Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1698/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Nümayəndə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filalının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filalına qarşı “əmrin ləğv olunması, əmək kitabçasına düzəliş edilməsi və.s. tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filalına qarşı “əmrin ləğv olunması, əmək kitabçasına düzəliş edilməsi və.s. tələbləri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2021-ci il tarixli XHR-2021-018 nömrəli əmrin ləğv olunması, İddiaçı öz təşəbbüsü ilə işdən azad olunması haqqında xx xxxxxx 2020-ci il tarixli ərizənin qəbul edilmiş hesab olunması, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli CHR- 2019-11 nömrəli əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xx xxxxxx 2020-ci il tarixdən xitam olunması, bununla bağlı müvafiq əmrin verilməsi və onun əmək kitabaçsında müvafiq düzəlişin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (İddiaçı) və "Cavabdeh" şirkətinin Azərbaycan Respublikasındakı filialı (Cavabdeh) arasında bağlanmış xx xxxxxxxx 2019cu il tarixli CHR-2019-11 nömrəli əmək müqaviləsinə (Əmək müqaviləsi) xx xxxxxx 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Əmək Məcəlləsi) 70-ci maddəsinin (ç) bəndinə əsasən cavabdeh tərəfindən birtərəfli qaydada xitam edilmişdir. İddiaçı x xxxxxx 2020-ci il tarixində cavabdehin baş direktorunun adına ünvanlanan və layihə menecerinin müavini olaraq tutduğu vəzifəsindən öz təşəbbüsü ilə x xxxxxx 2020-ci il tarixində azad edilməsini tələb edən ərizəsini filialın ümumi məsələlər üzrə meneceri vəzifəsini icra edən Tahir Qasımova şəxsən təqdim etmişdir. Təqdim olunan ərizədə cavabdehin direktoru olan Tahir Dadaşovun müvafiq qaydada qeyd edilmiş dərkənarı olmuşdur.xx xxxxxx 2020-ci il tarixində iddiaçı sağlamlığında yaranmış problemlərə görə həkim tapşırığına əsasən, xəstəlik vərəqəsində də qeyd edildiyi kimi, 2 həftə müddətində ev şəraitində müalicə almalı olması və işləyə bilməyəcəyi barədə cavabdehin əməkdaşlarına elektron məktub yazmaqla məlumat vermişdir. Həmin xəstəlik vərəqəsinin bağlanma tarixi x xxxxxx 2020-ci il olaraq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilən x xxxxxx 2020-ci il tarixində cavabdehin əməkdaşları Nigar Allahverdiyeva, Tahir Qasımov və İddiaçı arasında baş tutmuş elektron yazışmalardan aydın olur ki, filialın İnsan Resursları üzrə Baş koordinatoru COVİD-19 testi üçün 4 dekabr saat 12.30-da ofisə gəlməsini xahiş etmişdir. Buna cavab olaraq, iddiaçı x xxxxxx 2020-ci il tarixində işdən öz istəyi ilə azad edilməyə dair ərizəsi əsasında artıq işdən azad edilməli olduğunu və şirkətə məxsus avadanlıqların təhvil alınması üçün sürücünün göndərilməsini xahiş etmişdir. Tahir Qasımov isə öz növbəsində x xxxxxx 2020-ci il tarixli ərizənin surətinin yenidən göndərilməsini xahiş etmişdir. Son olaraq iddiaçı öz cavabında x xxxxxx 2020-ci il tarixində işdən azad edilməli olduğunu və cavabdehə məxsus avadanlıqların təhvil alınması və iddiaçıya məxsus sənədlərin özünə təqdim edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilən x xxxxxx 2020-ci il tarixində yazılmış elektron məktubda Tahir Qasımov x xxxxxx 2020-ci il tarixli ərizənin onun tərəfindən əldə edilmədiyini qeyd edir. Buna cavab olaraq, iddiaçı bir daha həmin ərizəni Tahir Qasımova şəxsən verdiyini və şirkətin dəfələrlə zəng edərək şirkətə məxsus avandanlıqların təhvil alınması üçün konkret tarix müəyyən etməsi üçün əsasən da məhz həmin ərizə olduğunu vurğulamışdır. Cavabdehin əməkdaşları iddiaçının x xxxxxx 2020-ci il tarixli işdən könüllü azad olunması barədə ərizəsini nəzərə almadan onun müalicə müddəti bitdikdən sonra, yəni x xxxxxx 2020-ci il tarixindən iddiaçıdan əmək funksiyasının icrasına davam etməsini tələb ediblər. İddiaçı işdən azad olunma ilə əlaqədar ərizəsini əsas gətirərək əmək funksiyalarının icrasnı davam etdirməkdən imtina etdikdə isə xx xxxxxx 2020-ci il tarixində "Filialın Layihə menecerinin müavinin xəstəlik məzuniyyətindən sonra işə gəlməkdən imtina etməsi ilə əlaqədar" akt tərtib edilmişdir. Həmin aktda İddiaçının işdən azad edilməsi barədə ərizəsinin tapılmamasının səbəbi olaraq filialda həmin ay baş vermiş direktor dəyişikliyi zamanı keçmiş baş direktor tərəfindən yeni baş direktora sənədlərin təhvil-təslim olunması və keçmiş baş direktorun icraatında olan müxtəlif sənədlərin ofisdə aşkar olunmaması göstərilmişdir. Həmçinin, iddiaçının işdən azad edilmə ilə bağlı ərizənin surətini filiala təqdim etməməsi və bununla bağlı yeni ərizə ilə hazırkı baş direktora müraciət etmədiyi bildirilmişdir. xx xxxxxx 2021-ci il tarixində iddiaçının əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək işə gəlmədiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verilməsinə dair XHR-2021-018 nömrəli əmr qəbul edilmiş və həmin əmrin surəti KOC/EB- 04-007 nömrəli bildiriş məktubu ilə iddiaçıya çatdırılmışdır. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam edilməsini aşağıda göstərilən əsaslara görə qanunsuz və əsassız hesab edirik. Eyni zamanda iddiaçının nümayəndələri və vəkilləri məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək göstərmişlər ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixində cavabdehin baş direktorunun adına ünvanlanan və layihə menecerinin müavini olaraq işlədiyi vəzifəsindən öz istəyi ilə xx xxxxxx 2020-ci il tarixində azad edilməsini tələb edən ərizəsini filalın ümumi məsələlər üzrə meneceri vəzifəsini icra edən Tahir Qasımova şəxsən təqdim etmişdir. Lakin nəticə olaraq cavabdeh əmək məcəlləsinin 69-cu maddəsinin 2-ci bəndindəki öhdəliklərinə uyğun olaraq əmək müqaviləsinin işçi tərəfindən könüllü surətdə xitam verilməsini göstərməklə əmək müqaviləsinin ləğv edilməsini təmin etmək yerinə həmin əmək müqaviləsinə iddiaçının əmək funskiyaları icra etməməsinə və işə çıxmamasına görə xx xxxxxx 2020-ci il tarixində əmək məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilmişdir. xx xxxxxx 2020-ci il tarixində “Filalın Layihə menecerinin müavininin xəstəlik məzuniyyətindən sonra işə gəlməkdən imtina edilməsi ilə əlaqədar” tərtib edilmiş aktda iddiaçının ərizəsinin tapılmamasının səbəbinin direktor dəyişikliyi ilə yaranmış vəziyyət olaraq göstərilməsi onu sübut edir ki, cavabdehin əməkdaşlarının ərizənin mövcudluğundan və təqdim olunmasından xəbərləri var. Həmçinin, həmin aktla cavabdeh etiraf etmiş olur ki, ərizənin tapılmamsı və ya itirlməsi cavabdehin təqsiridir və bunun nəticəsində yaranmış hallara görə cavabdeh məsuliyyət daşıyır. İddiaçının ərizəsinin itirilməsinə görə məsuliyyət daşımaqla yanaşı cavabdeh iddia ərizəsində qeyd etdiyi kimi iddiaçının əmək müqaviləsinin 70-ci maddəsinin (ç) bəndi ilə ləğv etməklə əmək qanunverciliyinin tələblərini pozmuşdur. Beləliklə, hazırki işdə cavabdehin iki təqsirli hərəkəti mövcuddur. Birincisi iddiaçının işdən könüllü azad olunması barədə ərizəsinin cavabdeh tərəfindən itirlməsi və ikincisi isə əmək qanunverciliyinin tələbləri pozulmaqla iddiaçını əmək məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə işindən azad etməsi ilə əlaqədardır. Cavahdehin təqsirli hərkətlərinin nəticəsi olaraq iddiaçının şəxsi qeyri-əmlak hüquqları pozulmuşdur. Belə ki, əmək qanunverciliyinin tələblərinə uyğun olaraq iddiaçı işdən könüllü surətdə azad olunmalı idi. Lakin indiki halda iddiaçı işindən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işindən azad edilmiş hesab edilir. Cavabdehin əsassız və qanunsuz surətdə qəbul etdiyi qərarında iddiaçı əmək funksiyalarını kobud şəkildə pozan biri olaraq göstərildiyi üçün onun gələcək işgüzar nüfuzuna ciddi şəkildə zərər dəymişdir. Belə ki, cavabdeh öz öhdəliklərini əmək qanunverciliyinin tələblərinə uyğun surətdə yerinə yetirsə idi və iddiaçının iddia ərizəsində qeyd etdiyi hüquqlarını pozması idi. İddiaçının qeyri-əmlak hüquqlarına heç bir zərər dəyməyəcək və bunun nəticəsi olaraq iddiaçı mənəvi sarsıntılar yaşamayacaqdı. Ali Məhkəmənin Plenumunun qərarını nəzərə alaraq iddiaçının pozulmuş qeyri-əmlak hüququnun bərpa edilməsi cavabdehin üzərinə mənəvi zərərin ödənilməsi vəzifəsinin qoyulması ilə həll edilməlidir. Bu məqsədlə də cavabdehin iddiaçının xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərər ödənilməsini məqsədə uyğun hesab etmişlər. Cavabdehşirkətinin Azərbaycan Respublikasındakı filalının xx xxxxxx 2021-ci il tarixli XHR-2021-018 nömrəli əmrinin ləğv olunması, İddiaçı öz təşəbbüsü ilə işdən azad olunması haqqında xx xxxxxx 2020-ci il tarixli ərizənin qəbul edilmiş hesab olunması, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı ilə İddiaçı arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli CHR-2019-11 nömrəli əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xx xxxxxx 2020-ci il tarixindən xitam olunması, bununla bağlı müvafiq əmrin verilməsi və onun əmək kitabçasında müvafiq düzəlişin edilməsi, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalından İddiaçı xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərin tutulmasına dair qətnamə çıxarılmasını və Cavabdeh şrkətinin aidiyyatı işçilərinin əməllərində hər hansı cinayət tərkibinin olmasının araşdırılması üçün bu işçilər barədə xüsusi qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X6 iddia tələblərini müdafiə edərək göstərmişdir ki, 03 noyabr tarixində filialın direktoru artıq Emin Babayev idi və Tahir Dadaşovun iddiaçıdan hər hansı bir ərizəni qəbul etmək üçün səlahiyyəti yox idi; İddiaçı işdən çıxma ərizəsi ümumən mövcud deyildir. Lakin, bu hamısı əsas mahiyyətdən, obyektiv həqiqətdən və məhkəmənin fikrini yayındırmaq cəhdindən savayı bir şey deyil. Belə ki, Tahir Dadaşovun 03 noyabr tarixində filal direktorun olub-olmaması barədə həmkarının mülahizəsinə əsasən Cavabdeh-ın filal direktoru etibarnamə əsasında öz səlahiyyətlərini icra edir və əgər digər bir şəxs filal direktorunun səlahiyyətlərini özündə ehtiva edən etibarnamə verilirsə, onda indiki filal direktorunun səlahiyyətləri avtomatik olaraq xitam verilmiş sayılır. Lakin bu belə deyil. Belə ki, etibranamə üzrə mülki qanunverciliyin ümumi normaların filal direktorun səlahiyyətlərinə şamil edilməsi bünövrəsində səhvdir. Belə ki, xarici hüquqi şəxsin filalın direktorunun vəzifədən azad olunması və yeni direktorun təyin olunması xüsusi norma sayılan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Belə ki, şahidlərin çıxışından, habelə təqdim olunmuş dövlət reyesterindən çıxarışdan açıq aşkar görünür ki, xx xxxxxx 2020-ci il tarixində Tahir Dadaşov hələ də KOC Filalının direktoru vəzifəsini tam qanuni əsaslarla icra edirdi. (bu vəzifədə sənədlər, əmək müqavilələri, onlara xitamı, bank sənədləri və.s. imzalanmışdır.) Emin Babayev isə heç bir halda direktor səlahiyyətlərini icrasına başlamamışdı, yeni direktor yalnız dövlət qeydiyyatına alındıqdan sonra səlahiyyətli sayılır. Hüquqi şəxslərin dövlət reysterində əks olunan filalın direktorunun dəyişilməsi faktı (tarix əks olunmaqla) və dövlət reyesterinə təqdim olunan, özündə Tahir Dadaşovun səlahyyətlərinə xitamı və Emin Babayevi yeni direktor vəzifəsinə təyini barədə qərar dəlalət verir. Tarixlərə fikir verilsə, bu əməliyyat xx xxxxxx 2020-ci il tarixində çox sonra həyata keçirilib. Tahir Dadaşova verilmiş etibranamə xx xxxxxx 2020-ci il tarixində tam hüquqi qüvvədə idi. Tahir Dadaşova verilmiş apostil və notarial qaydada təsdiq olunmuş etibranamənin ləğvi etibranamə vermiş KOC-un baş ofisinin səlahiyyətli şəxsləri tərəfindən yazılı şəkildə, notarial qaydada təsiq olunaraq həyata keçirilməlidir. Cavabdeh isə qarşı tərəfi inandırmağa çalışır ki, SOCAR-ın vəzifəli şəxsləri xx xxxxxx 2020-ci il tarixli görüşdə Tahir Dadaşovun həmin tarixdən filalın direktoru olmaması barədə məlumatı filal kollektivinin nəzərinə çatdırıblar və bu şifahi məlumat notarial qaydada təsdiq olunmalı KOC-un Baş ofisinin qərarı ilə eyni hüquqi qüvvəyə malikdir. Baş ofisin kayman adaları olan, KOC-un Azərbaycan Filalının direktorunun dəyişilməsi barədə qərarın qəbul edilməsi və direktorun vəzifədən çıxmasını SOCAR-a nə aidiyyəti var? KOC-un baş ofisinə hər hansı bir aidiyyəti olmayan şəxslər tərəfindən şifahi elanın, notariat qaydada təsdiq olunmalı KOC-un baş ofisinin qərarı ilə eyni hüquqi qüvvədə olması fikrini yeritmək istəyirlər. Cavabdehin bu konturarqumentləri tamamilə əsassızdır və iş üzrə heç bir mahiyyət kəsb etməməldir. Ərizənin itirlməsini araşdırmaqdansa, cavabdeh dərhal yəni xx xxxxxx 2021-ci il tarixdə işçinin fəaliyyətini araşdımağa başlamaqla ona qarşı pis niyyətin olmasını nümayiş etdirmişdir. Cavabdeh iddiaçını sub-podratçılar tərəfindən natamam görülümüş işlərin təhvilini imzalamasına dair təzyiqlər göstərilmişdir, imzalamadığı tədbirdə isə onu “işdən maddə ilə çıxaracaqları” ilə hədələmişdir. Nəticədə, cavabdehin öz hədələrini yerinə yetirdiyi də görünür. Əgər cavabdeh qərəzli mövqedə deyildisə və iddiaçının Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə çıxarılmasına səbəb yalnız ərizənin tapılmaması idisə onda barışıq təklifi qəbul olunardı və məsələ asanlıqla həll oluna bilərdi. Lakin iddiaçı tərəfindən verilmiş barışıq təklifi cavabdeh tərəfindən qəti olaraq rədd olunmuşdur. Cavabdeh “X12” Şirkətinin Azərbaycan Respublikasındakı filalının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, 16 noyabr-xx xxxxxx 2020-ci il tarixlərdə səhhətində yaranan nasazlıqlar səbəbi ilə işə çıxmamış və müvafiq xəstəlik kağızının bağlanma tarixi xx xxxxxx 2020-ci il olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin əməkdaşları iddiaçını COVİD 19 testinin verilməsi üçün işə dəvət etmişlər. İddiaçı isə xx xxxxxx 2020-ci il tarixli ərizəsinə əsasən xx xxxxxx 2020-ci il tarixdən etibarən işdən azad edilməli olduğunu bildirmiş və işə gəlməkdən və işəgötürən (cavabdeh) tərəfindən ona verilmiş avadanlıqları cavabdehə şəxsən təhvil verməkdən imtina etmiş və qeyd edilən avadanlıqları götürməsi üçün sürücü göndərilməsini xahiş etmişdir. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, cavabdehin nümayəndələri tərəfindən dəfələrlə iddiaçıya müraciət edilmiş və ərizənin onlara verilmədiyi bildirilmiş və ərizənin yenidən yazılmasını xahiş etmişlər, lakin iddiaçı yenidən ərizə yazmaqdan imtina etmişdir. Cavabdehin əməkdaşları iddiaçının xx xxxxxx 2020-ci il tarixli ərizəsini nəzərə almadan onun müalicə müddəti bitdikdən sonra yəni xx xxxxxx 2020-ci il tarixdən işə çıxmasını tələb etmişlər. İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizəsini əsas gətirərək işə çıxmaqdan imtina etdiyi üçün cavabdehin əməkdaşları tərəfindən iddiaçının işə çıxmadığını təsdiq edən aktlar tərtib etmişlər. (ilk akt xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir). Tərtib edilmiş aktda həmçinin qeyd edilmişdir ki, iddiaçının öz təşəbbüsü ilə işdən çıxma barədə iddia etdiyi ərizəni cavabdehin keçmiş baş direktoruna təhvil verilməsini sübut edən hər hansı dəlilə rast gəlinməmiş və iddiaçıya yeni baş direktorun adına ərizə yazması üçün müraciət edilsə də iddiaçı yeni ərizə yazmaqdan imtina etmişdir. Beləliklə iddiaçının əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixnədək işə gəlməməsi səbəbi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsinə dair XHR-2021-018 nömrəli əmr verilmiş və həmin əmrin surəti rəsmi bildirişlə iddiaçıya məktubla çatdırılmışdır. Cavabdeh Şirkəti tərəfindən Azərbaycan Respublikasındakı Filalının rəhbəri cənab Tahir Dadaşova verilən etibarnamə xx xxxxxxx 2020-ci ildə ləğv edilmiş və cavabdehin yeni rəhbəri Emin Babayevin adına yeni etibarnamə verilmişdir. Qeyd edilən etibaranmə xx xxxxxxx 2020-ci il tarixdə Kayman adalarında dövlət notariusu X22 tərəfindən təsdiq edilmiş və apostil olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin ünvan 1 ünvanında yerləşən ofisində cavabdehin yeni rəhbəri işçilərə təqdim edilmiş və həmin tarixdən yeni rəhbər fəaliyyətə başlamışdır. Filalın keçmiş rəhbəri cənab Tahir Dadaşov yeni rəhbərliyə işlərin və müvafiq sənədlərin təhvil-təslimini həyata keçirməmişdir. İddiaçı xəstəlik vərəqəsinin bağlandığı xx xxxxxx 2020-ci il tarixindən əmək müqaviləsinə xitam verildiyi xx xxxxxx 2021-ci il tarixədək işə gəlməmişdir. İddiaçının xəstəlik vərəqəsinin bağlandığı tarixdən sonra işə gəlməməsi cavabdehdə iddiaçının əmək funksiyalarını lazımi qaydada icra etməsi ilə bağlı şübhələrin yaranmasına səbəb olmuşdur və cavabdehin müvafiq əmri əsasında işçi qrupu yaradılaraq iddiaçının son 5 ay ərzində olan əmək fəaliyyəti araşdırılaraq müəyyən olunmuşdur ki, filalın serverində layihəyə aid müvafiq qovluqlarda olan məlumatları silmiş, iddiaçının icraatında olan əhəmiyyətli sənədlər uzun müddət səbəbi məlum olmadan imzalanmamışdır. Bu da öz növbəsində cavabdehin podratçıları ilə olan əməkdaşlıq münasibətlərinə xələl gətirmiş və cavabdehin podratçıları arasında mövcud olan müqavilələrin xitam verilməsi və işlərin dayandırılmasına zəmin yaratmışıdır. Bundan əlavə, iddiaçı xəstəlik vərəqəsinin açılmasından öncə icraatında olan işlər üzrə tam qərar vermək səlahiyyətini filalını baş direktorunun yazılı əmri olmadan digər işçilərə həvalə etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı göstərilən çatışmazlıqlar barədə izahat verməsi üçün dəfələrlə iş yerinə dəvət edilsə də iş yerinə gəlməkdən imtina etmiş, hətta ona təqdim edilmiş avadanlıqları lazımi şəkildə cavabdehin səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, cavabdehin göstərdiyi kuryer vasitəsi ilə həmin avadanlıqları cavabdehə göndərmişdir. Bu isə həmin avadanlıqların sazlığının yoxlanmasını mümkünsüz etmişdir. İddiaçı baş direktorun dərkənarı ilə olan ərizəni xx xxxxxx 2020-ci il tairxdə filalın ümumi məsələlər üzrə menecer vəzifəsini icra edən Tahir Qasımova şəxsən təqdim etmişdir. İddiaçının arqumentlərinə qarşı aşağıda sadalanan əks arqumentlər iddianın əsassız olduğunu sübut edir və bu səbəbdən iddia təmin edilməməlidir. İddiaçı baş direktorun dərkənarı ilə olan ərizəni xx xxxxxx 2020-ci il tarixdə filalın ümumi məsələlər üzrə mencer vəzifəsini icra edən Tahir Qasımova şəxsən təqdim etmiş arqumenti ilə bağlı işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabndehin səlahiyyətli nümayəndələri heç bir zaman iddiaçıdan işdən azad olmaq barədə ərizəsini qəbul etdiklərini etiraf etməmişlər. İddia ərizəsinə etiraza əlavə edilmiş ümumi məsələlər üzrə menecer vəzifəsini icra edən Tahir Qasımov tərəfindən iddiaçıya yazılmış xx xxxxxx 2020-ci il tarixli elektron məktubunda qeyd edilmişdir; xx xxxxxx 2020ci il tarixində heç bir ərizə təqdim olunmamışdı, deyildiyi kimi ərizə şəxsən ona təqdim olunsaydı, həmin ərizə müvafiq qaydada qeydiyyatdan keçib baş direktora təqdim olunardı. Ola bilsin ki, sözügedən ərizə həqiqətən də yazılıb və şəxsən keçmiş baş direktora təqdim edilib. Qeyd olunanları nəzərə alaraq, əgər sözügedən ərizə həqiqətən iddiaçı tərəfindən yazılıbsa onun surətinin təqdim edilməsi xahiş edilmişdir. Şirkətə məxsus və hal-hazırda iddiaçının sərəncamında olan mal-materialların ondan təhvil alınması ilə bağlı qaldırılan məsələyə gəldidkə isə qeyd olunur ki, mal-materialları təhvil almaq üçün iddiaçının onları şirkətin ofisində təhvil verməsi lazımdır, bunun üçün isə iddiaçının işə gəlməyi zəruridir. Şirkət olaraq iddiaçıdan mal-materialları təhvil almaq üçün nümayəndə heyəti ilə iddiaçının yaşadığı ünvana gələ bilməyəcəkləri qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xahiş edilir ki, xx xxxxxx 2020-ci il tarixində işə gəlməlidir. Ərizənin surətinin cavabdehə təqdim olunduğu təqdirdə, rəhbərlik tərəfindən ərizəyə müvafiq qaydada baxılacaq, bütün müvafiq rəsimləşdirmələr aparılacaq və təhviltəslim prosesi həyata keçirləcəkdir. Qeyd olunan tarixdə işə gəlməyəcəyi təqdirdə isə bununla bağlı qanunvercilik ilə nəzərdə tutulan bütün hüquqi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Cavabdehin səlahiyyətli nümayəndəsinin dəfələrlə işdən çıxma barədə ərizsəsinin cavabdehə təqdim edilmədiyini iddiaçıya bildirilsə də həmçinin iddiaçıya həmin ərizənin ən azından surətini təqdim edilməsi üçün müraciət edilsə də iddiaçı nə ərizəni cavabdehə vermiş, nə də həmin ərizənin surətini cavabdehin səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, ərizəni və ya onun surətini təqdim etməməsinin səbəbini isə bildirməmişdir. İddiaçıdan ərizənin heç olmasa surətini vermək barədə müraciəti “yalan və şər” adlandıraraq bunun cinayət olduğunu və cavabdehin işçiləri barədə prokurorluq orqanlarına şikayət etməklə hədələməsinin hansı məqsədlə edildiyi məlum deyildir. İddiaçı həmçinin cavabdehin ərizəni hansı məqsədlə gizlətdiyini və ərizənin surətini təqdim etmək üçün iddiaçıya müraciət etməsinin iddiaçının hansı hüquqlarına ziyan vurduğunu iddia ərizəsində bildirməmişdir. Əgər iddiaçı həqiqətən ərizə yazmışdırsa və surəti iddiaçıda vardırsa, işdən çıxma əmrinin rəsimləşdirilməsi üçün ərizənin surətini nə üçün cavabdehə təqdim etməmişdir? İddiaçının işdən çıxma barədə ərizəni rəsmi qaydada cavabdehə təqdim etməməsini sübut edən ikinci hal ondan ibarətdir ki, Cavabdeh Şirkətinin Azərbaycan Rspublikasındakı Filalında mövcud kargüzarlıq qaydalarına əsasən işdən azad olma barədə ərizə forması mövcuddur və işdən azad olmaq istəyən əməkdaşlar həmin ərizə formasından istifadə etməklə işəgötürənə müraciət edirlər. Ərizənin arxa tərəfində müvafiq vəzifəli şəxslər ərizə ilə bağlı rəy yazırlar. Hətta sərbəst formada yazılan ərizələrdə kadrlar şöbəsinin əməkdaşı tərəfindən ərizə ilə bağlı rəy yazırlar. Qeyd edilən ərizə rəylə birlikdə qeydə alındıqdan sonra müəssisənin rəhbərinə təqdim edilir. Müəssisə rəhbəri ərizə üzərinə dərkənar qoyduqdan sonra həmin ərizə kadrlar şöbəsi təfəindən rəsmiləşdirilməsi üçün icraata götürülür. Cavabdehin qeydiyyat jurnalı və bundan öncə yazılmış bir neçə ərizə nümunə üçün iddia ərizəsinə etiraza əlavə edilmişdir. Cavabdeh Şirkəti tərəfindən Azərbaycan Respublikasındakı Filalının rəhbəri cənab Tahir Dadaşova verilən etibarnamə xx xxxxxxx 2020-ci ildə ləğv edilmiş və cavabdehin yeni rəhbəri Emin Babayevin adına yeni etibaranamə verilmişdir. Qeyd edilən etibranamə xx xxxxxxx 2020-ci il tarixdə Kayman adalarında dövlət notariusu X22 tərəfindən təsdiq edilmiş və apostil olunmuşdur. Hətta iddiaçının dediyi kimi xx xxxxxx 2020-ci il tarixdə işdən azad edilməsi ilə bağlı ərizə təqdim etmiş olsaydı, həmin ərizədə filalın əvvəlki rəhbərinin adına yazılmış olduğu üçün etibralı olmayacaqdır. Bu səbəbdən filalın yeni rəhbərinin adına ərizə yazılmalı və mövcud qaydalara uyğun cavabdehə təqdim edilməli idi. İddiaçı nə əvvəlki direktorun adına yazdığı ərizəni təqdim etmiş, nə də yeni direktorun adına ərizə yazmağa razılıq verməmişdir. İddianın faktiki əsası ilə bağlı gətirilən əks arqumentlər sübut edir ki, iddiaçı işdən çıxma barədə ərizəsini cavabdehə təqdim etməsini sübut edə bilməmişdir. Belə olan halda cavabdeh iddiaçını öz təşəbbüsü ilə işdən azad etmək imkanına malik olmamışdır. İddiaçının cavabdeh tərəfindən işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı iddiasının heç bir hüquqi və faktiki əsası yoxdur. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmək funksiyasının yerinə yetrilməsi zamanı yol verdiyi nöqsanlarla bağlı araşdırma aparlsa da həmin araşdırmanın nəticəsi olaraq iddiaçının yol verilən nöqsanlarda təqsirinin müəyyən edilməsi üçün izahat vermək üçün dəvət etsə də iddiaçı iş yerinə gəlməkdən imtina etmişdir. Cavabdeh iddiaçı ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş digər əsaslarla xitam vermək imkanının olduğunu nəzərə alaraq, işçinin əmək funskiyalarının icrası zamanı verdiyi nöqsanlara görə deyil,üzürsüz səbəbdən iş yerinə gəlməməsi səbəbi ilə işdən azad etmişdir. Yuxarıda sadalanan əsaslar cavabdehin qeyd edilən əsasla əmək müqaviləsinə xitam verməkdə tamimlə sübut etdiyi halda iddiaçının işgüzar nüfuzuna xələl gətirməsi ilə bağlı təqsirir sübut edilməmişdir. İddia ərizəsinə əlavədə iddiaçının nümayəndələrinin istinad etdiyi Ali Məhkəmə Plenumunun 7 nömrəli xx xxxxxx 2008-ci il tarixli qərarında da qeyd edildiyi kimi “mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizlik arasında səbəbli əlaqə olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun”. Cavabdehdə iddiaçının ərizəsi və ya ərizəsinin surəti olmuş olsaydı əmək müaviləsinə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər əsaslarla xitam vermək olardı. Belə bir ərizənin olmadığı halda cavabdeh əmək müqaviləsinə əmək məcəlləsinin 70-ci maddəsinə əsasən işçinin işə üzürsüz səbəbdən gəlməməsi səbəbi ilə xitam verməkdən başqa çarəsi olmamışdır. İddiaçının qeyri-səmimilyi ilə bağlı hakimin daxili inamının formalaşması üçün aşağıdakı məqamları da xüsusi vurğulanmışdır. İddia ərizəsində sadalanan iddiaçı arqumentləri və iddia ərizəsinə etirazda sadalanan əks arqumentlər aşağıdakı sualların cavablandırılmasını zəruri edir. Birincisi iddiaçı başqa yerdə işə düəlmədiyi halda və yeni işəgötürənlə əmək müqaviləsi bağlamadığı halda nə üçün məhz xx xxxxxx 2020-ci il tarixdən işdən azad olunma ilə bağlı ərizə yazdığını iddia edir? İkincisi, iddiaçı nə üçün işə gələrək yeni ərizə yazmaqdan və ya yazdığı ərizənin surətini verməkdən israrla imtina edib? Üçüncüsü iddiaçıya təqdim edilən avadanlıqları belə işəgötürənə lazımi şəkildə təqdim etmək üçün bir ildən artıq işlədiyi iş yerinə gəlməkdən nə üçün imtina edərək həmin avadanlıqları belə işəgötürənə lazımi şəkildə təqdim etmək üçün bir ildən artıq işlədiyi iş yerinə gəlməkdən nə üçün imtina edərək həmin avadanlıqları sürücü vasitəsi ilə verməkdə təkid edib (nəticədə avadanlıqları kuryer vasitəsi ilə cavabdehə göndərmişdir)? Bu sualların cavabları hazırki iddia ərizəsinə etirazın 7-ci bəndində qeyd edilmişdir. İddiaçı əmək funksiyalarını yerinə yetirərkən həddən artıq kobud səhvlərə yol vermişdir. Həmin səhvlərin araşdırması barədə cavabdeh tərəfindən işçi qrupu yaradılmış və iddiaçıdan həmin hallarla bağlı izahat alınması tələb edilirdi. İddiaçı həmin araşdırmadan xəbərdar olduğu üçün və əmək funksiyasının icrası ilə bağlı yol verdiyi nöqsanlarla bağlı izahat verməkdən yayınmaq üçün guya xx xxxxxx 2020-ci il tarixindən işdən öz təşəbbüsü ilə çıxmaqla bağlı ərizə yazdığını bildirmiş hətta işə gələrək avadanlıqları verməkdən imtina etmişdir. Cavabdeh Şirkətinin nümayəndəsi və vəkili Vəkil şahidlərin dəvət edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filalına qarşı XHR-2021-018 nömrəli əmrinin ləğv olunması, iddiaçının öz təşəbbüsü ilə işdən azad olunması haqqında xx xxxxxx 2020-ci il tarixli ərizəsinin qəbul olunması, İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli CHR-2019-11 nömrəli əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xx xxxxxx 2020-ci il tarixdən xitam olunması, bununla bağlı müvaifq əmrin verilməsi və iddiaçının əmək kitabçasına düzəlişin edilməsi və mənəvi zərərin ödənilməsi tələbi üzrə hazırda icraatda olan 2(005)— 1698/2021 nömrəli mülki iş vardır. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının məhkəməyə təqdim etdiyi, cavabdehin keçmiş rəhbəri Tahir Dadaşovun adına yazılmış “işdən azad etmə barədə” ərizənin surətində həmin ərizənin xx xxxxxx 2021-ci il tarixdə tərtib edildiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin keçmiş rəhbərinin adından verilmiş etibrnamə xx xxxxxxx 2020-ci ildə ləğv edilmiş və cavabdehin yeni rəhbəri Emin Babayevin adına yeni etibarnamə verilmişdir. Yeni etibranmə xx xxxxxxx 2020-ci il tarixdə Kayman adalarında dövlət notariusu X22 tərəfindən təsdiq edilmiş və apostil olunmuşdur. Cavabdehin yeni rəhbəri işçi heyyətinə, o cümlədən iddiaçıya xx xxxxxx 2021-ci il tarixdə təqdim edilmişdir. Beləliklə hətta fərz edilsə ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdehin keçmiş rəhbərinin adına ərizə yazaraq işdən azad olmaq üçün müraciət etmişdir, belə olan halda iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə cavabdehin keçmiş rəhbərinin səlahiyyətinin olmaması artıq məlum olduğu üçün həmin ərizənin hüquqi qüvvəsinin olmaması məlum olmuşdur. Cavabdehin yeni rəhbərinin bütün işçilərə məhz xx xxxxxx 2020-ci il tarixdə təqdim edilməsini sübut edilməsi iş üçün əhəmiyyətə malik olduğunu nəzərə alaraq, həmin gün yeni rəhbərin təqdimetmə iclaslarında iştirak etmiş şəxslərin 1. X7- mühəndislik üzrə menecer və 2. X4 Baş hüquq məsləhətçisi şahid qismində məhkəməyə dəvət edilmələrinə razılığın bildirilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X14 izahatında bildirmişdir ki, iddiaçı onun rəhbəri olmuşdur və onun tabeçiliyində işləmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 izahatında bildirmişdir ki, o baş hüquq məsləhtiçisi çalışır. İddiaçı onun iş yoldaşı olubdur. Keçən il yəni xx.xx.2020-ci il tarixdə direktor dəyişkiliyi olmuşdur. Bu barədə ilkin məlumatı şirkətin təsisçisi vermişdir. Günün birinci yarsında şirkətdə rəhbər olmayıb. Günün ikinci yarsında Tahir müəllim gələrək iclas keçirmişdir. İddiaçı birinci iclasda iştirak etməmişdir. O ikinci iclasa gələrək iştirak etmişdir. İddiaçının işdən azad oluması ilə bağlı ərizə təqdim etməsi barədə məlumatı olmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filalının nüməyəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, göstərmişdir ki, İddiaçı, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filalının XHR-2021-018 nömrəli əmrinin ləğv olunması, iddiaçının öz təşəbbüsü ilə işdən azad olunması haqqında xx xxxxxx 2020-ci il tarixli ərizəsinin qəbul olunması, əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xx xxxxxx 2020-ci il tarixdən xitam olunması, bununla bağlı müvafiq əmrin verilməsi və iddiaçının əmək kitabçasına düzəlişin edilməsini tələbi ilə məhkməyə müracitət etmişdir. Cavabdeh əməliyyat şirkəti olaraq Azərbaycan Respublikası dövləti üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edən ölkə prezidenti cənab İlham Əliyev bildirmişdir ki, “Qarabağ” yatağının dəniz işlərinə start verilmişdir. Göründüyü kimi cavabdehin bilavasitə cəlb edildiyi və əməliyyat şirkəti olduğu “Qarabağ” yatağı Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən cavabdehin təsisçisi olan SOCAR Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalının rəhbərinin dəyişməsi barədə qərar qəbul etdikdən sonra yeni rəhbər- X23 19 virusuna yaxalandığı üçün keçmiş rəhbər Tahir Dadaşov yeni rəhbərə işləri və sənədləri təhvil-təslim edə bilməmişdir. Şahid ifadələrindən də göründüyü kimi bu müddət ərzində keçmiş rəhbər Tahir Dadaşov kontragentlərlə olan heç bir rəsmi sənədə imza etməmək barədə işçiləə təlimatlandırmış və belə sənədlərə imza etməmişdir. Yeganə olaraq İlham İbişov işdən çıxma barədə əmrə imza etməsi isə qanunsuz olmuş və İlham İbişov daha sonra işə bərpa olunmuşdur. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin və vəkilinin, şahidlərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı cavabdehdən xx.xx.2020-ci il tarixinə qədər onu layihə menecerinin müavini vəzifəsindən azad edilməsini xahiş etmiş ərizəyə T.Qasımov soyadlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə dərkənar qoyularaq müvafiq qaydada icra edilməsi barədə müvafiq qeydlər aparılmışdı. Cavabdeh Şirkətinin xx.xx.2019-cu il tarixli işə qəbul haqqında OHR-2019-010 nömrəli əmrin surətindən görünür ki, İddiaçı (bundan sonra “işçi” adlanacaq) xx xxxxxxxx 2019-cu il tarixindən etibarən əmək haqqı xx xxxxxxxx 2019-cu il tarixli CHR-2019-011 saylı əmək müqaviləsinə uyğun olaraq ödənilməklə, Layihə departamentinə, qiymətləndirmə üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında xx xxxxxxxx 2019-cu il tarixli, CHR-2019-011 nömrəli əmək müqaviləsinə 1 saylı əlavənin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 7000 manat məbləğində (yeddi min) (vergi və sosial ödəmələr daxil olmaqla) manat (bundan sonra “Əmək haqqı” adlanacaq) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında xx xxxxxxxx 2019-cu il tarixli, CHR-2019-011 nömrəli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 2 saylı əlavəniin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 8000 AZN (səkkiz min) (vergi və sosial ödəmələr daxil olmaqla) manat (bundan sonra “əmək haqqı adlanacaq”) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında xx xxxxxxxx 2019-cu il tarixli, CHR-2019-011 nömrəli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 3 saylı əlavəniin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 9406 AZN (doqquz min dörd yüz altı) (vergi və sosial ödəmələr daxil olmaqla) manat (bundan sonra “əmək haqqı adlanacaq”) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir. Cavabdeh şirkətinin xx xxxxxxxx 2020-ci il tarixli layihə üzrə əməliyyatların icra olunmasının həvalə edilməsi haqqında GHR/2020-063 nömrəli əmrinin 1-ci bəndinə əsasən X19 STB-1 barjasına yüklənməsi, nəqli və quraşdırılması əməliyyatları ilə əlaqədar hazırlıq, planlama və podratçı şirkətlər üzərində nəzarət Layihə Menecerin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. Əmrin 2-ci bəndinə əsasən dayağ bloku ilə əlaqədar qərarların qəbulu və əməliyyatların icrası Layihə Menecerin müavini vəzifəsinfə çalışan İddiaçı həvalə edilmişdir. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalının baş direktoru X5 filalın ümumi məsələlər üzrə meneceri X11 tərifindən ünvanlanmış filalın layihə menecerinin müavininin xəstəlik məzuniyyəti ilə əlaqədar xitməti yazıdan görünür ki,xx xxxxxx 2020-ci il tarixində Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalın layihə menecerinin müavini vəzifəsində çalışan İddiaçı bütün işçi heyyətinə elektron məktub ünvanlayaraq 2(iki) həftə ərzində səhhətində yaranmış probem ilə əlaqədar ev şəraitində müalicə alacağını bildirmişdir. Sözügedən işçi, məktub ilə bütün işçi heyyətinə müraciət etmədən öncə, səhhətində yaranmış problem və bununla bağlı işə gəlməyəcəyi barədə, birbaşa tabeçiliyndə olmağına baxmayaraq heç bir məlumat vermədiyindən tapşırığa əsasən elektron məktubu alınandan dərhal sonra araşdırma başlanmışdır və müəyyən olunmuşdur ki, “işçi” “məktub” ilə bütün işçi heyyətinə müraciət etmədən öncə xx xxxxxx 2020-ci il tarixində işə gəlməyəcəyi barədə nə İnsan Resursları üzrə baş koordinator X1,nə də səhhətində yaranmış problem barədə Filalın Sağlamlıq üzrə koordinatoru X2 məlumat verməmişdir və filalın işçilərinin sığortalandığı könüllü tibbi sığorta şirkəti olan A- Group şirkətinə yaranmış problem ilə bağlı heç bir müraciət qeydə alınmamışdır və “işçi” “məktub” xəstəlik məzuniyyətində olduğu müddətdə, təkbaşına verdiyi qərarına əsasən, icraatında olan işlər üzrə tam qərar vermək səlahiyyətini, filalın Baş direktorunun yazılı əmri olmadan digər işçilərə həvalə etmişdir, bununla da işçi ilə filal arasında imzalanmış xx xxxxxxxx 2020-ci il tarixli CHR-2019-011 saylı əmək müaviləsinin (bundan sonra “əmək müqaviləsi” adalancaq) 6.1.8-ci bəndi (işəgötürənin yazılı surətdə göstərişi olmadan iş vəzifələrinin yerinə yetrilməsini digər şəxslərə həvalə etməmək) üzrə nəzərdə tutulan öhdəliklərini pozmuşdur. Cavabdeh şirkətinin ümumi məsələlər üzrə meneceri vəzifəsində çalışan X11 tərəfindən xx.xx.2021-ci il tarixdə filalın baş direktoruna ünvanlanmış layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdırılması ilə əlaqədar təqdimatdan görünür ki, işçi qrupu tərəfindən “işçi”nin son 5 ay ərzində olan əmək fəaliyyətində müəyyən olunmuş uyğunsuzluqlar və “işçi”nin ona dəfələrlə müraciət olunmasına baxmayaraq, xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinədək hər hansı üzürlü səbəb bildirmədən işə gəlməməsi, “işçi” ilə filal arasında xx xxxxxxxx 2020-ci il tarixli CHR-2019-011 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsinə əsas yaratmışdır. “İşçi” ilə filal arasında xx xxxxxxxx 2020-ci il tarixli CHR- 2019-011 saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsinə əsas yaratmış, rəhbərlik etdiyi işçi qurupunun araşdırması nəticəsində toplanmış sənədləri, aktları nəzərdən keçirərək və işçiyə münasibətdə görülə biləcək gələcək tədbirlər üzrə göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə filalın layihə menecerinin müavininin xəstəlik məzuniyyətindən sonra işə gəlməkdən imtina etməsi ilə əlaqədar aktından görünür ki, “ümumi məsələlər üzrə menecer” və “İR üzrə baş koordinator” tərəfindən “işçi”yə bildirilmişdir ki, “işçin” nin istinad etdiyi ərizənin noyabr ayında filalın ümumi məsələlər üzrə departamentinə daxil olması faktı qeydə alınmışdır və ərizələrin qeydiyyat jurnalında belə bir ərizə aşkar olunmamışdır. Filalda həmin ayda baş vermiş direktor dəyişikliyi zamanı filalın keçmiş baş direktoru tərəfindən yeni baş direktora sənədlərin təhvil-təslim olunmaması, keçmiş baş direktorun icraatında olan müxtəlif sənədlərin ofisdə aşkar olunmamsı faktı nəzərə alınaraq, “işçi” dən xahiş edilmişdir ki, xx xxxxxx 2020-ci il tarixində şirkətin ofisinə gələrək istinad etdiyi ərizənin surətini təqdim etsin. Ərizənin surəti təqdim edildiyi təqdirdə, qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Buna baxmayaraq “işçi” bu gün, yəni xx xxxxxx 2020-ci il tarixində hər hansı üzürlü səbəb bildirmədən işə gəlməmiş, istinad etdiyi ərizənin surətini filala təqdim etməmiş və eləcə də işdən azad olunmaq ilə bağlı yeni ərizə ilə baş direktor X5 müraciət etməmişdir. xx.xx.2020-ci il tarixdə Tahir Qasımov tərəfindən iddiaçı Ağamalı Qafarova ünvanlanmış elektron məktubun məzununda qeyd edilir ki, “Ağamalı m, tərəfinizdən mənə xx.xx.2020-ci il tarixində heç bir ərizə təqdim olunmamışdır. Ərizə mənə təqdim olunsaydı, həmin ərizə müvafiq qaydada qeydiyyatdan keçib baş direktora təqdim olunardı. .....Qeyd edilənləri nəzərə alıb ərizənin surətini bizə təqdim etməyinizi xahiş edirik.” Cavabdeh şirkəti tərəfindən xx.xx.2020-ci il tarixli filalın layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdrılmasının nəticələrinə dair aktdan görünür ki, “işçi” nin BS ilə filal arasında imzalanmış xx xxxxxx 2020-ci il tarixli KOC/PR-0029/CON0024 nömrəli dayaq blokunun tikintisi üzrə müqaviləyə əsasən filalın nümayəndəsi kimi təyin olunmasını bilərək, bütün yazışmaların, sənədləşmələrin yalnız onun tərəfindən aparılmalı olduğunu bilərək, eləcə də layihə menecerinin müavini olaraq bu işə qeyri-ciddi yanaşması, BS şirkəti tərəfindən təqdim olunmuş hesabatlara vaxtında münasibət bildirməməsi normal iş ahəngini pozaraq, BS ilə filal arasında mövcud əməkdaşlıq münasibətlərinin korlanmasına zəmin yaratmışdır və cavabdeh tərəfindən “işçi”nin öz əmək funksiyalarının lazımi qaydada icra etməməsi kimi dəyərləndirilmişdir. Cavabdeh şirkəti tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməmişdir. Qıssa bir müddət ərzində Cavabdeh şirkətinin Azərbaycan Respublikasının filalına yaxınlaşaraq işə gəlməməyinin səbəbini bildirməsini, əks təqdirdə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 ç maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad ediləcəkdir. xx.xx.2020-ci il tarixli yazılı izahatdan görünür ki, yuxarıda qeyd olunan qovluqlarda sənədlərin silinməsi ilə bağlı heç bir əlaqə yoxdur. Qeyd olunan sənədlərin oktyabr 2020-ci il üçün olan yeniləməsi noyabr 2020-ci ilin iki həftəsində icra olunmuşdur və oktyabr 2020-ci ilə aid sənədlərin aylıq report və dashboard, yenilənməsi zamanı heç bir problemlə üzləşməmişdir. Cavabdeh şirkəti tərəfindən xx xxxxxx 2021-ci il tarixli filalın layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdırılmasının nəticələrinə dair aktdan görünür ki, GM ilə filal arasında imzalanmış müqavilə və müqavilə üzrə GM şirkətinə təqdim olunmuş iş sifarişlərinə əsasən filalın nümayəndəsi kimi təyin olunmasını bilərək, bütün yazışmaların, sənədləşmələrin yalnız onun tərəfindən aparılmalı olduğunu bilərək, müqavilə üzrə təqdim olunan sənədlər ilə bağlı sənədlərin icrasını digər şəxslərə həvalə edilmişdir. Eləcə də layihə menecerinin müavini olaraq icraatında olan sənədlərin icrasını yubadmışdır. GM şirkəti tərəfindən təqdim olunmuş TİMESHEET-lərlə vaxtında münasibət bildirməməsi, onları vaxtında təsdiq və yaxud da rədd etməməsi normal iş ahəngini pozaraq, GM şirkətinin xx.xx.2021-ci il tarixli bildirişi ilə müqavilə üzrə öhdəliklərinin vaxtında icra olunmaması səbəbindən xidmətlərin dayandırılmasına gətirib çıxarmışdır və GM ilə filal arasında mövcud müqaviləyə xitam verilməsi üçün zəmin yaratmışdır. Bütün qeyd olunanlar, işçi qrupu olaraq tərəfindən “işçi” nin öz əmək funksiyalarının lazımi qaydada icra etməməsi və əmək vəzifələrinin kobud şəkildə pozulması kimi dəyərləndirilmişdir. xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə,xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə,xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarxdə tərtib olunmuş aktlardan görünür ki, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalında Layihə menecerinin müavini vəzifəsində çalışan İddiaçı yuxarıda göstərilən tarixlərdə işə gəlməmişdir. Cavabdeh şirkətinin iddiaçıya ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli KOC/EB-04- 007 nömrəli bildiriş məktubundan görünür ki, sərəncamda olan və filala məxsus sənədlər və mal-materiallar bu məktub ilə müəyyən edilmiş müddət ərzində filala təqdim olunmayacağı təqdirdə, filala dəymiş ziyanın məbləği qanunvercilik ilə müəyyən olunmuş qaydada hesablanaraq son haqq-hesabdan tutulacaq. Cavabdeh şirkətinin xx.xx.2021-ci il tarixli XHR-2021-018 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək müqaviləsi ilə müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, üzürsüz səbəbdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə “işçi” ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin və işçi tutduğu vəzifəsindən azad edilsin. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121-dir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh şirkətində qiymətləndirmə üzrə mütəxəsiss vəzifəsinə qəbul edilmiş xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Dövlət Vegi Xidmətinin Milli Gəlirələr Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı idarəsinin xx xxxxx 2021-ci il tarixli **********382200 nömrəli məktubun surətindən görünür ki, X16 filal dövlət qeydiyyatına alındığı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək filalın qanuni təmsilçilik funksiyasına malik baş direktor olmuşdur. CD diskdə olan Tahir Dadaşovun xx.xx.2020-ci il tarixli iclasa dair videogörüntülərdən aydın olur ki, iddiaçı Tahir Dadaşovun Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmaması barədə məlumatlı olmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olunması ilə bağlı ərizəni Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmayan X13 ünvanlamışdır. Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində X16 xx.xx.2020-ci il tarixdən səlahiyyətli olmamışdır. O, bu barədə həmin tarixli iclasda bildirmiş və həmin iclasda İddiaçı iştirak etmişdir. Şirkətin nümayəndələri tərəfindən dəfələrlə iddiaçıya müraciət edilmiş və ərizənin onlara verilmədiyi bildirilmiş və ərizənin yenidən yazılmasını xahiş etmişlər, lakin iddiaçı yenidən ərizə yazmaqdan imtina etmişdir. Cavabdehin əməkdaşları iddiaçının xx xxxxxx 2020-ci il tarixli ərizəsini nəzərə almadan onun müalicə müddəti bitdikdən sonra yəni xx xxxxxx 2020-ci il tarixdən işə çıxmasını tələb etmişlər. İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizəsini əsas gətirərək işə çıxmaqdan imtina etdiyi üçün cavabdehin əməkdaşları tərəfindən iddiaçının işə çıxmadığını təsdiq edən aktlar tərtib etmişlər. (ilk akt xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmişdir). Tərtib edilmiş aktda həmçinin qeyd edilmişdir ki, iddiaçının öz təşəbbüsü ilə işdən çıxma barədə iddia etdiyi ərizəni cavabdehin keçmiş baş direktoruna təhvil verilməsini sübut edən hər hansı dəlilə rast gəlinməmiş və iddiaçıya yeni baş direktorun adına ərizə yazması üçün müraciət edilsə də, iddiaçı yeni ərizə yazmaqdan imtina etmişdir. Beləliklə iddiaçının əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixnədək işə gəlməməsi səbəbi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsinə dair XHR-2021-018 nömrəli əmr verilmiş və həmin əmrin surəti rəsmi bildirişlə iddiaçıya məktubla çatdırılmışdır. Cavabdeh Şirkəti tərəfindən Azərbaycan Respublikasındakı Filalının rəhbəri cənab Tahir Dadaşova verilən etibarnamə xx xxxxxxx 2020-ci ildə ləğv edilmiş və cavabdehin yeni rəhbəri Emin Babayevin adına yeni etibarnamə verilmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin;
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək qanunvericiliyində sadalanan normaların məzmunundan göründüyü kimi ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İddianın faktiki əsasını işdən azad olmaya dair ərizənin iddiaçı tərəfindən rəsmi qaydada şirkətə verilməsi ilə bağlı sübutlar təşkil etdiyindən bu əsasla iddia tələbinin təqdim edilmiş sübutlar əsasında qiymətləndirilməsini məhkəmə məqbul hesab edir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmiş hallardan göründüyü kimi İddiaçı işdən azad olunmaya dair ərizəni xx.xx.2020-ci il tarixdən Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmayan X13 vermişdir. Məhkəmə iclasında əldə edilməsi mübahisələndirilməyən və hər iki tərəfin qəbul etdiyi Tahir Dadaşovun xx.xx.2020-ci il tarixli iclas keçirməsilə bağlı CD diskdə olan videgörüntülərə baxışdan görünür ki, iddiaçı Tahir Dadaşovun Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmaması barədə məlumatlı olmuşdur. Bu hal məhkəmə iclasında şahid ifadələri ilə də təsdiqini tapmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə Tahir Qasımov tərəfindən iddiaçı Ağamalı Qafarova ünvanlanmış elektron məktubun məzmunundan o da aydın olur ki, iddiaçı Ağamalı Qafarov tərəfindən işdən azad olunmasına dair ərizə ilə Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyində şöbənin müdiri Tahir Qasımov məlumatlı olmamış, həmin ərizənin surətinin təqdim olunmasını İddiaçı istəmiş, lakin həmin ərizə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı öz tələbinin əsaslandırdığı işdən azad olunmya dair ərizəni cavabdehə təqdim etməsini sübut edə bilməmişdir. İrəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Odur ki, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalına qarşı “əmrin ləğv olunması, əmək kitabçasına düzəliş edilməsi və.s tələbi” nə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Quliyev