Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1513/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təmirinə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər:müqavilə öhdəlikləri) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təmirinə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri Nərimanov Rayonu, Ak. X21, 945 məhəllə ünvanında inşa edilən bir girişli iki bloklu (“B” və “C”) hündürmərtəbəli yaşayış binasının X3 məxus mənzilin qarşısın tutacağına görə ona kompensasiya qismində ödənişsiz tikiləcək binada sahəsi 157,12 kv.m. olan 3 otaqlı mənzil verilmişdir. Daha sonra həmin mənzil X13 adəna rəsmiləşdirilmişdir. Bundan sonra, 18 may 2024-cü il tarixdə X19 mənzildəki paydan imtina etdiyini və mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir. Ə.Sədinin arvadı X15 da oxşar məzmunlu ərizə təqdim etmişdir. Mənzilin tam dəyəri X16 ödənilmişdir. 20 may 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında 6B nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya eyni tarixli eyni nömrəli arayış təqdim edilərək, mənzilə görə iddiaçının hər hansı borcunun olmaması təsdiq edilmişdir. Hazırda tərəflər arasında mübahisənin predmeti, cavabdeh tərəfindən iddiaçıya mənzildə təmirin aparılmasına maneələrin yaradılmasıdır. Cavabdeh iddiaçı tərəfindən müqavilə üzrə hər hansı icra edilməmiş öhdəliyin olmadığını bildirsə də, aralarında bağlanmış müqavilənin 7.3-cü bəndinə istinad edir və təmirə yalnız dövlət komissiyası tərəfindən istismara qəbul edildiyindən sonra başlanıla biləcəyini qeyd edir. Eyni zamanda binada digər sakinlərin mənzildə təmir işləri aparmasını və hətta yaşamasını da inkar etmir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzilin təmirinə yaradılmış maneələrin aradan qaldırılması tələbi üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2024-cü il tarixində əldə etdiyi əmlakın müqavilə üzrə tam öhdəliyin bağlanmasını, həmin binada çoxdandır yaşayış olduğunu və həmin binada çox mənzillərdə hal hazırdada təmir getdiyini nəzərə alıb iddiaçıya məxsus mənzilin təmirə buraxılmasına icazə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh olan MM PARK MMC-dən iddiaçı 20 may 2024 cü il tərixində ev almışdır.Evin əvvəlki sahibi X19 olmuşdur.İddiaçı həmin daşınmaz əmlakla bağlı şirkətin daxilində müqavilə bağlandı və şirkətin rəhbəri ona ilin sonu təmirə buraxacağını dedi. İlin sonunda iddiaçı əlaqə saxlayanda dedi ki, yanvarın sonu demişəm.Yanvarın əvvəlində isə iddiaçıya mənzili təmirə buraxmayacağını bildirib.İddiaçı tərəfindən həmin mənzil alındığı zaman çoxmənzilli binada artıq cox mənzillərdə təmir işinin getdiyini və artıq yaşayışın olduğunu görüb.Hal hazırda eyni iddiaçıya məxsus mənzil ilə eyni mərtəbədə yan qonşu yaşayır və evində qaz, su, işıqda var. Neçə mənzildə davam edən təmir tikinti işləri gedir. Buna baxmayaraq bina sahibi səbəbsiz şəkildə iddiaçının mənzilində təmirə başlamağına icazə vermir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslnadırılmışdır ki, iddia tələbləri aldığı mənzildə təmirə buraxılmasına icazə verilməsi haqqında məhkəmə qətnaməsinin qəbul edilməsindən ibarətdir. İddia ərizəsi əsassız olduğundan ona etiraz edilir. Belə ki, tərəflər arasında bağlanılmış 20 may 2024-cü il tarixli 6 B №-li Alqı-Satqı Müqaviləsinin 2.2-ci bəndində göstərilmişdir “Satıcı” Cavabdeh MMC-i və “Alıcı” İddiaçı qeyd edirlər ki, gələcəkdə “Alıcı”nın aldığı mənzillə bağlı hər hansısa narazılıq, mübahisə yaranarsa bu mübahisə onunla mənzilin keçmiş sahibi X19 arasında həll ediləcəkdir, ödədiyi pulu X8 alacaqdır və Cavabdeh MMC-i bununla bağlı heç bir məsuliyyət daşımır.” Həmin Alqı-Satqı Müqaviləsinin 7.3-cü bəndində göstərilmişdir ki, “Satıcı” Cavabdeh MMC-i bildirir ki, mənzilin təmir işlərinə yalnız bina dövlət komissiyası tərəfindən istismara qəbul edildiyindən sonra başlanıla bilər” Həmin Müqavilə qeyd olunan bəndlər də daxil olmaqla iddiaçı tərəfindən imzalanmışdır. Hazırda bina dövlət komissiyası tərəfindən istismara qəbul edilməmişdir. Bu səbəblərdən də Qanunun və Müqavilənin şərtlərinə əsasən təmir işlərinə başlanması və bu bərədə iddia tələbləri əsassız olduğundan qəbul edilməzdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Bildirdi ki, cavabdeh tərəfindən inşa edilən binada yaşayış var və iddiaçı bu səbəbdən də haqlı deyildir. Mənzillər təmir edilib və kirayə verilib. Mənzilin dəyərini tam ödəyib, hər hansı borcu yoxdur. Cavabdeh mənzil birbaşa MMC-dən deyil, əvvəlki sabibdən əldə edildiyi üçün qərəzli mövqe nümayiş etdirir. Həmin binada yerləşən bir çox mənzil məhz MMC-nin direktoru tərəfindən təmir etdirilib və kirayəyə verilib. Həmin bina uzun müddətdir istifadəyə verilib. Yerli baxış zamanı da bildirdiyi hallar öz təsdiqini tapıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin direktoru X9 bildirdi ki, Cavabdeh MMC müqavilə öhtəliklərini icra edir. Müqavilədə bəndlər var ki, binaya istismar aktı alındıqdan sonra təmirə icazə veriləcəkdir. Mübahisəli mənzil sahibin kompensasiya əvəzində verilib. İddiaçının yazılı ərizəsi var ki, mənzillə bağlı hər hanı bir anlaşmazlıq yaranarsa, mənzil sahibi ilə mübahisələndirəcəkdir. Binada 8 mənzili təmir etdirib, yaşayış var. Bu məsələnin iddiaçıya hər hansı aidiyyəti yoxdur. İddiaçı mənzili MMC-dən deyil, əvvəlki sabindən ucuz qiymətə əldə edib. Əvvəldən bilirdi ki, mənzil kompensasiya kimi təqdim edilib. İddiaçı ilə müqavilə bağlanan vaxt o müqavilə şərtləri ilə razılaşıb. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən “kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, CavabdehMəhdud Məsuliyyətli Cəmiyyət xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - 20 may 2024-cü il tarixli,6B №li alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqavilənin 2.1-ci bəndinə əsasən “tərəflər qeyd edirlər ki, “27“ oktyabr 2020-ci il tarixli 51 saylı Alqı-Satqı müqaviləsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.X21, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və ”C”) hündürmərtəbəli yaşayış binasının X3 məxsus mənzilin qarşısını tutacağına görə X1 qismində ödənişsiz tikiləcək binada sahəsi 157.12 kv.m. olan 3 (üç) otaqlı mənzil verilmişdir. Sonradan bu mənzil X13 adma rəsmiləşdirilmişdir. X5 Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş ərizə ilə (reyestr nömrəsi 8İ-3674) müraciət edərək mənzildən və paydan “Alıcı” İddiaçı xeyrinə imtina etməsini bildirmiş və mənzili onun adma rəsmiləşdirilməsini xahiş etmişdir.Onun arvadı X15 da eyni məzmunlu ərizə ilə “Satıcı”ya müraciət etmişdir (reyestr nömrəsi 8İ-3675) İddiaçı yazılı ərizə ilə “Satıcı”ya müraciət edərək Ak.X21, 945 məhəllə ünvanında inşa edilən çox mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 157 kv. olan 4 saylı mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir.“Satıcı” Cavabdeh MMC-i buna etiraz etmir və Bakı şəhəri, Nərimanov rayonu, Ak.X21 , 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və ”C”) hündürmərtəbəli yaşayış binasının “B” bloku, 4-cü mərtəbədə, ümumi sahəsi 160.0 kv.m. olan 3 (üç) otaqlı 4 (dörd) saylı mənzili İddiaçı adına rəsmiləşdirir. ”Müqavilənin 2.2-ci bəndinə əsasən, “Satıcı” Cavabdeh MMC-i və Alıcı” İddiaçı qeyd edirlər ki, gələcəkdə “Alıcının aldığı mənzillə bağlı hər hansısa narazılıq, mübahisə yaranarsa bu mübahisə onunla mənzilin keçmiş sahibi X19 arasında həll ediləcəkdir, ödədiyi pulu X8 alacaqdır və Cavabdeh MMC-i bununla bağlı heç bir məsuliyyət daşımır. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş maddi və və ya mənəvi zərəri ödəməlidir. - 20 may 2024-cü il tarixli 6”B” №li arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak.X21, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və ”C”) hündürmərtəbəli yaşayış binasının “B” bloku,4-cü mərtəbədə ,ümumi sahəsi 160.0 kv.m olan 3(üç) otaqlı 49 dörd) saylı mənzilə görə müqavilənin şərtlərinə əsasən borcu yoxdur. - Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən X6 Cavabdeh MMC-yə ünvanlanmış **********678 saylı ərizə-X6 əri X16 məxsus olan Cavabdeh MMCnin inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ak.X21, 945 məhəllə ünvanında inşa edilən bir girişli iki bloklu (“B” və ”C”) hündürmərtəbəli yaşayış binasının C blok,4-cü mərtəbəsində, ümumi sahəsi 157.12 kv.m olan 3 otaqlı 8 saylı mənzildən və pay hüququndan imtina etməsi və həmin mənzilin pay hüquqlarının Cavabdeh MMC-yə qaytarılmasına etiraz etməməsi,gələcəkdə göstərilən mənzil barəsində heç bir məhkəmə orqanlarına iddia ilə müraciət etməyəcəyi, mübahisə yarandığı təqdirdə özü cavabdehlik daşıyacağına dair ərizəsi təsdiq edilmişdir. - Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X14 tərəfindən X10 Cavabdeh MMC-yə ünvanlanmış **********674 saylı ərizə - X17 Cavabdeh MMC-nin inşa etdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ak.X21, 945 məhəllə ünvanında inşa edilən bir girişli iki bloklu C blok,4-cü mərtəbəsində, ümumi sahəsi 157.12 kv.m olan 3 otaqlı 8 saylı mənzildən və pay hüququndan imtina etməsi və pay hüquqlarının X11 adına rəsmiləşdirilməsi. həmçinin gələcəkdə göstərilən mənzil barəsində heç bir orqanlarına iddia ilə müraciət etməyəcəyi,mübahisə yarandığı təqdirdə özü cavabdehlik daşıyacağına dair ərizəsi təsdiq edilmişdir. - CD disk elektron informasiya daşıyıcı vasitəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ak.X21 945 məhəllə ünvanında inşa edilmiş yaşayış binasının “B” bloku, 4-cü mərtəbədə, ümumi sahəsi 160.0 kv.m olan 3 otaqlı 4 saylı mənzilə İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X9 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi polis sahə rəisi, polis kapitanı X7 iştirakı ilə yerli baxış keçirilmişdir. - X4 tərəfindən Cavabdeh MMC-nin direktoru Qurbanov Şahlara ünvanlanmış ərizədən görünür ki, Ak.X21 945 məhəllə ünvanında inşa edilən 2 blokluŞ 1 girişli yaşayış binasının 4-cü mərtəbəsində 4 saylı mənzilin 157 kv ev ona kompensasiya şəklində verilmişdir. Sonradan həmin evi digər şəxsin adına rəsmiləşdirilməsinə ərizə verilmişdir. Xahiş edir ki, həmin ərizə etibarsız hesab edilsin, mülkiyyəti geri qaytarılsın. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 6.2. iziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Madə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun: 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. İşin məhkəmə tərəfindən müəyyən edilən mübahisəsiz hallarından aydın olur ki, iddiaçı müqavilə şərtlərini yerinə yetirmiş, mənzilin dəyərini əvvəlki sahib – X16 ödəmişdir. Sonuncu da notarial qaydada ərizə təqdim edərək, mənzilin hazırki iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh iddiaçının mənzilə görə hər hansı borcunun olduğunu idia etmir, eyni zamanda həmin mənzilə dair hər hansı başqa üçüncü şəxslə bağlanmış müqavilənin mövcud olması da işin halları ilə müəyyən edilmir. Eyni zamanda mənzilin kompensasiya olaraq təqdim edildiyi ilk mülkiyyətçi X2 ərizəsini təqdim edir. Həmin ərizədə H.Nuranə özünün vaxtilə yazdığı ərizənin ləğv edilməsini və mülkiyyətinin ona qaytarılmasını xahiş edir. Məhkəmə həmin ərizəni mötəbər sübut hesab etmir. Belə ki, ərizənin əsli təqdim edilməmişdir. Surəti isə cavabdeh tərəfindən sonuncu baxış iclasından əvvə təqdim edilmişdir. Məhkəmə daha sonra qeyd edir ki, ərizə həqiqətən H. Nuranə tərəfindən yazılmış və imzalanmış olsa belə, hazırki iddia tələbinin rədd edilməsi üçün əsas rolunda çıxış edə bilməz. Belə ki, H.Nuranə vaxtilə həmin mənzildən Ə.Sədinin xeyrinə imtina etmişdir. X.Fidan isə məhz sonuncuya mənzilin dəyərini ödəyərək əldə etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, H.Nuranə mənzilinin mülkiyyətinə qaytarılması tələbini X.Fidana qarşı deyil, ilk nöbvədə Ə.Sədiyə qarşı qaldırmalı idi. Eyni zamanda H.Nuranənin mənzil tələbi, ərizəsinin və (və ya) müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə deyil, Cavabdeh MMC-nin rəhbərliyinə müraciət etməsi də anlaşılan deyil. Mənzil daha sonra cavabdehin etirazının digər – gələcəkdə binanın tikintisi dayandırılacağı təqdirdə, iddiaçının təmirə xərclədiyi vəsaiti cavabdehdən tələb etməsi üçün əsas yaranacağı, bununla da ona ziyan dəyəcəyi barədə dəlili ümumiyyətlə ehtimal xarakteri daşıyır. Eyni zamanda belə olan təqdirdə binada olan digər mənzillərin sahiblərinə təmirə icazə verilməsinin səbəbinin nə olduğu da cavabdeh tərəfindən əsaslandırılmamışdır. Nəhayət, məhkəmə cavabdehin etirazının daha bir - müqavilənin 7.3-cü bəndinə istinad edərək, mənzilin təmir işlərinə yalnız bina dövlət komissiyası tərəfindən istismara qəbul edildiyindən sonra başlanıla biləcəyini dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Digər tərəfdən, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Belə ki, Mülki Məcəllədə əqdlərin etibarsızlığına dair (339-342 və 344-cü maddələri), müqavilələrin standart şərtlərinə dair (417-420-ci maddələri) normalar da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, müqavilənin qeyd edilən bəndi iddaçının mənzildən sahiblik və istifadə hüquqlarını qeyri-mütənasib və lüzumsuz məhdudlaşdırır. Halbuki iddiaçı mənzilin dəyərini tamamilə ödəmiş, yəni müqavilə şərtlərini yerinə yetirmişdir. Digər tərəfdən tərəflərin hər ikisinin izahatlarından, eyni zamanda yerli müayinə iclasının protokolundan və audio-video yazısından görünür ki, binanın istismara qəbul edilməsə də, binada çoxsaylı mənzil sahibləri mənzillərini təmir etməkdədirlər. Binada yaşayış da var. Belə olan təqdirdə məhkəmə hesb edir ki, müqavilənin şərtinə istinad edərək, iddiaçının mənzilində təmir işlərinin görülməsinə maneələr yaradılması mülki hüququn təməl pronsiplərindən olan ədalətlilik və dürüstlük prinsipin də uyğun deyildir. Məhkəmə həmçinin, qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə bağlı irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı üçün əsaslı olduğundan iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Ak.X21, 945-ci məhəllə ünvanında inşa edilən bir girişli iki bloklu yaşayış binasının “B” bloku, 4-cü mərtəbə, 3 otaqlı 4 saylı mənzildə təmir işlərinin aparılmasına maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehdan İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20 may 2024-cü il tarixli, 6B nömrəli müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ak.X21, 945-ci məhəllə ünvanında inşa edilən bir girişli iki bloklu yaşayış binasının “B” bloku, 4-cü mərtəbə, 3 otaqlı 4 saylı mənzildə təmir işlərinin aparılmasına maneələrin aradan qaldırılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdehdan İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1513/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1513/2025
02.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver