Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1805/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 İlyas oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə müdaxilənin qadağan olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Çərkəz qızına İddiaçı məxsus ünvan 1 ünvanlı 926 kv.m. qeyri/yaşayış sahəsi və ünvan 2.20 kv.m. q/y sahəsinə daxil olmağın qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Çərkəz qızı İddiaçı anasıdır. Hazırda onunla atası X5 arasında nikah münasibətləri pozulmuş, tərəflər arasında nikahın ləğvi və əmlak tələbi barəsində məhkəmə çəkişməsi başlanmışdır. Lakin cavabdeh mənimlə heç bir əlaqəsi olmadan son günlərdə mənə məxsus olan daşınmazəmlaklara müdaxilə edir,binadan çıxmaqdan imtina edir,həmin obyektlərdə normal təsərrüfat fəaliyyətini iflic edir. Hər iki obyekt müstəsna mülkiyyət hüququ ilə mənə məxsusdur: Bakış.Nərimanov ray.Ak.Həsən Əliyev küç b 51.qapı 1 ünvanlı 926 kv.m. qeyri/yaşayış sahəsi və Nəsimi ray.Abbas Səhhət küç.26A ünvanlı165.20 kv.m. q/y sahəsi. Bu obyektlərin nə atam Hüseynov Cavid nə anam Cavabdehə aidiyyatı yoxdur. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iddiaçının vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 İlyas oğlu iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir O qeyd etmişdir ki, iddiaçı cavabdehin anasıdır. Cavabdehlə X5 arasında nikah münasibətləri isə pozulmamış, tərəflər arasında Gəncə şəhər Məhkəməsində nikahın ləğvi, Samix Rayon Məhkəməsində birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi tələbləri ilə bağlı məhkəmə çəkişməsi başlanmışdır. Cavabdehlə X8 arasında nikah dövründə sonuncu xx.xx.2016-ci il tarixli təsis payının algı-satqı müqaviləsinə əsasən X4 "xxxx" MMC -də sahib olduğu 100 (bir yüz) faiz payını almışdır. ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 926 kv.m. olan qeyri-yaşayış sahəsi və ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 165.20 kv.m. olan qeyri-yaşayış sahəsi həqiqətən iddiaçının mülkiyyətindədir. Lakin həmin qeyriyaşayış sahələrində müvafiq icarə müqaviləsi əsasında "xxxx" MMC-nin mağazaları fəaliyyət göstərir, başqa sözlə, faktiki olaraq cavabdehin 50 faiz payı olan MMC-nin 2 mağazası mübahisəli ünvandadır. Göstərilən icarə müqavilələri əsasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 926 kv.m. olan qeyri-yaşayış sahəsi və ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 165.20 kv.m. olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ "xxxx" MMC-yə keçmişdir. Qeyri-yaşayış sahəsinin mülkiyyətçi olaraq cavabdehə aidiyyəti olmadığı kimi, MMC-nin də iddiaçıya aidiyyəti yoxdur. Mübahisəli ünvanda "xxxx" MMC-yə məxsus mağazanın fəaliyyət göstərməsini həmin MMC-nin internet saytından (www.casamia.az) da aydın şəkildə görmək mümkündür. Beləliklə, məhkəmə hazırkı iddianı təmin edərsə, faktiki olaraq cavabdehin 50 faiz payı olan və dövriyyəsi milyon manatlarla ölçülən "xxxx" MMC-nin mağazasına nəzarət hüququ, habelə sahiblik və istifadə hüququndan qanunsuz olaraq məhrum etmiş olacaqdır. Qeyd olunanlara əsasən iddiaya etiraz edir və tələbin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtə və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı və onun vəkili və nümayəndəsi məhkəmə clasına iştirak etməmişlər. Məhkəmə iddiaçının və onun nümayəndəs və vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, b. 51 qapı 1 ünvanında yerləşən mənzil tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2018-ci il tarixdə **********2nömrəli qeyd aparılmışdır. - Samux Rayon Məhkəməsinin 2(058)-493/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Cavabdeh X2 qarşı əmlaka payın tanınması tələbinə dair iddia ərizəsinə baxaraq, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi qərara alınmışdır. İddia tələbinin həcminin artırılmasına dair ərizədən görünür ki, birgə nikah dövründə əldə olunmuş, cavabdehlə ümumi mülkiyyətləri sayılan: "xxxx" MMC-ninn(VÖEN:**********) nizamnamə kapitalının ½ hissəsinə, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 180.58 kv.m olan 3 otaqlı yaşayış sahəsinə dair Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilərək 4Ə-728 reyestr nömrə ilə qeydə alınmış X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə ½ hissədə; ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 196.1 kv.m olan 5 otaqlı və ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 233.64 kv.m olan 5 otaqlı yaşayış sahələrinə dair Bakı şəhəri 1 saylı notariat ofisində “Everton” firması ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli 4Ə-02-92 reyestr nömrəli və eyni tərəflər arasında bağlanmış xx.xx.2012-ci il 4Ə-02-93 reyestr nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqavilələri”nin etibarsız hesab edilərək hamin yaşayış sahələrinin ½ hissəsinə və iddia ərizəsində göstərilən digər daşınmaz əmlakların ½ hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. - İddiaçı (icarəyə verən) ilə "xxxx" MMC-nin adından X3 (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, X6 küçəsi, bina 51, qapı 1 ünvanında yerləşən, ümumi sahəsi 926.5 kv.m. olan olan qeyri-yaşayış sahəsini icarəçiyə verir(lər), icarəyə götürən icarəyə verənə aylıq 3000 manat icarə haqqı ödəyir. - “www.casamia.az” saytından əldə olunmuş məlumatlardan görünür ki, "xxxx" mağazalar şəbəkəsinin “İnqilab” filialı Nərimanov rayonu, X6 küçəsi, bina 51 ünvanında, “Azadlıq” filialı Nəsimi rayonu, Azadlıq prospekti 199 ünvanında, “Yasamal” filialı Yasamal rayonu, Mikayıl Müşviq küçəsi 11/13 ünvanında, “X10” filialı Neftçilər prospekti 151 ünvanında yerləşir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfinndən müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 926 kv.m. olan qeyri-yaşayış sahəsi və ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 165.20 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. Eyni zamanda həmin qeyri-yaşayış sahələri barədə icarə müqaviləsi bağlanmış və hazırda həmin obyektlərdə "xxxx" mağazası fəaliyyət göstərməkdədir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qeyri-yaşayış obyektlərinə daxil olmağı Cavabdeh Çərkəz qızına qadağan edilməsini məhkəmədən xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci hissəsinə görə, bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdirlər. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsindən cavabdeh tərəfindən hansı maneələrin törədilməsi, mülkiyyətçinin hüquqlarının hansı şəkildə pozulması aydın deyil. Eyni zamanda qeyri-yaşayış obyektləri icarə müqavilə əsasında başqa şəxsin istifadəsindədir. Belə olan halda, cavabdeh tərəfindən törədilən hər hansı maneə də mülkiyyətçinin deyil, icarəçinin hüquqlarını pozmuş olur. Mülki Məcəllənin 152.5-ci maddəsindən göründüyü kimi, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər üçüncü şəxslərin hüquqlarını pozmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı (mülkiyyətçi) özünə məxsus qeyri-yaşayış sahələrini icarəyə verib, orada ticarət obyekti fəaliyyət göstərir. Ticarət obyekti isə hamının istifadəsi, giriş-çıxışı üçün açıq olan yerdir. Ona görə də iddiaçının (mülkiyyətçinin) öz mülahizəsi ilə cavabdehin qeyri-yaşayış sahəsinə gəlməsini qadağan etməsi cavabdehin istehlakçı kimi hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X4 Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə daxil olmağın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinə daxil olmağın qadağan edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1805/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1805/2023
07.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver