Məhkəmə qərarları › İş №e-2(005)-1616/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1616/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1616/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə artıq ödənilmiş 4500 (dörd min beş yüz) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; Cavabdeh MMC ilə bağlanmış 33 saylı xx.xx.2019cu il tarixli müqavilə üzrə artıq ödənilmiş 14800 (on dörd min səkkiz yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, müxtəlif mal-materialların alınması üçün xərclənilmiş 1514 (bir min beş yüz on dörd) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, 2 ədəd giriş qapılarının 340 (üç yüz qırx) manat dəyərində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, elektrik naqillərinin alınması üçün xərclənilmiş 525 (beş yüz iyirmi beş) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, istilik kombi sisteminin alınıb-quraşdırılması üçün xərclənilmiş 2030 (iki min otuz) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, sanitar qovşaqlarında aksessuarların quraşdırılması üçün xərclənmiş 340 (üç yüz qırx) manat dəyərində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, Cavabdeh MMC ilə onun arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasınıb bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı və 205 (iki yüz beş) manat məbləğində müvafiq qeydiyyat xərcləri Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi və iddia verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş 163 (bir yüz altmış üç) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin əvvəllərində müvafiq orqanlar tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən evlərin sökülməsi və həmin ərazidə yüksək mərtəbəli binanın tikintisi planlaşdırıldığından, Nərimanov rayonunun İcra Hakimiyyəti tərəfindən səlahiyyət verilmiş nümayəndələr ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 10 ünvanında yerləşən binada 14 saylı mənzilin sahəsini təyin etmək məqsədi ilə ölçmə işləri apardılar. Ölçmə zamanı mənzilin divarlarının iç səthindən qarşıdakı divarın iç səthinədək olan məsafə mənzilin sahəsinin təyin edilməsində əsas götürüldü, mənzilin divarları ölçülmədi və mənzilin ümumisahəsinə daxil edilmədi. Ölçü işləri aparıldıqdan sonra müqavilə bağlanması üçün Nərimanov rayonunun İcra Hakimiyyətinin Hüseyn adlı nümayəndəsi tərəfindən İcra hakimiyyətinə dəvət edilərək, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən inşa ediləcək yüksək mərtəbəli yaşayış binasında sahəsi 106,2 m olan 3 (çü) otaqlı mənzilin tam təmir edilməklə mülkiyyətinə verilməsi barədə "xxxx" MMC tərəfindən imzalanmış T85 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləni imzaladı. Müqaviləni imzalamamışdan öncə Hüseyn müəllimə mənzilimin divarlarının sahəsinin ölçülmədiyini və mənzilin ümumi sahəsinə əlavə edilmədiyini bildirdi. Hüseyn müəllim bildirdi ki, narahat olmayın T85 nömrəli xx.xx.2017-ci il tarixli müqavilədə mənzilin sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarının tələblərinə uyğun hesablanmışdır və divarların sahəsi ümumi sahəyə daxil edilməmiş, eyni zamanda qaydalarda qeyd edilmiş bəzisahələrin ölçülməsində azaltma əmsalları da tətbiq edilmişdir. 2017-ci ilin oktyabr ayında Cavabdeh MMC-nin nümayəndəsi telefon vasitəsilə onunla əlaqə saxlayaraq, yuxarıda qeyd edilmiş ərazidə yüksək mərtəbəli binanın "xxxx" MMC tərəfindən deyil, Cavabdeh MMC tərəfindən inşa ediləcəyini bildirdi və yeni müqavilə bağlanması üçün onların ofisinə gəlməyini xahiş etdi. Oktyabr ayının 16-da Cavabdeh MMC-nin satış ofisində Nizami müəllimlə görüşmüş, ona sahəsi 106,2 m olan 3 (çü) otaqlı mənzilin verilməsi ilə bağlı müqavilə bağlandığını bildirdi. Nizami müəllim binanın tikintisi üçün tərtib edilmiş proyektin dəyişdirildiyini, yeni proyektdə qeyd edilən sahədə mənzilin olmadığını bildirdi və ona inşa edilən binanın 10-cu mərtəbəsində 89 nömrəli (bir otaqlı) və 90 nömrəli(iki otaqlı), ümumi sahəsi müvafiq olaraq 55,2 və 55,8 m olan mənzilləri təklif etdi. Ona mənzilləri ilk növbədə mənzilləri sökülmüş vətəndaşlara təklif etməliydiniz deyə etirazını bildirdikdə isə mənzillərin artıq satıldığını, qalan mənzilin isə bunlar olduğunu dedi. Məcbur qalıb 33 nömrəli xx.xx.2017-ci il tarixli müqaviləni imzaladı. Həmin gün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması“ qaydalarında göstərilən formada qeyd edilən mənzillərin ümumi sahəsini hesablamış və mənzillərin sahəsinin 106,2 m-dən az olduğunu Nizami müəllimə bildirərək və mənzillərdən imtina etdiyini demişdir. Elə həmin gün bina 1-in altıncı mərtəbəsində yerləşən 30 nömrəli, ümumi sahəsi 118,3 m olan 3 (üç) otaqlı yeni mənzil ona təklif olundu. 33 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə tərəflər arasında bağlanmışdır. Oktyabr ayının 17-də yuxarıda qeyd edilən formada bu mənzilin də ümumi sahəsini ölçdü və 106,2 m-dən az olduğunu müəyyən etdikdən sonra yenə etirazını bildirdi. xx.xx.2017-ci il tarixdə Cavabdeh MMC ilə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, ev 10 ünvanında yerləşən binada 14 saylı mənzilinin cavabdeh tərəfindən sökülməsi və onun əvəzində Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində cavabdehin inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının bina 1-in 10-cu mərtəbəsində yerləşən 60 nömrəli, 3 otaqlı, ümumi sahəsi 123,2 m olan mənzilin yüksək keyfiyyətlə tam təmir edilərək onun mülkiyyətinə verilməsi barədə 33 saylı xx.xx.2017-ci il tarixli müqavilə bağladı. Yuxarıda qeyd edilən formada bu mənzilin də ümumi sahəsini ölçərək, 106,2 m -dən az olduğunu müəyyən etmiş və yenə etirazını bildirdi. Bu dəfə daha boş mənzilin olmadığını bildirdilər və yeni mənzil təklif etmədilər. 2019-cu ilin ortalarında həmin binanın 7-ci mərtəbəsində ona təklif edilmiş 60 nömrəli mənzilin sahəsindən daha böyük sahəsi olan 41-nömrəli boş mənzilin olduğunu aşkar etdi və bu mənzilin ona verilməsini Nizami müəllimdən xahiş etdi. Nizami müəllim isə mənzillərin sahəsi arasındakı fərqin dəyərinin ödənilməsi şərti ilə 41 nömrəli mənzilin ona verilməsinin mümkün olduğunu bildirdi. Mənzilin söküntüsü ilə əlaqədar Cavabdeh MMC tərəfindən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının bina 1-in 10-cu mərtəbəsində yerləşən 60 nömrəli, 3(üç) otaqlı, ümumi sahəsi 123,2 m olan mənzilin mülkiyyətinə verilməsi barədə bağlanmış 33 saylı xx.xx.2017-ci il tarixli müqavilə qarşılıqlı razılaşmaya əsasən sonradan ləğv edildi və 08 noyabr 2019-cu il tarixli 33 saylı yeni müqavilə bağlamaqla bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3(üç) otaqlı, ümumi sahəsi 134,2 m olan mənzilin Cavabdeh RNQ Group MMC tərəfindən yüksək keyfiyyətlə tam təmir edilməklə mülkiyyətinə təhvil verilməsi barədə razılığa gəlmişdirlər. Lakin Cavabdeh MMC 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmir və əsassız olaraq ondan aldığı pul vəsaitini də geri qaytarmır. Belə ki, Cavabdeh MMC ilə bağlanmış sonuncu 33 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 4.2.-ci bəndinə əsasən, bundan əvvəl bağlanmış 33 saylı xx.xx.2017-ci il tarixli müqavilə üzrə ona veriləcək mənzilin sahəsi (123,2 m ) və yeni bağlanmış müqavilə üzrə mənzilin sahəsindən (134.2 m ) az olduğu üçün, həmin mənzillərin ölçüləri arasındakı fərqin dəyəri 13.200,00 manat (134,2m - 123,2m =11m x 1200,00 =13.200,00 manat) cavabdehə ödənilməli idi. Lakin cavabdeh ona müxtəlif bəhanələrlə 17.700,00 manat ödətdirmiş və artıq ödənilmiş 4500 manat pul vəsaitini əsassız olaraq indiyədək geri qaytarmamışdır. Bundan başqa, Cavabdeh MMC ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 5.5.-ci bəndinə əsasən, mənzil ona yüksək keyfiyyətlə təmir edilib təhvil verilənədək digər yerdə kirayə qalmağı üçün hər ay 400 manat kirayə haqqı ödəməli idi. Lakin son 37 ay (01.02.23-cü il tarixə) üçün Cavabdeh MMC ona kirayə üçün pul da vermir, hamısını özü ödəmək məcburiyyətində qalmışdır. Hazırda Cavabdeh MMC-nin ona kirayə haqqı borcu 14800 manat (37x400=14800) təşkil edir. Mənzilin təmiri zamanı iş icraçısı Rafiqə mal-materialların alınması üçün vaxtında pul ayrılmadığından təmir işlərinin yubanmaması üçün məcbur qalıb lazım olan bəzi mal-materialların alınması üçün 1514 manat xərcləmişdir. Bu məbləğin 1000 (min) manatını Rafiq ona ödəməli idi, Lakin dəfələrlə Rafiqdən xərclədiyi pulu tələb etdikdə isə şirkət pul ayırmayıb demişdirlər. Ona məxsus mənzilin və həmin binanın 11-ci mərtəbəsində qızına məxsus 60 nömrəli mənzilin giriş qapılarını dəyişdirmişdir. Cavabdeh MMC tərəfindən quraşdırılmış qapıları isə çıxarıb satmaq məqsədi ilə qapıların yanına qoymuşdur. Cavabdeh MMC-nin gözüaçıq işçiləri qapıları götürüb binada başqa yerlərdə quraşdırıblar. İki ildir Rafiq 2 ədəd qapının 340 manat dəyərini şirkətdən alıb ona verə bilmir. Hər dəfə soruşanda, “yazdırmışam pul ayırsınlar, hələ verməyiblər” deyib. Cavabdeh MMC ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilənin 1, 2.1.1., 2.1.2., 2.1.4., 2.2.1.-ci bəndlərinə əsasən, cavabdeh mənzili ona binanın bünövrəsi qoyulduqdan sonra 24 ay müddətində yüksək keyfiyyətlə tam təmir edilmiş vəziyyətdə təhvil verməli idi. Lakin mənzil nəinki yüksək keyfiyyətlə təmir edilməmiş, təmir zamanı adi qaydalara belə əməl edilməmiş və çox sayda nöqsanlara yol verilmiş, işlər keyfiyyətsiz yerinə yetirilmişdir. Mənzilində təmir işlərinin aparılması Bəhlul Ağayevə həvalə olunmuşdu. B.Ağayevdən sonra isə təmir işlərinə Rafiq rəhbərlik etmişdir. B.Ağayevin dövründə şpatlevka işlərini 3 briqada yerinə yetirib, hamısı da keyfiyyətsiz icra edilib. Təmir zamanı cavabdehin səlahiyyətli nümayəndəsinə iradlarını bildirmiş, divarlara mayak qurulmasını tələb etmişdir. Bildirmişdir ki, qapılar qoyulanda naliçniklər divara oturmayacaq, plintuslar vurulanda aralı qalacaq, cavabı bu oldu ki, qoy ustalar şpatlevkanı podreyka vursunlar. Bununla razılaşmamış və sonradan divarlara vurulmuş şpatlevkanı müxtəlif yerlərdən balta ilə çapdılar, mayak atıb yenidən şpatlevkanın üzərindən 4-5 sm qalınlıqda şpatlevka vurdular, lakin iş keyfiyyətsiz yerinə yetirildiyindən naliçniklər divara oturmadı, 0,7-1,5 sm ara məsafəsi qaldı. Hörgü işləri yerinə yetirilərkən mənzildaxili divarlar, şaxta divarları əyri-üyrü hörülmüşdür. Bu səbəbdən mətbəxdə yerləşən şaxtanın divarlarının düzəldilməsi üçün 10 sm qalınlıqda şpatlevka vurulub. Nəticədə cavabdehin ucbatından həm mənzilinin təmiri keyfiyyətsiz yerinə yetirildi, həm də əlavə material və əmək haqqı xərcləndi. Mənzildaxili divarlar hörülərkən qapı yerləri qapıların hündürlüyünə uyğun hörülməmiş, bu səbəbdən qapılar qoyulduqdan sonra qapıların başında 7-15 sm məsafə qalmışdır, bunu bağlamaq üçün isə əlavə xərc çəkərək müxtəlif ölçülü naliçniklər hazırlatmaq məcburiyyətində qaldı. Mənzildə elektrik xətləri çəkilərkən Bəhlul Ağayevə bildirmişdir ki, keyfiyyətli, standarta uyğun elektrik naqillərindən istifadə etsin. Bəhlul Ağayev isə bildirdi ki, istədiyiniz naqilləri özünüz alın pulunu şirkətdən alıb, ona verəcəklər. Bəhlulla razılaşdıqdan və onun tərəfindən bildirilən 940 metr uzunluqda, müxtəlif ölçülü (d6, d4 və d2,5) naqilləri alıb ona vermişdir. Elektrik xətləri çəkilərkən naqillər yanmayan qarmoşka plastik boruların içərisinə salınır. Elektrik xətlərinin çəkilməsinə nəzarət üçün mənzilə getdikdə görmüşdür ki, elektrik xətləri çox keyfiyyətsiz çəkilmişdir. Belə ki, Bəhlul ən keyfiyyətsiz qarmoşka borular almış və mənzildə işləyən işçilər ayaqladığından, borular əksər yerdən qırılmış və elektrik xətlərinin üstü 50 sm, bəzi yerlərdə 1 metr açıq vəziyyətdə idi, qarmoşka borular yerə dupil mismarla vurulmuşdu, borular qırıldığından naqillər həmin mismarlara təmas edirdi. Belə olduğu halda Bəhlula narazılığını bildirmiş və o, boruları sökdürmüşdür. Bu və digər hallardan da görünür ki, təmir lazımi keyfiyyətdə aparılmamış və nəticədə ona maddi ziyan vurulmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh MMC tərəfindən məhkəməyə iddia tələbindən etiraz təqdim olunaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhəri, Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 181 nömrəli Sərəncamına əsasən, Cavabdeh MMC-yə rayonun, Qarabağ, Tələt Şıxəliyev, Əliəşrəf Əlizadə və Əhmədbəy Ağaoğlu küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılmasına icazə verilmişdir. Cavabdeh MMC ilə ərazidə yaşayan sakin İddiaçı arasında 06 mart 2017-ci il tarixində T85 saylı ilkin müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 1.1-ci bəndinə əsasən vətəndaş İddiaçı T.Şıxəliyev küçəsi, ev 10, mənzil 14 ünvanında olan 2 (iki) otaqlı, 63,8 kv.m ibarət mülkiyyətində olan mənzilinin ümumi sahəsinə 15-25% əlavə edilməklə, mənzili Cavabdeh MMCyə təhvil verilməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. 06 mart 2017-ci il tarixində T85 saylı ilkin müqavilənin 2.1.2-ci bəndinə əsasən tikinti başa çatanadək, Cavabdeh MMC tərəfindən vətəndaş İddiaçı hər ay müvəqqəti yaşayış məqsədi ilə 400 (dörd yüz) manat kirayə haqqı verilməsi barədə öhdəlik götürmüşdür. Qeyd olunan müqavilənin 2.2.4-cü bəndinə əsasən binanın bünövrəsi qoyulduqdan sonra Cavabdeh MMC tikinti işlərini 18 aya çatdırılması barədə öhdəlik götürmüşdür. 2019-cu ilin yanvar ayında tikinti işləri başa çatmışdır. Vətəndaş İddiaçı Cavabdeh MMC-nin ofisinə dəvət edilmişdir. Lahiyədə 106,2 kv.m. ibarət 3 otaqlı mənzilin olmadığı diqqətinə çatdırılmış, onunla yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən 60 saylı, 3 otaqlı, ümumi sahəsi 123,2 kv.m ibarət olan mənzil təklif edilmişdir və xx.xx.2017 -ci il tarixli 33 saylı müqavilə bağlanmışdır. Vətəndaş İddiaçı yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m ibarət olan mənzil təklif edilmişdir və xx.xx.2019 -cu il tarixli, 33 saylı müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli 33 saylı müqavilənin 4.2 bəndində qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli 33 saylı müqavilə qüvvədən düşmüş hesab edilsin, son müqavilə üzrə mənzillərin ölçüləri arasındakı fərqin dəyəri (134.2 kv.m.-123,2kv.m = 1 kv.m. x 1200.00 manat = 13.200 manat) 13.200.00 (on üç min iki yüz) manat vətəndaş İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməlidir. X2 xx.xx.2019 -cu il tarixli 33 saylı müqavilə üzrə13.200.00 (on üç min iki yüz) manat ödəniş etmişdir. Sadəcə mühasibin səhlənkarlığından onun adından bank hesabına 13.200.00 (on üç min iki yüz) manat deyil, 17.700 (on yeddi min yeddi yüz) manat, yəni artıq 4500 (dörd min beş yüz) manat ödənilmişdir. (Qəbzin surətindən görünür ki banka ödənişi, vətəndaş deyil, bizim əməkdaş etmişdir). Vətəndaş İddiaçı müqavilə şərtlərinə uyğun olaraq vaxtında kirayə pulu ödənilmişdir. (Qəbzin surətindən görünür ki, İddiaçı 11.600 manat, noyabr 2019 cu il tarixədək pul ödənilmişdir). Vətəndaş İddiaçı mənzilinə istilik sisteminin Kombi aparatının və radiatorların qoyulması, çəkilməsi barədə müqavilə üzrə öhdəliyləri olmamışdır. Vətəndaş İddiaçı tikinti işlərinin keyfiyyətsiz aparılması tələbinə cavab olaraq bildirir ki, təmirin sakinlər tərəfindən aparılmasını ilkin olaraq vətəndaşlara təklif edir və hər bir kv.m. uyğun olaraq onlara təmir üçün təklif verir. Vətəndaş təklifdən imtina etdikdə, təmir onlar tərəfindən həyata keçirilir. Təmir işlərinə vətandaşlar özləri nəzarət edir, onlara rəng, divar kağızlarının, kafel-metlaq və aksesuarların seçilməsində üstünlük, sərbəstlik verilir. Bütün sakinlərin mənzillərinə eyni giriş qapıları qoyulur, vətəndaş qoyduğu qapılarla razılaşmadıqda, qapının dəyər qiyməti onlara ödənilir, vətəndaş istədiyi qapını özü alır. Cavabdeh MMC olaraq vətandaş İddiaçı hümanistlik göstərərək mülküyyətində olan 2 (iki) otaqlı, 63.8 kv.m. ibarət mənzilin əvəzinə, ona 20-25% faiz deyil, həmin ünvanda 106,2 kv.m. ibarət 3 otaqlı təmirli mənzil təhvil vermək barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında İddiaçı oğlu iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 06 mart 2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, "xxxx" MMC Tələt Şıxəliyev küçəsi, ev 10, mənzil 14 ünvanda yerləşən, 3 otaqlı, 106.2 kv.m mənzili İddiaçı verməyi öhdəsinə götürür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 (iki) otaqlı mənzil üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqı İddiaçı ödənilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh MMC İddiaçı Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 89 nömrəli (1 otaqlı) və 90 nömrəli (2 otaqlı), ümumi sahəsi müvafiq olaraq 55,2 kv.m və 55.8 kv.m olan mənzilləri yüksək keyfiyyətlə tam təmir edərək İddiaçı mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi aylıq 400 (dörd yüz) manat kirayə haqqı İddiaçı ödənilməlidir. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 18 oktyabr 2017-ci il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh MMC Tələt Şıxəliyev küçəsi, bina 1-in 10-cu mərtəbəsində yerləşən 60 nömrəli, 3 (üç) otaqlı, ümumi sahəsi 123,2 kv.m olan mənzili İddiaçı verməyi öhdəsinə götürür. Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 (iki) otaqlı mənzil üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqı İddiaçı ödənilməlidir. Cavabdeh MMC müqavilə üzrə əlavə olaraq aşağıdakı işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür: Binanın karkası və bütün hörgü işləri; Binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi; Binanın xaricində bütün suvaq işlərinin həyata keçirilməsi; Binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması; Yaşayış binasında inşa ediləcək mənzillərə müvafiq qaydada su və tullantı suları üçün boruları, elektrik və qaz xəttlərini, mənzilləri giriş qapısı, xarici pəncərələr və onların şüşələrini təchiz etməh; Mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, müvafiq sınaqlardan keçirilməsinin yoxlanılması; Arakəsmələrin hörülməsi; Yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması; Bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini; Texniki və içməli su anbarının tikilməsi; Nasos stansiyalarının quraşdırılması; Abadlıq işləri Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh MMC İddiaçı Tələt Şıxəliyev küçəsində yerləşən yaşayış binasının 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən, 41 saylı, 3 (üç) otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzili təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən İddiaçı ümumi məbləği 13200 (on üç min iki yüz) manat ödəməlidir. İddiaçı tərəfindən müvafiq məbləğ tam olaraq, ödənilmiş və borcu qalmamışdır. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh MMC İddiaçı Tələt Şıxəliyev küçəsində yerləşən yaşayış binasının 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən, 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.mdən ibarət olan mənzilin 123.2 kv.m sahəsini Tələt Şıxəliyev küçəsi, ev 10 mənzil 14 ünvanında sökülmüş mənzili ilə əvəz edir və 11,0 kv.m sahənin dəyərini ödəməyi öhdəsinə götürür. İddiaçı ümumi məbləği 13200 (on üç min iki yüz) manat ödəməlidir. İddiaçı tərəfindən müvafiq məbləğ tam olaraq, ödənilmiş və borcu qalmamışdır. xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh MMC-yə 17.700 (on yeddi min yeddi yüz) manat ödəniş həyata keçirmişdir. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh MMC tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının bina 1, mərtəbə 7, mənzil 41 ünvanda yerləşən İddiaçı aiddir. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 163 (bir yüz altmış üç) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 22 oktyabr 2021-ci il tarixli müqavilənin məzmunundan görünür ki, Cavabdeh MMC İddiaçı Tələt Şıxəliyev küçəsində yerləşən yaşayış binasının 1-ci blokunun, 7-ci mərtəbəsində yerləşən, 41 saylı, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m-dən ibarət olan mənzilin 123.2 kv.m sahəsini Tələt Şıxəliyev küçəsi, ev 10 mənzil 14 ünvanında sökülmüş mənzili ilə əvəz edir və 11,0 kv.m sahənin dəyərini ödəməyi öhdəsinə götürür. İddiaçı ümumi məbləği 13200 (on üç min iki yüz) manat ödəməlidir. İddiaçı tərəfindən müvafiq məbləğ tam olaraq, ödənilmiş və borcu qalmamışdır. Cavabdeh MMC müqavilə üzrə əlavə olaraq aşağıdakı işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür: Binanın karkası və bütün hörgü işləri; Binanın fasadının layihədə razılaşdırılmış qaydada yerinə yetirilməsi; Binanın xaricində bütün suvaq işlərinin həyata keçirilməsi; Binanın fasadındakı plastik pəncərə və eyvan qapılarının qoyulması; Yaşayış binasında inşa ediləcək mənzillərə müvafiq qaydada su və tullantı suları üçün boruları, elektrik və qaz xəttlərini, mənzilləri giriş qapısı, xarici pəncərələr və onların şüşələrini təchiz etməh; Mənzillərin ümumi qapılarının (metal-plastik) və qıfılların qoyulması, müvafiq sınaqlardan keçirilməsinin yoxlanılması; Arakəsmələrin hörülməsi; Yanğın söndürməyə qarşı su xəttinin və kranların quraşdırılması; Bir ədəd sərnişin lifti və bir ədəd yük lifti ilə təmini; Texniki və içməli su anbarının tikilməsi; Nasos stansiyalarının quraşdırılması; Abadlıq işləri Hazırda iddiaçı Cavabdeh MMC ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə artıq ödənilmiş 4500 (dörd min beş yüz) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi; Cavabdeh MMC ilə bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə artıq ödənilmiş 14800 (on dörd min səkkiz yüz) manat kirayə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, müxtəlif mal-materialların alınması üçün xərclənilmiş 1514 (bir min beş yüz on dörd) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, 2 ədəd giriş qapılarının 340 (üç yüz qırx) manat dəyərində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, elektrik naqillərinin alınması üçün xərclənilmiş 525 (beş yüz iyirmi beş) manat pul vəsaiti Cavabdeh MMCdən tutularaq ona ödənilməsi, istilik kombi sisteminin alınıb-quraşdırılması üçün xərclənilmiş 2030 (iki min otuz) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, sanitar qovşaqlarında aksessuarların quraşdırılması üçün xərclənmiş 340 (üç yüz qırx) manat dəyərində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, Cavabdeh MMC ilə onun arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasınıb bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı və 205 (iki yüz beş) manat məbləğində müvafiq qeydiyyat xərcləri Cavabdeh MMC tərəfindən ona təhvil verilməsini tələb edir. Göründüyü kimi, Cavabdeh MMC-yə İddiaçı tərəfindən 33 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə 13200 (on üç min iki yüz) manat ödəməli olduğu halda, 17700 ödənilmişdir. Bununla da, 4500 (dörd min beş yüz) manat pul vəsaitinin artıq ödənilməsi müəyyən olunmuşdur. Məhkəmə iddiaçının bu hissədə tələbi əsaslı hesab edir, ona dəymiş zərər ödənilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə iddia tələbinin kirayə haqqı hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə iddia əsaslıdır, təmin edilməlidir. Belə ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli müqavilənin 5.5-ci bəndinə görə, mənzil təhvil verilən günədək 400 manat kirayə haqqı ödəməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mənzil iddiaçıya təhvil verilməmişdir. Belə olan halda, Cavabdeh MMC İddiaçı 14.800 (on dörd min səkkiz yüz) manat (37 ay üçün) kirayə pulu ödənilməlidir. İddia tələbinin «müxtəlif mal-materialların alınması üçün xərclənilmiş 1514 (bir min beş yüz on dörd) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, 2 ədəd giriş qapılarının 340 (üç yüz qırx) manat dəyərində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, elektrik naqillərinin alınması üçün xərclənilmiş 525 (beş yüz iyirmi beş) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi, istilik kombi sisteminin alınıb-quraşdırılması üçün xərclənilmiş 2030 (iki min otuz) manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, sanitar qovşaqlarında aksessuarların quraşdırılması üçün xərclənmiş 340 (üç yüz qırx) manat dəyərində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi» hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbləri bu hissədə təmin edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı iddia tələbinin hüquqi əsasını əsaslandıra bilməmişdir. İddia tələbinin «RNQ Group” MMC ilə onun arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasınıb bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi» hissəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, cavabdeh müqaviləi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəmiş müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan sonra qeyd olunan ərazidə hər hansı inşaat işləri aparılmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzili iddiaçıya təhvil verməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh qeyd edilən müqavilələr əsasında iddiaçıdan mənzilin dəyərini almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən mənzili iddiaçıya təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin, cavabdeh göstərilən müqavilə əsasında iddiaçıdan mənzilin dəyərini almalarına dair hüquqlarından istifadə etmiş, həmin əmlakı iddiaçıya təhvil verilməli olmalarına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Odur ki, cavabdeh Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasınıb bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi, iddiaçıya təhvil vermədiyindən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasınıb bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Məhkəmə iddia tələbinin Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Eyni zamanda, Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (4500+14800+1514+340+525+2030+340) 24000,49 manatın 19300 (on doqquz min üç yüz) manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 163 (bir yüz altmış üç) manat dövlət rüsumunun 147,90 (bir yüz qırx yeddi manat doxsan qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli 33 saylı Müqaviləyə əsasən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasınıb bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən ona təhvil verilməli və iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 33 saylı Müqavilə öhdəlikləri üzrə iddiaçının kirayədə qaldığı müddətdə hər ay 400 manat olmaqla cəmi 14800 (on dörd min səkkiz yüz) manat pulun ödənilməsi və Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlərin, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, həmin binanın istismara qəbul aktının, mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışı ona təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, xx.xx.2019-cu il tarixli 33 saylı Müqaviləyə əsasən artıq ödənilmiş 4500 (dörd min beş yüz) manat pul vəsaiti və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147,90 (bir yüz qırx yeddi manat doxsan qəpik) manat cavabdeh RNQ GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə rədd edilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220-cim maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 33 saylı Müqaviləyə əsasən artıq ödənilmiş 4500 (dörd min beş yüz) manat və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 147,90 (bir yüz qırx yeddi manat doxsan qəpik) manat Cavabdeh tərəfindən İddiaçı ödənilsin. RNQ Group” MMC ilə onun arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m olan mənzil yüksək keyfiyyətlə təmir edilmiş vəziyyətdə Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 33 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən yüksək mərtəbəli yaşayış binasının bina 1-in 7-ci mərtəbəsində yerləşən 41 nömrəli, 3 otaqlı, ümumi sahəsi 134,2 kv.m mənzilin DƏDRX-də xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınması üçün qanunla müəyyən edilmiş zəruri sənədlər, o cümlədən, həmin binanın istismara qəbul aktı, mənzil üçün pay haqqını tam ödənildiyini təsdiq edən maliyyə arayışı Cavabdeh MMC tərəfindən iddiaçıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar