Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1439/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi “hüquqi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Texniki və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29731 reyestr nömrəli və 3206 inventar nömrəli qeydiyyat vəsiqəsindəki X2 Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 5-ci döngə, 45 saylı ünvanda yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin əmlak üzərində ərizəçinin mülkiyyət hüququ Maraqlı şəxs2 Başçısının 27 mart 1997-ci il tarixli, 66 nömrəli Sərəncamı əsasında daşınmaz əmlakın dövlət reyestrində 29731 nömrəli kitabda, 3206 inventar nömrəsi ilə qeydə alınmışdır və ərizəçiyə bu faktı təsdiq edən qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Lakin, ərizəçinin hüquqlarının qeydiyyatı zamanı səhvə yol verilərək, adı səhv yazılmışdır. Belə ki, qeydiyyat vəsiqəsində mülkiyyətçinin adı Ərizəçi yazılmalı olduğu halda səhvə yol verilərək, X3 yazılmışdır. Ərizəçi xx.xx.2022-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, yeni çıxarış almaq istəmişdir. Həmin qurumdan ərizəçiyə imtina cavabı göndərilərək, bildirilmişdir ki, 29731 reyestr və 3206 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin ad və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Göründüyü kimi, ərizəçinin adı və ata adının qeydiyyat vəsiqəsində səhv yazılması nəticəsində, o mülkiyyət hüququndan istifadə edə bilmir. Belə olan halda, bu məsələnin həlli üçün ərizəçinin qeydiyyat vəsiqəsindəki şəxslə eyni şəxs olması faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə işə onun iştirakı olmadan baxılmasını və ərizəni müdafiə edərək onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Maraqlı şəxs2 Başçısının “Xırdalan qəsəbəsinin Bakı Quşçuluq fabriki ətrafındakı yaşayış massivində tikilmiş evlərin pasportlaşdırılması, və onlara qeydiyyat vəsiqələrinin verilməsi haqqında 27 mart 1997-ci il tarixli Sərəncamına əsasən Xırdalan qəsəbəsinin, Bakı Quşçuluq fabrikinin ətrafındakı yaşayış massivində tikilmiş, sanitar-texniki normaları pozmayan yeraltı kommunikasiya xətləri üstündə olmayan və yüksək gərginlikli xətlərin altında yerləşməyən yaşayışa uyğun evlərə texniki pasport və qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, “Quşçuluq” yaşayış massivi, Vİ küçəsində, V döngə 45 saylı yaşayış sahəsi X2 adına Maraqlı şəxs2 Başçısının 27 mart 1997-ci il tarixli 66 nömrəli sərəncamı əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, 29731 reyestr və 3206 inventar nömrəli qeydiyyat vəsiqəsində göstərilən hüquq sahibinin adı və ata adına münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, qeydiyyat vəsiqəsində hüquq sahibi “X3” göstərildiyi halda, etibarnamədə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa hüquqların daşınmaz dövlət reyestrində qeydiyyata alınması bəyan olunan fərdi yaşayış evinin baxış keçirilən ərazidə aşkarlanmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Ərizəçi tərəfindən müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, həmin ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Eyni zamanda, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarının 6-cı maddəsinə görə, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2.-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin Qərarın 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Ərizəçi AR Dövlət Texniki və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29731 reyestr nömrəli və 3206 inventar nömrəli qeydiyyat vəsiqəsindəki “X3” ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Texniki və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29731 reyestr nömrəli və 3206 inventar nömrəli Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 5-ci döngə, 45 saylı fərdi yaşayış evinə dair verilmiş qeydiyyat vəsiqəsindəki X2 Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-1439/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1439/2023
09.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver