Məhkəmə qərarları › İş №e-2(005)-1337/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1337/2022

25.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1337/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X5 uşaqlıdan ömürlük gözdən 1 qrup əlildir. Uzun illər ərzində əllilik pensiyasını toplayıb 20.06.2012-ci il tarixində hazırda qeydiyyatda olduğu və yaşadığı, ünvan 1 ünvanında yerləşən 3 saylı evi almışdır. Evin texniki pasportunun əsli itdiyi üçün evin sahibi Sədəf Həmzəyevə ilə alqı-satqı müqaviləsi imzalamışlar, lakin notariat kontorunda təsdiq etdirə bilməmişlər. Evin texniki pasportunun əslinin itməsi ilə bağlı Respublika qəzetinin 24.06.2012-ci il tarixli buraxılışında elan vermişdir. Evin sahibi Sədəf Həmzəyevə 07.08.2012-ci il tarixində iltizam yazaraq evi iddiaçıya satdığını və iddiaçıya 50 il müddətinə baş etibarnamə vermişdir. 2012-ci ildə evə dair Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinin Nərimanov rayon MKTB 55 saylı MKİS tərəfindən “X30 küçəsi ev 3 X1 evinin sxemi” tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. Evin bütün kommunal xidmətlərinə dair müqavilələr iddiaçının adınadır. Aldığı evdə iddiaçı, qızı və oğlu ilə birgə yaşamışdır. İddiaçı və oğlu həmin evdə qeydiyyatda olsalar da, qızı X16 qeydiyyatda yoxdur. X26 18.06.2013-cü il tarixində Cavabdeh3 ilə ailə qurmuşdur. Birgə nikahdan İlkin adlı uşaqları dünyaya gəlmişdir. Cavabdeh3 ailəsi ilə Salyan rayonu Qarabağlı kəndindən yaşadığı üçün və Bakı şəhərində yaşamağa yeri olmadığı üçün iddiaçıya ona iddiaçı evdə yaşamağa icazə vermişdir. İlkin anadan olandan sonra, qudaları, qızının qayınatası - Cavabdeh1 və qayınanası – Cavabdeh2 nəvələrini görmək üçün tez-tez Bakı şəhərinə gəlməyə başladılar. Bakıda yaşamağa yerləri olmadıqları üçün Bakıya gələndə onlar iddiaçıya məxsus evdə qalırdılar. Cavabdehlər orda qalanda qızının ailəsinə müdaxilə edirdilər və bu səbəbdən də, evdə tez-tez mübahisələr olurdu. Bu mübahisələr dözülməz hala çatması səbəbindən qızı X16 2019-cu ildə 1 dəfə sirkə turşusu içərək, 2 dəfə isə dərmanlar qəbul edərək intihara cəhd etmişdir. Cavabehlərlə birgə yaşamaq qeyri-mümkün olduğundan qızın nikahın pozulması ilə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəflərə 3 ay barışmaq üçün vaxt versə də, vəziyyət dəyişməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 saylı 25.01.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.Əsədova) qızı iddiaçı X17 Cavabdeh3 qarşı “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və sabit aliment məbləğinin tutulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 ilə X22 arasında 18.06.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 445 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 28.03.2013-cü il təvəllüdlü X14 iddiaçı X17 yanında saxlanması, 28.03.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh3 hər ay 175 manat sabit məbləğdə aliment tutulub iddiaçı X18 verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın pozulmasına dair 06.05.2021-ci il tarixində 159 nömrəli akt qeydi aparılmış və “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. Nikah pozulandan sonra, cavabdehlər iddiaçının gözdən əlil, köməksiz olmasından istifadə edərək iddiaçını evdən qovmuşlar. Cavabdehlərin evdən çıxarılması üçün iddiaçı Bakı şəhəri Nərimanov rayon 17 saylı Polis Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 17 saylı PŞ tərəfindən cavabdehlər AR İXM-nin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilsə də, bunun da heç bir nəticəsi olmamışdır. Beləliklə, cavabdehlər - qızının keçmiş əri Cavabdeh3, onun atası Cavabdeh1 və anası Cavabdeh2 Salyan rayonu Qarabağlı kəndində özlərinə məxsus evdə qeydiyyatda olmalarına və yaşamalarına baxmayaraq iddiaçıya məxsus evi qanunsuz zəbt edərək, iddiaçını, qızını və oğlunu yaşadıqları və qeydiyyatda olduqları evdən qovmuşlar. Bakı şəhəri Nərimanov rayon 55 saylı MKİS-in 20.01.2022-ci il tarixli arayışına əsasən, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatsız yaşayırlar. Evin sahibi 31.07.2012-ci il tarixindən qeydiyyatda olan İddiaçıdır. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq iddiaçını yaşadıqları evdən mərhum ediblər, əlillik pensiyası ilə əziyyətlə aldığı evə sahiblik və istifadə hüquqlarını pozmuşlar. Cavabdehlərin iddiaçıya məxsus evin zəbt edilməsi faktı əmlakdan məhrum etmə halına daxildir. Bu səbəbdən də, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılmalıdırlar. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 28.03.2022-ci il tarixli yazılı etirazla müraciət edərək bildirmişdir ki, o, iddia ərizəsinin əsasları ilə razı deyil və belə hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilmiş hallara əsasən təmin edilməməlidir: iddaçının çıxarılmasını tələb etdiyi fərdi yaşayış evinin iddiaçıya heç bir aidiyyəti yoxdur, həmin evi cavabdeh özü inşa etmişdir. İddaçının məhkəməyə sübut qismində təqdim etdiyi müqavilə əhəmiyyətsiz müqavilə olduğuna görə, həmin müqavilə evin alqı-satqısı barədə müqavilə kimi qiymətləndirilə bilməz. Cavabdeh həmin evin yerləşdiyi torpaq sahəsinə dair iddaçı tərəfindən verilmiş pul vəsaitini artıq iddiaçıya geri ödəyib. Belə ki, Cavabdeh3 2012-ci ildə iddiaçının qızı X22 ilə nişanlı idi, cavabdeh həmin zamanlar Bakı şəhərində kirayədə yaşayırdı. Oğluna ev almaq üçün pulu çatmadığına görə cavabdeh onların toyunu edə bilmirdi. İddiaçı cavabdehə bildirdi ki, Nərimanovda bir ev satırlar, o, onlara ev almaqda kömək edər, öz adına ev alar, pulunu verdikdən sonra keçirərlər onların adına. Cavabdeh razılaşmış və evə baxdıqdan sonra evi almaq qərarına gəlmişlər. Həmin zamanlar cavabdehin 2100 manat məbləğində pulu var idi. Cavabdeh həmin pulu X3 vermışdir. Onlar evə baxmışlar və evi 14 500 manata almağa razılaşmışlar. Hənin pulun 2100 manatını cavabdeh, qalan hissəsini isə iddiaçı verdi. Bununla əlaqədar 2012-ci ilin iyun ayında öz razılıqlarına əsasən müqavilə evi satan Sevinc Qocayeva ilə İddiaçı arasında bağlandı. Həmin zamanlar ev yaşayış üçün yararsız, kommunal vəziyyəti çox pis halda idi. Evdə yaşamaq mümkün deyildi. Lakin bununla belə cavabdeh həmin evə köçmüş, oğluna toy edib, gəlini də həmin evə gətirmişlər. Qısa bir müddətdə orada yaşasalar da, evdə yaşamaq mümkün olmadığına görə, cavabdeh həmin evi tamam söküb yenidən qurmaq qərarına gəlmişdir. Həmin zamanlar Salyan rayonunda iddiaçı özünə məxsus evi satıb, pulun bir hissəsini iddiaçıya olan borcunu ödəmişdir. Digər hissəsini isə aldığı həmin evi yenidən söküb tikmək üçün saxlamışdır. 2013-cü ildə cavabdeh ailəlikcə başqa ünvana köçmüş və həmin evi tamamilə söküb yerində başqa bir ev tikməyə başlamışlar. Təxminən 1 ilə həmin evi tikib, yeni evə köçmüşlər. Yaşadıqları dövrdə isə evin pulunu tamamilə iddiaçıya ödəyib qurtarmışlar. Bu illər ərzində iddiaçı heç vaxt ev barədə və ya pul borclu olduqları barədə cavabdehə pretenziya bildirməmiş, onun qızı ilə cavabdehin oğlunun ailə münasibətləri pozulduqdan sonra isə o, cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçının qızı X22 hələ cavabdehin oğlu ilə ər-arvad münasibətində olduğu dövrdə evdən gedərək, başqa bir şəxslə ailə qurmuş, onun cavabdehin oğlu ilə ailə münasibətlərinə son qoyulmuşdur. Nərimanov rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə isə onların arasında olan nikah pozulmuşdur. Cavabdeh həmin evin yerləşdiyi həyətyanı toıpaq sahəsini özləri üçün almış, evin alınmasında iddiaçı cavabdehə kömək etsə də, cavabdeh onun bütün pulunu tam ödəmişdir. İddiaçının ümumiyyətlə yaşayış evinə ehtiyacı olmamış, onun xüsusi mülkiyyətində olan və daimi yaşadığı mənzili olmuş, iddiaçı heç vaxt həmin evdə yaşamamışdır. Hətta iddiaçı qeyd edilən evi sonradan cavabdehin adına keçirməyə söz versə də, bunu etməmiş, buna səbəb isə evin sənədlərinin düzgün olmaması, evin hüquqmüəyyənedici sənədinin olmaması olmuşdur. Yəni cavabdehin yaşadığı fərdi yaşayış evinin heç bir hüquqmüəyyənedici sənədi yoxdur, həmin ev heç bir hüquqla iddiaçıya aid deyil, iddiaçı həmin evə dair müqaviləni öz adından imzalasa da, iddiaçının imzaladığı həmin müqavilə əhəmiyyətsiz müqavilədir və o, həmin müqaviləyə istinad edərək cavabdehin həmin evdən çıxarılmasını tələb edə bilməz. Belə ki, evin cavabdeh tərəfindən alınmasının əsas sübutu cavabdehin öz ailəsi ilə birlikdə həmin evdə yaşaması, iddiaçının yaşayış evinə ehtiyacının olmaması, cavabdehin həmin evi sökərək, yerində daha geniş ev tikməyi və iddiaçının evə dair verdiyi pul vəsaitini ona qaytarmasıdır. Ümumiyyətlə cavabdehlər həmin evi alan zaman evi sökərək yerində yeni ev tikmək məqsədi ilə əsasən evin yerləşdiyi torpaq sahəsini almış, məhz evi alandan sonra evi dərhal söküb, yerində yenisini tikmiş, özlərinə daimi yaşayış yeri düzəltmişdir. Cavabdeh artıq 10 ildir ki, öz ailə ilə həmin evdə yaşayırlar, qeyd edilən ev cavabdehin daimi yaşayış evi olmuşdur. Lakin həmin ev iddaçının yaşayış yeri olmamış, iddaçı heç bir zaman həmin evdə yaşamamış, evə dair hər hansı bir hüquqa malik olmamışdır. Əksinə qeyd edilən ev cavabdeh tərəfindən tikilmiş, həmin evlə cavabdehin yetərli və davamlı əlaqələri olmuş, cavabdehlər sözügedən evdə özlərinə mənzil qurmuşlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, X10 əridir. X6 ilə birlikdə evi İddiaçı satmışlar və evin dəyəri olan pul məbləğini İddiaçınən özündən almışlar. Hər hansı digər şəxsdən evini dəyəri kimi pul məbləği almamışlar. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, həmin ev yaşayış üçün yararlı vəziyyətdə deyildi. Evin əvvəlki sahibi dəyişdikdən sonra həmin evdə cavabdehlər yaşamışdır. Orda iddiaçının yaşadığını görməmişdir. Sonradan ev cavabdehlər tərəfindən yenidən inşa edilmişdir. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair 1983-cü il tarixli pasportun surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 3 saylı evin mülkiyyətçisi X13 olmuşdur. İş materiallarında olan X13 tərəfindən verilmiş 07.08.2012-ci il tarixli yazılı iltizamdan müəyyən olunur ki, o, Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evi 18600 dollara İddiaçı 20.06.2012-ci il tarixdə öz razılığı və təşəbbüsü ilə satmışdır. Aralarında qalan 500 manat pul qalığı həmin ünvanda qeydiyyatda olan X15 həmin ünvandan qeydiyyatdan çıxdıqdan sonra ödəniləcəkdir. İş materiallarında olan evin alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X15 Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evi 18600 ABŞ dollarına İddiaçı 20.06.2012-ci il tarixdə satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi tərəfindən verilmiş 05.07.2012-ci il tarixli arayışdan müəyyən olunur ki, X13 adına olan evin texniki pasportunun tapılması barədə Bakı Şəhəri Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. İş materiallarında olan 07.08.2012-ci il tarixli etibarnamədən müəyyən olunur ki, X13 Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsi, ev 3 ünvanında yaşayan İddiaçı onun bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə şərtlər müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı etibar etmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinin Nərimanov rayon MKTB 55 saylı MKİS tərəfindən tətib olunmuş sxemdən görünür ki, “X30 küçəsi ev 3 X1 evinin sxemi” tərtib edilmiş və möhürlə təsdiq edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılmasə, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan müəyyən olunur ki, istehlakçı Cavabdeh1 olmaqla Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsi, ev 3 ünvanına qaz sayğacı quraşdırılmış və istismara təhvil verilmişdir. İş materiallarında olan 01.02.2012-ci il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nərimanov Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından müəyyən olunur ki, ünvan 3 ünvanı üzrə abonent İddiaçı olmuş və ödənişlər onun tərəfindən edilmişdir. İş materiallarında olan 55 saylı MKİS tərəfindən verilmiş 022851 nömrəli, 26.01.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsi, ev 3 ünvanında Cavabdeh3, onun atası Cavabdeh1, anası Cavabdeh2 qeydiyyatsız yaşayır. İddiaçı isə ev sahibi olmaqla 31.07.2012-ci il tarixdən həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli, 2(005)-260/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh3 ilə X22 arasında 18 iyun 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 445 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, 28 mart 2013-cü il təvəllüdlü X14 iddiaçı X17 yanında saxlanılması və 28 mart 2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh3 hər ay 175 manat sabit məbləğdə alimentin tutulub iddiaçı X18 verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 382162 nömrəli, 06.05.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh3 ilə X22 arasında olan nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.01.2021-ci il tarixli qətnaməsinə əsasən 01.03.2021-ci il tarixə pozulmuş və bu barədə 06.05.2021-ci il tarixində 159 nömrəli qeyd aparılmışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı 20.06.2012-ci il tarixində hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 3 saylı evi almışdır. Evin texniki pasportunun əsli itdiyi üçün həmin evdə qeydiyyatda olan X15 ilə evin alqı-satqı müqaviləsini imzalamışlar, lakin notariat kontorunda təsdiq etməmişlər. Evin sahibi Sədəf Həmzəyeva 07.08.2012-ci il tarixində iltizam yazaraq evi İddiaçı satdığını təsdiq etmiş və iddiaçıya 50 il müddətinə baş etibarnamə vermişdir. Cavabdehlər öz etirazlarında həmin evin sökülərək yerində yeni ev inşa edildiyini bildirsələr də, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim edilmədi. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlərdən və şahid ifadəsindən evi alan şəxsin İddiaçı olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılmalıdırlar. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar