izahatında bildirdi ki, Hal-hazırda əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi üçün, heç bir yerdə işə düzələ bilmir. Əvvəllər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyib. “PUZA” Akademiyasında işlədiyi müddətdə əmək kitabçasında heç bir qeyd aparılmamışdır. Əmr ümumiyyətlə təqdim edilməyib. Kadr məsələlərinə mühasibatlıqla məşğul olan şəxs baxırdı. İddiaçı noyabr ayının 23-də işdən çıxma barədə ərizə yazacağımı bildirmiş, mühasibatçı isə, noyabr ayının 24-ə yazmasını demişdir. Sonra isə fikirlərini dəyişdirərək bildirdilər ki, ya xəstəlik kağızı gətir, ya da əmək müqavilənə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam veriləcək. İşlədiyi müddətdə cəmi bir tələbəsi olub, digər tələbələrə əvəzedici müəllim kimi dərs deyib. Barışıq sazişi bağlandıqdan sonra cavabdeh bildirdi ki, əmək kitabçasını götürüb kursa getsin. İddiaçı isə X1 məlumat verilidiyi halda əmək kitabçasını oraya təqdim edəcəyini bildirib. İddiaçının vəkili və nümayəndəsi müfəttişliyə getdikdə onları qəbul etməyək, dəvət olunmamaları barədə məlumat vermişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X6 məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh iddiaçını məcburi işdən çıxarmamış, iddiaçı özü öz istəyi ilə sınaq müddətində. xx.xx.2023-cü ildə ərizə yazaraq elə həmin tarixdə işdən çıxmasını cavabdehdən tələb etmişdir. Əmək Məcəlləsinin 53-cü maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Eləcə də, iddiaçı ilə cavabdeh arasında imzalanan əmək müqaviləsinin 2.2. maddəsində Əmək Məcəlləsinin 53-cü maddəsinin tələbləri qeyd edilir və hər iki tərəf üçün üç gün əvvəl yazılı xəbərdarlıq etməklə bağlı bir növ öhdəlik müəyyənləşdirir. Buna baxmayaraq, iddiaçının ərizə verdiyi gün işdən ayrılmasını tələb etmiş və beləliklə, cavabdehi çətin vəziyyətə salmışdır. Belə ki, iddiaçının dərs keçdiyi tələbələrinin şirkətin digər müəllimlərinə verilməsi həm tələbələr, həm də müəllimlər arasında ciddi narazıçılıqlara səbəb olmuşdur. Bu səbəbdən cavabdeh iddiaçının əmək müqaviləsinə ƏM- nin 70-ci maddəsinin ç bəndi ilə xitam vermişdir. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixində 24 noyabr 2023-cü il tarixli əmrin ləğv edilərək iddiaçının işdən çıxma əsasının ƏM-nin 68 maddəsinin a bəndinə əsasən xitam verilməsi barədə əmr verilməsi və elektron informasiya sistemində müvafiq düzəlişlərin edilməsinə dair barışıq sazişi imzalanmışdır. Hətta sübutlardan da göründüyü kimi, cavabdeh elə həmin gün barışıq sazişinin şərtlərini icra edərək yeni əmr qəbul etmiş və elektron informasiya sistemində müvafiq dəyişildiyin aparılması üçün X7 Xidmətinə elektron qaydada müraciət etmişdir. X7 Xidməti tərəfindən cavabdehə ünvanlanmış 27 fevral 2024-cü il tarixli məktubla əmək kitabçasının təsdiq edilmiş surətinin təqdim edilməsi bildirilmişdir. Lakin iddiaçı qəsdən əmək kitabçasını təqdim etməkdən dəfələrlə imtina etmiş, bununla da, barışıq sazişinin icrasını mümkünsüz etmişdir. Barışıq sazişində razılaşdırılmış şərtlərdən biri olan elektron informasiya sisteminə düzəliş edilməsi cavabdehin iradəsi daxilində olan bir məsələ deyildir, bu şərtin icrası birbaşa olaraq X7 Xidmətinə aiddir. İddiaçı barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi və məcburi icraya yönləndirilməsi əvəzinə, məhkəmədə yeni iddia qaldıraraq öz ərizəsi ilə çıxdığı işə bərpa olunmasını, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini və mənəvi zərərə görə 1500 manat məbləğin tutulmasını tələb etməsi formal xarakter daşıyaraq sadəcə pul əldə edilməsi məqsədini güdür. Mənəvi zərərlə əlaqədar təqdim edilmiş arayışı tam mötəbər hesab etmir, bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən tibbi ekspertiza təyin edilərək şəxsin həqiqətən təşviş həyəcan pozğunluğu olub olmaması müəyyənləşdirilməlidir. Həmçinin, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarı ilə işəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməsi qeyd edilmişdir. Əmək Məcəlləsinin 290 maddəsinə əsasən isə işçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Lakin iddiaçı tərəfindən həmin məbləğin məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət qədər sübutlar təqdim edilməmişdir. İddiaçının vəkili Nümayəndə tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı iddiaçının sadəcə bir tələbəsi olduğu, onun isə "Puza Academy Azərbaycan Təhsil Mərkəzi'' MMC-nin direktorunun qızı olduğu bildirilmişdir. Cavabdehdən əldə etdiyi məlumatlara əsasən isə bildirmək istəyir ki, iddiaçının dərs dediyi tələbələrin siyahısı aşağıdakı kimidir: Riad Səfərəliyev; Muhammed Cəfərli; Nuray Rəşidova; Esila Saydam (direktorun qızı); İlham Mansurlu; İsmayıl İsmayılov; Zeynəb Aslanlı; Almaz Quliyeva; İbrahim Mansurov; Natavan Osmanova; Rauf Sultanlı. Məhkəməyə təqdim edilmiş sübutlar arasında, Whatsapp yazışmalarında iddiaçının dəfələrlə tələbələrinin adlarını çəkdiyinin şahidi oluruq. Beləki, Zinyət xanımla olan Whatsapp yazışmalarında “Muhammed gəlməyib”, “Raufla dərsim var”, “Nuraya etüd var” kimi ifadələr işlədilməsi, eləcə də, Nurayın valideyni ilə olan təqdim edilmiş danışıqlar iddiaçının vəkili tərəfindən səsləndirilmiş təkcə bir tələbəsinin olması ifadəsinin əsassız olduğunu sübut edir. Cavabdeh iddianın yalnız “əmək müqaviləsinə yalnız bir hissədə - İddiaçı əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılması barədə 24 noyabr 2023-cü il tarixli əmrin ləğv edilərək, iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi” hissəsinə etiraz etmirlər. Bütün bu sadalanan halları nəzərə alaraq, məhkəmədən iddiaçının işə bərpa olunması, iddiaçının məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi və mənəvi zərərə görə 1500 manat məbləğin cavabdehdən tutulmasına tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İşəgötürən Cavabdeh MMC və işçi İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən müəyyən olunur ki, işçi müəllim heyəti, əsas müəllim vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci maddəsinə əsasən işin birinci 3 aylı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdar etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə ərizə ünvanlayaraq, xx.xx.2023-cü tarixində tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. - Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 01 nömrəli iclas protokolundan görünür ki, çıxış edəndən MMC-də müəllim vəzifəsində işləyənlər – Türkan Quluzadə, İsmayıl Rəhimli və psixoloq Zinyət Bəhramlı İddiaçı iş yerini anidən tərk etdiyi üçün dərs cədvəlinin yarımçıq qaldığını, işin normal gedişatının pozulduğunu və təlbələr qarşısında nüfuzlarının düşdüyünü bildirmişlər və İddiaçı işdən çıxması barədə iclasın gəldiyi nəticə barədə protokola imza atmışlar. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əlavə edilmiş “Əmək və məşğulluq” altsistemindən çıxarışdan görünür ki, İddiaçı işəgötürən Cavabdeh MMC ilə xx.xx.2023-cü il tarixli müqavilə əsasında müəllim vəzifəsinə işə götürülmüş, xx.xx.2023-cü il tarixli əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - Birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, Tərəflər - razılığa gəldilər ki, “Puza Academy Azərbaycan Təhsil Mərkəzi" MMC tərəfindən həmin MMC-də müəllim vəzifəsində işləmiş İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılması barədə 24 noyabr 2023-cü il tarixli əmri ləğv ediləcək, elektron informasiya sisteminə və həmin sistemdə əmək müqaviləsi bildirişinə düzəliş ediləcək. Tərəflər - razılığa gəldilər ki, “Puza Academy Azərbaycan Təhsil Mərkəzi" MMC tərəfindən həmin MMC-də müəllim vəzifəsində işləmiş İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi barədə əmr veriləcək və elektron informasiya sisteminə işləniləcək. Tərəflər - razılığa gəldilər ki, razılaşmada 1.1 və 1.2-ci hissələrdə qeyd edilən razılaşmalar "Puza Academy Azərbaycan Təhsil Mərkəzi” MMC tərəfindən icra edilərsə digər tələblərdən imtina ediləcək. Tərəflər bildirirlər ki, onların bir-birinə qarşı hər hansı başqa tələbləri yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsi tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunur ki, xx.xx.2023-cü il tarixli bildirişin elektron informasiya sistemində ləğv edilməsi ilə bağlı məsələ təsdiqedici sənədlər (barışıq sazişinin icrası ilə bağlı işəgötürənin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin İddiaçı əmək kitabçasında müvafiq qeyd) rəsmi qaydada təsdiq edilmiş surəti təqdim edildiyi halda baxılacaqdır. “Neyron” Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tibbi arayışda qeyd olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən X9 Təşviş-həyəcan pozğunluğu diaqnozu ilə müalicə alır. Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halı bundan ibarətdir ki, İddiaçı 18 sentyabr 2023-cü il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq, “əsas müəllim” vəzifəsində işə başlamışdır. Əmək müqaviləsinin 1 illik olmaqla, 18 sentyabr 2024-cü ildə qüvvədə olması, ilk 3 ayın sınaq müddəti hesab edilməsi, həmin müddətdə tərəflərdən birinin digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada pozması hüququ müqavilənin şərtləri ilə razılaşdırılmışdır. İddiaçı 24 noyabr 2023-cü il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, 24 noyabr 2023-cü il tarixdən vəzifədən azad edilməsini xahiş etmişdir. Eyni tarixli əmrlə iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2024-cü il tarixində barışıq sazişi bağlanmış, “Puza Academy Azərbaycan Təhsil Mərkəzi" MMC tərəfindən həmin MMC-də müəllim vəzifəsində işləmiş İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılması barədə 24 noyabr 2023-cü il tarixli əmri ləğv edilməsi, elektron informasiya sisteminə və həmin sistemdə əmək müqaviləsi bildirişinə düzəliş edilməsi, “Puza Academy Azərbaycan Təhsil Mərkəzi" MMC tərəfindən həmin MMC-də müəllim vəzifəsində işləmiş İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-cı maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi barədə əmr verilməsi və elektron informasiya sisteminə işlənilməsi barədə razılığa gəlmişdirlər. Lakin həmin barışıq sazişi icra edilməmişdir. Hazırda iddiaçı əmrin ləğvi, əmək haqqı, işə bərpa olunma və mənəvi zərərin tutulmasını tələb edir. Cavabdeh əmrin ləğvi və iddiaçının əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin 1 bəndinə əsasən xitam verilməsinə razıdır. Qalan hissədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; - 51.1-ci maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edili. - 53.1-ci maddəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. - 53.3-cü maddəsinə əsasən əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. - 53.4-cü maddəsinə əsasən sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər. - 70-ci maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda ləğv edilə bilər. -70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. -71-ci maddəsinin ikinci hissəsinə əsasən Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; - Həmin maddənin üçüncü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır; - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir; - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrində, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixində keçirilən iclasın 1 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. Pozuntuların əsası kimi İddiaçı müqavilədə nəzərdə tutulduğu kimi 3 gün əvvəldən deyil, bir gün ərzində vəzifəsindən azad edilməsi barədə xəbərdarlıq etməsi göstərilmişdir. Göründüyü kimi qanunverici işəgötürənin sınaq müddəti ərzində işçinin özünü doğrultmadığı halda əmək müqaviləsinə xitam verməsi hüququnu tanımış, bu halı 70-ci maddənin ayrıca bəndində qeyd etmişdir. Buna baxmayaraq formal işəgötürən formal əsaslarla işçi ilə bağladığı əmək müqaviləsinə xitam vermişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Lakin əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərilməmiş və əsaslandırmamışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar barədə məhkəmə aşağıdakıları qeyd edir: Cavabdeh öz etiraz ərizəsində iddiaçı tərəfindən ərizənin 24 noyabr 2023-cü il tarixdə təqdim edildiyini göstərsə də, "xxxx" Azərbaycan Təhsil Mərkəzi MMC-nin müəllimləri tərəfindənddiaçının işə çıxmaması nəticəsində iş ahənginin pozulması barədə ərizələrdəgöstərilən halların iddiaçı tərəfində əmək fəaliyyətində hə hansı ciddi nöqsanlara yol verilməsinin təsdiqini tapmamasıilə yanaşı ərizələrin tarixi xx.xx.2023-cü il kimi göstərilmişdir. Belə olan təqdirdə aydın olur ki, iddiaçı tərəfindən ərizə də 24 noyabr tarixdə verilmiş ola bilməzdi. İddiaçı da öz izahatında bu halı təsdiq edir. Məhkəmə qeyd edir ki, cavabdeh əmrində işçinin əmək müqaviləsinə məhz AR ƏM-nin 70-ci bəndinin “ç” bəndi ilə xitam verilməsini nəinki əsaslandırmamış, əmr ümumiyyətlə nə iddiaçıya, nə X5, nə də məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iddiaçının əmək kitabçasında da onunla əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi barədə qeyd aparılmamışdır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad etməklə hesab edir ki, Əmək Məcəlləsinin 83.1-ci maddəsində işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli olduğu halda işəgötürən tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 76-cı, 83-cü və 187-ci maddələrinin çərçivəsində qiymətləndirilməli və həmin Məcəllənin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, ƏM-nin 84-cü maddəsinin birinci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə qeyd edir qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021ci il tarixli, K-1552 saylı əmrindən görünür ki, əmrdə işəgötürənin hüquqi ünvanı göstərilməmiş, ƏM-nin 84-cü maddəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur. ƏM-nin 300-cü maddəsinin birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunduğundan, iddia tələbi məcburi işburaxmaya görə iddiaçıya maddəsinə əsasən əmək haqqının ödənilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə qeyd edir ki, həm cavabdehin nümayəndə və vəkilinin izahatında, həm də məhkəməyə təqdim edilmiş barışıq sazişində cavabdeh 24 noyabr 2023-cü il tarixli əmrin ləğvinə etiraz etməmiş, müqavilənin AR ƏM-nin digər bəndi ilə ləğv edilməsini xahiş etmişdirlər. Lakin qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə iddia tələbindən kənara çıxa bilməz. Eyni zamanda əmək müqaviləsinə müqavilənin tərəflərinin iradə ifadəsi nəticəsində xitam verilə bilər. Beləliklə, əmr ləğv olunaraq iddiaçı işə bərpa edildiyinə görə, iddiaçı və cavabdeh daha sonra əmək münasibətlərinə AR ƏM-nin müvafiq maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verə bilərlər. Məhkəmə mənəvi zərərlə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən sübutlar ilə ona cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərin dəyməsi öz təsdiqini tapmır, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-nə müəllim vəzifəsinə bərpa edilsin və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Mülki iş üzrə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1307/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1307/2024
06.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver