Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1953/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Firması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ödənilməmiş kommunal xidmət haqqının əvəzi kimi 18.120 manat, kommunal xidmət haqqı ödənişlərinin gecikdirildiyi 2022-ci ilin yanvar ayından 2025-ci ilin fevral ayınadək olan 37 ay üçün həmin məbləğə illik 5% hesablanmaqla 1.434 manat olmaqla,cəmi 19.554 manat və - Cavabdeh1 ödənilməmiş kommunal xidmət haqqının əvəzi kimi 8.200 manat, kommunal xidmət haqqı ödənişlərinin gecikdirildiyi 2022-ci ilin yanvar ayından 2025-ci ilin fevralayınadək olan 37 ay üçün həmin məbləğə illik 5% hesablanmaqla 649 manat olmaqla,cəmi 8.849 manat tutularaq İddiaçı Firmasının xeyrinə ödənilməsi; - ödənilmiş 175,21 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı Firmasının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.3-cü maddəsinin tələblərinə görə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Hazırki iddia ərizəsindən görünür ki, iddiaçının tələbi özündə bir neçə fərqli, bir-biri ilə bağlı olmayan tələbləri bir iddia ərizəsində birləşdirməklə fərqli cavabdehlərə - Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. Yuxarıda göstərilən normaların məzmununa görə qanunvericinin iddiaçıya bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə dair səlahiyyət verməsində başlıca məqsədi tərəflərin uzun məhkəmə çəkişmələrinə məruz qalmamasının, prosessual qənaət prinsipinin və ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi olmuşdur. Lakin iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlı olsa da, həmin iddia tələbləri arasında bağlılıq, əlaqəlilik olmalıdır. Belə ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin bir iddiada birləşdirildirilməsi ərizənin hakim tərəfindən qaytarılmasının prosessual əsaslarından biri kimi göstərilmişdir (AR MPM-in 152.1.7-ci maddəsi). Hazırki iş üzrə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, iddiaçının tələbi ayrı-ayrı cavabdehlərə qarşı yönəlməklə bir-biri ilə əlaqədar olmayan tələblərdən ibarət olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı Firması tərəfindən xx.xx.2025-ci il tarixdə 175,21 (yüz yetmiş beş manat iyirmi bir qəpik) manat (qəbz nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən İddiaçı Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 152, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə ödənilmiş 175,21 (yüz yetmiş beş manat iyirmi bir qəpik) manat (qəbz nömrəsi **********) dövlət rüsumu İddiaçı Firmasına geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1953/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1953/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver