Məhkəmə qərarları › İş №e-2(005)-1533/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1533/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1533/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçıMTK-nın Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 496 manat borcun və ödənişin gecikdirilməsinə görə hesablanmış 17 manat cərimə olmaqla, cəmi 513 (beş yüz on üç) manat məbləğin Cavabdeh İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 105, məhəllə 1951 ünvanında yaşayış binası, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında həmin ünvanda iddiaçı "xxxx" MTK-yaayrılmış torpaq sahəsində,"xxxx" MTK ilə birgə tikilmişdir. Adı keçən MTK-ların birgə fəaliyyəti ilə bağlı razılaşmaya əsasən binanın mənzil və qeyri yaşayaış sahələrinin ayrı-ayrı şəxslərə verilməsinə dair müqavilələr "xxxx" MTK tərəfindən bağlanmışdır. Binanın inşaası tamamlanandan sonra İddiaçı MTK-nin istifadəsinə verilmişdir. Yaşayış binası 5 ildən çoxdur ki, istismara verilmişdir. Mənzil və qeyri yaşayış sahələri ayrı-ayrı mülkiyyətçilərin istifadə və sərəncamındadır. Cavabdeh da bu mülkiyyətçilərdən (payçılardan) biridir. Onunla MTK arasında 01.08.2013-cü il tarixdə, 02/2-12 saylı “mənzilin alqı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında binanın 2-ci girişi, 6- cı mərtəbəsində yerləşən, sahəsi 124 kv.m olan 3 otaqlı, 12 saylı mənzil ona ayrılıb, istifadəsinə verilmiş və hazırda da onun sərəncamındadır. Binanın təhvilindən sonra, binaya xidmətlərin göstərilməsinin təşkili, xidmət haqqının hesablanması və qiymətlərin müəyyən edilməsi ilə bağlı, bina sakinlərinin iştirakı ilə adı çəkilən hər iki MTK-nın təsisçilərinin 28.08.2017-ci il tarixdə ümumi yığıncağı keçirilmişdir. Həmin yığıncağın Qərarına əsasən 1 kv.m. mənzil sahəsinə görə aylıq xidmət haqqı 0,50 man., qeyri-yaşayış üçün isə 1 manat müəyyən edilmişdir. Cavabdeh xidmətə görə ilk vaxtlar ödənişləri etmiş, lakin sonradan ödənişləri bəzi aylar üzrə etməmiş, son zamanlar isə ümumiyyətlə ödəniş etməkdən yayınmışdır. Bəhanəsi də ondan ibarətdir ki, sakinlərin hamısı ödəsin, sonra mən ödəyəcəyəm. Doğrudur bina sakinlərindən bir-neçəsi ödənişləri vaxtında etmir, eləci də vardır ki, uzun müddətdir ki, ödəmir. Lakin bu cavabdehin fərdi istifadəsində olan 3 otarqlı mənzilə nisbətdə hesablanılan kommunal xərclərin ödənilməməsi üçün əsas ola bilməz. Ona görə ki, binanın saxlanılması və kommunal xidmətlərin göstərilməsi üçün xərclərin hesablanması ümumi qayda olsa da, ödəniş hər bir sakin üçün ona məxsus əmlaka görə, fərdi qaydada müəyyən edilən öhdəlikdir. Cavabdehə məxsus 12 saylı mənzilin sahəsi 124 kv.m. olmaqla, kommunal xidmətlərin aylıq məbləği 62 manatdır. Cavabdeh 2019-cu ilin noyabr-dekabr, 2020-ci ilin mart-aprel ayları üçün, 2021-ci ilin avqust ayından sonra isə ümumiyyətlə ödəniş etmədiyindən 01.01.2022-ci il tarixə 496 manat ödəməmiş borcu yaranmışdır. Bu müddətlər ərzində göstərilmiş kommunal xidmətin ödənilməsi ilə bağlı yaranmış öhdəliyə vaxtında və lazımı qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da nəticəsi olmamışdır. Ona görə də məsələni məhkəməyə yolu ilə həl edilməsi məcburiyyəti yaranmışdır. Qeyd olunan müddət ərzində göstərilmiş xidmətlərin dəyərindən 496 manat məbləğ cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Ona görə də göstərilən məbləğ cavabdehdən tam şəkildə tələb olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 02/2-02 saylı 01.08.2013-cü il tarixli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 1951 saylı məhəllədə tikdiyi çoxmərtəbəli, iki girişli yaşayış binasından 2 giriş, 6-cı mrətəbə, 03 otaqlı, 12 saylı mənzili 86800 manat məbləğində mənzili İddiaçı MTK Cavabdeh satmışdır. İş materiallarında olan 01.12.2021-ci il tarixli İddiaçıMTK-nın tələbnaməsindən görünür ki, Cavabdeh 12 saylı mənzilə görə hesablanmış 2019-cu ilin noyabr-dekabr ayları üçün 124 manat, 2020-ci ilin mart-aprel ayları üçün 124 manat və 2021-ci ilin sentyabr-oktyabrnoyabr ayları üçün isə 186 manat cəmi 434 manat ödənilməmiş borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş 28.08.217-ci il tarixli İddiaçı və "xxxx"MTK-nın Təsisçilərinin birgə ümumi yığıncağının protokolunda inaya xidmətin göstərilməsinin təşkili, xidmətlə bağlı xərclərin hesablanması və qiymətlərin müəyyən edilməsi. Binaya idarəçinin (kommendantın) təyin edilməsi. Gündəlik məsələ ilə bağlı çıxışlar, təqdim edilmiş alternativ xərclər smetası ilə bağlı təklif və müzakirələri nəzərə alaraq İddiaçı MTK-nın ümumi yığıncağı yekdilliklə qərara alınmışdır: İddiaçı MTK və "xxxx" MTK tərəfindən birgə inşa edilmiş, Bakı şəhəri, H.Əliyev prospekti 105 ünvanda yerləşən çoxmərtəbəli binaya MTK tərəfindən göstərilən aşağıdakı xidmətlərin, yeni idarəçilik formasında həyata keçirilməsi müəyyən edilsin.

1. Həyatın və blokların işıqlandırılmasını, Liftlərin işlək vəziyyətdə saxlanılmasını, Daxili qaz, su və yüksək gərginlik elektrik xətlərinə texniki qulluğun, hovuzundan suyun mənzil və qeyri yaşayış sahələrinə fasiləsiz ötürməklə su ilə təminin, binanın blok və həyətinin təmizlənməsi, zibilin yığışdırılması və məişət tullantılarının daşınmasının təşkil edilməsi.

2. İki hissəyə ayrılmaqla qeyd edilmiş xidmətlərə çəkilən xərclər mənzil sahələrinin hər kv.m üçün 0,50 manat, qeyri-yaşayış sahələri üçün isə 1 (bir) manat müəyyən edilsin. Hesabat ayına görə xidmət haqqı növbəti ayın 10-u tarixnə kimi ödənilməlidir. Üzürsüz səbəbdən bir aydan çox ödənilməmiş məbləğinin hər gecikdirilmiş gün üçün 0,01% cərimə hesablansın.

3. Xərclərlə bağlı əsaslı dəyişikliklər baş verərsə, qiymətə ən azından 3 ildən sonra yenidən baxıla bilər.

4. Binaya idarəçi (kommendant) X1 təyin edilsin. Ona xidmətin İddiaçı MTK-nın adından və ya VÖEN açdırıb, vergi uçotuna durmaqla, sərbəst olaraq öz adından göstərilməsi və binya xidmət müqavilələrini öz adından bağlanması, həmçinin gələcəkdə bina sakinləri ilə birgə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaratmaqla, binanın idarəçiliyini onunla davam edilməsi hüququ verilsin.

5. Xidmətlərin həyata keçirilməsi və bununla bağlı qərarın icrası binaya təyin edilmiş yeni idarəçiyə həvalə edilsin. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, 28.08.217-ci il tarixdə MTK-nın ümumi yığıncağı Bakı şəhəri, H.Əliyev prospekti 105 ünvanda yerləşən çoxmərtəbəli binanın sahə mülkiyyətçiləri ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. Həmin protokolun 2-ci bəndinə görə Həyatın və blokların işıqlandırılmasını, Liftlərin işlək vəziyyətdə saxlanılmasını, Daxili qaz, su və yüksək gərginlik elektrik xətlərinə texniki qulluğun, hovuzundan suyun mənzil və qeyri yaşayış sahələrinə fasiləsiz ötürməklə su ilə təminin, binanın blok və həyətinin təmizlənməsi, zibilin yığışdırılması və məişət tullantılarının daşınmasının təşkil edilməsi məqsədilə çəkilən xərclər mənzil sahələrinin hər kv.m üçün 0,50 manat, qeyri-yaşayış sahələri üçün isə 1 (bir) manat müəyyən edilsin. Hesabat ayına görə xidmət haqqı növbəti ayın 10-u tarixnə kimi ödənilməlidir. Üzürsüz səbəbdən bir aydan çox ödənilməmiş məbləğinin hər gecikdirilmiş gün üçün 0,01% cərimə hesablanması qərara alınmışdır. Lakin, cavabdeh binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya Təmizlik və Kommunal Xidmətlər İdarəsi və sairə), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsaslara baxmayaraq, yaşayış sahəsinə görə ödəməli olduğu kommunal xərcləri ödəməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğ 28.08.217-ci il tarixdə MTK-nın ümumi yığıncağının Bakı şəhəri, H.Əliyev prospekti 105 ünvanda yerləşən çoxmərtəbəli binanın sahə mülkiyyətçilərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir sahə mülkiyyətçisinin ona məxsus daşınmaz əmlakın ümumi sahəsinə görə alınan pul məbləğini hər ay MTK-ya ödəməli öhdəliyinin icra edilməsini nəzərdə tutulan kommunal xərclərdir. Çoxmənzilli binanın sahə mülkiyyətçisi olan Cavabdeh ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh 496 manat borc və ödənişin gecikdirilməsinə görə hesablanmış 17 manat cərimə olmaqla, cəmi 513 (beş yüz on üç) manat məbləğin Cavabdeh İddiaçı MTK-nın xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ilə bağlı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 496 manat borc və ödənişin gecikdirilməsinə görə hesablanmış 17 manat cərimə olmaqla, cəmi 513 (beş yüz on üç) manat pul İddiaçı MTK-nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar