Məhkəmə qərarları › İş №e-2(005)-1318/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1318/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1318/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1835 (bir min səkkiz otuz beş) manat məbləğində pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat pulun ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat pulun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hazırki mülki iddia tələbi üzrə İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PT-*** olan, sedan tipli, buraxılış ili 2018, BAN 070817, rəngi ağ olan “KHAZAR SD” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 14 mart 2022- ci il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, ünvan 1 ünvanında qeydiyyatda olan hazırki mülki iddia tələbi üzrə Cavabdeh ilə İddiaçı MMC arasında **- PT-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2018 olan, ağ rəngli, “KHAZAR SD” marka modelli xidməti avtomaşının 22 sentyabr 2020-ci il tarixindən 14 sentyabr 2024-cü ilə qədər icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən idarə edilən **-PT-*** qeydiyyat nişanlı avtomobil paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına xeyli miqdarda, dəqiq olaraq 1835 manat həcmində ziyan dəymişdir.Bu maddi ziyan İddiaçı MMC tərəfindən tərtib edilmiş Qüsur Aktında əks olunmuşdur. Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsinə ünvanladığı sorğu isə hələlik nəticəsiz qaldığından onu iddia ərizəsinə qoşma şəklində əlavə etmək mümkün olmamışdır. Bu səbəbdən ehtiyac yaranacağı və məhkəmə iclasına qədər sorğuya cavab olaraq Xətai rayonu Polis İdarəsi tərəfindən hadisə ilə bağlı protokol göndərilməyəcəyi halda müvafiq orqana protokol üçün sorğunun məhkəmə tərəfindən göndərilməsini məhkəmədən xahiş edir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müracət edilərək Cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Bunu tərəfimizdən cavabdehə göndərilmiş olan 11.11.22-ci il tarixli xəbərdarlıq da təsdiq edir. Bu xəbərdarlıqdan sonra da cavabdeh müqavilə il öhdəliyi olan borcu ödəməmişdir. Qeyd olunan səbəbdən Cavabdeh qarşı hazırki iddia tələbidə məhkəməyə müraciət edirik ki, cavabdehdən avtomobilə dəymiş 1835 (min səkkiz yüz otuz beş) manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 39 (otuz doqquz) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Belə olan halda, qarşılıqlı razılaşma əsasında cavabdehlə bağlanmış yazılı sövdələşmənin razılaşmanın tələblərinə onun əməl etməməsi və öhdəliyin icra edilməsindən yayınması qanun pozuntusu və ya mülki hüquq pozuntusudur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinin icarə müqaviləsi” nə əsasən İddiaçı MMC-nin direktoru X5 və Cavabdeh arasında müqavilə bağlanmış və İddiaçı MMC-yə məxsus olan **-PT-*** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı minik nəqliyyat vasitəsi gündəlik 20 (iyirmi) manat icarə haqqı ödənilməklə Cavabdeh icarəyə verilir; Razılaşmanın 2.2.16-cı maddəsinə əsasən “İcarəçi” avtomaşınla qəza törətdiyi halda günahkar tərəfin kimin “İcarəçi”nin və ya qarşı tərəfin sürücüsünün olmasından asılı olmayaraq, avtomaşının təmirə dayandığı günlərin plan haqqını “İcarəçi” tam şəkildə ödəməlidir və ya razılaşma yolu ilə avtomaşının istismarının dayandığı günlərin ödənişini hissə-hissə ödəməlidir. xx.xx.2022-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokoldan görünür ki, Qasımov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan xəta törətmişdir. xx.xx.2022-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın məzmunundan görünür ki, Cavabdeh 40 (qırx) manat məbləğində cərimə növündə inzibati tənbeh edilmişdir. xx.xx.2022-ci il tarixli Qüsur aktından görünür ki, **-PT-*** dövlət qeydiyyat nişanlı “KHAZAR SD” markalı avtonəqliyyat vasitəsinə dəyən zərərin həcmin 1835 manat məbləğində müəyyən edilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan öhdəliklərini 5 gün müddətində həyata keçirmədiyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 39 (otuz doqquz) manat məbləğində ödəniş həyata keçirilmişdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinin icarə müqaviləsi” nə əsasən İddiaçı MMC-nin direktoru X5 və Cavabdeh arasında müqavilə bağlanmış və İddiaçı MMC-yə məxsus olan **-PT-*** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı minik nəqliyyat vasitəsi gündəlik 20 (iyirmi) manat icarə haqqı ödənilməklə Cavabdeh icarəyə verilmişdir. Sonradan cavabdeh tərəfindən iş üzrə iddiaçının mülkiyyətində olan “**-PT-*** dövlət qeydiyyat nişanlı “Khazar SD” markalı minik nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən, X4 tərəfindən idarə edilən Toyota markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, o da zəncirvari formada OPEL Combo markalı **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. İş üzrə inzibati tənbeh vermə haqqında Qərar və Protokol əsasında müəyyən edilmişdir ki, həmin yol-nəqliyyat hadisəsi iş üzrə hazırki Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri ucbatından baş vermiş və nəticədə maşına 1835 (bir min səkkiz otuz beş) manat məbləğində zərər dəymişdir. Hazırda iddiaçı onun tərəfindən ödənilmiş 1835 (bir min səkkiz otuz beş) manat məbləğində pulu cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi, iş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı İnzibati Xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar ilə İddiaçı MMC hazırki iddia tələbi üzrə ona dəymiş zərərin əvəzi olan məbləğini Cavabdeh tələb etmək hüququ vardır və 1835 (bir min səkkiz otuz beş) manat məbləğində pulun Cavabdeh tərəfindən “İddiaçı MMC-yə ödənilməlidir. Belə olan halda, iddiaçının tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh 1835 (bir min səkkiz otuz beş) manat məbləğində pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat pulun ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1835 (bir min səkkiz otuz beş) manat məbləğində pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 39 (otuz doqquz) manat pulun ümumilikdə 1874 (bir min səkkiz yüz yetmiş dörd) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar