Məhkəmə qərarları › İş №e-2(005)-1533/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1533/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1533/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqaviləyə əsasən Cavabdeh 1800 manat məbləğində pulun və ödənilmiş 38 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi ilə vətəndaş Cavabdeh arasında X8 Respublikasında Bayburt Universiteti Fövqalədə bölümünə qəbul prosesi həyata keçirilməsi ilə bağlı 03 aprel 2024-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin edilmişdir. Belə ki, X6 Universiteti Rektörlüğü Uluslararası İlişkilər ofisi tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli X9 da görünür ki, X1 Bilimlər Fakültəsinə Acil Yardım və Afet Yönetiminə qəbul edilmişdir. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini əmin etməmişdir. Hazırda Cavabdeh 1800 manat ödəniş etməlidir. Tərəflər arasında bağlanan müqavilənin 3.1.5-ci maddəsinə əsasən 1800 manat pul vəsaitini "xxxx" MMC-nin qəbul prosesini tamamladıqdan sonra tələbədən tələb etmək hüququ vardır. Göründüyü kimi "xxxx" MMC üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o ödənişi etməmişdir. Cavabdeh 1800 manat pul alınaraq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda ödənilmiş 38 manat dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanan müqavilənin 5.6-ci maddəsinə əsasən bu müqavilə üzrə tərəflərin üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmədiyi təqdirdə hər cür hüquqi problemlərin həlli Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində araşdırılacaqdır. İddiaçı MMC məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, müqaviləni sonradan ləğv etdirmək istəsə də, iddiaçı bunu qəbul etməmişdir. Müqavilə üzrə 300 manat ödəmişdir, ona zəng olanda bildirib ki, müqavilədən imtina edir, heç o pulu da istəmir. Onların maddi imkanı çox zəifdir, məktəbdə xadimə işləyir, başqa gəlirləri yoxdur, oğlu da hazırda hərbi xidmətdədir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə bakalavr pilləsinə qəbul prosesini təşkil edir, “Tələbə” isə ona göstərilən xidmətlərin dəyəri olan 1800 manatı ödəməyi öhdəsinə götürmüşdür; - X2 məktubundan görünür ki, Famil Əliyev universitetə qəbul olmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, təhsil xidmətlərinin göstərilməsi barədə tərəflər arasında müqavilə bağlanmış, iddiaçı tərəfindən öhdəliyin lazımınca yerinə yetirilməsinə baxmayaraq, xidmətin dəyəri ona ödənilməmişdir. Hazırda iddiaçı xidmət haqqının məhkəmə qaydasında tutulmasını xahiş edir. Cavabdeh isə sonradan müqavilənin icrasından imtina etdiyinə istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırki mülki iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Xaricdə Təhsil Proqramı” barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə (Baybrut universiteti) qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasını tam şəkildə təmin etmişdir. Belə ki, X3 məktubundan görünür ki, Famil Əliyev universitetə qəbul olmuşdur. Göründüyü kimi, "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyinin icrasını təmin etməmişdir. Halbuki bu xidmətin qarşılığında müqavilədə nəzərdə tutulan pulun iddiaçıya ödənilməsi öhdəliyini cavabdeh üzərinə götürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndinə görə müqavilə ilə təmin edilmiş öhdəliyin ölçüsü 1800 manatdır. Hazırda Cavabdeh 1800 manat borcu vardır. Cavabdeh öhdəliyini icra etməkdən imtina etmiş, müqavilənin dəyərinin ödənilməsini təmin etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəlik münasibətləri yaranmasına baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin lazımınca yerinə yetirilməməsi səbəbindən iddiaçı hazırki iddia tələbində haqlıdır. Müqavilə öhdəliklərinin iddiaçı tərəfindən icrasından sonra cavabdehin müqavilədən imtina etməsi onu müqavilənin dəyərini ödəmək vəzifəsindən azad etmir. Cavabdehin 300 manat beh ödəməsi barədə etiraz ilə bağlı isə məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi hər hansı bir məbləğin ödənilmədiyini bildirmiş, cavabdeh isə pulun ödənilməsini təsdiq edən sübutu məkəməyə təqdim edə biməmişdir. Həmçinin müqavilədə də behin ödənilməsi ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, tərəfin sübut edə bilmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 38 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar