Məhkəmə qərarları › İş №e-2(005)-1317/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1317/2022

14.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1317/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı «müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi» tələbinə dair mülki iş üzrə baxılan iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 8-cı mərtəbə, ümumı sahəsi 77 2 m2 olan 2 otaqdan ibarət" mənzilin İddiaçı təhvil (istifadə və sahibliyinə) verilməsi və cavabdeh tərəfindən həmin mənzildə təmir işlərinin aparılması üçün müvafiq şəraitin ona yaradılması, vəzifəsinin cavabdeh “Çinar-AN MTK –ya həvalə olunmasını xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, tərəflən arasında mübahisə Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok 8-cı mərtəbə, ümumı sahəsi 77 2 m2 olan 2 otaqdan ibarət" mənzilin təhvil verilməsi ilə bağlıdır. Bu səbəblə də məhkəmə hesab edir ki, mübahisəyə müstəsna aidiyyət qaydalarına uyğun olaraq Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 39.1-ci maddəsinə əsasən Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətdən asılı olmayaraq yalnız MPMnin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər və sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-nin şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həll olunması üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətin nəzərdə tutulduğu hər bir halda işə daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalı olması təsbit olunur. Beləliklə, iddiaçının hazırkı mübahisə predmeti olan daşınmaz əmlaka dair istifadə və sahibliyə verilməsi ilə bağlı tələbin irəli sürülməsi və həmin əmlakın Abşeron rayonu ərazisində yerləşməsini nəzərə alıb məhkəmə belə qənaətə gəlir ki, hazırki məhkəmə mübahisəsinin düzgün və vaxtında həll olunmasına dair maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi üçün mülki işə müstəsna aidiyyət baxımından Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı «müqavilə öhdəliyinin təmin olunması, mənzillərə dair sahiblik, istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneələrin aradan qaldırılması, mənzillərin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar