Məhkəmə qərarları › İş №e-2(005)-1720/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1720/2025

28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1720/2025 28.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə öhdəliklərinin icrasına yaradılmış maneənin aradan qaldırılması tələbinə dair ilkin, "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə öhdəliklərinin icrasına yaradılmış maneənin aradan qaldırılması tələbinə dair ilkin, "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər prosesdə iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, tərəflər arasında şifahi razılıq əldə edildiyini bildirmiş, mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MTK elektron kabinet vasitəsilə ərizə təqdim edərək, işin barışıqla imzalanması üçün qarşılıqlı iddiaərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı müqavilə öhdəliklərinin icrasına yaradılmış maneənin aradan qaldırılması tələbinə dair ilkin, "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi, dəyən zərərin əvəzinin ödənilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. Ödənilmiş ilkin iddia üzrə 100 manat dövlət rüsumu İddiaçı (qəbz №:**********; tarix: xx.xx.2025), qarşılıqlı iddia tələbi üzrə 233 manat (qəbz №:**********; tarix: xx.xx.2025) dövlət rüsumu "xxxx" MTK-ya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar