Məhkəmə qərarları › İş №e-2(005)-150/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-150/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-150/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 24288,85 (iyirmi dörd min iki yüz səksən səkkiz manat səksən beş qəpik) manat olmaqla, bundan 15833,55 (on beş min səkkiz yüz otuz üç manat əlli beş qəpik) manat əsas, 8455,30 (səkkiz min dörd yüz əlli beş manat otuz qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 162,86 (bir yüz altmış iki manat səksən altı qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzilə yönəldilməsi, qeyd olunan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******MKG160719-01 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 24 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 19 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi DƏDRX-nin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzili ipotekaya qoymuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə borcalan və ipotekaqoyan Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət Notariat Kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi edilməsi barədə DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci maddəsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2022-ci il tarixli **********966 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəliklərini tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəllərinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi.06 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 24288,85 (iyirmi dörd min iki yüz səksən səkkiz manat səksən beş qəpik) manat təşkil edir. Bundan 15833,55 (on beş min səkkiz yüz otuz üç manat əlli beş qəpik) manat əsas, 8455,30 (səkkiz min dörd yüz əlli beş manat otuz qəpik) manat faiz borcu təşkil edir. Beləliklə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci il tarixində 2000 (iki min) manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ötən məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 idia tələbini qismən qəbul etdiyini, banka olan borcunu birdəfəlik deyil, hissə-hissə ödəmək istidiyini bildirmişdir. Cavabdehlərə məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ***-*******MKG160719-01 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, həmin müqavilə üzrə kreditor tərəfindən borcluya 36 (otuz altı) ay müddətinə illik 24 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verməyi, borcalan isə həmin kredit məbləğini götürməyi və krediti, ondan istifadəyə görə faizləri aralarında razılaşdırılmış müddətlərdə kreditora qaytarmağı barədə öhdəlik götürmüşdür. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə borcalan və ipotekaqoyan Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət Notariat Kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi edilməsi barədə DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi DƏDRX-nin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzili ipotekaya qoymuşdur. xx.xx.2019-cu il tarixli ***-*******MKG160719-01/ZM/1 İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Bank qarşısında Borcalanın xx.xx.2019-cu il tarixli ***-*******MKG160719-01 Saylı Kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******MKG160719-01 saylı razılaşmalarla illik 24 faizlə, 36 ay müddətinə ümumilikdə 20000 (iyirmi min) manat kredit verilmiş və kreditin aylıq 784,66 (yeddi yüz səksən dörd manat altmış altı qəpik) manat olmaqla ödənilməsi müəyyən edilmişdir. 13 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmş xx.xx.2019-cu il tarixli, ***-*******MKG160719-01 saylı kredit müqaviləsi üzrə 06 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 24288,85 (iyirmi dörd min iki yüz səksən səkkiz manat səksən beş qəpik) manat təşkil edir. Bundan 15833,55 (on beş min səkkiz yüz otuz üç manat əlli beş qəpik) manat əsas, 8455,30 (səkkiz min dörd yüz əlli beş manat otuz qəpik) manat faiz borcu təşkil edir. xx.xx.2022-ci il tarixli xəbərdarlığın və ipoteka predmetinə yönəldilməsi barədə bildirişin məzmunundan görünür ki, .07.2019-cu il tarixli, ***-*******MKG160719-01 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun 3 iş günü ərzində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli, ƏEM/N 63-798/22 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzilin 23 noyabr 2022-ci il tarixinə - bazar dəyəri 110000 (bir yüz on min) manat, likvid dəyəri – 102.000 (bir yüz iki min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli № 9/6585 saylı ekspert rəyinə əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli, ***- *******MKG160719-01 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu 06 may 2022-ci il tarixinə əsas borc üzrə 15833, 56 manat, faiz borcu üzrə 8412,90 manat, xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 15833,56 manat faiz borcu üzrə 9.183,47 manat təşkil edir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı BOKT ASC məhkəmədə iddia qaldırmaq üçün 162,86 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli ***-*******MKG160719-01 saylı Kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 24 faiz dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 19 iyul 2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi DƏDRX-nin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzili ipotekaya qoymuşdur. Mənzilin ipotekaya qoyulması barədə Bank ilə borcalan və ipotekaqoyan Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Bu razılaşma Dövlət Notariat Kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi edilməsi barədə DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci maddəsinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. 06 may 2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 24288,85 (iyirmi dörd min iki yüz səksən səkkiz manat səksən beş qəpik) manat təşkil edir. Bundan 15833,55 (on beş min səkkiz yüz otuz üç manat əlli beş qəpik) manat əsas, 8455,30 (səkkiz min dörd yüz əlli beş manat otuz qəpik) manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 387.2-ci maddəsinə əsasən, əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Mülki Məcəllənin 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyən edilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi üçün cavabdehdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-cü maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 ilə bağlanmış xx.xx.2019cu il tarixli, ***-*******MKG160719-01 saylı kredit müqaviləsi üzrə iddia tələbi əsas kredit borcu və hesablanmış faizlər hissəsində qismən təmin edilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu, o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddia tələbində 06 may 2022-ci il tarixinə 15833,55 (on beş min səkkiz yüz otuz üç manat əlli beş qəpik) manat əsas, 8455,30 (səkkiz min dörd yüz əlli beş manat otuz qəpik) manat faiz borcu tələb olunsa da, 06 may 2022-ci il tarixinə ekspert rəyinə görə əsas borc üzrə 15833, 56 manat, faiz borcunun 8412,90 manat müəyyən olunması nəzərə alınmalıdir. Buna görə də, məhkəmə əsas və faiz borcun tutulması hissəsində ekspert rəyi möhtəbər sübut kimi qiymətləndirməklə 06 may 2022-ci il tarixinə əsas borc üzrə 15833, 55 manat, faiz borcu üzrə 8412,90 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ***-*******MKG160719-01 nömrəli razılaşmaya əsasən Dövlət Notariat Kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi edilməsi barədə DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi DƏDRX-nin xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 162,86 (bir yüz altmış iki manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiymətinin iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli, ƏEM/N 63-798/22 nömrəli ekspert rəyində müəyyən edilən məbləğdə, yəni likvid dəyəri – 102.000 (bir yüz iki min) manat məbləğində müəyyən edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair ekpert rəyi nəzərə alınmaq 102.000 (bir yüz iki min) manat manat müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutulması hissədə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, həmin hissədə iddia tələbi rədd olunmalıdır. Belə ki, ipoteka predmetinin realizəsi mərhəsindən sonra həmin məbləğin borcun ödənilməsinə kifayət etmədiyi halda olan tədbirlər icra mərhələsində həyata keçirilir. Məhkəmə iddia tələbinin "əmlakın boşaldılması " hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalıdır. Eyni zamanda, Məhkəmə dövlət rüsumunun eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) rüsumunun tutulmasını əsaslı hesab edir. Bu səbəbdən ödənilmiş 162,86 (bir yüz altmış iki manat səksən altı) manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Habelə, məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 545 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq müvafiq olaraq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******MKG160719-01 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli ***-*******MKG160719-01 saylı Kredit müqaviləsi üzrə 06 may 2022-ci il tarixinə əsas borc üzrə 15833, 55 manat, faiz borcu üzrə 8412,90 manat və iş üzrə ödənilmiş 162,86 (bir yüz altmış iki manat səksən altı qəpik) manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana – Cavabdeh1 qaytarılmalı, ipoteka predmeti olan ünvan 1, 3 nömrəli mənzilinin ilkin satış qiyməti 102000 manat məbləğində müəyyən edilməli, Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmalı, iddia qalan hissədə iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******MKG160719-01 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15833,55 (on beş min səkkiz yüz otuz üç manat əlli beş qəpik) manat əsas, 8412,90 (səkkiz min dörd yüz on iki manat doxsan qəpik) manat faiz borcu, cəmi 24246, 45 (iyirmi dörd min iki yüz qırx altı manat qırx beş qəpik) və iş üzrə ödənilmiş 162,86 (bir yüz altmış iki manat səksən altı qəpik) manat dövlət rüsumu ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzilə yönəldilsin. Həmin mənzil açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu və dövlət rüsumu ödənilsin. Cavabdeh1 məxsus olan ünvan 1, 3 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İpoteka predmeti olan ünvan 1, 3 nömrəli mənzilinin likvid satış qiyməti 102000 (bir yüz iki min) manat məbləğində müəyyən edilsin. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Keçirilmiş məhkəmə mühasibatlı ekspertizası xərci olaraq 145 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar