Məhkəmə qərarları › İş №e-2(005)-1688/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1688/2023

12.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1688/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Rəsul X13 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Rəsul X18 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, сavabdeh Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 146, 47 nömrəli mənzildən çıxarılaraq Rəsul X16 təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınıb Rəsul X16 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 küçəsi, ev 144, mənzil 6 ünvanında qeydiyyatda olan X2 iştirakı ilə Bakı şəhəri 38-ci notariat kontorunda tərtib olunmuş 08 iyun 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən Rəfiqə Cabbarova bütün əmlakını Rəsul X16 vəsiyyət etmişdir. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən 16 iyun 2022-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı 286574 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 07 iyun 2022-ci il tarixdə vəfat etmişdir. X2 verdiyi vəsiyyətnamə əsasında miras əmlakı qəbul etmək üçün Bakı şəhəri, 38-ci notariat Kontoruna müraciət edilmiş və bununla bağlı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 146, 47 nömrəli mənzilə ********** nömrəli, xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin bütün bu qeyd olunanlara baxmayaraq Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 146, 47 nömrəli mənzili qanunsuz olaraq zəbt etmiş, dəfələrlə mənzildən çıxması tələb edilməyinə baxmayaq həmin mənzildən çıxmaqdan imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi . Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. O izahatında bildirdi ki, cavabdehlə mərhumə X4 arasında faktiki nikah münasibətləri mövcud olmuşdur. Bu səbəbdən cavabdeh sözügedən mənzildə yaşayır. Eyni zamanda məhkəməyə Lənkəran rayonu Şilavar kənd inzibati ərazi dairəsinin nümayəndəsi tərəfindən imzalanmış 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamənin surətini məhkəməyə təqdim etdi. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - xx.xx.2014-cü il tarixli, Şilavar kənd inzibati ərazi dairəsi nümayəndəsi N.Babayev tərəfindən imzalanan vəsiyyətnamənin surətindən görünür ki, X4 ona məxsus bütün əmlakını Cavabdeh vəsiyyət etmişdir. - Lənkəran Rayon 1 saylı Notariat Ofisinin 28 mart 2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh X3 vərəsəsidir. - xx.xx.2016-cı il tarixli, X6, X5 şahidliyi ilə tərtib edilən və 38 saylı notariat kontorunun notariusu İ.M.Xəlilov tərəfindən təsdiq edilən vəsiyyətnamənin sutətindən məlum olur ki, X4 onun adına olan bütün daşınar və daşınmaz əmlakını Rəsul X16 vəsiyyət etmişdir. - Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən AZ-İİ 286574 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Rəsul X18 tərəfindən xx.xx.2022-ci il tarixdə 38 saylı Notariat ofisinə ünvanlanan ərizədən məlum olur ki, o, mərhum X1 ona qalmış mirası qəbul etmişdir. - AR Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən fərdi yaşayış evi tam payda Rəsul X13 xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 38 saylı notariat ofisinin notariusu X11 tərəfindən təsdiqlənən vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Rəsul X17r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 öz adına olan bütün əmlakını iddiaçı Rəsul X16 vəsiyyət etmişdir. Bakı şəhəri 38 saylı notariat ofisinin notariusu X11 tərəfindən məhkəməyə təqdim edilən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsinin Rəsul X18 olduğu və onun miras əmlakdan tam hissədə pay almalı olduğu aydın olur. Mübahisəli mənzil - Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda Rəsul X13 tam payda xüsusi mülkiyyətindədir. Cavabdeh X10 mənzildən çıxmaqdan imtina etdiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. AR Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cı maddəsinə əsasən, Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1168-ci maddəsinə görə, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.2-ci maddəsinə görə, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1220.0-ci maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər: 1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 1220.0.2. notariat orqanına ərizə verməklə; 1220.0.3. vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. 1222-ci maddəsinə əsasən, əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə qalır. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, mənzil iddiaçının tam payla xüsusi mülkiyyətindədir və cavabdehin həmin mənzildən istifadə etməsi üçün heç bir hüsusi əsası yoxdur. Məhkəmə cavabdehin nümayəndəsinin təqdim etdiyi vəsiyyətnamənin surəti ilə bağlı qeyd edir ki, həmin vəsiyyətnamənin əsli məhkəməyə təqdim edilməmişdir. Elektron notariat məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, mərhumənin notarial qaydada təsdiq edilmiş yalnız bir vəsiyyətnaməsi mövcud olmuşdur ki, həmin vəsiyyətnamə ilə də hazırki mülki iş üzrə iddiaçıya bütün əmlakını vəsiyyət etmişdir. Digər tərəfdən, 20 noyabr 2014-cü il tarixli vəsiyyətnamə mövcud olmuş olsa belə, mərhumə R.Cabbarova tərəfindən 08 iyun 2016-cı il tarixli vəsiyyətnamənin tərtib edilməsi ilə əvvəlki vəsiyyətnamə ləğv edilmiş olur. Eyni zamanda sonrakı vəsiyyətnamə notarius tərəfindən təsdiq edilmiş və iddiaçı xüsusi mülkiyyətçi kimi hüquqlarını artıq qeydiyyatdan keçirmişdir. Beləliklə, cavabdehin etirazı əsassızdır və formal mülahizələrdən ibarətdir, iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Rəsul X16 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 146, mənzil 47 ünvanında yerləşən mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 146, 47 nömrəli mənzildən çıxarılsın. Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti, ev 146, 47 nömrəli mənzil Rəsul X16 təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulub Rəsul X16 ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar