Məhkəmə qərarları › İş №e-2(005)-1387/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1387/2022

07.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1387/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh və eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4 və iddiaçının Qeydiyyatda olduqları ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, X13 xx.xx.2020-ci il tarixdə “dəqiqləşdirilməmiş pnevmoniya” diaqnozundan vəfat etmişdir və mərhumun ölümü xx.xx.2020-ci il tarixdə Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən 1577 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini atası almışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evi atası iddiaçıya görə almışdır ki, Bakı şəhəri ərazisində yerləşən təhsil müəssisələrindən birində təhsil alan zaman yaşamağa yeri olsun. Atasının ölümündən sonra cavabdeh qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 iddiaçı və övladlarını qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa qoymurlar. Belə ki, cavabdehlər evi digər şəxslərə kirayə vermişdir və cavabdehlərin göstərişi ilə həmin kirayəçilər iddiaçını qeydiyyatda olduqları ünvan 1 ünvanına buraxmırlar. Cavabdehlər tərəfindən qeydiyyatda olduqları ünvan 1 ünvanında yaşamaq hüququna maneə olunması qanunsuzdur. Odur ki, iddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamaq hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh və eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı heç bir zaman ünvan 1 ünvanında yaşamamışdır. Bu halla bağlı qonşullar tərəfindən tərtib olunmuş aktı məhkəməyə təqdim etdiyini bildirmışdir.İddiaçı ailə qurduqdan sonra ailə üzvləri ilə yaşadığı ünvanda yaşamaqdadır və həmin mənzilə iddiaçının qeydiyyata düşməsindən xəbərləri olmadığını bildirmışdir və bununla əlaqədar hal-hazırda Baki İnzibati Məhkəməsinə müraciət edilib. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdeh və eyni zamanda Cavabdeh2 nümayəndəsi Cavabdeh1 izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron hökümət portalından edilmiş çıxarışdan görünür ki, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X14 və İddiaçı uşaqları X7, X10 Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi 8a saylı evdə qeydiyyatda olmalarına baxmayaraq bir gün də olsa həmin evdə yaşamayıblar, halhazırda da orada yaşamırlar, evdə onlara məxsus bir əmlak yoxdur. Həmin ev Cavabdeh2 məxsusdur. Aktın doğruluğu, X5, X1, X2, Nəcəfova Briliant və X6 tərəfindən təsdiq edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçı qeyd olunan mənzildə yaşamaq hüququnun olmasını iddia edərək, özü və övladları ilə birlikdə yaşamaları üçün köçürülmələri barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan hissəsi üzrə iddiaçının hüquqlarının mövcud olması, yəni hazırda iddiaçının ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun olması müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Qeyd olunan maddi hüquq normalarında bilinən hüquqların açıqlamasını verən zaman qanunverici həmin hüquqların əmələ gəlməsi üçün tələb olunan şərtləridə müəyyən etmişdir. Belə olan halda iddia tələbində göstərilmiş mənzilə köçürülmə zamanı ilk növbədə həmin hüququn mövcud olmasının müəyyən edilməsi şərtdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunvericilik hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Hazırda iddiaçının ünvan 3 istifadə hüququnun bərpa edilməsi ilə bağlı tələbinin səbəbi onun həmin mənzildən qeydiyyatda olmasıdır. Yəni iddiaçı qeyd olunan mənzildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmasını onun mənzilə istifadə hüqunun olması kimi qiymətləndirmişdir. Halbuki, vətəndaşın olduğu yer üzrə müvafiq icra hakimiyyəti tərəfindən qeydiyata alınması həmin şəxsin qeyd olunan evə istifadə hüququnun olmasını təsdiq etmir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X14 və İddiaçı uşaqları X7, X10 Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi 8a saylı evdə qeydiyyatda olmalarına baxmayaraq bir gün də olsa həmin evdə yaşamayıblar, hal-hazırda da orada yaşamırlar, evdə onlara məxsus bir əmlak yoxdur. Həmin ev Cavabdeh2 məxsusdur. Aktın doğruluğu, X5, X1, X2, Nəcəfova Briliant və X6 tərəfindən təsdiq edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1—ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddi hüquq normasında istifadə hüqunun əmələ gəlməsi üçün göstərilmiş imperativ şərtlər hazırda iddiaçının ünvan 3 mənzilə dair istifadə hüququnun mövcud olmamasını təsdiq edir. Hazırda iddiaçının istifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququna bərpa edilməsi yəni mənzilə köçürülməsi barədə iddia tələbi əsassızdır. Bu halda iddiaçının istifadə hüququnun mövcud olmaması, onun qanunla qorunan hüquqlarını cavabdehlər tərəfindən pozulmamasının təsdiqidir. Odur ki, iddia tələbinin pozulmuş hüquqların bərpası cəhətdən də əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair ərizə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar