Məhkəmə qərarları › İş №e-2(005)-1660/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1660/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1660/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 28 №-li evin ümumi sahəsi 54 kv.m. olan 3 otaqlı 20 №-l mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə ÖM seriyalı 102461 nömrəli Çıxarış verilmişdir. 2021-ci ildə iddiaçıya məxsus mənzilin yerləşdiyi yaşayış binası da daxil olmaqla həmin ərazidə olan binaların sökülməsinə və sökülmüş binaların yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinə Cavabdeh MMC-yə icazə verilmişdir. Bununla bağlı İddiaçı və Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə 126 saylı müqavilə aşağıdakı şərtlərlə bağlanmışdır: İddiaçı ÖM seriyalı 102461 nömrəli xx.xx.2022 saylı Çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Nərimano rayonu, Təbriz küçəsində yerləşən 28 №-li evin ümumi sahəsi 54 kv.m, faktiki sahəsi 109.0 kv.m. olan 3 otaqlı 20 №-li mənzili sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh MM tərəfindən həmin ərazidə yeni inşa ediləgək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onu üçün nəzərdə tutulmuş yaşayış sahəsin qəbul etməyi öhdəsinə götürür (Maddə 1.1.1); Cavabdeh MMC, F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında yerləşən Mətan M əmmədovaya məxsus mənzilin sökülməsinini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 12-ci mərtəbədə, 103.05 kv.m. və 5-ci mərtəbədə 63.04 kv.m. təmirsiz mənzilləri İddiaçı ger qaytarmasını öhdəsinə götürür (Maddə 1.1.2); Cavabdeh MMC, yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işləriı 24 ay müddətinə qədər başa çatdıraraq, Müqavilə şərtlərinə uyğun olaraq nəzərədə tutulmuş mənzilləri İddiaçı ger qaytarmsını öhdəsinə götürür (Maddə 2.2.4); Bu Müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr müqavilə tərəfləri danışqların aparılması yolu ilə həll edirlə (Maddə 6.1); Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmı qaydasında həll edilir (maddə 6.2). İddiaçı, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqavilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmiş, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 28 №-li evi ümumi sahəsi 54 kv.m, faktiki sahəsi 109.0 kv.m. olan 3 otaqlı 20 №-li mənzili sökmək üçün cavabdehə təhvil vermişdir, mənzili boşaldaraq kirayədə yaşamaq üçün köçüb getmişdir. Lakin Cavabdeh MMC sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 28 №-li evin ümun sahəsi 54 kv.m, faktiki sahəsi 109.0 kv.m. olan 3 otaqlı 20 №-li mənzili qəbul edərək sökmüş Cavabdeh MMC bı günədək vəd etdiyi kimi sökülmüş evin yerində Bakı şəhəri, F.Məmmədov, Ə.Vahid , Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasından iddiaçıya xx.xx.2021-ci il tarixli müqavilə ilə nəzərdə tutulan ayrı-ayrılıqda ümumi sahələri 103.05 kv.m. və 63.04 kv.m. ibarət mənzilləri İddiaçı təhvil verməmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə görə Cavabdeh MM' tərəfindən yeni tikiləcək çoxmənzilli yaşayış binasının bünövrəsinin qoyulmasından sonra 24 ay ərzində, yəni xx.xx.2023-cü il tarixədək Təbriz küçəsinə baxan hissəsində sahələri 103.05 kv.m. və 63.04 kv.m. ibarət təmirsiz 2 ədəd mənzili İddiaçı təhvil verilməl idi. Binanın bünövrəsi 2021-ci ilin may ayında qoyulmasına baxmayaraq, bu günə qədər mənzillər Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməmişdir, binanın tikintisi 24 ay müddətində tikilib başa çatdırılmamışdır. İddiaçı hesab edir ki, İddiaçı, xx.xx.2021-ci il tarixdən müqavilə şərtlərinə uyğun ona verilməli olan F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında cavabdehin inşa etdiyi çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 103.05 kv.m.və ümumi sahəs 63.04 kv.m dən ibarət təmirsiz 2 ədəd mənzilin mülkiyyətçisi hesab edilir. İddiaçı Cavabdeh MMC qarşısında Mülki Məcəlləsinin 752.1-ci maddəsinin tələblərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin mənzillərin təhvil verilməsi ilə bağlı İddiaçı dəfələrlə Cavabdeh MMC-yə müraciət etsə də, MMC üzərinə götürdüyü müqavilə öhdəliklərini yerinə yetirməmiş, mənzilləri bu günədək İddiaçı təhvil verməmişdir. Odur ki, iddiaçı hesab edir ki, müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzillərin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır.Bundan başqa, Cavabdeh MMC, müqavilə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə, İddiaçı maddi zərər vurmuşdur. Belə ki, İddiaçı, Cavabdeh MMC ilə bağladığı müqaviləyə uyğun olaraq mülkiyyətində ola mənzili sökmək üçün cavabdeh MMC-yə təhvil verdikdən sonra 2021-ci ilin aprel ayından hal-hazıradək yaşayış sahəsində aylıq kirayə haqc 1.000 manat olmaqla kirayədə yaşayır. İş üzrə tərəflər arasında bağlanmış müqavilə şərtinə görə, razılaşdırılmış müddət ərzində mənzillə! təhvil verilənədək iddiaçı kirayə haqqını cavabdeh MMC-dən istəməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinə görə, çoxmənzilli yaşayış binasının bünövrəsi qoyulduğu 2021-ci ilin may ayından sonra 24 ay ərzində hər iki mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhv verilməli idi. Yəni mənzillərin iddiaçıya təhvil verilməsinin son müddəti 2023-cü ilin may ayında başa çatmışdır. 2023-cü ilin may ayınadək, yəni mənzillərin təhvil verilməli olduğu müddətədək tərəflər razılığa gəlmişlər ki, kirayə pulu iddiaçıya ödənilməsin. Lakin nə qədər ki, cavabdeh tərəfindən mənzillər razılaşdırılmış 2023-cü ilin may ayınadək təhvil verilməmişdir, o halda hesab edir ki, 2023cü ilin may ayından sonra iddiaçının hər ay kirayə qaldığı mənzilə görə ödədiyi və bundan sonra bina tikilib qurtarana və mənzillər İddiaçı təhvil verilənədək aylıq 1.000 manat məbləğində pul Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd olunan faktiki hallara və maddi hüquq normalarına əsaslanaraq məhkəmədən İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonı F.Məmmədov, Ə.Vahid, Təbriz və Ə.Əlizadə küçələrinin kəsişməsi ünvanında cavabdeh MMC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 103.05 kv.m. ibarət və 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 63.04 kv.m-dən ibarət təmirsiz 2 ədəd mənzilin İddiaçı təhvil verilməsi, habelə 2023-cü ilin may ayından başlayaraq mənzillər iddiaçıya təhvil verilən vaxtadək cavabdehdən iddiaçının xeyrinə hər ay 1.000 olmaqla pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumu olan 100 manat pul(qəbz №:**********) İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar