Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1940/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: müqavilə üzrə öhdəliklər) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli “Türkiyənin Ali Təhsil müəssisələrinə qəbul” barədə bağlanmış müqavilə əsasən Cavabdeh 3000 (üç min) manat manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, “Beynəlxalq Təhsil MMC-nin səlahiyyətli nümayəndəsi ilə vətəndaş Cavabdeh arasında X5 Respublikasında Ostim Teknik Universiteti Makine Mühendisliyi bölümünə qəbul prosesi həyata keçirilməsi ilə bağlı 29 aprel 2024-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa atdırılmasını təmin etməyi, tələbə isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC-ti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin dilmişdir. Belə ki, X3 Teknik Universiteti tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli X8 da görünür ki, X1 Mühendisliyi bölümünə qəbul edilmişdir. "xxxx" MMC-ti müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsədəCavabdeh müqavilə üzrə öhdəliyini təmin etməmişdir. Hazırda Cavabdeh 3000 (üç min) manat ödəniş etməlidir. Tərəflər arasında bağlanan müqavilənin müqaviləsinin 3.1.5-ci maddəsinə əsasən 3000 manat pul vəsaitini "xxxx" MMC-nin qəbul rosesini tamamladıqdan sonra tələbədən tələb etmək hüququ vardır. Göründüyü kimi"xxxx" MMC-ti üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq, müqavilə ilə onun üzərinə düşən öhdəliklərin icrasından yayınır və müqavilə əsasında ödəməli olduğu pul məbləğini ödəmir. Cavabdehə müvafiq olaraq pretenziya məktubu göndərilməsinə baxmayaraq, o ödənişi etməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Sefa Erdoğan bildirmişdir ki, Ostim Teknik Universiteti tərəfindən qəbul məktubunun olmasını bildirir, lakin yalandır və hətta həmin universitetlə bir əlaqələri mövcud deyil. Hazırda övladı X9 Universitetində təhsil alır və qəbul işlərini dostu vasitəsilə özü gedib şəxsən həll etmişdir. İddiaçı MMC tərəfindən onlara kömək göstərilmədi və hətta qəbul məktubunun alınması üçün Dövlət Sərhəd Xidmətindən sənəd istədilər. Həmin sənədi özü gedib almışdır, lakin bununla belə övladının qəbul məktubunu vermədilər. Bundan sonra həyat yoldaşı əlaqə saxlayaraq, onlarla bu işi görmək istəmədiyini bildirdi. Daha sonra övladının qəbul olduğunu gördükdən sonra məktubu onlara göndərdilər. Övladının bütün sənədlərini iddiaçıya təqdim etmiş, lakin İddiaçı MMC tərəfindən müraciət belə olunmayıb və öhdəlik yerinə yetirilməmişdir. İddiaçı MMC vasitəsilə övladı universitetə qəbul olunmayıb. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, xx.xx.2025-ci il tarixdə yazılı ərizə təqdim edərək məhkəmə iclasının noyabr ayının axrına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - İddiaçı MMC ilə digər tərəflər “Tələbə” Nihat Erdoğan, Cavabdeh (qanuni nümayəndəsi) arasında bağlanmış xaricdə təhsil proqramından görünür ki, müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilənin predmetini İddiaçı MMC tərəfindən “Tələbənin” Türkiyə Respublikasında X9 Universiteti Mexanika Mühendisliyi (ing) bölümünə qəbul prosesinin təşkil edilməsi ilə bağlı münasibətlər təşkil edir. Müqavilənin 2.2-ci maddəsinə əsasən bu müqavilə ilə təmin edilmiş öhdəliyin ölçüsü 3000 AZN-dir. - “X4” tərəfindən Nihat Erdoğana ünvanlanmış xx.xx.2024-cü il tarixli final qəbul məktubu ilə müəyyən olunur ki, şagird 2024-2025-ci il üzrə üniversitetin “makine mühendisliği (ingilizce)” fakultəsinə qəbul olunmuşdur. - 31.01.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən göstərilmiş təhsil xidmətləri üzrə 3000 manat dəyərində xidmət haqqının və 3000 manat məbləğində təzminatın ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - “Ostim Texniki Universiteti” tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışın notariat qaydada tərcümə olunmuş surəti ilə müəyyən olunur ki, Nihat Erdoğan adlı tələbə 2024-2025-ci il akademik il çərçivəsində OSTİM Texniki universiteti Mexanika mühəndisliyi bakalavr proqramına ********* nömrəli tələbə nömrəsi ilə Beynəlxalq tələbə statusunda qeydiyyatdan keçmişdir. Tələbənin OSTİM Texniki universitetinə müraciət prosedurları HQS Trade and Management LTD adlı agentlik tərəfindən həyata keçirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında “Xaricdə təhsil” barədə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tələbənin Türkiyə Respublikasında ali təhsil müəssisələrinə qəbul prosesinin başa çatdırılmasını təmin etməyi, tələbə - onun qanuni nümayəndəsi isə müqavilə ilə müəyyən edilmiş məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanan müqaviləyə müvafiq olaraq "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etmiş, şagird 2024-2025-ci il üzrə üniversitetin “makine mühendisliği (ingilizce)” fakultəsinə qəbul olunmuşdur. "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə təmin etsə də, Cavabdeh müqavilə üzrə öhdəliyi təmin etməmişdir. Hazırda Cavabdehnun müqavilə üzrə 3000 manat borcu vardır. Cavabdeh öhdəliyi icra etməkdən imtina etmiş, iddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -777.1-ci maddəsinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. -783.2-ci maddəsinə görə, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini - tələbənin X9 universiteti - mexanika mühəndisliyi fakültəsinə qəbul prosesinin təşkil edilməsini - yerinə yetirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “X4” tərəfindən Nihat Erdoğana ünvanlanmış xx.xx.2024-cü il tarixli final qəbul məktubu ilə müəyyən olunur ki, şagird 2024-2025-ci il üzrə üniversitetin “makine mühendisliği (ingilizce)” fakultəsinə qəbul olunmuşdur. Cavabdeh qeyd olunan müqavilə üzrə göstərilən xidmətə görə 3000 manat ödəniş etməyi öhdəsinə götürsə də, bu öhdəliklərini yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, müqavilə üzrə xidmət haqqını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış 3000 manat əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh, övladının universitetə İddiaçı MMC vasitəsilə qəbul olmadığını bildirərək “X4” tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubu təqdim etmişdir. Məktubla müəyyən olunur ki, Nihat Erdoğan adı tələbə 2024- 2025-ci il akademik ili çərçivəsində “X4” mexanika mühəndisliyi bakalavr proqramına qeydiyyatdan keçmişdir, universitetə müraciət prosedurları HQS Trade and Management LTD adlı agentlik tərəfindən həyata keçirilmişdir. Bununla belə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, “HQS Trade and Management” LTD və İddiaçı MMC arasında 25 aprel 2022-ci il tarixli partnyorluq müqaviləsi bağlanmışdır, "HQS Trade and Management" LTD. İddiaçı MMC tərəfindən məlumatları göndərilən Azərbaycan və ya xarici vətəndaşlığı olan tələbələrin Türkiyə Respublikasındakı universitetlərə qəbulu ilə əlaqədar qarşılıqlı xidmətləri həyata keçirir. “HQS Trade and Management” LTD tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla isə müəyyən olunur ki, çatışmayan sənədlərin təqdim edilməsi məqsədilə universitet tərəfindən iki dəfə İddiaçı MMC ilə əlaqə saxlanılmış, qeyd olunan sənədlər dərhal universitetə təqdim edilmiş, tələbənin universitetə qəbulu uğurla başa çatdırılmışdır. Göründüyü kimi, tələbənin universitetə qəbulu bilavasitə iddiaçı tərəfindən həyata keçirilmiş, cavabdehin övladı uğurla universitetə qəbul olunmuşdur. Cavabdeh övladının universitetə qəbul prosesini dostu vasitəsilə özü gedib şəxsən həll etdiyini bildirsə də, buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən obyektiv araşdırılmanın aparılması, xx.xx.2007-ci il təvəllüdlü X2 X9 Universitesine 2024-2025-ci il təhsil ili üzrə “mexanika mühəndisliyi” (ingilis dili) fakültəsinə qəbulu prosesinin kimin (fiziki və ya hüquqi şəxs) tərəfindən həyata keçirilməsi barədə məlumat verilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə elektron qaydada (elektron poçt vasitəsilə) “X4”nə müraciət olunmuş, bununla belə məktuba cavab verilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh etirazının əsası kimi göstərdiyi halları sübut edə bilmədiyindən onun dəlilləri məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh müqavilə üzrə 3000 (üç min) manat və dövlət rüsumu kimi 50 (əlli) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 216-220 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3000 (üç min) manat və dövlət rüsumu kimi 50 (əlli) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1940/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1940/2025
30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver