Məhkəmə qərarları › İş №e-2(005)-1554/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1554/2024

19.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1554/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh2 MMC-nin inşa etdiyi Bakı şəhəri, Ü.Bünyadzadə küçəsində yerləşən binanın 4-cü mərtəbəsində, sahəsi 96 kv.m. olan 3 otaqlı mənzilə dair 85 nömrəli, 05 iyun 2019-cu il tarixli müqavilənin Cavabdeh2 MMC ilə X1 arasında bağlanmış hesab edilməsi və həmin mənzilin 1/5 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etdiyindən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 100 (yüz) manat (qəbz nömrəsi: **********03) dövlət rüsumu ödənilmiş və qeyd olunan qəbz hazırki mülki iş üzrə “Elektron Məhkəmə” informasiya sisteminə dövlət rüsumunun ödənilməsi barədə qəbz kimi daxil edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ödənilmiş 100 (yüz) manat (qəbz nömrəsi **********03) dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar