Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1898/2024 10.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İlkin iddia üzrə İddiaçı, Qarşılıqlı iddiaçı Cavabdeh QSC-nin nümayəndəsi X3 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh QSC-yə qarşı “kirayə haqqı” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia tələblərinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC-dən xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə ödənilməmiş ümumilikdə 9100 (doqquz min yüz) manat kirayə haqqının və 111 (bir yüz on bir) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh QSC-dən xx.xx.2021-ci il tarixli müqaviləsi üzrə ödənilməmiş 16 aylıq, ümumilikdə 10400 manat kirayə haqqının, illik 5 % dərəcəsi ilə iddiaçıya dəymiş zərər və əldən çıxmış fayda qismində 693 manat (10400-5%-İ=520 manat, 520:12=43.3 manat; 16 x 43.3 = 693 manat) məbləğini, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat xidmət haqqı və 125 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh QSC-nın nümayəndəsi İddiaçı qarşı “müqavilə üzrə pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6035 (altı min sıfır otuz beş) manat məbləğində pulun (borcun) ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tututlaraq ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh QSC-yə ödənilməsi, Cavabdeh QSC tərəfindən ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq QSC-yə ödənilməsi, ödənilməsi nəzərdə tutulan 6035 (altı min sıfır otuz beş) manat məbləğində pulun (borcun) 2023-cü ilin bank uçot dərəcəsini (8.0 %) əsas götürməklə xx.xx.2023-cü il tarixdən qətnamə çıxarılan tarixə kimi müvafiq faizlərin İddiaçı (borcludan) Cavabdeh QSC-nin xeyrinə məcburi tutulması barədə qətnamə çıxarasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülərək, müvafiq prosessual hərəkətlər edilmişdir. Daha sonra tərəflər barışıq sazişi imzalayaraq, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Buna dair Cavabdeh QSC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixində EMİS vasitəsilə tərəflər arasında imzalanmış barışıq sazişini məhkəməyə təqdim etmişdir. EMİS vasitəsilə xx.xx.2024-cü il tarixdə ilk iddiaçının nümayəndəsi (vəkili) X1 məhkəməyə yazılı vəsatət təqdim edərək, tərəflər bir-birinə qarşı irəli sürdükləri iddia tələblərindən imtina etdiklərini, buna dair cavabdehlə aralarında barışıq sazişi bağlandığı üçün hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk İddiaçı barışıq sazişi təsdiq olunmaqla mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh QSC-nin nümayəndəsi X6 tərəflər arasında barışıq sazişi bağlandığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2024cü il tarixli Barışıq sazişinin aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. İddiaçı ilə Cavabdeh QSC arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 1 saylı binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136,1 kv.m. olan 4 otaqlı 66 saylı mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 28.01,2021-ci il tarixli müqavilə və əlavə olaraq müqavilənin tərkib hissəsi sayılan xx.xx.2023-cü il tarixli razılaşma imzalanmışdır.
2. Tərəflər qəbul edirlər ki, Nərimanov rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh QSC-yə qarşı 10400 manat kirayə haqqının, illik 5% dərəcəsi ilə iddiaçıya dəymiş ziyanın və əldən çıxmış fayda qismində 693 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat, 125 manat dövlət rüsumunun ilkin iddia tələbi və iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı 6035 manat məbləğində pulun, 2023-cü ilin bank uçot dərəcəsini (8.0 %) əsas götürməklə faizlərin və 81 manat dövlət rüsumunun tutulması qarşılıqlı iddia tələbi üzrə 2(005)-1898/2024 saylı mülki iş vardır.
3. Tərəflər qəbul edirlər ki, məhkəmə tərəfindən qeyd ediən mülki iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 15:15 təyin edilmişdir.
4. Saziş imzalandıqdan sonra 3 gün müddətində iddiaçı və cavabdeh tərəfindən Nərimanov rayon məhkəməsinə barışıq sazişin təsdiqinə və iş üzrə icraata xitam verilməsinə dair ərizələrlə müraciət edirlər.
5. Saziş imzalandıqdan sonra 5 gün müddətində Cavabdeh QSC tərəfindən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 1 saylı binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136,1 kv.m. olan 4 otaqlı 66 saylı mənzil təhvil verilir.
6. Sazişin 4-cü bəndi icra edildikdən sonra 3 gün müddətində Cavabdeh QSC tərəfindən İddiaçı 8000 (səkkiz min) manat məbləğində kirayə haqqı olaraq ödənilir.
7. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr, borclar və digər öhdəliklər üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz.
8. Saziş imzalandıqdan sonra iddiaçı (İddiaçı) tərəfindən cavabdehə (QSC) qarşı “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2021-ci il tarixli müqavilədən və əlavə olaraq müqavilənin tərkib hissəsi sayılan xx.xx.2023-cü il tarixli razılaşmadan irəli gələn tələbləri, o cümlədən hər hansı bir əmlak və ya qeyri-əmlak xarakterli, pul kompensasiyası tələbi, əlavə yaşayış sahəsi və əlavə təmir (təmir xərci) tələbi irəli sürülməyəcəkdir.
9. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazıminca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyyən olunmuş tədbirlər həyata keçiriləcəkdir.
10. Saziş üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ilkin iddia İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC tərəfindən ödənilmiş dövlət rüsumları onlara geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İlkin iddia üzrə İddiaçı Cavabdeh QSC-yə qarşı “kirayə haqqı” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
Barışıq sazişi:
Hazırki barışıq sazişi (bundan sonra “Saziş” adlandırılacaqdır) bir tərəfdən - Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16A, mənzil 27-də yaşayan (Ş/V AZE № ********, xx.xx.2014, FİN: xxxxxxx, d/t xx.xx.1978) İddiaçı şəxsində (bundan sonra “iddiaçı” adlandırılacaqdır) və digər tərəfdən - nizamnamə əsasında fəaliyyət göstərən “Ailə Park" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) direktoru X2 şəxsində (bundan sonra “cavabdeh” adlandırılacaqdır) aşağıdakı şərtlərlə imzalandı:
1. İddiaçı ilə Cavabdeh QSC arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 1 saylı binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136,1 kv.m. olan 4 otaqlı 66 saylı mənzilə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” 28.01,2021-ci il tarixli müqavilə və əlavə olaraq müqavilənin tərkib hissəsi sayılan xx.xx.2023-cü il tarixli razılaşma imzalanmışdır.
2. Tərəflər qəbul edirlər ki, Nərimanov rayon Məhkəməsinin icraatında İddiaçı Cavabdeh QSC-yə qarşı 10400 manat kirayə haqqının, illik 5% dərəcəsi ilə iddiaçıya dəymiş ziyanın və əldən çıxmış fayda qismində 693 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat, 125 manat dövlət rüsumunun ilkin iddia tələbi və iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı 6035 manat məbləğində pulun, 2023-cü ilin bank uçot dərəcəsini (8.0 %) əsas götürməklə faizlərin və 81 manat dövlət rüsumunun tutulması qarşılıqlı iddia tələbi üzrə 2(005)-1898/2024 saylı mülki iş vardır.
3. Tərəflər qəbul edirlər ki, məhkəmə tərəfindən qeyd ediən mülki iş üzrə şifahi icraat qaydasında hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 15:15 təyin edilmişdir.
4. Saziş imzalandıqdan sonra 3 gün müddətində iddiaçı və cavabdeh tərəfindən Nərimanov rayon məhkəməsinə barışıq sazişin təsdiqinə və iş üzrə icraata xitam verilməsinə dair ərizələrlə müraciət edirlər.
5. Saziş imzalandıqdan sonra 5 gün müddətində Cavabdeh QSC tərəfindən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh QSC-yə məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 1 saylı binasının 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136,1 kv.m. olan 4 otaqlı 66 saylı mənzil təhvil verilir.
6. Sazişin 4-cü bəndi icra edildikdən sonra 3 gün müddətində Cavabdeh QSC tərəfindən İddiaçı 8000 (səkkiz min) manat məbləğində kirayə haqqı olaraq ödənilir.
7. Tərəflərin qabaqcadan yazılı razılıq olmadan barışıq sazişindən irəli gələn hüquqlar, vəzifələr, borclar və digər öhdəliklər üçüncü şəxslərə keçirilə (ötürülə) bilməz.
8. Saziş imzalandıqdan sonra iddiaçı (İddiaçı) tərəfindən cavabdehə (QSC) qarşı “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2021-ci il tarixli müqavilədən və əlavə olaraq müqavilənin tərkib hissəsi sayılan xx.xx.2023-cü il tarixli razılaşmadan irəli gələn tələbləri, o cümlədən hər hansı bir əmlak və ya qeyri-əmlak xarakterli, pul kompensasiyası tələbi, əlavə yaşayış sahəsi və əlavə təmir (təmir xərci) tələbi irəli sürülməyəcəkdir.
9. Sazişdə göstərilən öhdəliklər hər iki tərəfdən yerinə yetirilmədikdə və ya lazıminca (qismən icra edildiyi təqdirdə) yerinə yetirilmədikdə, qanunvericiliklə müəyyən olunmuş tədbirlər həyata keçiriləcəkdir.
10. Saziş üzrə tərəflərə düşən hüquq və öhdəlikləri tam və qeyri-şərtsiz şəkildə öz üzərinə götürdüklərini təsdiq edirlər və imzalandığı andan qüvvəyə minir. Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri izah edilmiş və şərtləri tərəflərə aydındır. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla məhkəmədə və digər nüsxələri tərəflərdə saxlanılır. İlkin iddia üzrə İddiaçı Cavabdeh QSC-yə qarşı “kirayə haqqı” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbinə dair mülki işin icraatına xitam verilsin. İlk İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 111 (bir yüz on bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qarşılıqlı iddiaçı Cavabdeh QSC tərəfindən dövlət büdcəsinə ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə biər.
Sədrlik edən: Solmaz Ədilova