Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-179/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” , mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər:mənzildən çıxarılma, mülkiyyət hüququnun tanınması, vindikasiya iddiası) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh İddiaçı qarşı “mənzilə mülkiyyət hüquqlarının tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İşin faktiki halları: Bakı şəhəri, M.Əlizad küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bu hüquq Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 043940 nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. Cavabdeh2 iddiaçının qaynı Mahir Babaşovun dostu Quliyev Kamilin qızıdır. Hazırda mübahisəli mənzildə Cavabdeh2 və həyat yoldaşı Cavabdeh1 yaşayırlar və mənzili tərk etməkdən imtina edirlər. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən Quliyeva Vəfa mübahisəli mənzilə mülkiyyət hüquqlarının tanınmasını məhkəmədən xahiş edir və mənzilin əslində onun yoldaşı mərhum X5 tərəfindən əldə edildiyini bildirir. Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(14295)/2023 saylı Qərardadı ilə X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “qeydiyyatın ləğv edilməsi və yeni çıxarışın verilməsi” iddiası mümkün sayılmamışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzilindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1, çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Bu hüququmun qeydiyyatdan keçməsi barədə iddiaçıya Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən MH seriyalı, 043940 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd edir ki, Cavabdeh2 iddiaçının yerlisi və eləcə də qaynı Mahir Babaşovun dostu Kamilin qızıdır. Cavabdehlər evləndikdən sonra ev almaq imkanları olmadığından Cavabdeh2 atası Kamil iddiaçının qaynı Mahirə kömək etməsini xahiş etmişdir. Kamil iddiaçının qaynına demiş ki, sizin bildiyim qədərilə şəhərdə eviniz var, mümkünsə həmin evdə qızımgil yaşasın, özün də görürsən ev almağa imkan yoxdur, imkan etsinlər, pullarını yığsınlar özlərinə ev alanadək uzağı bir-iki il yaşasınlar. İddiaçının qaynı da iddiaçıdan bu səbəbdən xahiş etdiyindən iddiaçı özü ailəsi ilə Ağsu rayonunda yaşadığından Nərimanov rayonunda yerləşən iddiaçıya məxsus Bakı şəhəri, M.Əlizadə küçəsi, 130 nömrəli yaşayış evinin 43 saylı mənzildə cavabdehlərin əvəzsiz olaraq qısa müddətlik yaşamlarına icazə vermişdir. Onu da xüsusilə qeyd edir ki, Cavabdeh2 atası rəhmətə getməmişdən əvvəl demək olar hər dəfə min bir xahiş edərək qızı ilə kürəkəninin evdə yaşamasına dair xahişlər etmiş, hər il imkan edib özlərinə ev alıb çıxacaqlar demişdir. Kamil rəhmətə getdikdən sonra isə onun yoldaşı xahişlər etdi, iddiaçının qaynı da Kamillə dost olduğundan onun rəhmətə getməsini nəzərə alaraq kəskin şəkildə cavabdehlərə evdən çıx deyə bilməmişdir. Bir müddət olar ki, xəbər tutmuşdur ki, cavabdehlər özlərinə ev alıblar və ona məxsus evi də özbaşına başqalarına kirayə veriblər. O da bunu bilən kimi qaynı ilə əlaqə saxladı ki, ona inanıb, xahişlərini nəzərə alıb, dostuna, qızına yazığı gəlib heç bir qarşılıq gözləmədən onların bir müddət orada qalmasına icazə verdiyi halda necə ola bilər ki, onlar onun evini özbaşına kirayə verib gəlir əldə edirlər. Bununla yanaşı cavabdehlərlə əlaqə saxlayaraq evin boşaldılaraq təhvil verilməsini tələb etsə də onlar evi boşaltmayacaqlarını, evi iddiaçıya verməcəyəklərini bildirdilər, hətta Cavabdeh1 öz işindən, statusundan istifadə edərək ona hədə-qorxu gəlir ki, onu kimsə bu evdən çıxarda bilməz. O da yaranmış mübahisəni danışıqlarla həll edə bilmədiyimdən aidiyyəti qaydada ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə şikayətlə müraciət etmişdir. Şikayət üzrə qanuni araşdırılma aparılaraq, Cavabdeh1 izahatı alınmış, qanunvericiliyin tələbləri onun diqqətinə çatdırılmış, o cümlədən evdə kirayə qalan şəxs barəsində də inzibati tənbeh tətbiq edilmişdir. Onu da qeyd edir ki, müraciəti üzrə aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2023-cü il tarixdə mənə ünvanlanmış cavabda Cavabdeh1 izahatının alınması və ona pozuntu bu barədə xəbərdarlıq edilməsi, Cavabdeh1 isə yaxın vaxtda mənə məxsus evi boşaldıb təhvil verəcəyini bildirməsi barədə qeyd əksini tapmışdır. b) Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi və onun dəlilləri İşə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmiş X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə X3 vərəsəsi kimi iddiaçı X2 mülkiyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil 90-cı ilin axırlarında X2 vəfat etmiş yoldaşı X5 tərəfindən alınmışdır. Həmin vaxt X5 Bakı qeydiyyatı olmadığı üçün mənzili öz yaxın bildiyi adam olan Babaşov Mahir Ağası oğlunun yaxın qohumu cavabdeh İddiaçı adına almışdır. Həmin vaxtdan mənzil faktiki olaraq iddiaçı və rəhmətə getmiş yoldaşının sahiblik və istifadəsində olmuşdur. X5 xx.xx.2016-cı ildə rəhmətə getdikdən sonra da iddiaçı bir müddət orada yaşamışdır. Daha sonra iddiaçı övladının yanına köçdüyündən həmin mənzil boş qalmasın deyə, yaxın qohumların övladları təhsil aldıqları müddətdə əvəzsiz olaraq obların istifadəsinə vermişdir. Bu günə kimi həmin mənzilin mülkiyyətçisi həm qonşular tərəfindən, həm də MKİB tərəfindən X5 və onun yoldaşı kimi iddiaçı tanınmışdır. Evin bütün kommunal xərcləri X5, o rəhmətə getdikdən sonra isə X4 tərəfindən ödənilmişdir. Ödənişlərin həyata keçirilməsi barədə MKİB-nin müvafiq aktı da mövcuddur. Son bir aydır ki, İddiaçı mənzili iddiaçının əlindən almaq istəyir. Bu səbəbdən İddiaçı tərəfindən X2 qızı Cavabdeh2 və yeznəsi Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Həmin iddia tələbi qeyd edilən mənzillə bağlı olduğundan X2 hüquqlarına toxunur və onun tərəfindən İddiaçı iddia tələbi sürmək hüququ verir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materialları - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 043940 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabına xx.xx.1997-ci il tarixdə 662-ci səhifədə 99296 saylı qeydiyyat aparılmışdır. - "xxxx" ASC Nərimanov Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə abunəçi qismində İddiaçı qeyd edilmişdir. - “Bakı Sığorta Evi” sığorta kompaniyası tərəfindən verilmiş qəbzin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə sığorta edilmişdir. - İş materiallaında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin rəisi Cavid ismayılzadə tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-30-1/2-13-4310 saylı məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi əsasında müraciətə baxılmış, aparılan araşdırma zamanı vətəndaş Cavabdeh1 izahatı alınmış və bu barədə xəbərdarlıq edilmiş, o da öz növbəsində evi boşaldıb təhvil verəcəyini bildirmişdir. - Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(14295)/2023 saylı Qərarı ilə X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) “qeydiyyatın ləğv edilməsi və yeni çıxarışın verilməsi” iddiası mümkün sayılmamışdır. - Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)- 1420/ 2024 saylı Qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 2-1(112)-14295Ə2023n saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzbati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-1867/2024 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 1420/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - 15 may 2023-cü il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi X5 bəlli olmuşdur. Uzun illərdir ki, X6, daha sonra o, vəfat etdikdən sonra onun həyat yoldaşı X4 həmin mənzilə sahiblik etmişlər. Bugünə kimi onlardan ba.qa hər hansısa üçüncü şəxs həmin mənzilə mülkiyyətçi kimi daxil olmamış və orda yaşamamışdır. Mənzilin MKİS-nə ödənişləri də onlar tərəfindən həyata keçirilmişdir. Akt qonşu Kərimova Qəndilə, X8 Eldar adlı şəxslər tərəfindən imzalanmışdır. - Nərimanov Rayon M\nzil Kommunal Təsərrüfat Birliyi 54 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ə.Əbdürəhimov 130 mənzil №43-ün mənzil xidməti və məişət tullantıları pullarını X4 ödəmişdir. - 07 noyabr 1996-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, M.Əlizadə küçəsi, ev 130, m.43 saylı mənzil saıcı X9 tərəfindən İddiaçı 15000000 (on beş milyon manat) müqabilində satılmışdır. Mülki işə tətbiq edilən hüquq Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşə baxan məhkəmənin mövqeyi: İlk öncə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə məhkəmə iddiaçının subyektiv hüququnun pozulubpozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Qeyd olunmalıdır ki, ilkin iddiaçı, mənzilin mülkiyyətçisi olaraq mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Cavabdehlərin isə iddiaçıya məxsus mənzildə qalması onun qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Bu səbəbdən, cavabdehlərin həmin evdə yaşaması və istifadəsinin hazırkı mərhələdə hər hansı qanuni əsası (kirayə müqaviləsinin, istifadə hüququ) müəyyən edilmədiyindən ilk iddia tələbi təmin edilməlidir. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır. - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; - vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Həmçinin mülki işin araşdırılması zamanı cavabdehlərin iddiaçı ilə Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan yazılı razılaşmanın bağlanmasını tələb etməyən yaxın qohumluq münasibətlərinin olduğu da müəyyən edilməmişdir. Belə ki, MM-nin 228.1-ci, 228.2-ci və 228.5-ci maddələrinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi mənzildən çıxarılma tələbindən ibarət olan vindikasiya iddiasının təmin olunmasının şərtləri (iddiaçının əmlakın mülkiyyətçisi olması, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyaya sahiblik hüququnun olmaması) mövcuddur. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu və s.). Həmçinin, yaşayış sahəsindən istifadə etmək hüququ mütləq deyildir, müvafiq əsaslar aradan qalxdığı andan keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 mənzili əslində onun mərhum əri tərəfindən alındığını bildirsə də,mülki işin materialları ilə birmənalı şəkildə müəyyən edilir ki, mənzil iddiaçıya məxsusdur, əvəzli müqavilə əsasında əldə edilmişdir. X2 digər dəlili - mənzildən həmişə özünün və ailə üzvlərinin istifadə etdiyi həqiqətə uyğun olmuş olsa belə, həmin hal iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus mənzildən nə istifadə, nə də digər hər hansı hüquq yaratmır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının hüquqi əsası mövcud deyil, belə ki, mənzildən mülkiyyət hüququnun yaranmasının əsasları mülki qanunvericilikdə nəzərdə tutulmuşdur. Hazırki iddia ərizəsində həmin əsaslar müəyyən edilmir. Eyni zamana üçüncü şəxs inzibati icraat qaydasında da iddiaçıya məxsus qeydiyyatın ləğv edilməsini xahiş etmiş, lakin iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, üçüncü şəxsin iddiası əsassızdır və təmin edilə bilməz. Odur ki, hazırda mübahisəli mənzildə olan cavabdehlərin oradan çıxmaması iddiaçının öz mülkiyyətindən istifadəsinə maneçilik törədir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 130, 43 saylı mənzildən çıxarılmalı, üçüncü şəxsin iddiası rədd edilməlidir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbi təmin edildiyindən, onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-179/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-179/2024
27.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver