Məhkəmə qərarları › İş №e-2(005)-1824/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1824/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1824/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC-dən və Cavabdeh2 Müzəfər oğlundan əsas borca görə 676987 manat, AR MM-nin 445.7-ci maddəsinə əsasən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 101548 manat faizlərin, hüquqi xidmət üçün ödənilmiş 300 manatın və iddia üçün ödənilmiş 1069 manat, ümumilikdə 779904 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin sahibi Cavabdeh2 qızı Aida Məmmədova ilə oğlu Sadıqlı Ülvi 2014-cü ildə nişanlanmışlar. 10.03.2015-ci il tarixdə “Meredian Park” Şadlıq Sarayında gənclərə toy mərasimi keçirərək evləndilər. Qohumluq münasibəti yarandıqdan sonra Cavabdeh2 Cavabdeh1 ASC-nin sahibi olduğunu bilmişdir. 2016-cı ildə bildirdi ki, biznes fəaliyyətinin genişləndirilməsi üçün Cavabdeh1 ASC-nin adına aşağı faizlə kredit götürmək istəyir, lakin kredit verilməsi üçün razılaşsa da, ondan zamin tələb edirlər. Loğman Məmədov həm də yaşayış binalarının tikintisi ilə məşğul olurdu. Qohumluq münasibətlərinə görə ona köməklik etmək zamin dura biləcəyinə söz vermişdir. 24.08.2016-cı il tarixdə Cavabdeh1 ASC ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə onunla da 24.08.2016-cı il tarixli, №Z1778 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 2017-ci ilin iyul ayında Cavabdeh2 ondan kredit ödənişlərində ona köməklik etməyini xahiş etmişdir. Qohumluq münasibətlərinə görə, həm də ki, kredit müqaviləsi üzrə zamin olduğu üçün etiraz etməmiş və Cavabdeh2 onun pulunu qaytaracağına söz verirdi. "xxxx" ASC-nin "xxxx" ASC-yə olan kredit borcuna görə 06.07.2017-ci il tarixdən 29.08.2019-cu il tarixədək olan müddət ərzində tanışı X1 vasitəsi ilə "xxxx" ASC-yə 676987 manat pul ödəmişdir. 2019-cu ilin avqust ayından etibarən, övladları arasında ailə münasibətləri pozulmağa başlamışdır. Elə həmin ilin sonlarından, yəni oktyabr ayından övladları faktiki olaraq ayrı yaşamağa başlamışdılar. Buna baxmayaraq gənclərin barışa biləcəyini düşünərək Cavabdeh2 pulunu dərhal qaytarmasını tələb etməmişdir. Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qətnaməsi ilə övladları arasında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh2 ona və ailəsinə qarşı düşmənçilik mövqeyi tutaraq, qardaşı Ramiz Məmmədovun müntəzəm təşkilatçılığı ilə onların bacısı oğlu, hazırda biznes şərikləri olan Babək İsmayılovla birlikdə barəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə, Yasamal Rayon Prokurorluğuna və Yasamal Rayon Polis İdarəsinə ünvanladığı qisas və düşmənçilik xarakterli, düşmənçilik etmək və qisas almaq məqsədi daşımaqla həqiqətə uyğun olmayan, tamamilə şər və böhtandan ibarət şikayət ərizələri aidiyyəti qurumlarda müvafiq qaydada araşdırılmış, Cavabdeh2 və bacısı oğlu, həmçinin biznes şəriki olan Babək İsmayılovun barəsində göstərdikləri xüsusatlar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, İ dərəcəli hüquqşünas Səbuhi Alıyevin və Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 23.06.2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Artıq aralarında hər hansı bir qohumluq münasibəti qalmadığından, ən əsası Loğman Məmədov ailəsinə qarşı belə mövqe tutduğundan haqqı olanı ondan geri almaq qərarına gəlmişdir. Dəfələrlə pulunu qaytarmasını tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmadı. Loğman Məmədov tərəfindən pozulmuş hüquqları məhkəmə qaydasında bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X7 iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində ifadə dindirilmiş X15həsən oğlu bildirmişdir ki, İddiaçı ona kredit borcunun ödənilməsi üçün pul vermiş və o, banka ödənişlər etmişdir. Lakin məbləğin nə qədər olduğunu bilmədiyini qeyd etmiş, həmçinin hadisələrin baş verməsindən xeyli müddət keçdiyini bildirərək, çox məlumatların yadında olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə dindirilmiş X6 bildirmişdir ki, əvvəllər "xxxx" ASC-də problemli kreditlər şöbəsində işləmişdir. Qeyd olunan kredit üzrə problem yarandığı vaxtdan həmin kreditlə o, məşğul olmuşdur. Kredit üzrə borclular ilə əlaqə saxlamış və ödənişlərin həyata keçirilməsini tələb etmişdir. Həmin vaxtlar zamin İddiaçı kredit borcunun onun olduğunu və özü ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə dindirilmiş X4 bildirmişdir ki, Cavabdeh1 ASC-də sürücü vəzifəsində işləyir. "xxxx" ASC-də kredit ödənilməsi barədə məlumatı yoxdur. Məhkəmə şahidlərin vermiş olduğu ifadələrlə bağlı qeyd edir ki, kredit üzrə borcun şəxsən iddiaçı tərəfindən ödənilməsinə şahid olmamışlar, verdiyi izahatlar işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyət daşımır. Bundan başqa şahidlərin vermiş olduğu ifadələrdə qeyri-müəyyənlik və hadisələrin üstundən xeyli vaxt keçməsinə istinad edərək natamam ifadə verdiklərindən, onların verdiyi ifadələr şübhə doğurur və sübut kimi məhkəmə tərəfindən qəbul edilməməsi daha məqbul hesab edilir. Belə ki, iş materiallarında olan; "xxxx" ASC-nin 03.01.2019-cu il tarixli, FJB**********522 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 513 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 03.01.2019-cu il tarixli, FJB**********409 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 22000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 28.02.2019-cu il tarixli qəbzin surətindən görünür ki, “hesaba mədaxil” təyinatı ilə X15həsən oğlu tərəfindən 34814 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 29.08.2019-cu il tarixli, FJB**********506 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 2922 manat ödəniş edilmişdir. "xxxx" ASC ilə “zamin” İddiaçı arasında bağlanmış 24.08.2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, “borcalan” Cavabdeh1 ASC arasında bağlanmış kredit müqaviləsi əsasında “borcalana” veriləcək ******* manat məbləğində kredtlə əlaqədar olaraq “borcalan” bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “zamin” “borcalan” ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1546/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən görünür ki, X8 ilə X9 arasında bağlanmış nikahın pozulması qət edilmişdir. "xxxx" ASC-nin 25.07.2017-ci il tarixli, FJB**********078 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 20000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 01.08.2017-ci il tarixli, FJB**********417 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 19280 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 06.07.2017-ci il tarixli, FJB**********392 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 20000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 14.07.2017-ci il tarixli, FJB**********573 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 19489 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 16.04.2018-ci il tarixli qəbzin surətindən görünür ki, “cash depozit kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 10000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 19.04.2018-ci il tarixli, FJB**********159 nömrəli qəbzin surətindən görünür ki, “cash depozit kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 30000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 31.05.2018-ci il tarixli, FJB**********524 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 100000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 26.11.2018-ci il tarixli, FJB**********846 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 3050 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 10.12.2018-ci il tarixli, FJB**********532 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 3000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 10.07.2018-ci il tarixli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 35000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 31.08.2018-ci il tarixli, FJB**********939 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 8000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 05.09.2018-ci il tarixli, FJB**********076 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 16975 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 11.09.2018-ci il tarixli, FJB**********026 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 10230 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 28.09.2018-ci il tarixli, FJB**********892 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 140000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 06.11.2018-ci il tarixli, FJB**********128 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 3000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 08.04.2019-cu il tarixli, FJB**********027 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 18000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 10.04.2019-cu il tarixli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 10000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 15.04.2019-cu il tarixli, FJB**********606 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 7300 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 21.02.2018-ci il tarixli, FJB**********531 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 5000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 13.03.2018 il tarixli, FJB**********866 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə Natiq Əhmədov tərəfindən 5000 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin 28.03.2018-ci il tarixli, FJB**********038 nömrəli qəbzin surətindən görünür ki, “hesaba mədaxil kredit ödənişi” təyinatı ilə X15həsən oğlu tərəfindən 10000 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh2 kredit müqaviləsi üzrə zamin olmuşdur. Hazırda iddiaçı cavabdehin kredit borcu üzrə müəyyən ödənişləri onun tərəfindən edildiyini iddia edərək, reqres qaydada pul məbləğini tələb etməkdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.4-cü maddəsində göstərilir ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sadalanan qanunvericilik əsaslarından göründüyü kimi, iddiaçının reqres qaydada tələb etmək hüququ borc öhdəliyini yerinə yetirdiyi andan əmələ gəlir. Vurulmuş zərərin əvəzini ödəmiş şəxsin reqres qaydada tələb hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut kimi təqdim etdiyi "xxxx" ASC-nin ödəniş qəbzlərində ödənişin X15həsən oğlu tərəfindən aparıldığı qeyd olunmuşdur. Cavabdehlərdən reqress qaydada pul tələb etmək üçün iddiaçı tərəfindən kredit borcu üzrə ödənişlərin aparılmasını təsdiq edən sübut təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən şahid qismində dəvət olunmuş X15həsən oğlu kredit ödənişi üçün pulu iddiaçıdan aldığını qeyd etsə də, lakin götürdüyü pulun hansı məbləğdə olduğunu bilmədiyini qeyd etmişdir. X15həsən oğlu iddiaçıdan götürdüyü pulun məbləğini və həmin pulu banka ödəniş edən zaman məbləğinin bilməməsini inandırıcı olmadığı hesab edərək, X15həsən oğlu tərəfindən şahid qismində vermiş olduğu ifadələri sübut kimi qiymətləndirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13.02.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar