Məhkəmə qərarları › İş №e-2(005)-1762/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1762/2025

24.07.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1762/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi X5 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı mənzilin boşaldılması, maneəsiz giriş-çıxışın təmin edilməsi və sərbəst istifadəsinə şərait yaradılması tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı alğı-satqı müqaviləsinin və arayışın etibarsız hesab edilməsi, müqavilənin ləğvinin qanuni sayılması tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945-ci məhəllədə yerləşən “C” blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 97,39 kv.m. olan 2 otaqlı, 6 saylı mənzilin Cavabdeh MMC tərəfindən boşaldılması, mənzilə maneəsiz girişçıxışın təmin olunması və sərbəst istifadəsinə şərait yaradılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı 6 saylı mənzil ona satılmışdır. Sözügedən alğı-satqı müqaviləsinə əsasən mənzilin ümumi dəyəri 100.000 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixində tərəfindən 100.000 manat nağd şəkildə Cavabdeh MMC-yə ödənilmiş, müvafiq olaraq həmin tarixdə 61-1 saylı arayış verilmişdir. Lakin, Cavabdeh MMC müvafiq alğı-satqı müqaviləsinə əsasən, üzərinə düşən öhəlikləri yerinə yetirməmiş, mənzilə mülkiyyət və ondan istifadə hüquqlarını məhdudlaşdırmışdır. xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı 6 saylı mənzilin boşaldılması, mənzilin ona və ya onun nümayəndəsinə təhvil verilməsi, mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən istifadə üçün ona şərait yaradılması xahişi ilə Cavabdeh MMC-yə ərizə ilə müraciət olunmuşdur. Lakin Cavabdeh MMC-nin üzərinə düşən öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hələ də nəticə mövcud deyildir. Öhdəliyin yerinə yetirilməməsinin nəticəsi olaraq, həmin tələb ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. xx.xx.2020-ci ildə tərəflər arasında imzalanmış alğısatqı müqaviləsinə əsasən müqavilənin predmeti “Satıcı”ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək, bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı 6 saylı mənzilin “Alıcı”ya verməsindən, “Alıcı”nın həmin mənzilin dəyərini müqavilə bağlanarkən birdəfəlik ödənilməklə almasından ibarətdir. Müqavilənin 3-cü maddəsində mənzilin qiyməti və hesablaşma qaydası müəyyən olunmuşdur. Mənzilin hər kv.m, dəyəri oxdan-oxa hesablamaqla 1026.80, ümumi qiyməti 100.000 manat tərəflər arasında aparılmış razılaşma ilə müəyyən edilmişdir. Mənzilin 100.000 manat məbləğində ümumi dəyəri "Alıcı" tərəfindən "Satıcıya" bu müqavilə imzalanarkən nağd şəkildə ödənilməlidir. Müqavilənin 6-cı maddəsində tətbiq olunan hüquq və mübahisələrin həlli qaydası müəyyən olunmuşdur. Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar yolu ilə həll edilməsə, mübahisə, Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, maraqlı tərəfin iddiası əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B" və ”C") 18 mərtəbəli yaşayış binasının "C" bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97.39 kv.m olan 2 otaqlı 6 saylı mənzilin verilməsi barədə xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsi və həmin tarixli arayışın etibarsız hesab edilməsi, X2 xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın qanuna uyğun qəbul edilmiş sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixində MMC-nin direktoru X1 adına yazılı ərizə ilə müraciət edərək onun "Hüquqşunas-auditor" vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixində MMC-nin direktoru X10 tərəfindən onunla ayda 1102 manat əmək haqqı müəyyən edilərək "Hüquqşunas-auditor" vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanılmış və müvafiq əmr verilmişdir. İşə götürülən zamanı İddiaçı öhdəlik götürmüşdür ki, MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini o ödəyəcək, bu məsələ ilə bağlı vergi orqanları ilə MMC arasında heç bir problem yaranmayacaq. Bunun əvəzinə MMC tərəfindən tikilən binada ona pulsuz bir mənzil veriləcəkdir. İddiaçı "MM Park” MMC-nin icraçı direktoru X2 yanına gələrək bildirmişdir ki, o artıq MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini ödəmişdir. Bunu MMC-nin təsisçisi və direktoru X10 bilir, bu səbəbdən də X10 ona Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və ”C”) 18 mərtəbəli yaşayış binasının "C" bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97.39 kv.m olan 2 otaqlı 6 saylı mənzili vermiş, bu barədə xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsi tərtib etmiş, müqavilə X10 tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. O, müqaviləni X6 təqdim etmiş və xahiş etmişdir ki, ödəniş barədə tərtib etdiyi arayışı imzalasın. X11 müqavilənin həqiqətən də MMC-nin təsisçisi və direktoru X10 tərəfindən imzalandığını və möhürlə təsdiq edildiyini gördükdən sonra İddiaçı tərəfindən faktiki olaraq ödəniş edilmədiyi halda ödəniş barədə tərtib edilmiş və artıq möhürlənmiş arayışı imzalamışdır. Bir müddətdən sonra məlum olmuşdur ki, İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, X3 və X7 aldatmış, MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini ödəməmiş, aldatma yolu ilə MMC-nin mənzilini ələ keçirmişdir. Bu barədə X10 və X11 tərəfindən İddiaçı öz iradları və narazılıqları bildirilmiş və mənzilin ya qaytarılması və ya pulunun ödənilməsi tələb edilmişdir. İddiaçı cavabında bildirmişdir ki, o mənzili qaytarmaq istəmir, dəyərini ona verilməli olan əmək haqqının hesabına ödəyəcəkdir. Lakin bu dəfə də İddiaçı ona olan etibardan sui-istifadə edərək MMC-nin rəhbərliyini aldatmışdır. Belə ki, İddiaçı Cavabdeh MMC-nin yeni təsisçisi və direktoru olan X2 məlumatı, xəbəri və razılığı olmadan əmək müqaviləsini pozmuş, Binəqədi rayon Məhkəməsinə Cavabdeh MMC-yə qarşı iddia ilə müraciət edərək əmək haqqının ödənilməsini tələb etmiş, bu haqda xx.xx.2022-ci il tarixli 2(001)-3450/2022 saylı məhkəmə əmri verilmiş və "MM Park” MMCnin yeni direktoru X11 pulu İddiaçı nəğd şəkildə ödəmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixində məhkəmə əmri ləğv edilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, etibardan sui-istifadə etmək və aldatma yolu ilə bir manat da ödəmədiyi halda MMC-nin mülkiyyəti olan mənzili ələ keçirməsi səbəbindən "MM Park” MMC-nin direktoru X2 xx.xx.2022-ci il tarixli qərarı ilə mənzilin verilməsinə dair xx.xx.2020ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Bu barədə ona xx.xx.2022-ci il tarixində qərar da əlavə edilmiş rəsmi məktubla bildirilmişdir. Məktub ona “Go Express” surətli poçt xidməti vasitəsi ilə göndərilmişdir.( Qəbz № 076428). İddiaçı uzun müddət vergi orqanlarında, o cümlədən məsul vəzifələrdə işləmişdir, hüquqşunas təhsilinə malikdir, son illər hüquqşunaslıq və mühasibatlıq üzrə auditor fəaliyyəti ilə məşğul olur və bu sahələrə aid yüksək biliklərə malikdir. Təəsüflər olsun ki, o bu biliklərini başqasının əmlakını ələ keçirmək üçün istifadə edir. O bilir ki, ödənilən pula dair ona kassa mədaxil qəbzi verilməlidir. İddiaçı mənzilin dəyərini ödəmədiyinə görə ona kassa mədaxil qəbzi verilməmişdir. Bu da onu sübut edir ki, dedikləri yalandır. Hazırda ona olan etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi mənzili qanuniləşdirməyə cəhd edir ki, bu da qanunlara zidd olduğundan yolverilməzdir. Burada qeyd etmək zəruridir ki, müqavilə və arayış MMC-nin kargüzarlıq xidməti tərəfindən deyil onun özü tərəfindən tərtib edilmişdir. Həmin mənzil hazırda boşdur və başqa şəxsə verilməmişdir. Əgər İddiaçı mənzilin dəyərini ödəyərsə, mübahisə edilən mənzil onun adında saxlanıla bilər. Lakin İddiaçı mənzilin dəyərini ödəməkdən yayınır və məhkəmə aktı əldə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi əmlakı öz adında saxlanılmasına çalışır. İddia ərizəsində o göstərmişdir ki, mübahisənin məhkəmədən kənar danışıqlar yolu həll edilməsi üçün xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-yə rəsmi müraciət etmişdir. Onun xx.xx.2025-ci il tarixli ərizəsi ümumiyyətlə mövcud deyildir. Bu hal onun ərizəsinin poçta təhvil verilməsi barədə poçt zərfinin üzərindəki möhürlə sübut olunur. Bundan əlavə poçt vasitəsi ilə həmin ərizə MMC-yə xx.xx.2025-ci ildə təqdim edilmişdir. Həmin ərizədə ümumiyyətlə heç bir tarix əks etdirilməyib. İlkin iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh MMC və onun arasında xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli alğı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı 6 saylı mənzil ona satılmışdır. Müqaviləyə əsasən müəyyən edilmiş 100.000 manat nağd şəkildə iddiaçıya ödənilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışı onun iddiaçıya hər hansı borcunun olmadığını təsdiq edir. Sözügedən arayış Cəmiyyətin direktoru Şahlar Qurbanovun imzası və möhürü ilə təsdiq edilmişdir. Göstərilənlər qarşılıqlı iddia ərizəsində qeyd edilənlərin əsassız olduğu, uydurma ifadələrdən ibarət olduğu aşkardır. Müqavilənin predmeti ilə tərəflərin niyyəti eynidir. Həmçinin alğı-satqı müqaviləsi Plenumun Qərarında göstərilən şərtlərə əməl edilməklə tərəflərin iradə sərbəstliyi əsasında tərtib edilmişdir. Alğı-satqı müqaviləsinin məzmununa əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı 6 saylı mənzili İddiaçı verməyi, İddiaçı isə bunun müqabilində 100.000 manat mənzilin dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərinin tərəfindən ödənildiyi maliyyə arayışı ilə təsdiq edilir. İddiaçı qarşılıqlı iddia ərizəsində müqavilə əsasında yaranmış öhdəliklərin yerinə yetirilmədiyini qeyd edir. Belə ki, müqavilə üzrə onun üzərinə götürdüyü əsas öhdəlik mənzilin dəyərinin ödənilməsidir, sözügedən öhdəliyin tərəfindən icra olunduğu məhkəməyə təqdim etdiyi maliyyə arayışı ilə də təsdiq edilir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən digər öhdəliklər müqavilədə nəzərdə tutulmamışdır. Bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda Cavabdeh MMC-nin müqaviləni birtərəfli qaydada ləğv etməsi qanunsuzdur. İddiaçı bildirir ki, MMC-nin direktoru X2 xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Bu barədə ona xx.xx.2022-ci il tarixində “Go Express” surətli poçt xidməti vasitəsilə ilə rəsmi məktub göndərilmişdir. Müqavilənin ləğvi ilə bağlı ona hər hansı məktub təqdim edilməmişdir. İddiaçının qarşılıqlı idda ərizəsinə əlavə etdiyi 076428 nömrəli poçt qəbzində məktubun kimə göndərildiyi, kimdən göndərildiyinə dair hər hansı məlumat qeyd edilməmişdir. Bu halda iddiaçı həmin qəbzə istinadən qərarın ona təqdim edildiyini hesab edə bilməz. Əlavə olaraq iddia ərizəsi xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Bununla yanaşı həmin tarixdən AVİS informasiya sistemindən elektron qaydada iddia ərizəsi MMCyə təqdim edilmişdir. İddia ərizəsinin Cavabdeh MMC-yə göndərilməsinə dair AVİS-dən çıxarış iddia ərizəsinə qoşma edilərək məhkəməyə təqdim edilmişdir. Həmçinin xx.xx.2025-ci il tarixində iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən isə qarşılıqlı iddia ərizəsi xx.xx.2025-ci il tarixində təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı 6 saylı mənzil ona satılmışdır. Sözügedən alğı-satqı müqaviləsinə əsasən mənzilin ümumi dəyəri 100.000 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixində tərəfindən 100.000 manat nəğd şəkildə Cavabdeh MMC-yə ödənilmiş, müvafiq olaraq həmin tarixdə maliyyə arayış verilmişdir. Maliyyə arayışı verildiyindən mədaxil qəbzinə ehtiyac görməmişdir. Həmçinin mənzilin dəyəri olaraq 110000 manat ödəmiş, lakin 100000 manat qeyd edilib. Lakin, cavabdeh müvafiq alğısatqı müqaviləsinə əsasən, üzərinə düşən öhəlikləri yerinə yetirməmiş, mənzilə mülkiyyət və ondan istifadə hüquqlarını məhdudlaşdırmışdır. xx.xx.2025-ci il tarixində mənzilin boşaldılması, mənzilin İddiaçı və ya onun nümayəndəsinə təhvil verilməsi, mənzildə girişçıxışın təmin edilməsi və mənzildən istifadə üçün İddiaçı şərait yaradılması xahişi ilə Cavabdeh MMC-yə ərizə ilə müraciət olunmuşdur. Lakin, Cavabdeh MMC-nin üzərinə düşən öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hələ də nəticə mövcud deyildir. Dəfələrlə qarşı tərəfə mənzilin ona təhvil verilməsi barədə müraciət etsə də, bir nəticəsi olmamışdır. Hər dəfə qarşı tərəf müxtəlif bəhanələrlə yubatmışdır. Daha sonra o, usta ilə birlikdə binaya getmişdir. Ondan başqa da narazı vətəndaşlar var idi. Şahlar Qurbanov bildirdi ki, onun mənzili yerindədi, nə zaman istəyirsə ona verəcəklər. O mənzili istədiyini bildirmişdir. Cavabdeh isə həmin mənzili yox, yuxarı mərtəbədə 82-86 kv metr arası sahəyə malik mənzili verə biləcəklərini bildirdi. Qalan sahə fərqini isə ödəyəcəyini bildirdi. O isə razılaşdı. Lakin yenə də onu yubatmış və mənzili hələ də təhvil verməmişdir. Müqavilənin ləğv edilməsi barədə ona heç bir formada məlumat gəlməmişdir. “GQ” Express şirkəti vasitəsi ilə ona sənəd göndərilməyib. Müqavilənin ləğvi məsələsi də yeni yaranmış haldır, əvvəl belə bir məsələ mövcud deyildi. O, 100000 manat ƏDV ödəməli olduğu halda ödəməmişdirsə, qarşı tərəf şikayət edə bilərdi. Lakin belə bir şikayət mövcud deyil. 2020-ci ildə audit yoxlaması aparılıb və nizamnamə kapitalı ilə bağlı rəy verib. Bu çıxarışda da öz əksini tapıb. Onunla bağlı ayrıca müqavilə bağlanılıb və bu xidmətinə görə nəğd pul almışdır. Bəyənnaməni vergi orqanına təqdim etmək “Mühasibat Uçotu” haqqında qanuna əsasən şirkətin rəhbərinin səlahiyyətindədir. Çünki vergilərin hesablanması, ödənilməsi vergi ödəyicisinin vəzifəsidir. Eyni zamanda o, hüquqşünas kimi işləmişdir. Mühasib kimi fəaliyyət göstərməmişdir. İlkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X13 bildirmişdir ki, şirkətin hüquqşünası kimi evlərin verilməsi ilə bağlı hesabatı tutur. Belə ki, MMC daxilində sadəcə 3 nəfərə pulsuz ev verilmişdir. Onlardan biri də iddiaçıya verilən ev olmuşdur. 2020-ci ildə iddiaçıya ƏDV məsələsini həll edəcəyinə görə evin verilməsi məsələsi ortaya çıxan zaman o, bunun qanunvericiliyə əsasən, yanlış olduğunu demişdir. Pul ödənilmirsə, mənzilin rəsmiləşdirilməsi düzgün deyil və müqaviləni də yazmayacağını bildirmişdir. Sonra siyahıda görmüşdür ki, iddiaçıya mənzil verilib, lakin müqaviləsi onda yox idi. Ona deyildi ki, müqaviləni iddiaçı özü yazıb gətirib. Onun müqaviləsi ilə də MMC-nın tərtib etdiyi müqavilələr fərqlənir. Bundan başqa onların mənzillərinin bir neçə şəxsə satılması halı da mövcud deyil. İddiaçı tək hüquqşünas kimi işləməyib. Onun vəzifəsi hüquqşünas-auditor olub. İddiaçı tərəfindən mal-materiallarla bağlı Mətləb Məhərrəmovun adına akt da tərtib edilib. Əgər tək hüquqşünas olsa idi, həmin aktı tərtib edə bilməzdi. İlkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X11 bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində MMC-nin direktoru X1 adına yazılı ərizə ilə müraciət edərək onu “Hüquqşunasauditor” vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. 25 noyabr 2020-ci il tarixində MMCnin direktoru X10 tərəfindən onunla ayda 1102 manat əmək haqqı müəyyən edilərək “Hüquqşunas-auditor” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanılmış və müvafiq əmr verilmişdir. İşə götürülən zaman İddiaçı öhdəlik götürmüşdür ki, MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini o ödəyəcək, bu məsələ ilə bağlı vergi orqanları ilə MMC arasında heç bir problem yaranmayacaq. Bunun əvəzinə MMC tərəfindən tikilən binada ona pulsuz bir mənzil veriləcəkdir. İddiaçı onun yanına gələrək bildirdi ki, o artıq MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini ödəmişdir, bunu MMC-nin təsisçisi və direktoru X10 bilir, bu səbəbdən də X10 ona mənzil vermiş, bu barədə xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi tərtib edilmişdir. X12 tərəfindən imzalanmış və təsdiqlənmişdi. İddiaçı bundan sonra müqaviləni ona təqdim etmiş və o da müqavilənin imzlandığını gördüyü üçün maliyyə arayışını imzalamışdır. Bir müddətdən sonra məlum oldu ki, İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onları aldatmış, MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini ödəməmiş, aldatma yolu ilə MMC-nin mənzilini ələ keçirmişdir. Bu barədə iddiaçıdan pulu ödəməsini tələb etdilər. İddiaçı isə mənzili qaytarmaq istəmədiyini və mənzilin pulunun aylıq maaşından tutulmasını xahiş etdi. İddiaçı sonra əmək haqqı tələb ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etdi. Binəqədi Rayon Məhkəməsinin əmrinə əsasən iddiaçıya 10000 manat pul ödənildi. Bundan sonra iddiaçı ərizəsini geri götürdü. İddiaçının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, etibardan sui-istifadə etmək və aldatma yolu ilə bir manat da ödəmədiyi halda MMC-nin mülkiyyəti olan mənzili ələ keçirməsi səbəbindən xx.xx.2022-ci il tarixdə mənzilin verilməsinə dair xx.xx.2020-ci il tarixli alğı-satqı ləğv edilmişdir. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixində qərar da əlavə edilmiş rəsmi məktubla bildirilmişdir. Məktub ona “Gq Express” surətli poçt xidməti vasitəsi ilə göndərilmişdir. Bundan başqa iddiaçı bilir ki, ödənilən pula dair ona kassa mədaxil qəbzi verilməlidir. İddiaçı mənzilin dəyərini ödəmədiyinə görə ona kassa mədaxil qəbzi verilməmişdir. Bu da onu sübut edir ki, dedikləri yalandır. Müqavilə və arayış iddiaçının özü tərəfindən tərtib edilmişdir. İlkin iddia tamamilə əsassızdır. İddiaçı tərəfindən heç bir ödəniş edilməmişdir. Pandemiya dövründə bazar işləmədiyi üçün o, digər yerlərdən mal-material almışdır. Onlar da razılaşmışlar ki, iddiaçı həmin alınan malların ƏDV-ni vergi xidmətinə ödəyəcək. İlin sonunda hesabata baxan zaman məlum oldu ki, 100000 manat ƏDV ödənilməyib. İddiaçı ümumiyyətlə bu kimi əməllərə çox əl atıb və bir çox şirkətlərdə eyni formada işlər həyata keçirmişdir. Audit rəyinə görə pul ödənilib-ödənilməməsinı xatırlamır. İddiaçının vəzifəsi yalnız hüquqşünas olsa idi, ******* manat pulu nizamnamə kapitalına daxil edə bilməzdi. O, şirkətin tək təsisçisi olan zaman iddiaçının qanunsuz əməlləri əsasında şirkətin təsis payı olaraq ******* manat pul ödəmişdir. ƏDV borcları olduğu üçün o qədər ödəniş etməli oldu. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: - Cavabdeh MMC (Satıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış 61-1 nömrəli, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı 6 saylı mənzili “Alıcı”ya verməyi, “Alıcı” isə həmin mənzilin dəyərini müqavilə bağlanarkən birdəfəlik ödənilməklə almasını öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, mənzilin hər kv.m dəyəri oxdan-oxa hesablamaqla 1026.80 manat, ümumi qiyməti 100.000 manat tərəflər arasında aparılmış razılaşma ilə müəyyən edilmişdir; - 61-1 nömrəli, xx.xx.2020-ci il tarixli Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu ("B" və "C") 18 mərtəbəli yaşayış binasının "C" bloklu 3-cü mərtəbəsində ümumi sahəsi 97.39 kv.m. olan 2 otaqlı 6 saylı mənzilin ümumi dəyəri 100.000 manat imzalanarkən nəğd şəkildə tam ödəniş ödənilmişdir; - xx.xx.2022-ci il tarixli, "MM Park” MMC-nin 100% payına sahib olan təsisçisi X10, X8 və "MM PARK” MMC-nin direktoru X11 aralarında bağlanmış müqavilədən görünür ki, Mühasib-Əlizadə, Natiq, Talıbova (Fikrət) tam ödənişsiz 3 mənzil verilmişdir; - Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında qərarından görünür ki, İddiaçı görüləcək (lakin görülməyən) işlərin müqabilində ona verilmiş mənzilin dəyərindən MMC-yə bir manat da ödəməməsinə baxmayaraq aldatma yolu ilə ələ keçirdiyi mənzili özündə saxlayır. Bu isə qeyri-qanuni və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı uzun müddət vergi orqanlarında, o cümlədən məsul vəzifələrdə işləmişdir, hüquqşunas təhsilinə malikdir, son illər hüquqşunaslı və mühasibatlıq üzrə auditor fəaliyyəti ilə məşqul olur və bu sahələrə aid yüksək biliklərə malikdir. O çox gözəl bilir ki, ödənilən pula dair ona kassa mədaxil qəbzi verilməlidir. O mənzilin dəyərini ödəmədiyinə görə ona belə qəbz verilməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ilə "xxxx" MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B" və "C") 18 mərtəbəli yaşayış binasının binasının "C" blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 97.39 kv.m. olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzilİn verilməsinə dair xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi qərara alınmışdır; - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, dəyərini ödəmədiyinə görə aldatma yolu ilə ələ keçirdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu ("B” və ”C") 18 mərtəbəli yaşayış binasının binasının "C" bloku, 3- cü mərtəbədə, ümumi sahəsi 97.39 kv.m. olan 2 otaqlı 6 saylı mənziln verilməsinə dair xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsi ləğv edilmişdir; - 076428 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, X11 tərəfindən İddiaçı “Gq Eksress” poçtu vasitəsilə göndərilmiş məktub ünvanına çatmamışdır. Səbəb kimi qapının bağlı olması göstərilmişdir; - xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən AR CPM-39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir; - İş üzrə iddiaçı tərəfindən şahid qismində dindirilmiş X14 bildirmişdir ki, o, təmirtikinti şirkətində işləyir. İddiaçı də 7 il olar ki, tanıyır. O, Rahim bəyin mənzili olduğunu bilirdi və Rahim təmirə başlamaq niyyətində idi. Bu məqsədlə onlar həmin binaya getmişdilər. Mənzilin qapısı var idi, lakin açar mövcud deyildi. Onlar mənzilə baxdılar, mənzildə təmir işlərini aparmaq niyyəti ilə ölçü işlərini də həyata keçirdilər. Məlum oldu ki, mənzilin sahəsi 11 kv.m metr azdır. Bu zaman Şahlar bəy dedi ki, çatmayan sahəni qonşu mənzildən kəsib də verə bilər, ya da mənzil satılsın çatmayan sahənin də fərqini Şahlar bəyin özü ödəyər. Bu söhbətdən sonra bir müddət keçdi. Təqribi olaraq 1 il gözləməli oldular. Çünki mənzil satışa çıxarılmışdı. Lakin binada satış zəif olduğundan satış mümkün olmadı. Həm də mənzilin təmirinə icazə verilmirdi. 2024-cü ildə o, yenidən binaya getmişdir. Bildirmişdir ki, o, mənzilin təmiri ilə bağlı gəlmişdir. Lakin Şahlar bəy icazə vermədi, bildirdi ki, müqavilə təqdim edildiyi təqdirdə təmirə icazə veriləcək. O da bu barədə Rahim bəyə məlumat vermişdir. Həmin vaxtdan bir müddət sonra onlar ikili müqaviləni onlara deyilən ünvana poçt vasitəsilə göndərmişlər. Şahlar bəy mənzilin əvəzinə 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi də göstərmişdi. Onlar həmin qeyriyaşayış sahəsinə də baxmışlar. Lakin o, Rahim bəyə onun əlverişsiz olduğunu demişdir. Şahlar bəy yenə də aralarında problem olduğunu bildirərək təmirə başlamağa icazə vermirdi. O, Rahim bəylə danışan zaman demişdir ki, Şahlar bəylə aralarında problem var, bu səbəbdən təmirə başlamaq alınmır; - İş üzrə şahid qismində dindirilmiş X17 bildirmişdir ki, o, təmir-tikinti şirkətində işləyir. İddiaçı Şahin bəy vasitəsi ilə tanımışdır. İlk dəfə binaya Şahin bəy onu tək göndərmişdi. Əvvəl onun nə üçün gəldiyini bilmədilər. Şahlar bəy ona mülayim davranırdı. Sonra o bildirdi ki, Rahim bəyin mənzilinin təmiri ilə bağlı gəlmişdir. Bundan sonra onunla çox kobud formada danışmağa başladı. O mənzilə baxmaq istədiyini desə də ona icazə vermədi. İlk dəfə o, binaya 2023-cü ildə getmişdir. 1 il keçdikdən sonra yenidən mənzilə baxmaq üçün getmişdir. Həmin vaxt da təmirə başlamaq üçün getmişdilər. Ona mənzilin sahəsində 10-11 kv.m metr fərq olduğu deyilmişdi. Yenə də təmirə başlamağa icazə verilmədi. Bu barədə Şahin bəyə məlumat verdi. Sonuncu dəfə isə dekabr ayında Şahin bəylə getmişdilər. Şirkətin işçiləri də onlarla idi. Mənzildəki zibilləri təmizləməli idilər. Lakin buna icazə verilmədi. İlk dəfə binaya gedən zaman ona Rahim bəylə aralarında problem olduğunu dedilər. 2-ci dəfə gedən zaman o Şahlar bəyi binada görmədi. Şahlar bəyin işçisi isə onu mənzilə baxmağa qoymadı. Əslində o sonradan binaya getmək istəmirdi. Çünki ilk gedişində çox kobud davranmışdılar. 3-cü gedişində çox aqressiv danışdı və bir daha mənzilə baxmağa gəlməməyini bildirdi. Daha sonra Zaur bəyə vəziyyəti bildirmişdir, o da dedi ki, Şahlar bəyin icazəsi olmadan mənzilə buraxa bilməz. 3-cü gedişində aralarında pul mübahisəsi olduğunu və pulla bağlı problem olduğunu bildirdi. O, özü ilə usta da aparmışdı. Lakin ustanın da mənzilə qalxmasına icazə vermədi. Cəmi 6-7 dəfə mənzilə baxmaq üçün getmiş, lakin icazə verilməmişdir; - İş üzrə ilkin iddia üzrə cavabdeh tərəfindən şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, 2020-ci ildən binada xadimə kimi işləmişdir. O, Şahlar bəyə çay aparan zaman ofisdə Rahim bəylə mübahisə etdiklərini görmüşdür. Onlar ev alğı-satqısı və pul barədə danışırdılar. Rahim bəy deyirdi ki, maaşdan-maaşa ödəniş edəcək. Sonra isə həmin məsələ barəsində məlumatı olmayıb. Həmin vaxt Rahim bəy də onu ofisdə görmüşdü; - İş üzrə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, 2020-ci ildən anbarda işləmişdir. Rahim bəyi də görmüşdür. Mənzil barəsində də eşitmişdir. O, onlar arasında vergi məsələsi olduğunu bilirdi. Rahim bəy şirkətin vergi işlərini həll etməli idi. Lakin həll edə bilməmişdi. O şirkətdə mühasib kimi işləyirdi; - İş üzrə şahid qismində dindirilmiş X19 bildirmişdir ki, 2021-ci ildən o, şirkətdə direktor müavini kimi işləmişdir. Rahim bəyi də tanıyır. O, işlədiyi müddətdə evlə bağlı danışıqlarından məlumatlı idi. Rahim bəyin işçiləri şirkətə gəlib maaşları verirdilər. O bildiyinə görə Rahim bəy vergi işlərini həll etməli idi. Buna görə də ona mənzil verilməli idi. Lakin sonradan məlum oldu ki, vergi işlərini həll etməyib. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğısatqı müqaviləsinin tərəflər – İddiaçı və Cavabdeh MMC arasında bağlanması, müqavilənin tərəflərindən imzalanması və MMC-nin möhürü ilə təsdiqlənməsi, müqavilədə göstərilən mənzilin ünvanı və texniki göstəriciləri, dəyərinin 100.000 manat olması, mənzilin faktiki təhvil verilməməsi, habelə mübahisəli mənzilin hal-hazırda Cavabdeh MMC-nin balansında qalması işin mübahisəsiz hallarıdır. Müqavilə üzrə 100.000 manat ödənişin faktiki olaraq edilib-edilməməsi, müqavilənin həqiqi iradə ilə mənzil satışı məqsədinə yönəlib-yönəlməməsi, müqavilə bağlanarkən aldatma və ya mühüm yanılma hallarının olub-olmaması, habelə müqavilə üzrə öhdəliklərin tam və vaxtında icra olunubolunmaması işin mübahisəli hallarıdır. İlkin iddia üzrə cavabdeh mənzilin dəyərinin ödənilmədiyinə əsaslanaraq iddiaya etiraz etdiyindən, ilk növbədə mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilib-ödənilməməsi araşdırılmalıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı ödənişin edilmədiyini iddia etmiş və bunu əsasən mədaxil qəbzinin təqdim olunmaması, habelə şahid ifadələri ilə əsaslandırmışdır. Məhkəmə iclasında cavabdeh tərəfindən dindirilmiş şahidlər ifadələrində real pul ödənişi baş vermədiyini bildirmişlər. Lakin ilkin iddia üzrə iddiaçı ödənişin nəğd qaydada ilkin iddia üzrə cavabdehə verildiyini bildirmiş və bunu təsdiq etmək üçün maliyyə arayışı təqdim etmişdir. Məhkəmə qeyd edir ki, maliyyə arayışı özlüyündə ödənişin həyata keçirildiyini təsdiq edən mötəbər sübut kimi çıxış edə bilməz. Bunun səbəbi ondan ibarətdir ki: 1) Maliyyə arayışı, adətən, müəssisənin daxili uçot sənədidir və konkret əməliyyatın real baş verməsini təsdiqləyən müstəqil (üçüncü tərəfdən təsdiqlənmiş) mənbə deyil. 2) Arayışda göstərilən məlumatlar müəssisənin öz bəyanı xarakteri daşıyır, lakin əməliyyatın faktiki icrası bank hesablaşma sənədi, kassa mədaxil orderi və ya qəbz kimi obyektiv təsdiqləyən sübutla dəstəklənməlidir. 3) Təqdim olunan arayışda məbləğin kimə, hansı əsasla, hansı tarixdə verildiyi, əməliyyatın müqavilə üzrə icra edilib-edilmədiyi barədə dəqiq və yoxlanıla bilən rekvizitlər mövcud deyildir. 4) Arayış üzərində nə bankın, nə də əməliyyatı qəbul edən tərəfin imzası, möhürü və ya təsdiqləyici qeydi yoxdur ki, bu da onu ödənişin faktiki baş verməsini sübuta yetirən sənəd kimi qəbul etməyə imkan vermir. Qeyd olunan səbəblərdən təqdim olunmuş maliyyə arayışı iş üzrə ödənişin həyata keçirilməsini təsdiqləyən etibarlı sübut hesab edilmir. Nəzərə alınmalıdır ki, formalaşmış təcrübəyə əsasən müqavilə və maliyyə arayışının mövcudluğu mənzilin dəyərinin ödənilməsi anamına gəlir. Lakin məhkəmə hesab edir ki, hazırki halda iddiaçının həmin müəssisədə işləməsi, hüquqşünas olması, maliyyə-vergi hesabatlarını dərindən bilməsi müvafiq məsələyə fəqli yanaşmanı tələb edir. Belə ki, məhkəmə iclasında hər iki tərəfin verdiyi izahatlara əsasən, iddiaçı əvvəllər vergi orqanında işləmiş, cavabdeh hüquqi şəxsə auditor xitməti göstərmişdir. Cavabdeh məhz iddiaçı ilə aralarında yaranmış səmimi və işgüzar münasibətlərə əsaslanaraq ödəniş edilmədiyi halda maliyyə arayışının verildiyini bildirir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, iddiaçının həmin müəssisədə çalışmasını, vergi xidməti göstərməsini, uzun müddət mənzilin təhvil verilməməsini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq ilkin iddia üzrə cavabdehin izahatlarının daha səmimi olduğunu qəbul edir. Belə ki, işin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə xx.xx.2020-ci il tarixdə bağlansa da, mənzil bugünədək təhvil verilməmişdir. Mənzilin satışını həyata keçirən MMC-nin mənzilin dəyəri ödənildiyi halda onu alıcıya təhvil verməməsi ağlabatan deyildir. İddiaçı tərəfindən məhkəmə iclasında dindirilmiş şahidlər həmin mənzildə təmiri həyata keçirməli olan şəxslərdir. Onların verdikləri ifadələrə əsasən tərəflərindən mənzilə baxış keçirilsə də, dəfələrlə getmələrinə baxmayaraq, təmirə icazə verilməmişdir. Hətta mənzildən zibillərin daşınmasını istəsələr də ona da icazə verilməmişdir. İddiaçı tərəfindən dindirilmiş şahid Şirinov Oktay isə ilk dəfə Şahmar müəllimin qəbulunda olarkən onu yaxşı qəbul etdiyini, sonradan hansı mənzillə bağlı gəldiyini bildikdə isə kobud şəkildə onu otağından qovduğunu, pulla bağlı problemlərinin olduğunu, buna baxmayaraq dəfələrlə həmin mənzilə getmək məcburiyyətində qalsa da içəri buraxılmadığını bildirmişdir. Yəni iddiaçı tərəfindən dindirilmiş şahidlər də tərəflər arasında əvvəlcədən mənzillə bağlı mübahisənin olduğunu təsdiqləmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 78-ci maddəsinə görə, sübutların birbaşa və ya dolayı olması onların hüquqi qüvvəsini istisna etmir; əsas odur ki, onlar məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirildikdə faktın mövcudluğunu inandırıcı şəkildə təsdiqləsin. Həmin Məcəllənin 217.3 və 106.1-ci maddələrinə görə isə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırki iş üzrə qarşılıqlı iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələri və digər sübutlar məhkəmə tərəfindən birgə qiymətləndirilmiş və bu sübutlar müqavilənin faktiki icra olunmadığını, öhdəliklərin real şəkildə yerinə yetirilmədiyini, mübahisəli mənzil üzərində hüquqların qarşılıqlı iddiaçıdan iddiaçıya faktiki keçmədiyini təsdiq etmişdir. Bu baxımdan məhkəmə, məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq, kassa mədaxil orderinin təqdim edilmədiyini, müqavilə öhdəliklərinin icra edilmədiyini, mənzilin dəyərinin iddiaçı tərəfindən ödənilmədiyini nəzərə alaraq onun iddiasının təmin edilməsini mümkünsüz hesab edir. Qarşılıqlı iddiaya münasibətdə qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı sözügedən mənzilin alğı-satqısı barədə İddiaçı ilə bağlanmış müqavilənin uydurma və yalan əqd olması halına istinad etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmçinin vurğulamışdır ki, müqavilənin imzalanması zamanı ona təqdim olunan bəzi məlumatlar (ƏDV ilə bağlı) həqiqətə uyğun olmamış, nəticədə o, hüquqi əhəmiyyət kəsb edən səhvə (yanılmaya) yol vermişdir. Lakin nəzərə alınmalıdır ki, yanılma son nəticədə təsəvvürün həqiqətə uyğun olmaması halını ifadə edir. Geniş mənada yanılma həqiqəti bilməməyi də ehtiva edir. Göstərilən halda isə bir kommersiya təşkilatının bu cür yanılmasından söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı bu halı əsasən ödənişin edilməməsi və mənzilin MMC-nin balansında qalması ilə əsaslandırmışdır. Lakin iş materiallarında tərəflərin müqaviləyə imza atması və hüquqi nəticələrini qəbul etməsi faktı, eləcə də müqavilə mətni əqdin mövcudluğunu göstərmişdir. Buna görə də, mövcud sübutlarla əqdin sırf uydurma və ya yalan olmasına dair nəticə çıxarılması mümkün deyildir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı aldatma halına istinad etsə də, iş materiallarında müqavilə bağlanmazdan əvvəl ona qəsdən yanlış məlumat (ƏDV ilə bağlı) verilməsi və ya mühüm faktların gizlədilməsi barədə sübut təqdim etməmişdir. Əksinə, müqavilənin mətni və tərəflərin izahatları göstərir ki, hər iki tərəf müqavilə şərtlərini bilmiş və imza atmaqla qəbul etmişdir. Bu səbəbdən aldatma halı da öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 340-cı maddəsində sırf görünüş üçün edilən iradə ifadələrinin əhəmiyyətsiz olduğu qeyd olunmuşdur. Bunlardan biri “uydurma əqd: adlanan birinci halın mövcudluğunun qəbul edilməsi üçün aşağıdakı iki şərtin eyni vaxtda olması zəruridir: a) əqdi əmələ gətirən iradə ifadəsini edənlər buna uyğun hüquqi nəticəni, yəni haqq və öhdəliklərin yaranmasını istəməmiş olmalıdırlar. Əgər əqd ikitərəfli və ya çoxtərəfli əqddirsə, əqdin tərəfləri bu əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olmalıdırlar; b) uydurma əqd sırf başqalarını aldatma məqsədilə bağlanmış olmalıdır. Yəni iradə ifadəsi əslində olmayan haqq və öhdəliklərin mövcudluğu barəsində sırf üçüncü şəxslərdə yanlış qənaəti formalaşdırmaq məqsədilə edilir. Mülki Məcəllənin 340-cı maddəsində nəzərdə tutulan uydurma əqd o halda mövcud olur ki, tərəflər bağladıqları əqd üzrə heç bir hüquqi nəticə əmələ gətirmək niyyətində olmasınlar və yalnız görünüş üçün sənəd imzalasınlar. Lakin iş materiallarında belə niyyətin mövcud olduğunu təsdiq edən sübut mövcud deyildir. Əksinə, tərəflərin sonrakı hərəkətləri — müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı qarşılıqlı tələblərin irəli sürülməsi, mübahisənin həlli üçün müraciətlər edilməsi və hətta müqavilənin ləğvi barədə qərar verilməsi onun sırf görünüş üçün bağlanmadığını göstərir. Eyni zamanda, sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı ikinci halı təşkil edən yalan əqdin mövcudluğunun qəbul edilməsi üçün isə yuxarıda uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı, aşağıdakı şərtlərin də gerçəkləşmiş olması zəruridir: a) iki ayrı əqd bağlanmış olmalıdır; b) bu əqdlərdən biri onu bağlayanların həqiqi iradəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmalıdır. c) bu əqdlərdən digəri olan görünüşdəki əqd isə sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. Yalan əqd üçün tələb olunan əsas şərt ondan ibarətdir ki, görünüşdə bağlanmış əqd tərəflərin əslində gizlətmək istədiyi başqa bir əqdi pərdələsin. İş materiallarında tərəflərin belə gizli və fərqli bir razılaşma bağladıqları barədə də heç bir sübut yoxdur. Bu səbəbdən, təqdim edilən faktlar müqavilənin nə uydurma, nə də yalan əqd olduğunu təsdiq etmir; əksinə, onun real hüquqi nəticələr doğurmaq niyyəti ilə bağlandığını göstərir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hüquqi baxımdan da qarşılıqlı iddiaçının Cavabdeh ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945-ci məhəllədə yerləşən “C” blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 97,39 kv.m. olan 2 otaqlı, 6 saylı mənzilin satılması barədə xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsinin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi üzrə iddiası əsaslı hesab edilmir. Belə ki, Mülki Məcəllənin müqavilənin etibarsızlığına dair müddəaları yalnız qanunda nəzərdə tutulan hallarda tətbiq edilir. Bu iş üzrə isə həmin hallar mövcud deyildir. Qarşılıqlı iddia üzrə iddiaçı yalnız müqavilənin ləğvi ilə bağlı irəli sürdüyü hallara istinad edə bilərdi. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, xx.xx.2020-ci il tarixli 61- 1 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənişlərin İddiaçı tərəfindən edilməsinə dair kassa mədaxil orderi yoxdur. Həmçinin, işdə olan Bakı şəhər Nərimanov rayon Prokurorluğunun müstəntiqi P.İmanovun 08 aprel 2025-ci il tarixli 125-C-25 saylı cinayət işinin rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Cavabdeh ona qarşı hərəkətlərinin araşdırılması ilə əlaqədar Bakı şəhər Nərimanov rayon Prokurorluğuna müraciət etmiş və nəticədə iş üzrə toplanmış materiallarda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Belə ki, həmin qərarın təsviri hissəsində də göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsinin və ona aid sənədlərin kserosurətləri Bakı şəhər Nərimanov rayon Prokurorluğuna göndərilmiş, həmin sənədlər də qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixli 61-1 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənişlərin İddiaçı tərəfindən edilməsinə dair kassa mədaxil orderlərinin mövcudluğu iş üzrə araşdırılmış və toplanmış materiallarda yoxdur. Müqavilənin ləğvi ilə bağlı qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında vurğulamışdır ki, “Ləğv etmə” dedikdə əqdə əsaslanan münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, tərəflərdən birinin birtərəfli iradə ifadəsi ilə aradan qaldırması imkanı başa düşülür. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Həmin Məcəllənin 389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Odur ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: - bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; - öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; - xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi). Hazırkı qarşılıqlı iddia ərizəsindən, tələbin mahiyyətindən, eləcə də qarşılıqlı iddia üzrə iddiaçının izahatından görünür ki, iddiaçının qarşılıqlı iddia ərizəsinin verilməsində əsas məqsədi cavabdeh tərəfindən ona ödənilməli olan pulun verilmədiyinə, yəni müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyinə əsaslanmaqla əqddən – xx.xx.2020ci il tarixli alğı-satqı müqaviləsindən irəli gələn hüquqi münasibətlərin birtərəfli qaydada aradan qaldırılması, yəni müqavilədən imtina etməklə ona xitam verilməsidir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq belə qənaətə gəlir ki, hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 421.3-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmçinin Mülki Məcəllənin 447.2-ci maddəsinə uyğun olaraq, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırılırsa tərəf müqavilədən əlavə müddət təyin edilmədən və ya xəbərdarlıq edilməsi zərurəti olmadan imtina edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun Qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 423.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Bu zaman əsas aydınlaşdırılmalı olan hal cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilib-edilməməsinin müəyyənləşdirilməsidir. Hazırki işdə qarşılıqlı iddia üzrə cavabdeh müqavilə üzrə ödənişin iddiaçıya çatdırıldığını bildirsə də, bunu təsdiq edən hal kimi 21 dekabr 2020-ci il tarixli arayışı təqdim etsə də, həmin sübutlar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun gəlməməklə öz təsdiqini tapmamışdır. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, yazılı sübutları, şahid ifadələrini və digər təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı təqdim etdiyi sübutlar qarşılıqlı iddia üzrə iddiaçının sözügedən müqavilənin ləğvinə dair istinad etdiyi faktiki halları və sübutları təkzib etməyə kifayət etmir. İddiaçının təqdim etdiyi sübutlar (o cümlədən müqavilənin mövcudluğu və hüquqi nəticələrini doğurduğunu təsdiqləyən sənədlər) faktın əksini sübuta yetirəcək dərəcədə qəti və dolğun xarakter daşımır. Qeyd olunmalıdır ki, iş üzrə tərəflərin bağladıqları müqavilə sinallagmatik xarakter daşısa da, iddiaçının öz öhdəliklərini icra etmədiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Xüsusilə, ödənişin icra olunmaması və bu halın etibarlı sübutlarla təsdiqlənməməsi, iddiaçının müqavilədən imtina hüququnu aktual edir. Beləliklə, məhkəmə yuxarıda şərh olunan hallara əsaslanaraq hesab edir ki, xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli alğı-satqı müqaviləsi üzrə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi Mülki Məcəllənin 422-ci maddəsi baxımından müqavilənin ləğvi üçün əsas yaratmışdır. Göründüyü kimi, iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı mənzilin pulunu vermədiyindən alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşı tərəfə bildiriş göndərməklə birtərəfli iradə ifadəsini bildirmiş hesab edilir. Bu isə, Mülki Məcəllənin 421.3-cü maddəsinin tələblərinə uyğun olaraq müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Qeyd olunan qanunvericilik normalarından çıxış edərək məhkəmə hesab edir ki, qarşı tərəfə iradə ifadəsi bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunduğundan, göstərilən hallar müqavilənin ləğv edilmiş hesab edilməsi, yəni müqavilədən birtərəfli qaydada imtina edilməklə xitam verilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı mənzilin boşaldılması, maneəsiz giriş-çıxışın təmin edilməsi və sərbəst istifadəsinə şərait yaradılması tələbinə dair ilkin iddiası təmin edilməməli, ilkin iddia üzrə ödənilmiş dövlət rüsümu ilkin iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı alğı-satqı müqaviləsinin və arayışın etibarsız hesab edilməsi, müqavilənin ləğvinin qanuni sayılması tələbi qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli alğı-satqı müqaviləsi ləğv edilmiş hesab edilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-yə qarşı mənzilin boşaldılması, maneəsiz giriş-çıxışın təmin edilməsi və sərbəst istifadəsinə şərait yaradılması tələbinə dair ilkin iddiası təmin edilməsin. lkin iddia üzrə ödənilmiş dövlət rüsümu ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı alğı-satqı müqaviləsinin və arayışın etibarsız hesab edilməsi, müqavilənin ləğvinin qanuni sayılması tələbi qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 61-1 nömrəli alğısatqı müqaviləsi ləğv edilmiş hesab edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar