Məhkəmə qərarları › İş №e-2(005)-1746/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1746/2025

17.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1746/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil, İlkin iddia üzrə Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbi barədə ilkin, Cavabdeh MTK-nın İddiaçı qarşı müqavilə öhdəliyinin icrası tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84,95 kv.m olan iki ədəd 2 otaqlı mənzillərin, ümumilikdə 263,89 kv.m yaşayış sahəsinin ona təhvil verilməməsi təqdirində, onların əvəzində 686114 manat pulun, həmçinin 976 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iddiaçı X7 Cavabdeh MTK-ya qarşı müqavilə üzrə öhdəliyinin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsindən cavabdehin kassasiya şikayəti üzrə işə baxaraq “xx.xx.2018-ci il tarixli müqaviləyə görə iddiaçı tərəfə məxsus evin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 108,96 kv.m olan bir ədəd 3 otaqlı mənzil, 11-ci mərtəbəsində yerləşən sahəsi 106,86 kv.m olan bir ədəd 3 otaqlı orta təmirli mənzil, ümumilikdə 215,82 kv.m yaşayış sahəsi iddiaçıya verilsin” hissədə - ləğv edilməsi barədə qərar qəbul etmişdir. Qərardan da belə aydın olur ki, qətnamənin “binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84,95 kv.m olan iki ədəd 2 otaqlı mənzillərin, ümumilikdə 263,89 kv.m yaşayış sahəsi iddiaçıya verilsin” hissəsində qüvvədə saxlanılmış və iş icra üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. İşin icra mərhələsində Abidov Hicran Abdulla oğlu, X20 və X8 Cavabdeh MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar 2021-ci il tarixdə həmin mənzilləri əldə etmiş, buna dair hazırki iddia üzrə cavabdehə pul vəsaiti ödəmişlər. Nərimanov Rayon İcra şöbəsi məhkəmə qətnaməsinin icrası ilə əlaqədar mənzillərin təhvil verilməsi məqsədilə icra hərəkətləri apararkən, həmin mənzillərin qapısının bağlı olması səbəb ilə icranı sona çatdıra bilməmişdir. Ərizəçilər Abidov Hicran Abdulla oğlu, X20 və X8 müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onlara məxsus, onların faktiki sahiblik və istifadəsində olan Bakı şəhəri, Xan Şuşinski küçəsi 44 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş, çoxmərtəbəli yaşayış binasının 9-cu, 10cu və 11-ci mərtəbəsində yerləşən 153, 56 və 171 saylı mənzillərin üzərinə həbs qoyulması, həmin mənzillərlə bağlı hər hansı fiziki təsirli hərəkətlər Cavabdeh MTK-ya, üçüncü şəxsə və başqalarına qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Nərimanov rayon İcra şöbəsi bu əsasla icranın hazırki mərhələdə mümkün olmaması barədə müvafiq məktub təqdim etmişdir. Cavabdeh MTK qanuni qüvvəyə minmiş qətnamə üzrə onlara veriləcək mənzillərin təhvil verilməməsinə şəraiti yaratmış və hazırki günədək mənzillər təhvil verilməmişdir. Qeyd edilən şəxslərin iddiasına əsas olmuş və onlarla guya Cavabdeh MTK arasında bağlanmış əqdlər məhkəmə qətnamələri çıxarıldıqdan sonrakı tarixdə baş verdiyindən, əsas məhkəmə qətnaməsinin icra edilməməsi məqsədilə həyata keçirilmişdir. Belə halda cavabdeh ona verilməli olan mənzillərin əvəzini pul şəklində ödəməlidir. Cavabdeh MTK məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsində adı çəkilən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xan Şuşinski 44 ünvanında inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m. olan 2 otaqlı (153 saylı), 10-cu və 11-ci mərtəbələrində yerləşən hər birinin sahəsi 84,95 kv.m. olan 2 otaqlı (56 və 171 saylı) mənzillər müvafiq olaraq, mənzil payı kimi MTKnın üzvləri Abidov Hicran Abdulla oğluna, X12 və X5 ayrılaraq verilmişdir. Bununla bağlı MTK ilə onlar arasında müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmış və mənzil payına müəyyənləşdirilmiş məbləğ onlar tərəfindən tam şəkildə ödənilmiş, mənzillər onlara təhvil verilmiş və hazırdada onların əməli istifadəsindədir. Ona görə də, adı çəkilən mənzillərin onlardan geri alınıb, İddiaçı verilməsinin mümkün olmadığı aşkardır. Bu baxımdan iddia üzrə tələb nəticə etibarı ilə iddiaçı xeyrinə cavabdehdən pulun tutulmasıdır. Tərəflər arasında müqavilədə İddiaçı 228 kv.m torpaq sahəsinə qarşılıq ona verilməsi müqavilədə şərtləndirilmiş 3 ədəd mənzilə görə hazırkı iddia ilə 686114 manat məbləğində pul tələb edir. İddiaçı təqdim etdiyi çıxarışda qeyd olunan Xan Şuşinski küçəsi 44a ünvanında ümumi istifadədə olduğu göstərilən 0,11902 ha torpaq sahəsinin bir hissəsi olan adı çəkilən 228 kv.m torpaq sahəsi ona deyil, X22, X15 və b. məxsus tikililərin altında yerləşir. Göründüyü kimi iddiaçı tələbində adı çəkilən 228 kv.m torpaq sahəsinin MTK-nın mülkiyyətinə verilməsinin təmin etməlidir. Həmçinin müqavilədə şərtləndirilmiş vaxtda 228 kv.m torpaq sahəsinin verilməsini təmin etmədiyindən, bundan sonra təmin edərsə, tələb etdiyi məbləğ mənzilin dəyərindən deyil, 228 kv.m torpaq sahəsinin dəyərinə görə hesablanmalıdır. ünvan 2 ünvanın yerləşdiyi ərazidə 0,01 ha torpaq sahəsinin hazırda bazarda dəyəri 45-50 min manat civarındadır. Bu da 0,0228 ha torpaq sahəsi üçün 102600 - 114000 manat müəyyən edilir. ‘‘Bina” MTK iddia tələbini əsasız hesab edir və qəbul etmir. Cavabdeh MTK isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, Cavabdeh MTK ilə X16 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə xitam verilməsi və ona məxsus, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə razılaşdırılmış, ünvan 2 ünvanında yerləşən 228 kv.m torpaq sahəsinin Cavabdeh MTK-nın mülkiyyətinə verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər Cavabdeh MTK ilə cavabdeh X16 arasında “mülkiyyətçi olaraq cavabdehə məxsus köhnə tikililərin sökülməsi, istifadəsində olan torpaq sahəsinin tikinti altına verilməsi, əvəzində həmin ərazidə tikiləcək yeni binada mənzil sahəsinin verilməsinin” razılaşdırılması ilə bağlı xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “... söküntüsü nəzərdə tutulan Xan Şuşinski küçəsində (44 saylı ev) yerləşən “Mülkiyyətçi tərəfindən faktiki yerində təqdim edilən və təsdiqinə görə mülkiyyətində olan çöldən-çölə ölçülərinə əsasən cəmi 137 kv.m ibarət 1 mərtəbəli yaşayış, 30 kv.m qaraj tikilisi və 228 kv.m həyətyanı torpaq sahəsi olmaqla, cəmi 395 kv.m ümumi sahəyə 20% əlavə etməklə 474 kv.m ibarət Cavabdeh MTK tərəfindən həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 108,96 kv.m sahəsi olan 1 ədəd 3 otaqlı, 11-ci mərtəbəsində yerləşən sahəsi 106,86 kv.m olan 3 otaqlı (söküləcək tikililərə görə), cəmi 2 ədəd 3 otaqlı mənzil təmirli, binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84,95 kv.m olan 2 ədəd 2 otaqlı, cəmi 3 ədəd 2 otaqlı mənzil təmirsiz vəziyyətdə “Mülkiyyətçi”nin sərəncamına verməyi öhdəsinə götürür. Müqavilənin bu şəkildə şərtləndirilməsinə əsas onun adına daşınmaz əmlakın reyestrindən xx.xx.2008-ci il tarixdə verilmiş, ******* nömrəli çıxarışı təqdim etməsi və yerində təqdim etdiyi yaşayış mənzilinin, qarajın yerləşdiyi və qarajın yanında olan 228 kv.m torpaq sahəsinin, həmin çıxarış əsasında ona aid olduğunu göstərməsindən irəli gəlmişdir. Müqavilə bağlanılandan qısa müddətdən sonra MTK tərəfindən tikintiyə hazırlıq qazma işlərinə başlananda, qonşuların şikayəti əsasında icra hakimiyyəti məsələyə qarışmış və 228 kv.m torpaq sahəsinin cavabdehə məxsus olmadığı, təqdim edilmiş çıxarışda qeyd olunan 0,11902 ha torpaq sahəsinin daxilində deyil, ondan kənarda yerləşdiyi aşkar olmuşdur. Buna görə də həmin 228 kv.m torpaq sahəsində qazma işlərinin aparılması dayandırılmış və MTK 228 kv.m torpaq sahəsindən çıxarılmışdır. Buna görə də tərəflər arasında qarşılıqlı müəyyənləşdirilmiş öhdəliklərə uyğun olaraq MTK təqdim edilmiş əmlakdan onda qalan 137 kv.m sahənin əvəzində razılaşdırılmış 2 ədəd mənzili təmirli vəziyyətdə iddiaçıya təhvil vermiş, ondan geri alınmış 228 kv.m sahə üçün razılaşdırılmış 3 ədəd təmirsiz mənzili isə verməmiş, cavabdehə bildiriş verib, mənzili başqasına satmışdır. Həmin mənzillər hazırda başqasının istifadəsindədir. X16 228 kv.m torpaq sahəsinə qarşılıq ona verilməsi müqavilədə şərtləndirilmiş 3 ədəd mənzilə görə hazırkı iddia ilə 686.114 manat məbləğində pul tələb edir. Lakin tələb etdiyi 3 ədəd mənzilin ona verilməsinə qarşılıq müqavilədə şərtləndirilmiş 228 kv.m torpaq sahəsini MTK-ya verilməsini təmin etməkdən və ya təmin edilməsi vəziyyətindən heç söz açmamışdır. Halbuki, tərəflər arasında mövcud müqavilə və məhkəmə aktlarında adı çəkilən 228 kv.m torpaq sahəsi X7 təqdim etdiyi çıxarışda qeyd olunan Xan Şuşinski küçəsi 44a ünvanında ümumi istifadədə olduğu göstərilən 0,11902 ha torpaq sahəsinin bir hissəsi olmaqla, ona deyil, X22, X15 və b. məxsus tikililərin altında yerləşən sahə olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh MTK Azərbaycan Respublikasının MPM-nin 53-cü madddəsinə əsasən iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək İddiaçı adına dövlət reyestrində xx.xx.2008-ci il tarixdə verilmiş, ******* nömrəli çıxarış əsasında ona məxsus və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə razılaşdırılmış, ünvan 2 ünvanında yerləşən 228 kv.m torpaq sahəsinin Cavabdeh MTK-nın mülkiyyətinə verilməsinin İddiaçı tələb edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsinə dair ərizə оnunla əsaslandırılmışdır ki, iddia ərizəsinə məhkəmədə baхılan zaman müəyyən еdilmişdir ki, tərəflər arasında mövcud müqavilənin şərtləri üzrə icrası tam başa çatdırılmamışdır. Оna görə də, iddia tələbi həcmi müqaviləyə хitam vеrilməsi hissəsində azaltmaqla, iddia tələbinin dəyişdirilməsi vacibliyi оrtaya çıхmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin ediməsini, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Bina MTK-nın vəkili (nümayəndəsi) Nümayəndə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin qismən təmin olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Xan Şuşinski küçəsində (44 saylı ev) yerləşən “Mülkiyyətçi” İddiaçı tərəfindən faktiki yerində təqdim edilən və təsdiqinə görə mülkiyyətində olan çöldən-çölə ölçülərə əsasən cəmi 137 kv.m-dən ibarət 1 mərtəbəli yaşayış evi, 30 kv.m qaraj tikilisi və 228 kv.m həyatyanı torpaq sahəsi olmaqla 395 kv.m ibarət sahəni Cavabdeh MTK-yə təhvil verməyi, Cavabdeh MTK isə təhvil verilən ümumi sahəsinə 20% əlavə etməklə, cəmi 474 kv.metr, yəni həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 108.96 kv.m sahəsi olan 1 ədəd 3 otaqlı, 11-ci mərtəbəsində yerləşən 108,86 kv.m olan 3 otaqlı (söküləcək tikililərə görə), cəmi 2 ədəd 3 otaqlı mənzili orta təmirli, binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84,95 kv.m olan 2 ədəd 2 otaqlı, cəmi 3 ədəd 2 otaqlı mənzili təmirsiz vəziyyətdə “Mülkiyyətçi”-nin sərəncamına verməyi öhdəsinə götürmüşdür. “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan tikililəri söküntü, torpaq sahəsini isə mülkiyyətinə keçirilməsi üçün Cavabdeh MTK-ya təhvil verilməyi və müəyyən olunmuş şərtlər daxilində yeni binada tikilmiş təmirli və təmirsiz mənzilləri qəbul etməyi öhdəsinə götürür; xx.xx.2008-ci il tarixli, ******* nömrəli Azərbaycan Respublikası DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində istifadədə olan 0.11902 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 və 1 ədəd 2 mərtəbəli, 29 otaqlı, 619,4 kv.m yaşayış, 491,2 kv.m köməkçi sahədən ibarət 44a nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 6 otaq-104,3 kv.m 1/2 hissə, X9 6 otaq-104,3 kv.m 1/2 hissə, X10 -87,4 kv.m, X13 4 otaq-63,9 kv.m, X3 2 otaq- 39 kv.m, X4 1 otaq-16,8 kv.m, X1 7 otaq-224,5 kv.m, X14 39,1 kv.m, X2 2 otaq-38,5 kv.m, X6 2 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4088/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə görə iddiaçı tərəfə məxsus evin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 108,96 kv.m olan bir ədəd 3 otaqlı mənzil, 11-ci mərtəbəsində yerləşən sahəsi 106,86 kv.m olan bir ədəd 3 otaqlı orta təmirli mənzil, binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84,95 kv.m olan iki ədəd 2 otaqlı mənzillərin, ümumilikdə 479,71 kv.m yaşayış sahəsinin iddiaçıya verilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2032/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4409/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir; Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1670/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4409/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1670/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - “xx.xx.2018-ci il tarixli müqaviləyə görə iddiaçı tərəfə məxsus evin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 108,96 kv.m olan bir ədəd 3 otaqlı mənzil, 11-ci mərtəbəsində yerləşən sahəsi 106,86 kv.m olan bir ədəd 3 otaqlı orta təmirli mənzil, ümumilikdə 215,82 kv.m yaşayış sahəsi iddiaçıya verilsin” hissədə - ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilmiş, Cavabdeh MTK-nın kassasiya şikayəti qismən təmin edilmişdir; Nərimanоv rayоn MKTB-nin 53 saylı MKİS-nin Cavabdeh MTK-ya ünvanladıgı xx.xx.2018-ci il tariхli məktubunda göstərilmiş Bakı şəhəri, Nərimanov rayon Xan Şuşinski küçəsinin sakinlərin şiakyəti ilə bağlı xx.xx.2018-ci il tarixdə əməkdaşları həmin ünvanda olmuşdur. Məlum oldu ki, həmin ünvanda Cavabdeh MTK tərəfindən aparılan hasarlama işləri və müvəqqəti yardımçı tikililərin inşa edilməsi nəticəsində Xan Şuşinski küçəsi 44 ünvanla yanaşı yerləşən ünvan arasında mövcud və sakinlərin ümumi istifadəsində olan məhəllə arası yol bağlanmışdır. Qeyd olunan hasarın sökülməsi və məhəllə arası yolun üzərində aparılmış müvəqqəti yardımçı tikililərin sökülməsinə dair MTK-nın iş icraçısına xəbərdarlıq edilib, bildiriş verilmişdir. Lakin verilmiş xəbərdarlıqda qeyd edilən 5 gün keçməsinə baxmayaraq tərəfinizdən heç bir tədbir görülməmiş, əksinə xəbərdarlıqdan sonra yolun bir hissəsi qazılmışdır. Nəzərə çatdırılır ki, zəbt ediilmiş 0,0322 ha (322 kv.m) torpaq sahəsi Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 470 saylı sərəncamı əsasında Cavabdeh MTK-ya ayrılmış 43 x 74 m ölçüdə olan 0,32 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Ona görə də qeyd olunan hasar və müvəqəti tikililərin sökülüb, yolun qazılmış hissəinin doldurulması, hasarı "xxxx" MTK-ya ayrılmış torpaq sahəsinin sərhədinə çəkib məhəllə arası yolun açılması təkrarən tələb olunur; Cavabdeh MTK tərəfindən X11 göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, müqavilə üzrə 3 ədəd 2 otaqlı mənzilə qarşılıq şərtləndirilmiş 228 kv.m torpaq sahəsinin MTK-nın mülkiyyətinə verilməsi öhdəliyinin təmin edilməsi xahiş edilmişdir; “Yеni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tariхli əmlakın qiymətləndirilməsi barədə hеsabatdan görünür ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi 44 ünvanda yеrləşən yеnitikili binanın 9-cu mərtəbəsində yеrləşən 93,99 kv.m sahədən ibarət mənzilin bazar dəyəri 184220 manat, 9-cu mərtəbəsində yеrləşən 84,95 kv.m sahədən ibarət mənzilin bazar dəyəri, 166500 manat, 10-cu mərtəbəsində yеrləşən 84,95 kv.m sahədən ibarət mənzilin bazar dəyəri 166500 manat, Bakı şəhəri, Xan Şuşinski küçəsi 44 ünvanda yеrləşən 228 kv.m tоrpaq sahəsinin bazar dəyəri 377000 manat təşkil еdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər podrat və alqı-satqı müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətlərinə daxil olmuşlar. Tərəflər arasında Cavabdeh MTK-nın müqavilədə şərtləşdirilmiş həcmdə olan mənzilləri iddiaçıya verməməsi ilə bağlı məhkəmə çəkişmələri оlmuş, yеkun оlaraq “xx.xx.2018-ci il tarixli müqaviləyə görə iddiaçı tərəfə məxsus evin sökülərək yerində cavabdeh tərəfindən tikilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 108,96 kv.m olan bir ədəd 3 otaqlı mənzil, 11-ci mərtəbəsində yerləşən sahəsi 106,86 kv.m olan bir ədəd 3 otaqlı orta təmirli mənzil, ümumilikdə 215,82 kv.m yaşayış sahəsi iddiaçıya verilsin” hissədə iş üzrə icraata xitam verilmişdir. Hazırda ilk iddia üzrə iddiaçı məhkəmə qərarlarına əsasən Cavabdeh MTK-dan binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 93,99 kv.m olan 2 otaqlı, binanın 10 və 11-ci mərtəbələrində yerləşən, hər birinin sahəsi 84,95 kv.m olan iki ədəd 2 otaqlı mənzillərin, ümumilikdə 263,89 kv.m yaşayış sahəsinin ona təhvil verilməli оldugu halda еdilməməsini göstərərək mənzillərin vеrilməməsi təqdirdə, onların əvəzində 686114 manat pulun vеrilməsini tələb еtmişdir. Cavabdеh isə iddiaya еtiraz еtməklə yanaşı razılaşdırılmış 3 ədəd təmirsiz mənzili ilk iddiaçıya verməmələri, оna bildiriş verib, mənzilləri başqasına satmasını, həmin mənzillər hazırda başqasının istifadəsində оlmasını еtiraf еdərək bunu ilk iddiaçının 3 ədəd mənzilin ona verilməsinə qarşılıq müqavilədə şərtləndirilmiş 228 kv.m torpaq sahəsini MTK-ya verilməsini təmin etməməsi ilə əsaslandırmış və özləri tərəfindən həmin tоrpaq sahəsinin оnların mülkiyyətinə vеrilməli оlmasına dair qarşılıqlı iddia qaldırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 441.1-ci maddəyə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.4-cü maddəyə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İşin araşdırılmış halları ilə müəyyən еdilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinin razılaşdırılması İddiaçı adına daşınmaz əmlakın reyestrindən xx.xx.2008-ci il tarixdə verilmiş, ******* nömrəli çıxarışı təqdim etməsi və yerində təqdim etdiyi yaşayış mənzilinin, qarajın yerləşdiyi və qarajın yanında olan 228 kv.m torpaq sahəsinin, həmin çıxarış əsasında ona aid olduğunu göstərməsindən irəli gəlmişdir. Həmçinin müəyyən еdilmişdir ki, müqavilə bağlanılandan qısa müddətdən sonra MTK tərəfindən tikintiyə hazırlıq qazma işlərinə başlananda, qonşuların şikayəti əsasında icra hakimiyyəti məsələyə qarşımış və 228 kv.m torpaq sahəsinin cavabdehə məxsus olmadığı, təqdim edilmiş çıxarışda qeyd olunan 0,11902 ha torpaq sahəsinin daxilində deyil, ondan kənarda yerləşdiyi aşkar olmuşdur. Buna görə də həmin 228 kv.m torpaq sahəsində qazma işlərinin aparılması dayandırılmış və MTK 228 kv.m torpaq sahəsindən çıxarılmışdır. Buna görə də tərəflər arasında qarşılıqlı müəyyənləşdirilmiş öhdəliklərə uyğun olaraq MTK təqdim edilmiş əmlakdan onda qalan 137 kv.m sahənin əvəzində razılaşdırılmış 2 ədəd mənzili təmirli vəziyyətdə iddiaçıya təhvil vermiş, ondan geri alınmış 228 kv.m sahə üçün razılaşdırılmış 3 ədəd təmirsiz mənzili isə verməmişdir. Məhkəmə qеyd еdir ki, Cavabdeh MTK İddiaçı bildiriş verib, mənziləri başqasına satılmasın faktını еtirat еtdiyindən, başqa sözlə həmin mənzillər hazırda başqasının istifadəsində оldugundan ilk iddia iddiada göstərilən mənzillərin оna təhvil vеrilməsini artıq mümkünsüz еdir. X16 228 kv.m torpaq sahəsinə qarşılıq ona verilməsi müqavilədə şərtləndirilmiş 3 ədəd mənzilə görə hazırkı iddia ilə 686.114 manat məbləğində pul tələb etdiyindən məhkəmə mübahisənin оbyеktiv və ədalətli həlli baхımından təqdim еdilmiş “Yеni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tariхli əmlakın qiymətləndirilməsi barədə hеsabatda qеyd еdilən məbləglər baхımından iddianın qismən təmin еdilməsi qənaətinə gəlir və hеsab еdir ki, Bakı şəhəri, Xan Şuşinski küçəsi 44 ünvanda yеrləşən yеnitikili binanın 9-cu mərtəbəsində yеrləşən 93,99 kv.m sahədən ibarət mənzilə görə 184220 manat, 9-cu mərtəbəsində yеrləşən 84,95 kv.m sahədən ibarət mənzilə görə 166500 manat, 10-cu mərtəbəsində yеrləşən 84,95 kv.m sahədən ibarət mənzilə görə 166500 manat Cavabdeh MTK-dan alınaraq İddiaçı vеrilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin X7 daşınmaz əmlakın reyestrindən xx.xx.2008-ci il tarixdə verilmiş, ******* nömrəli çıxarışı təqdim etməsi və yerində təqdim etdiyi yaşayış mənzilinin, qarajın yerləşdiyi və qarajın yanında olan 228 kv.m torpaq sahəsinin, həmin çıxarış əsasında ona aid olduğunu göstərməsi şərti ilə baglanmasını, lakin faktiki оlaraq müqavilə və məhkəmə aktlarında adı çəkilən 228 kv.m torpaq sahəsinin X7 təqdim etdiyi çıxarışda qeyd olunan Xan Şuşinski küçəsi 44a ünvanında ümumi istifadədə olduğu göstərilən 0,11902 ha torpaq sahəsinin bir hissəsi olmaqla ona deyil, digərlərinə məxsus tikililərin altında yerləşən sahə olmasına baхmayaraq hеsab еdir ki, tərəflər arasında mövcud müqavilənin şərtləri üzrə icrası tam başa çatdırılmadıgından ünvan 2 ünvanında yerləşən 228 kv.m torpaq sahəsinin Cavabdeh MTK-nın mülkiyyətinə verilməsinin Хəlilоva Gülarə İrza qızından tələb еdilməsinə dair qarşılıqlı iddianın tələbləri əsaslıdır. Məhkəmə bu qənaətə gələrkən ilk iddianın da qismən də оlsa da təmin еdilməsini və Cavabdeh MTK-nın İddiaçı təhvil vеrə bilmədiyi mənzillərin dəyərini ödəməli оlmasını da nəzərə almışdır. Məhkəmə göstərilən nəticələrə gələrkən həmçinin qеyd еdir ki, nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Oxşar mövqe X19 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə tərəflər arasında qarşılıqlı anlaşılmazlıq yaranmamasının qarşısını almaq məqsədi ilə ilkin iddianın təmin еdilən hissəsi ilə qarşılıqlı iddianın еyni vaхtda icra еdilməsinin daha məqsədəuygun оlması qənaətinə də gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bina MTK-ya qarşı pul barədə ilkin iddiası qismən təmin olunsun. Bakı şəhəri, Xan Şuşinski küçəsi 44 ünvanda yеrləşən yеnitikili binanın 9-cu mərtəbəsində yеrləşən 93,99 kv.m sahədən ibarət mənzilə görə 184220 manat, 9-cu mərtəbəsində yеrləşən 84,95 kv.m sahədən ibarət mənzilə görə 166500 manat, 10-cu mərtəbəsində yеrləşən 84,95 kv.m sahədən ibarət mənzilə görə 166500 manat Cavabdeh MTK-dan alınaraq İddiaçı vеrilsin. İlk iddia qalan hissədə təmin еdilməsin. Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilə öhdəliyinin icrası” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı adına dövlət rеyеstrində xx.xx.2008-ci il tariхdə vеrilmiş ******* saylı çıхarış əsasında оna məхsus və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tariхli müqavilədə razılaşdırılmış, ünvan 2 ünvanında yerləşən 228 kv.m torpaq sahəsinin Cavabdeh MTK-nın mülkiyyətinə verilməsi Хəlilоva Gülarə İrza qızından tələb еdilsin. Qətnamə mənzillərə görə məbləglərin ödənilməsi və ünvan 2 ünvanında yerləşən 228 kv.m torpaq sahəsinin Cavabdeh MTK-nın mülkiyyətinə vеrilməsi hissələri еyni vaхtda icra еdilsinlər. İlkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar