Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1472/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən yaranmış 13.200 (on üç min iki yüz) manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 660 (altı yüz altmış) manat, cəmi 13.860 (on üç min səkkiz yüz altmış) manat pul məbləğinin ödənilməsi, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 13/37 ünavında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verən İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur (RX seriyalı ******* nömrəli çıxarış qoşmaya əlavə olunur). Bakı şəhərində İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyi-yaşayış sahəsi iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Qeyd edilən, xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsinin 5-ci maddəsinə görə, icarəyə götürən Cavabdeh icarə verən İddiaçı aylıq 500 manat 00 qəpik (beş yüz manat sıfır qəpik) icarə haqqı ödəyir (xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsi qoşmaya əlavə olunur). İcarə haqqının ödənilməsindən uzun müddət keçməsinə və icarə haqqının ödənilməsi ilə bağlı dəfələrlə xəbardarlq edilməsinə baxmayaraq, bu günə kimi cavabdeh tərəfindən öhdəliklər icra edilməyərək yığılmış və icarə haqqı ödənilməməktədir. Dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli icarə müqaviləsinin tələbləri kobud şəkildə pozmaqda davam edir. Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair xx xxxx 2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia ərizəsi xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən yaranmış 13200 manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz 660 manatın, cəmi 13860 manat pul məbləğinin ondan tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi, qarşılıqlı iddiasının icraata götürülərək, müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi nəticəsində ona dəymiş 45 000 manat maddi ziyanın İddiaçı tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ondan xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən yaranmış 13200 manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 660 manat cəmi 13860 manat pul məbləğinin ödənilməsi, aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş Bakı şəhəri, X3 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verənə təhvil verilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və mülki iş e-2(005)-1472/2021 nömrə ilə məhkəmə icraatına qəbul edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı iddia ərizəsi əsassızdır və məhkəmə tərəfindən təmin olunmamalıdır. Belə ki, Z.Q. İsmayılova ilə o, avqust-sentyabr 2016-a ilə Bakı şəhəri, X3 küçəsi, 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kvjn olan qeyri-yaşayış sahəsinin ayda 500 manat dəyərində icarəyə verilməsinə və oranın trenajor zalı kimi istifadə edilməsi üçün onun tərəfindən təmir edilməsi və xaricdən trenajor alətlərinin alınaraq orada tam fəaliyyət göstərməsinə dair ilkin razılığa gəlmişdir. Onlar cavabdehlə icarəyə verilmiş qeyri-yaşayış sahəsinə baxış keçirmiş və tam təmirsiz və istismara yararsız olduğundan, icarə müqaviləsini imzalamadan əvvəl, aralarında qeyri-yaşayış sahəsinin trenajor zalı kimi istifadə edilməsi üçün əsaslı təmirə ehtiyac olduğunu və təmirin smetasının 30 000 manat (elektrik, istilik xətlərinin cəkiləməsi, döşəmənin bərpası və yenilənməsi, kişi və qadın üçün hamamın və qarderobların tikilməsi, divarların bərpası və boyanması və sair) olduğunu və təmir üçün 4 ay vaxt tələb olunduğunu müəyyən etdilər (Foto şəkillər əlavə edilir). O cavabdehlə razılaşdı ki, əgər o qeyd edilən qeyri-yaşayış sahəsini ona 5 illik icarəyə versə, o oranı 4 aya təmir edə bilər və bundan sonra icarə müqaviləsi bağlayaraq, təmirə xərclədiyi vəsaiti çıxarda, icarə haqqını, digər xərdəri verə və əlavə gəlir əldə edə bilər. Onlar öz aralarında razılaşdı ki, o qeyd edilən qeyri-yaşayış sahəsini təmirinə lazım olan 30 000 manatı xərclədikdən və 4 ay ərzində təmir etdikdən sonra, aralarında icarə müqaviləsi bağlanır və cavabdehdə öz növbəsində 5 il ərzində icarə müqaviləsini bir tərəfli qaydada ləğv edə bilməz, müqavilənin ləğvini tələb etdiyi təqdirdə təmirə ödədiyi 30 000 manatı ona geri qaytarmalıdır. Hətta icarə haqqı verilməsə belə cavabdeh müqavilənin ləğvini müqavilə müddəti bitmədən tələb edə bilməz, o, icarə haqqı ödənməmiş ayların haqqını müqavilə bitdikdən sonra ondan tələb etməlidir. Bundan sonra o, oktyabr 2016-a ilda tamirə başladı və trenajor alətlərini Çin Xalq Respublikasından sifariş veridi. Lakin cavabdeh dekabr ayında onun yanına gələrək icarə müqaviləsini imzalamağı tələb etdi və o təmir gedə-gedə onunla xx xxxxxx 2016-cı ildə icarə müqaviləsini imzaladı, müqavilə imzalanan zaman aralarında əldə edilmiş razılıq 9-cu bəndə salındı və mən fevral 3017-cä il tarixində təmiri yekunlaşdırmağına va fəaliyyətə başlamağa baxmayaraq artıq müqavilə imzalanan gündən öz cibindən icarə haqqını ödəməyə başladı. Bundan sonra o fevral 2017-ci ildə təmiri yekunlaşdırıb fəaliyyətə başladı (foto şəkillər əlavə edilir) və hər ay vaxtı-vaxtında icarə haqqını ödəyirdi. Son ödənişi 2020-ci ilin fevral ayı üçün olmuşdur. Lakin 2020-ci ilin mart ayından ölkə ərazisində pandemiya elan edildiyindən onların trenajor zalının da fəaliyyətinə qadağa qoyuldu. O, bununla bağlı cavabdehə şifahi olaraq məlumat verdi və ona bundan xəbərdar olduğunu, icarə haqqının dondurulmasına və fəaliyyətə başladıqdan sonra icarə haqqının ödənilməsinə etiraz etmədiyini bildirdi. Bundan bir neçə ay sonra Cavabdeh ona bildirdi ki, elədiyi təmir trenajor zalının fəaliyyətsiz qalması, nəmişlik və yuxan qonşuların şaxtalarından axıdılmış kanalizasiya sularının təsiri nəticəsində yararsız hala düşüb və təkrar təmirə ehtiyac var. Zalın fəaliyyəti dayandınİdığından, o oranı kosmetik təmirini və dizaynın yeniləmək, döşəməsini yenidən təmir etdirərək rezin döşəmə düzdürmək istəyir. Buna cavab olaraq cavabdeh ona etiraz etmədiyini bildirdi və təmirə icazə verdi. Bundan sonra o qeyri-yaşayış sahəsinin təmirinə 15000 manata yaxın vəsait xərclədi və yenidən təmir etdi (Fotolar əlavə edilir). Lakin cavabdeh 2020-ci ilin dekbar aylarında trenajor zalına gələrək təmirin tam yekunlaşdığını gördükdən sonra ondan icarə üçün son bir ilin haqqını ödəməyi və ödəmədiyi təqdirdə qeyri- yaşayış sahəsini boşaltmağı tələb etdi. O, ona bildirəndə ki, pandemiyanın elan olunması və zalın fəaliyyətinin dayandırması onun günahı ucbatından deyildir, yaranmış mürəkkəb epidemioloji vəziyyətlə bağlı hökumətin qərarıdır və bundan əlavə onların arasında şifahi razılıq verib. Bundan əlavə əgər belə idisə o ona niyə əlavə təmir etməyə icazə verib və təmir bitən kimi bu tələbi irəli sürür. Əgər o, icazə verməsəydi o pulu ilə oranı təmir etməzdi və əlavə ziyana uğramazdı. Onun cavabı isə o oldu ki, heç nə eşitmək istəmir və ondan dərhal qeyri-yaşayış sahəsini boşaltmağı tələb edir. Bundan sonra cavabdeh onun sözlərinə məhəl qoymadan rəsmi pretenziya məktubu göndərdi və məhkəməyə müraciət etdi. Bununla da ona aydın oldu ki, cavabdeh qabağcadan müqaviləni ləğv etdirmək niyyətində olub. Lakin bu barədə tələbini onun oranı təmir etdirdikdən sonra bildirib. Çünki o, onun oranı tərk edən zaman təmirli sahənin ona qalmasını hesablayıb və bunun nəticəsində ona əlavə ziyan vurub. Məhkəməyə müraciət edərkən də, o, iddia ərizəsində qeyri ciddi formada qeyd edib. Belə ki, onun iddia ərizəsini nümayəndəsi və vəkili imzalayıb. Lakin icarə haqqının aylıq 500 manat olmasını qeyd etsə də, son bir il üçün 13200 manat və əlavə 5 % illik 660 manat tələb edir. Bütün qeyd edilənlər bir daha ona dəlalət edir ki, cavabdehin iddiası əsasızdır və müqavilə birtərəfli ləğv edildiyi təqdirdə ona dəymiş 30000 manat maddi ziyan icarə müqaviləsinin 9-cu bəndinə əsasən və 15 000 manat isə sonrakı təmirə xərclədiyi vəsait ona ödənilməlidir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, ona mahiyyəti üzrə baxıb, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, ilkin iddia ərizəsini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İcarəyə verən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli İcarə müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, icarəyə verən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 316,7 kv/m olan qeyriyaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni icarəyə verir: İcarəyə verən İddiaçı (tam hissə 316,7 kv.m) –İcarəçi Cavabdeh. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, icarə müqaviləsinə əsasən yaranmış 13.200 (on üç min iki yüz) manat borcun, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 660 (altı yüz altmış) manat, cəmi 13.860 (on üç min səkkiz yüz altmış) manat pul məbləğinin ödənilməsi, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 13/37 ünavında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq icarəyə verən İddiaçı təhvil verilməsini 15 gün ərzində təmin edilməsi xahiş olunmuşdur. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan respublikası X2 Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının təsdiqlənmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 316,7 kv/m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 10057 saylı vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 316,7 kv/m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin əmlakın icarəyə verilməsi məqsədilə İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixdə İcarə müqaviləsi bağlanmışdır. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İcarəyə götürən icarəyə verənə hər ay 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarəçi icarəyə götürdüyü sahəyə 30000 manat xərc çəkmişdir. Əgər icarəyə verən heç bir əsas olmadan müqaviləni vaxtından əvvəl pozarsa İcarəçinin çəkdiyi 30000 manat xərci ödəməyi öhdəsinə götürür. Hazırda ilk iddia üzrə iddiaçı cavabdeh tərəfindən 2020-ci ilin mart ayından icarə haqqının ödənilmədiyini, bu səbəbdən də cavabdeh R.Əsilbəylinin müqavilə üzrə öhdəliklərini pozduğunu bildirir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək, ilk iddianın rədd edilməsini, icarəyə götürülmüş əmlakın təmirinə çəkdiyi xərcin ona ödənilməsini xahiş edir. Məhkəmə ilkin iddia tələblərinə mülki qanunvericiliyin müddəalarına uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 700-cü maddəsinin mənasına görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (maddə 700.1). İcarə predmeti (maddə 700.2). Məcəllənin 391-ci maddəsinə görə, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. ( maddə 421.2) Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. (Maddə 422.1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində isə təsbit olunmuşdur ki, Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.3-cü maddəsində təsbit olunmuşdur ki, binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. (Maddə 1) İcarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. (Maddə 5) İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. (Maddə 6) İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilən yaxşılaşdırmaların dəyərini icarəyə verən ödəməyə razı olmadıqda icarəçi bu yaxşılaşdırmaları geri götürə bilər. (Maddə 7) İcarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. (Maddə 15.1) İcarəyəverənin borcları üzrə tələbin icarəyə verilmiş əmlaka yönəldilməsinə yol verilmir. (Maddə 15.2) İcarəçinin əmlakı ondan yalnız məhkəmənin qərarı ilə geri alına bilər. (Maddə 15.3) “İcarəyə verən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli İcarə müqaviləsinin 5-ci bəndinə əsasən, İcarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı aylıq 500 manat icarə haqqı ödəyir. 8-ci bəndinə əsasən, Müqavilənin ləğv edilməsi tərəflərin razılığına əsasən bir ay qabaqcadan "xəbərdar etməklə yazılı ərizələrinə müvafiq olaraq həyata keçirilir. 9-cu bəndinə əsasən, “İcarəçilər” “İcarəyəverən”-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz.İcarəçi icarə müddəti bitdikdən sonra icarəyə götürdüyü sahəni əvvəlki vəziyyətdə İcarəyəverənə qaytarmağı öz öhdəsinə götürür.İcarəçi icarəyə götürdüyü sahəyə 30.000 ( otuz min) manat xərc çəkmişdir. Əgər icarəyə verən heç bir əsas olmadan müqaviləni vaxtından əvvəl pozarsa icarəçinin çəkdiyi 30 000 ( otuz min) manat xərci ödəməyi oz öhdəsinə götürür. Məhkəmə, ilk növbədə tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə tələbə qiymət verilməsini zəruri hesab edərək bildirir ki, bu hissədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia tələbindən göründüyü kimi, ilk tələb üzrə Cavabdeh qarşılıqlı iddia tələbi ilə müraciət edərək, müqavilənin birtərəfli qaydada ləğvi nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki halda hər iki tərəf müqavilə münasibətlərinin davam etdirilməsində israrlı deyillər, digər tərəfdən ilk tələb üzrə cavabdeh maddi ziyan tələb etməklə dolayısı ilə ilk iddiaçının müqavilənin ləğvi ilə bağlı tələbi ilə etiraz etməyərək, həmin tələblə razılaşır. Bununla yanaşı məhkəmə ilk iddia tələbi üzrə “icarə müqaviləsinə əsasən yaranmış borcun, gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi”nə dair tələbə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, ilk tələb üzrə iddiaçının tələbini əsaslandırarkən istinad etdiyi hallar əsaslı hesab edilə bilməz. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmiş işin mübahisəsiz hallarından müəyyən olunmuşdur ki, ilk iddiaçı xx.xx.2016-ci il tarixli icarə müqaviləsinin tələblərinin kobud şəkildə pozuntusunu 2020-ci ilin mart ayından iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtadək ödənilməyən icarə haqqları ilə əlaqələndirmişdir. Lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk tələb üzrə istinad edilən əsaslarla razılaşmayaraq, onun tərəfindən hər hansı pozuntu edilmədiyini bildirərək, həmin halın 2020-ci ilin mart ayından ölkə ərazisində pandemiya elan edildiyindən onların trenajor zalının da fəaliyyətinə qadağa qoyulması ilə izah edir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə etirazının əsaslı olması qənaətinə gəlir. Bu baxımdan qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il üçün müvafiq qərarlarından göründüyü kimi, bir sıra müəssisələrin, o cümlədən ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Yuxarıda sadalanan hüquq normalarına və işin faktiki hallarına əsasən, məhkəmə qeyd edir ki, 2020-ci ilin mart ayından iddia tələbi ilə məhkəməyə müraciət edildiyi vaxtadək ödənilməyən icarə haqqları müqavilənin pozulmasına səbəb olmadığından ilk iddia üzrə iddiaçı həmin hala istinad edə bilməzdi. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “icarə müqaviləsinin 9-cu bəndinə əsasən 30000 manat maddi ziyanın ödənilməsi” barədə hissəsinə hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi yuxarıda qeyd olunanlara əsasən əsaslıdır. Belə olan halda qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx xxxxxx 2016-cı il tarixli İcarə müqaviləsinin 9-cu bəndinin tələbi əsas götürülməklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30000 manat məbləğində təmirə görə çəkilmiş pulu ödəməlidir. Lakin məhkəmə qarşılıqlı iddiaçının “15000 manat sonrakı təmirə xərclədiyi vəsaitin ona ödənilməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 6-ci maddəsinə əsasən, icarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Habelə, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli İcarə müqaviləsinin 9-cu bəndinə əsasən, “İcarəçilər” “İcarəyəverən”-in razılığı olmadan icarəyə götürülən sahədə təmirtikinti işləri apara bilməz. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı 15 000 manat məbləğində sonrakı təmirə xərclədiyi vəsaitin ona ödənilməsini tələb etsə də, o məhkəmə iclasında sonrakı təmirlə bağlı cavabdeh İddiaçı müvafiq icazəsinin olması barədə sübutları təqdim edə bilmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-ci il tarixli icarə müqaviləsi ləğv edilməli və icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı 30000 (otuz min) manat məbləğində pul X1 ödənməli, ilkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-ci il tarixli icarə müqaviləsi ləğv edilsin və Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 13/37 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı 30000 (otuz min) manat məbləğində pul X1 ödənilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1472/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1472/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver