Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-180/2023 17.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2 Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 may 2018-ci il tarixli 278 saylı müqaviləyə əsasən Cavabdeh MTKdan aldığı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59, M3, 1 saylı mənzilin kəsir verilmiş 6.4 kv.m hissəsinin və 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59, M3, 2 saylı mənzilin kəsir verilmiş 8.3 kv.m hissəsinin, cəmi 14,7 kv.m sahənin hər kvadratına görə 1800 manat olmaqla, cəmi 26460 manat pulun Cavabdeh MTK-dan alınaraq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh MTK ilə 18 may 2018-ci il tarixli 278 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1.1-ci maddəsinə əsasən əmlakın mülkiyyətiçisi olaraq o Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh MTK T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 81.8 kv.m təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.2ci maddəsinə əsasən Cavabdeh MTK Nərimanov rayonu T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci blok 3-cü mərtəbəsində mənim üçün nəzərdə tutulmuş 81.8 kv.m təmirsiz mənzili əmlakın mülkiyyətçisi olaraq mənə təhvil verməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən inşa edilən Nərimanov rayonu T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən hündürmərtəbəli bina təhvil verdikdən sonra Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzil xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət qeydiyyatından keçirilməklə çıxarış ilə təmin olunmuşdur. Həmin çıxarışa əsasən mənzilin ümumi sahəsi 73.50 kv.m olaraq qeyd edilmişdir. İşin faktiki hallarına əsasən ona 81.80 kv.m mənzil təhvil verilməli olsa da, çıxarışa əsasən mənzilin ümumi sahəsinin 73.50 kv.m olması müəyyən edilmişdir. İş üzrə Cavabdeh MTK ilə 18 may 2018-ci il tarixli 278 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1.1-ci maddəsinə əsasən əmlaka mülkiyyətçisi olaraq o Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh MTK Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 50 kv.m təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1.2-ci maddəsinə əsasən Cavabdeh MTK Nərimanov rayonu T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 50 kv.m təmirsiz mənzili əmlakın mülkiyyətçisi olaraq ona təhvil verməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən inşa edilən Nərimanov rayonu T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən hündürmərtəbəli bina təhvil verdikdən sonra Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzil xx.xx.2021-ci il tarixində daşınmaz əmlakın dövlət qeydiyyatından keçirilməklə çıxarış ilə təmin olunmuşdur. Həmin çıxarışa əsasən mənzilin ümumi sahəsi 43.60 kv.m olaraq qeyd edilmişdir. İşin faktiki hallarına əsasən ona 50 kv.m mənzil təhvil verilməli olsa da, çıxarışa əsasən mənzilin ümumi sahəsinin 43.60 kv.m olması müəyyən edilmişdir. Hazırda Cavabdeh MMC tərəfindən inşa edilən Nərimanov rayonu T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yerləşən hündürmərtəbəli binada satışda olan mənzillərin 1 kv.m-nin satış dəyəri 1800 manat müəyyən edilmişdir. Yuxarıda göstərilən iddia tələbi ilə bağlı Cavabdeh MTK-yə pretenziya məktubu göndərilmişdir, lakin iş üzrə Cavabdeh MTK pretenziya məktubuna münasibət bildirməmişdir. Göstərilənlərə əsasən 18 may 2018-ci il tarixli 278 saylı müqaviləyə əsasən Cavabdeh MTK-dan aldığı Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin kəsir verilmiş 6.4 kv.m hissəsinin və 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin kəsir verilmiş 8.3 kv.m hissəsinin, cəmi 14.7 kv.m sahənin hər kvadratına görə 1800 manat olmaqla, cəmi 26460 (iyirmi altı min dörd yüz altmış) manat (14.7 kv.m X 1800 AZN = 26460 manat) pulun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59, M3, 2 saylı mənzil barəsində təqdim etdiyi çıxarışa əsasən mənzilin ümumi sahəsi 73.50 kv.m, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59, M3, 1 saylı mənzilin ümumi sahəsi 43.60 kv.m müəyyən edilmişdir. Göstərilənlərə əsasən 18 may 2018-ci il tarixli 278 saylı müqaviləyə əsasən Cavabdeh MTK-dan aldığı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59, M3, 1 saylı mənzilin kəsir verilmiş 6.4 kv.m hissəsinin və 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59, M3, 2 saylı mənzilin kəsir verilmiş 8.3 kv.m hissəsinin, cəmi 14.7 kv.m sahənin hər kvadratına görə 1800 manat olmaqla, cəmi 26460 (iyirmi altı min dörd yüz altmış) manat (14.7 kv.m X 1800 AZN = 26460 manat) pulun Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Belə ki, məhdudlaşdırılması qanunla nəzərdə tutulmayan mülkiyyətçinin hüquqlarının əsassız pozulması danılmaz və mübahisə edilməyən faktdır. Pozulmuş hüquqların bərpası və ya (razılıqla) əvəzləşdirilməsi tərəflər arasında olan mülki hüquq münasibətlərinin özəyini təşkil edir. Cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması və mülkiyyətçinin üstün və toxunulmaz hüquqlarının bərpası və ya bu hüquq pozuntusunun ədalətli əvəzləşdirilməsi yalnız mülkiyyətçinin iradə ifadəsi çərçivəsində, dövlətin və digər şəxslərin mənafelərinə mütənasib həll edilməlidir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 18 may 2018-ci il tarixli 278 saylı müqaviləyə əsasən Cavabdeh MTK-dan alınan Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin kəsir verilmiş 4.6 kv.m hissəsinin və 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin kəsir verilmiş 6.4 kv.m hissəsinin, cəmi 11 kv.m sahənin hər kvadratına görə 1500 manat olmaqla, cəmi 16500 (on altı min beş yüz) manat (11 kv.m X 1500 AZN = 16500 manat) pulun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki,Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(005)-3112/2022 saylı qərardadına əsasən məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 10/6074 saylı ekspertiza rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş hündiirmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 45.4 kv.m, 2 saylı mənzilin isə faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 75.4 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İş üzrə Cavabdeh MTK ilə 18 may 2018-ci il tarixli 278 saylı müqavilə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, М3, 1 saylı mənzilin sahəsi 50 kv.m, 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin sahəsi 81.8 kv.m müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin sahəsi 50 kv.m olmalı olduğu halda 45.4 kv.m, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin sahəsi 81.8 kv.m olmalı olduğu halda 75.4 kv.m müəyyən edilmişdir. Beləliklə, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzil üzrə sahələr arasındakı fərq 4.6 kv.m, Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzil üzrə sahələr arasındakı fərq 6.4 kv.m müəyyən olunur. Göstərilənlərə əsasən 18 may 2018-ci il tarixli 278 saylı müqaviləyə əsasən Cavabdeh MTK-dan alınan Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 1 saylı mənzilin kəsir verilmiş 4.6 kv.m hissəsinin və 18 may 2018-ci il tarixli 279 saylı müqaviləyə əsasən Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti 59, M3, 2 saylı mənzilin kəsir verilmiş 6.4 kv.m hissəsinin, cəmi 11 kv.m sahənin hər kvadratına görə 1500 manat olmaqla, cəmi 16500 (on altı min beş yüz) manat (11 kv.m X 1500 AZN = 16500 manat) pulun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə və yazılı izahat təqdim edərək qeyd etmişdir ki, İddiaçı iddiasının tamamilə əsassız olması ilə yanaşı, həm də iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür və iddia həmçinin bu səbəbdən rədd olunmalıdır. Belə ki, İddiaçı Cavabdeh MTK ilə xx.xx.2018-ci il tarixində müqavilə imzalamış, 2020-ci ilin əvvəllərində sözügedən mənzillər iddiaçıya təhvil verilmiş, iddiaçı da dərhal həmin mənzillərin təmirinə başlamış, 2020-ci ilin ortalarından etibarən həmin mənzildə yaşamışdır. (Kommunal ödənişlər vasitəsilə təsdiq edilə bilər). İş materiallarına əlavə ediləcək istismara qəbul aktından da görünür ki, iddiaçının yaşadığı bina xx.xx.2020-ci il tarixdə istismara qəbul edilmişdir. Həmin mənzilin təmirsiz verildiyi işin mübahisəsiz halı olduğundan və iddiaçı tərəfindən təmir işləri görülən zaman aydın məsələdir ki, mənzilin ümumi sahəsi dəfələrlə ölçülür və lazım olacaq tikinti materialları məhz həmin sahənin ölçüsünə görə alınır. Ustaların xidmət haqqı da məhz təmir ediləcək sahənin ölçüsünə görə alınır. Mənzil təmir edildikdən sonra isə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində həmin mənzillərə çıxarış əldə edilmişdir. Qeyd edilməlidir ki, tərəf hər nə qədər müqavilə öhdəliklərə istinad etsə də, hazırki müqavilələrin podrat müqaviləsi olmasını nəzərə almalıdır. Göründüyü kimi, iddiaçı mənzilləri 2020-ci ilin əvvəllərindən etibarən təhvil alsa da və həmin mənzillərə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində çıxarış əldə etsə də, hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixində müraciət etmiş və bununla da qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, iddia müddətinin tətbiq edilərək, İddiaçı iddiasının, digər əsaslarla yanaşı, həmçinin iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi səbəbindən rədd olunmasına dair qətnamə qəbul etməyinizi xahiş edir. Eyni zamanda bildirir ki, tərəflər arasında bağlanmış 18 may 2018-ci il tarixli 278 və 279 saylı müqavilələrə əsasən iddiaçıya 5-ci blok, 3-cü mərtəbədə 50.0 m2 və 81.8 m2 təmirsiz mənzil təhvil verilməlidir. Belə ki, iş üzrə təyin edilmiş ekspertizanın nəticələrinə dair rəydən görünür ki, sözügedən mənzillərin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr daxil edilməklə ümumi sahəsi 50.0 m2 və 81.8 m2 təşkil edir. Müqavilələrə diqqət yetirsək aydın olur ki, sahəsi göstərilən mənzillərin neçə otaqdan ibarət olması göstərilmir. Bunun səbəbi ondan ibarətdir ki, həmin mənzillər qonşu mənzillərlə sərhəd divarlarından başqa, arakəsməsiz və daxili divarlar olmadan (openspace) iddiaçıya təhvil verilmişdir. İddiaçı isə sonradan öz mülahizəsinə uyğun olaraq həmin mənzildə çoxsaylı arakəsmələr inşa etmiş və divarların qalınlığın özü müəyyən etmişdir. Təmirsiz mənzil anlayışının əsas xüsusiyyəti ondan ibarətdir ki, mənzil sahibi həmin mənzili öz istəyinə uyğun təmir etdirsin və arakəsmələrin və ya digər divarların yerini və sayını özü müəyyən etsin. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirmiş, ekspert rəyindən də göründüyü kimi, 50.0 m2 və 81.8 m2 təmirsiz mənzili iddiaçıya təhvil vermişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 iddia müddətinin tətbiq edilərək, İddiaçı iddiasının, digər əsaslarla yanaşı, həmçinin iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi səbəbindən rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 278 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa edilən çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 50 kv.m təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 279 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa edilən çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 81,8 kv.m təmirsiz mənzili qəbul etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 57,59, mənzil 1 (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 59, M3, m1) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 57,59, mənzil 2 (yeni qaydalarla- Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 59, M3, m2) İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli, 10/6074 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin ümumi sahəsinin (yaşayış və köməkçi sahə ilə birgə) 43,6 kv.metr, 2 saylı mənzilin ümumi sahəsi isə (yaşayış və köməkçi sahə ilə birgə) 73,5 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 50,0 kv.metr, 2 saylı mənzilin isə divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 81,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 59 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 1 saylı mənzilin faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 45,4 kv.metr, 2 saylı mənzilin isə faktiki sahəsinin (azaltma əmsalları nəzərə alınmadan) 75,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Mənzillərin faktiki sahələri ilə çıxarışlarda göstərilən sahələr arasında 1 saylı mənzil üzrə 1,8 kv.metr, 2 saylı mənzil üzrə isə 1,9 kv.metr fərq olduğu, yaranmış fərqin isə mənzillərin faktiki sahələri hesablanarkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8 bəndinin tələbləri, yəniki lociya tikilisinə tətbiq olunan azaltma əmsalının nəzərə alınmaması səbəbindən olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 57,59, mənzil 1 və mənzil 2 İddiaçı mülkiyyətindədir. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 278 nömrəli və 279 nömrəli müqavilələrə əsasən “Əmlak mülkiyyətçisi” bu müqaviləyə əsasən Nərimanov rayonunda yerləşən yaşayış sahəsini sökülmək üçün təhvil verməyi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən T.Şıxəliyev və Qarabağ küçələrinin kəsişməsində yeni inşa edilən çoxmənzilli hündürmərtəbəli yaşayış evinin 5-ci blok 3-cü mərtəbəsində onun üçün nəzərdə tutulmuş 50 kv.m və 81,8 kv.m təmirsiz mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı kooperativ ilə İddiaçı arasında bağlanmış müqavilələrdə mənzilin tikinti-hesablaşma sahəsi 50 kv.m və 81,8 kv.m kimi qeyd olunmasına baxmayaraq mənzillərin tikinti-hesablaşma sahəsi faktiki olaraq çıxarışda 43,60 kv.metr və 73,50 kv.metrolduğunu bildirərək, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini lazımi qayadada icra etməməsini əsas gətirərək, mənzilin hər kv.metri üçün artıq ödənilmiş 26460 manat məbləğində pulun qaytarılmasını xahiş edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd edilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 278 nömrəli və 279 nömrəli müqavilələr üzrə cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəlik pozulmayıb, bu səbəbdən də iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, müqavilələrin müvafiq olaraq 1.1.1 və 1.1.2-ci bəndinə əsasən cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 50 kv.metr və 81,8 kv.metr göstərilmişdir. Göründüyü kimi, qeyd edilən müqavilə üzrə müvafiq mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyi ilə mənzillərin (divar altı sahə, həmçinin yardımçı sahə nəzərə alınmaqla) ümumi sahəsi 50 kv.metr və 81,8 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, mübahisənin kökündə duran mənzilin sahəsi məsələsi tərəflərin bağladıqları müqavilədə aydın və dəqiq şəkildə qeyd olunmuşdur. Yəni, cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzillərin ümumi sahəsi 50,0 kv.metr və 81,8 kv.metr göstərildiyi halda, ekspert rəyinə əsasən “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən 1 saylı mənzil üzrə 43,6 kv.m, 2 saylı mənzil üzrə 73,5 kv.metr təşkil edir. Lakin həmin ekspert rəyi ilə müəyyən edilir ki, divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 50,0 kv.metr və 81,8 kv.metr təşkil edir. Məhkəmə onu da vurğulayır ki, yaşayış binalarında mənzillərin ümumi sahəsinin bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələrin nəzərə alınmadan hesablanması barədə Şəhərsalma və Tikinti Məcəllsinin 59.3-cü maddəsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şəkildə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını tənzimləyən normadır. Həmin müddəa, alqı-satqı münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində satılan əşyanın sahəsini öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva etməklə yanaşı, tərəfin həmin müqavilə şərtlərindən irəli gələn öhdəliklər üzrə də məsuliyyət daşımasını da nəzərdə tutur. Odur ki, hazırkı işdə tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə icra edilmədiyi, bu səbəbdən də artıq ödənişin olması faktının qeyd edilməsi yolverilməzdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə əlavə olaraq onu qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə prosessual qənaət prinsipi baxımından hüquqi qiymət verilməsinə lüzum görmür. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 50 (əlli) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul iddiaçıdan tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-180/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-180/2023
17.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver