Məhkəmə qərarları › İş №e-2(005)-1414/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1414/2022

13.04.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1414/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”X4rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X4rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Cavabdehn 15.10.2021-ci il tarixli, 03-239 saylı əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 nümayəndəsi X3 13.04.2022ci il tarixdə məhkəməyə yazılı vəsatətlə müraciət edərək, iddiaçı X1 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Biriyi” X8 (TƏBİB) qarşı “işə bərpa tələbinə dair" iddiası üzrə 2(005)-1414/2022 saylı mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardadın qəbul edilməsini xahiş etdi. Yazılı vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında iddiaçı X1 Cavabdehnə (TƏBİB) qarşı “işə bərpa tələbinə dair” iddiası üzrə 2(005)- 1414/2022 saylı mülki iş vardır. iddia ərizəsindən göründüyü kimi, İddiaçı 15.10.2021-ci il tarixli əmrin ləğv edilərək işə bərpa edilməsini xahiş etmişdir. Başqa sözlə, iddianın predmeti qismində əmək münasibətlərindən irəli gələn mübahisə çıxış edir. Məlumat üçün qeyd edir ki, TƏBİB-in hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, LevTolstoy küçəsi, ev 170-dir. Lakin iddiaçı hazırki iddia tələbi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Mülki Prosessual Məcəllə) 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin birinci instansiya məhkəməsinin icraatında olan işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Bu da nəticə etibarilə işin baxılması üçün aiddiyyatı üzrə müvafiq məhkəməyə göndərilməsi zərurətini yaratmışdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD saylı Azərbaycan Respublikasının Qanununa əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılması birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllə, 387.2.9-cu maddə). Nəzərə almaq lazımdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilmişdir. Aidiyyət qaydalarına məhkəmələr tərəfindən riayət edilməsi mübahisənin ədalətli həll edilməsində mühüm rol oynayır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin yazılı vəsatətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 nümayəndəsi X3 məhkəmə iclasında yazılı vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin yazılı vəsatəti təmin edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “AZEMİS” elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən olunur ki, cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, ev 170-dir. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 ünvanını ünvan 3publikası MPM-nin 149-150-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin mümkünlüyünü yoxlayıb, məhkəmə tərəfindən əsaslı olaraq icraata qəbul edilmişdir. Sonradan məlum olmuşdur ki, cavabdehin hüquqi ünvanı Bakı Şəhəri Nərimanov rayonu inzibati ərazisində yerləşmir. Məhkəmə hesab edir ki, hazırki mülki işdə cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 ünvanı Bakı Şəhəri Nəsimi rayonuna aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26.1, 32, 167.2, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”X4rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair 2(005)-333/2022 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan o rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar