Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1446/2024 10.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11 cəlb edilməklə) “müqavilə öhdəliyinin yerinə yetirilməsi və pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC iləCavabdeh arasında xx.xx.2023-cü il tarixli“Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqavilə əsasən Cavabdeh 5000 (beş min) manat məbləğində pulun, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş 70 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Beynəlxalq Təhsil MMC-nin Direktoru X1 nümayəndəsi ilə vətəndaş Cavabdeh arasında bacısı X10 Respublikasında Tokat Gaziosmanpaşa Fizioterapiya bölümünə qəbul prosesi həyata keçirilməsi ilə bağlı 07 iyul 2023-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin edilmişdir. Belə ki, X9 X2 Öğrenci Koordinatörlüğü tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli X14 da görünür ki, X4 və Rehabilitasyon bölümünə qəbul edilmişdir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini təmin etməmişdir. Hazırda Cavabdeh 5000 (beş min) manat borcu vardır. Tərəflər arasında bağlanan müqavilənin müqaviləsinin 3.1.6-ci maddəsinə əsasən qəbul prosesi başa çatdıqdan sonra tələbə müqavilə üzrə müəyyən edilmiş məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC-nin tələbəyə xidmət haqqı miqdarında təzminat iddiası qaldırmaq hüququ vardır. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Beynəlxalq Təhsil Mərkəzi” MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarında iştirak etməmişdirlər. Məhkəmə mülki işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında Tokat Gaziosmanpaşa Universiteti tərəfindən verilmiş təsdiq məktubunun məzmunundan görünür ki, X11 adıçəkilən universitetin “Sağlık Birimleri” fakültəsinə qəbul olmuşdur; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin məzmunundan görünür ki, müqavilənin predmetini "xxxx" MMC tərəfindən tələbə, X8 Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisəsi olan Türkiyə Respublikasında Tokat Gaziosmanpaşa “Fizyoterapi” fakültəsinə qəbul prosesini təşkil etmək bunun müqabilində müqavilənin 2-ci maddəsinə əsasən tələbə tərəfindən 1 ay müddətində (2 ayadək) 5000 manat pulu xidmətin əvəzi olaraq ödənilməsini təmin etməkdən ibarətdir. Müqavilənin 3.1.6-cı maddəsinə əsasən “Tələbə”nin qəbul prosesi başa çatdıqdan sonra “Tələbə” geriyə qalan məbləği ödəmədiyi təqdirdə "xxxx" MMC-nin “Tələbə”yə qarşı təzminat iddiası qaldırmaq hüququ vardır; - AR Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qax rayonu üzrə Təhsil Sektoru Qaxbaş kənd 2 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, X11 həmin məktəbin 11-ci sinifini bitirib və müvəfəqiyyət qazanıb, orta məktəb attestatını iyul ayında alacaqdır; - xx.xx.2024-cü il tarixli Pretenziya məktubunun məzmunundan görünür ki, "xxxx" MMC Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış öhdəliyi 10 (on) gün ərzində yerinə yetirməsi, və "xxxx" MMC-yə göstərilmiş təhsil xidmətləri üzrə 5000 manat dəyərində xidmət haqqını, həmçinin müqavilə şərtlərinə uyğun olaraq 5000 manat təzminatı ödəməsi barədə xəbərdar etmişdir; - xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən 14 saylı vəkil bürosunun hesabına 100 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Türkiyənin Ali Təhsil Müəssisələrinə qəbul” barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmişdir. Belə ki, X7 Respublikasında Tokat Gaziosmanpaşa ÜniversitesiUluslararası Öğrenci Koordinatörlüğü tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli X14 da görünür ki, X11 “Türkiyə Respublikasında Tokat Gaziosmanpaşa Universiteti Fizyoterapi və Rehabilitasyon” bölümünə qəbul edilmişdir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyi təmin etməmişdir. Hazırda Cavabdeh 5000 (beş min) manat borcu vardır. Cavabdeh öhdəliyi icra etməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 70 manat məbləğində dövlət rüsumu və müdafiəçiyə hüquqi yardım üçün 100 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətə görə 100 manat, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, vəkilə ödənilmiş 100 manat pulun ağlabatan məbləğ olduğunu və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli“Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqavilə əsasən Cavabdeh 5000 (beş min) manat məbləğində pul, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş 70 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə ödənilməldir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli“Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqavilə əsasən Cavabdeh 5000 (beş min) manat məbləğində pul, müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 100 manat və ödənilmiş 70 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1446/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1446/2024
10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver