Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1486/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi, Doğum haqqında şəhadətnamədə soyadı qrafasında: Cəfərov, adı qrafasında: Tanrıverdi, atası qrafasında: Həsən oğlu, gün, il, ay qrafasında: xx.xx.1959, rəqəm və sözlə qrafasında: bir yanvar min doqquz yüz əlli doqquz doğulmuşdur, doğulduğu yer, şəhər, kənd, qəsəbə qrafasında: Ermənistan Respublikası, rayon qrafasında: Razdan rayonu, Respublika (ölkə) qrafasında: Azərbaycan, atası qrafasında: X22, milliyyəti qrafasında: Azərbaycanlı, anası qrafasında: X16, milliyyəti qrafasında: Azərbaycanlı göstərilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (Ərizə dəqiqləşdirilmişdir) Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 01 avqust 1959-cu il tarixdə Ermənistan Respublikasının Razdan rayonundan anadan olmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsində, eləcə də əvvəlki şəxsiyyət vəsiqəsində adı Tanrıverdi kimi yazılmışdır. Lakin AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsində ərizəçinin adında hərf səhvinə yol verilərək “Tanrverdi” kimi yazılmışdır. Ərizəçi şəxsiyyət vəsiqəsində adında düzəliş edilməsi ilə əlaqədar 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-16-5-1956/23 nömrəli məktubla bildirilmişdir ki, “müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyinizə görə doğum haqqında akt qeydinizin bərpası tərəfimizdən mümkün olmamışdır.” Ərizəçi 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşdüyü üçün onun doğum haqqında şəhadətnaməsi orada qalmışdır və bu səbəbdən də qeydiyyat şöbəsinə təqdim edə bilməmişdir. Ərizəçinin əvvəlki şəxsiyyət vəsiqəsində adı Tanrverdi kimi qeyd edilmişdir. Ərizəçinin adının Tanrverdi olmasını sübut edən ən mötəbər sənədlər övladları olan xx.xx.1986-cı il təvəllüdlü X5 və xx.xx.1989-cu il təvəllüdlü X3 doğum haqqında şəhadətnamələrində, şəxsiyyət vəsiqələrində ata adı qrafasında Ərizəçi göstərilməsi təsdiq olunur. Bundan əlavə, ərizəçinin 512198 saylı vəsiqəsində, "xxxx" ASC-nin “Bakı Sukanal” idarəsi tərəfindən verilmiş 3622 saylı vəsiqəsində və xx.xx.1994-cü il tarixli arayışdaadı Tanrverdi kimi göstərilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı səbəblərə görə təmin edilməlidir. Məhkəmə iclasında şahid X17 ifadə verərək bildirdi ki, ərizəçi onun əmisi oğludur. Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Razdan rayonunda anadan olmuşdur. Ərizəçinin adı Tanrıverdi, ata adı Həsəndi. Məhkəmə iclasında şahid X14 ifadə verərək bildirdi ki, Ərizəçi əmisi oğludur. Ərizəçi xx.xx.1959-cu ildə Ermənistan SSR-nin Razdan rayonunda anadan olmuşdur. O ərizəçi ilə bir məktəbdə oxumuşdur. Ərizəçinin adı Tanrıverdi, ata adı Həsən, ana adı Sultandır. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 062646 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X22 ilə X10 arasında 08 iyul 1959-cu il tarixində nikah bağlanmışdır. Ərə Cəfərov, arvada Cəfərova soyadları verilmişdir. - AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu il tarixində doğulmuşdur. - 3622 nömrəli vəsiqədən görünür ki, X9 "xxxx" ASC-nin “Bakı Sukanal” İdarəsində qəza-bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. - xx.xx.1994-cü il tarixli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü X1 rayon hərbi komissarlığında hərbi uçota alınmışdır. - AZE 13361412 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1989cu il tarixində Bakı şəhərində doğulmuşdur. - 512198 nömrəli vəsiqədən görünür ki, Ərizəçi 1959-cu il tarixində doğulmuşdur. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyinə görə doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır.”Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin Qərarının 14-cü bəndinə əsasən məhkəmə müraciət etməsi tövsiyə edilmişdir. - 489671 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-cu il tarixində Bakı şəhərində doğulmuşdur. X2, anası X11r. - 389561 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1986-cı il tarixində Ermənistan SSR-nin Razdan rayonunda doğulmuşdur. X2, anası X11r. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1986-cı il tarixində doğulmuşdur. - Bakı şəhəri Nərimanov rayon hərbi komissarlığı tərəfindən verilmiş ******* nömrəli hərbi biletdən görünür ki, X4 xx.xx.1986-cı il tarixində Ermənistan SSR-nin Razdan rayonunda anadan olduğu qeyd edilmişdir. - Orta təhsil haqqında attestatdan görünür ki, X8 2004-cü ildə Bakı şəhəri Nərimanov rayonu D.Nəbiyev adına 178 saylı orta məktəbi kafi qiymətlərlə bitirmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Mülki iş materiallarından və şahid ifadəsindən müəyyən olunur ki, Ərizəçi özünə dair doğum haqqında şəhadətnaməni itirmişdir. Doğum haqqında akt qeydinin bərpa edilməsi barədə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı Asan Xidmət mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni) təqdim edə bilmədiyinə görə doğum haqqında akt qeydinin bərpası mümkün olmamışdır. Ona ”Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” AR Nazirlər Kabinetinin Qərarının 14-cü bəndinə əsasən məhkəmə müraciət etməsi tövsiyə edilmişdir. Belə olan halda Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd edir ki, vətəndaşın şəxsiyyət vəsiqəsindən Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan SSR-nin Razdan rayonunda doğulduğu aydın olur. Eyni zamanda şahid ifadələri ilə də bu fakt öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan SSR-nin Razdan rayonunda doğulması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Ermənistan SSR-nin Razdan rayonunda doğulması barədə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında “X22” (milliyəti azərbaycanlı), və ana qrafasında “X16” (milliyəti azərbaycanlı), qeyd edilsin. Bu barədə doğum haqqında şəhadətnamənin verilməsi Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1486/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1486/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver