Məhkəmə qərarları › İş №e-2(005)-1744/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1744/2024

19.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1744/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər Qanuni nümayəndə və onun ailə üzvlərinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 evdə olan əşyaları ilə birlikdə çıxarılması, mənzilin iddiaçıya təhvil verməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə və xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı X3 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 142,84 kv.m., mənzili almışdır. Həmin mənzil xx.xx.2018-ci il tarixli 20-İP-AİF-1-0-185-18 saylı Alqı-satqı və İpoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, ********** olan Çıxarış (seriya RX1367759) onun adına verilmişdir və tam pay hüququ ilə onun mülkiyyətindədir. Daşınmaz əmlakın satış qiyməti 220000 manatdır. Ondan 70000 manat olan hissəsi onun tərəfindən ödənilmiş və qalan 150000 manat hissəsi ipoteka saxlayan tərəfindən ödənilmişdir. Kredit xx.xx.2043-cü il tarixədək ödənilməlidir. Mənzili alanda cavabdehlər həmin evdə yaşayırdılar və müvvəqqəti evdə yaşamasını xahiş etdilər. İddiaçı hərbçi olduğu üçün və çox vaxt xidmətdə olduğuna görə etiraz etmədi. Lakin görür ki, cavabdehlər evdən çıxmaq istəmir. İddiaçı onlara evin boşaldılaraq təhvil veilrməsi barədə pretenziya məktubu göndərmişəm Lakin bunların heç biri nəticə verməyib. AR Konstitusiyasının 13-cü maddəsində bəyan edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Qanuni nümayəndə izahatında bildirmişdir ki, 20 ilə yaxındır ailəsi ilə qeyd edilən mənzildə yaşayır. 2018-ci ildə iddiaçıdan pul götürmüş və əvəzində mənzilini onun adına keçirmişdir. Eyni zamanda 3 il ərzində 30.000 manat ödəniş etmişdir. 2020-ci ildə Vətən müharibəsi başladı və iddiaçı müharibədə iştirak etdiyi üçün ödənişləri bir müddət ödəyə bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov ray., Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, 85 saylı mənzil Qanuni nümayəndə xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci il tarixində qeydiyyata alınmışdır. - "xxxx" MTK-nın üzvlərinin kooperativ binada mənzil tikintisi 117 müqaviləsindən görünür ki, "xxxx" MTK ilə Qanuni nümayəndə arasında bağlanmış müqavilə əsasında Kooperativ Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, 85 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Qanuni nümayəndə Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, mən. 85 ünvanında yerləşən mənzili X1. - ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov ray., Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, 85 saylı mənzil X4 xüsusi mülkiyyətindədir. Bu ********* qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. - "xxxx" ASC-nin abonent kartından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov ray., Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, mən. 85 mənzilin abonent kodu İddiaçı adınadır. - "xxxx" ASC-nin məktubundan görünür ki, "xxxx" ASC 8 saylı filialı ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsini təmin etmək məqsədilə İddiaçı məxsus ol an Bakı şəhəri, Nərimanov ray., Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, mən. 85 mənzil xx.xx.2018-ci il tarixli 20-İP-AİF-1-0-185-18 saylı alqı-satqı müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur. - 10 sentyabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, X2 Rüfət Qafil oğluna 100000 manat məbləğində borc pul verir. Qanuni nümayəndə krediti X6 na xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. - 10 sentyabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X6 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, mən. 85 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. - 13697759 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov ray., Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, 85 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. - xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, Qanuni nümayəndə tərəfindən xx.xx.2020-ci il tarixində 780,47 manat, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə isə 1180,47 manat ödəniş edilmişdir. - xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 660,17 manat, xx.xx.2020-ci il tarixdə 1060,17 və xx.xx.2020-ci il tarixlə isə 80,58 manat ödəniş edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 2(012)-185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" İKB ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı 145456.31 manat əsas, 40739.95 manat faiz və 22 manat cərimə borcu olmaqla, ümumilikdə 186218.26 manat məbləğində kredit borcunun habelə, məhkəmə xərcləri üçün rüsuma görə 20 manat (iyirmi manat), xidmət haqqına görə 20 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, İddiaçı mənzil hərracdan satılandan bir ay sonra oradan çıxarılması, oranı boşaltması və onun həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m. ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinin likvid dəyərinin 255.000 manat müəyyən edilməsi qət edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-154/2024 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)- 185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulubpozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu və s.). Həmçinin, yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Qanuni nümayəndə sözügedən mənzilin əvvəlki mülkiyyətçisidir. Cavabdeh Qanuni nümayəndə həmin mənzili X1. Qeyd edilən mənzil 10 sentyabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında İddiaçı tərəfindən əldə edilmişdir və hazırda onun mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, mən. 85 ünvanında yerləşən mənzilə dair xx.xx.2018-ci il tarixində İddiaçı adına çıxarış verilmişdir. Hazırda mənzilin mülkiyyətçisi İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmasını və mənzilin ona təhvil verilməsini məhkəmdən xahiş edir. Mülki işin materialları ilə müəyyən edilir ki, cavabdehlər mübahisəli mənzildə 2008-ci ildən sonra yaşamağa başlamışlar. 10 sentyabr 2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviıləsi əsasında həmin mənzil X6 tərəfindən İddiaçı satılmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mənzil cavabdeh Qanuni nümayəndə mülkiyyətindən çıxıb, digər şəxsin mülkiyyətinə keçdiyi andan cavabdeh Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 istifadə hüquqlarına xitam verilmişdir. Məhkəmə cavabdehin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin izahatı özü özlüyündə iddianın rədd edilməsi üçün kifayət edən əsas hesab edilə bilməz. Cavabdehin izahatı mülki işin materialları ilə təsdiqni tapmır. Belə ki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının 07 sentyabr 2018-ci il tarixli müqavilə üzrə hesablanmış borcun tutulması və tutmanın mübahisəli mənzilə yönəlməsi qət edilmişdir. Eyni zamanda məhkəməin qanuni qüvvəyə minmiş qərardadı ilə həmin işdə hazırki mülki iş üzrə cavabdeh Q.Rüfət maraqlı şəxs qismində tanınmamışdır. Beləliklə, müqavilə tərəfi kimi məhz iddiaçının hüquq və vəzifələri yaranmış və icra edilməmiş öhdəliklər onun üçün məsuliyyətin yaranmasına səbəb olmuşdur. Digər tərəfdən mənzil, artıq qeyd edildiyi kimi, birbaşa cavabdehin mülkiyyətindən bilavasitə iddiaçının mülkiyyətinə deyil, Əliməmmədov İslamın, ondan sonra iddiaçının mülkiyyətinə keçmişdir. İddiaçı mübahisəli mənzilin tam pay hüququ üzrə xüsusi mülkiyyətçisidir və mənzildən sərbəst şəkildə istifadə, sahiblik və sərəncam vermə hüquqları vardır. Cavabdehin və onun ailə üzvlərinin isə mübahisəli mənzildə istifadə və sahiblik hüquqlarının saxlanılması, orada yaşamaları üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə qeyd edir ki cavabdehin etirazının dəlillərinin təsdiqini tapacağı halda belə - yəni həmin mənzildən onların fasiləsiz istifadə və sahiblik etməsi, iddiaçı hərbçi olduğuna görə ipoteka və kredit müqaviləsinin onun adından bağlanması, ipoteka ödənişlərinin onun tərəfindən həyata keçirilməsi və s. kimi dəlillər cavabdehin həmin mənzildən istifadə və sahiblik etməyinin qanuni əsasının mövcud olduğuna dəlalət etmir. Beləliklə, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən faktiki istifadə etməsi heç bir hüquqi əsasa söykənməməklə, qanunsuzdur. Belə olan halda isə iddia əsaslıdır. Odur ki, hazırda əşyaları mübahisəli mənzildə olan cavabdehlərin oradan çıxmaması iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə hazırki vəziyyətdə iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsindən istifadə etməsi (yaşaması) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, yuxarıda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən cavabdehlər Qanuni nümayəndə və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 evdə olan əşyaları ilə birlikdə çıxarılmalı, mənzil iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən mənzildən cavabdehlər Qanuni nümayəndə və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, həmin evdə olan əşyaları ilə birlikdə çıxarılsın, mənzil İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Qanuni nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq idiaçı İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar