Məhkəmə qərarları › İş №e-2(005)-1984/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1984/2025

07.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1984/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı qəyyumu Qanuni nümayəndə Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qanuni nümayəndə Cavabdeh qarşı “yaşayış evinə köçürülmə və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Qanuni nümayəndə qəyyumluq etdiyi qızı İddiaçı ilə birgə Bakı şəhəri, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 71-də yerləşən Akif Həsənova məxsus yaşayış yerinə köçürülməsi və Cavabdeh 5.300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Qanuni nümayəndə xx.xx.1989-cu ildə X14 ilə evlənərək ailə qurmuşdur. Onların birgə nikahından İddiaçı və Həsənova Zöhrə adlı 2 övladları olmuşdur. xx.xx.2005-ci ildə onların nikahı pozulmuşdur. Nikahları pozulduqdan sonra 2 övladı ilə birgə həmin ünvanda, ünvan 1ən müddət keçdikdən sonra Həsənov Akifin səhhətində müəyyən problemlər və qızı İddiaçı əqli cəhətdən qüsurlu olması səbəbindən narahatçılıqlar yaranmışdır. Bu səbəbdən Qanuni nümayəndə həmən həyətdə bir otaq tikilmiş və 2 övladı ilə birgə yaşamışlar. Hazırda övladlarından İddiaçı əqli cəhətdən əlildir. xx.xx.2024-cü tarixində məhkəmə qətnaməsi ilə fəaliyyət qabilyyəti olmayan hesab edilmişdir. xx.xx.2024 tarixində Nərimanov Rayon İcra Hakimiyyətinin Sərəncamı əsasında Qanuni nümayəndə qızı İddiaçı qəyyum təyin edilmişdir. Cavabdeh qardaşı Həsənov Akifin vəfatından dərhal sonra İddiaçı atasının qaldığı evin qıfıllarını dəyişmiş, onları həmin yaşayış yerinə köçməyə qoymamışdır. Digər hal isə xx.xx.2024-cü Həsənov Akifın vəfatından sonra iddiaçının baldızı Cavabdeh Həsənov Akifə məxsus 4.300 manat məbləği, Həsənov Akifə məxsus bank kartlarını götürmüş və geri qaytarmamışdır. Həsənov Akifin vəfatından sonra onun vərəsələri İddiaçı və Həsənova Zöhrə olmuşdur. Ardıcıl olaraqda ondan qalan əmlak yuxarıda qeyd olunan şəxslərə aid olmalıdır. Lakin dəfələrlə Cavabdeh xahişlər olunsa da, iradlar bildirilsə də, ciddi qəbul etməmiş, yerinə yetirilməmişdir. Qanuni nümayəndə ədalət mühakiməsi çərçivəsində vəkil ilə müqavilə bağlamış və 1.000 manat ödəniş etmişdir. İddiaçı Qanuni nümayəndə nümayəndəsi və vəkili Vəkil1 sonran ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilməsini, Qanuni nümayəndə isə İddiaçı qəyyumu kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Qanuni nümayəndə X14 ilə nikaha xx.xx.1988-ci ildə daxil olmuşdur. Birgə nikahdan 2 uşaqları 1989-cu ildə İddiaçı və 1994-cü ildə X15 anadan olmuşdur. xx.xx.2004-cü ildə tərəflər arasında olan nikah Qanuni nümayəndə iddiası üzrə xx.xx.2004-cü ildə pozulmuşdur. İddiaçı Qanuni nümayəndə cavabdeh X14, X16, Cavabdeh, X5, X6 və X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, mənzəldən istifadə qaydalarının müəyyən edilməsi, mənzilə köçürülmə, istifadə hüquqununu itirilməsi və mənzildən çıxarılma, cavabdehlərə məxsus olan ünvan 2 ünvanında olan yaşayış evində yaşayış sahəsi 27,6 kv.metr olan otağın və 11,20 kv.metr olan köməkçi sahənin onun istifadəsinə verilməsinə, yaşayış sahəsinə köçürülməsinə və X7 həmin otaqlara istifadə hüquqlarının itirilməsinə və oradan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 12 iyul 2005-ci il tarixli 2-658/2005 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Qanuni nümayəndə Bakı şəhəri H.Mirzəyev küçəsi 71 saylı özbaşına tikili evin digər otaqlarından təcrid oğlunmuş, ayrıca giriş- çıxışa malik olan, yaşayış sahəsi 27,6 kv.metr olan bir otaq, 11.20 kv.metr olan köməkçi sahə və 6.0 kv.metr olan mətbəx tikililərindən ibarət sahəyə köçürülməsi; eyni zamanda qətnamə ilə iddiaçı Qanuni nümayəndə cavabdeh X14, X16, Cavabdeh, X10, X11 və X3 qarşı ünvan 3 ünvanında olan yaşayış evində yaşayış shaəsi 27,6 kv.metr olan otağın və 11,20 kv.metr olan köməkçi sahənin onun istifadəsinə verilməsinə, X7 həmin otaqlara istifadə hüququnun istirilməsinə və oradan çıxarılmasına dair hissədə iddia əsassız olduğundan rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Qətnamə ilə müəyyən edilir ki, Qanuni nümayəndə Bakı şəhəri Nərimanov rayonu H.Mirzyev küçəsi 71 saylı özbaşına tikiliyə gəlin gəlmişdir, mənzilin sahibi X12r. Qanuni nümayəndə ailə qurduqları vaxtdan uşaqları ilə birlikdə ünvan 5 özbaşına tikili evin digər otaqlarından təcrid olunmuş, ayrıca giriş-çıxışa malik olan yaşayış sahəsi 27,6 kv.m. olan bir otaq , 11.20 kv.m. olan köməkçi sahə və 6 kv.m. olan mətbəx tikililərindən ibarət sahədə yaşayıblar. Göründüyü kimi, iddiaçı evə gəlin gələrkən ayrıca təcrid edilmiş 27,6 kv.m. əsas, 11.20 kv.m. köməkçi, 6 kv.m. mətbəx sahəsi olan ayrıca giriş-çıxışı olan evə gəlin gəlmişdir. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh uşaqları, ailəsi Akif Həsənov ilə birlikdə ayrıca təcrid edilmiş evdə yaşadığından, digər cavabdehlərin yəni Cavabdeh və qeyrilərinin yaşadığı sahədən təcrid olunduğundan iddiaçı Qanuni nümayəndə həmin sahədən istifadə qaydasının müəyyən edilməsi mümkün olmamışdır. Yəni belə nəticəyə gəlinir ki, məhkəmə Qanuni nümayəndə və Həsənov Akifin birgə yaşadığı 1 otaqlı 27.kv.m. sahəyə istifadə hüququnun olmasını təsdiqləyir, digər otaqlara- hazırda iddiaçının tələb etdiyi otaqlardan heç vaxt istifadə etmədiklərinə görə həmin otağın cavabdehlərin istifadəsində olduğuna görə iddiaçı Qanuni nümayəndə, eyni zamanda keçmiş əri Akif Həsənovun hazırda tələb edilən sahədə istifadə hüququnu mümkün saymamışdır. Əksinə digər cavabdehlərin də həmin evdən istifadə hüququnu qətnamənin nəticə hissəsi ilə təsdiqləmiş, hətta onların da iddiaçının istifadəsində olan otaqdan istifadə hüququnun mövcud olduğunu təsdiqləmişdir. Qətnamənin nəticə hissəsində qeyd edilir ki, digər cavabdehlərin- yəni Həsənovba Nailənin, Həsənov Mahmudun, Həsənova Lalənin, Həsənov Yusifin və X1 ünvan 3 ünvanında olan yaşayış evində yaşayış sahəsi 27,6 kv.m. olan otağın və 11,20 kv.m. olan köməkçi sahənin onun istifadəsinə verilməsinə, X7 həmin otaqlara istifadə hüququnun itirilməsinə və oradan çıxarılmasına dair iddiasını rədd etmişdir. Bu qətnamə ilə belə nəticəyə gəlmək olur ki, iddiaçı Qanuni nümayəndə keçmiş əri Akiflə birlikdə sahəsi 27,6 kv.m. olan otaq,11.20 kv.m. və 6 kv.m. sahəsi olan ayrıca giriş-çıxışı olan mənzil istifadəsində qalmış, həmin mənzildən istifadə Akifə də aid olmuşdur. Lakin məhkəmə qətnaməsi ilə Akifin də həmin məznildə hüququ olduğu halda, iddiaçı ona orada yaşamağa imkan verməmiş, hüquqdan sui-istifadə edərək Akifi oradan qovmuşdur. Bu səbəbdən söz-söhbət, dava-dalaş olmasın deyə, Cavabdeh özünün yaşadığı iddiaçının uşaqları ilə birlikdə istifadəsində olan evindən ayrıca təcrid olunmuş evin bir hissəsinə bir çarpayı yerləşdirmiş və Akif Nailənin istifadəsində olan evin kiçik bir hissəsində yaşamış və Cavabdeh yanında qalmışdır. Həmin evdə nə iddiaçı, nə də onun uşaqları yaşamamışlar, istifadə etməmişlər. 2-658-2005 saylı, xx.xx.2005-ci il tarixli qətnamədən də görünür ki, iddiaçı əri, uşaqları ilə birlikdə əvvələr də Bakı şəhəri Nərimanov rayonu H.Mirzəyev küçəsi 71 saylı üvnanın ayrıca təcrid olunmuş ümumi sahəsi 44.8 kv.metr olan otaqda yaşamışdır. İddiaçı ilə keçmiş əri arasında münasibətlər pozulduqdan sonra, iddiaçı Akif Həsənovu da həmin mənzildən qovmuşdur. İddiaçı özü iddiasında qeyd edir ki, Akifin yaşadığı evə köçməyə qoymur. Bu da bunu bir daha sübut edir ki, bu insanlar heç vaxt Akifin yaşadığı otaqda yaşamayıblar. Hətta məhkəmə qətnaməsi ilə sübut edilir ki, Qanuni nümayəndə daim yuxarıda qeyd etdiyi ayrıca giriş-çıxışı olan, digər evdən təcrid edilmiş evdə yaşamışlar. Akif Həsənovun da həmin mənzilə hüququ olduğu halda heç ona da imkan verməmişdir ki, həmin mənzildə yaşasın. Halbuki, Akif Həsənovun eləcədə digər cavabdehlərin həmin otaqdan çıxarılması və istifadə hüququnun itirilməsinə dair iddiası rədd edilmişdir. Bütün göstərdiyi hallar onu sübut edir ki, Qanuni nümayəndə və övladının hazırda iddia etdiyi mənzilə hər hansı bir hüququ olmamış və hazırda da mövcud deyildir. Hazırkı vaxtda əksinə olaraq Cavabdeh iddiaçı Qanuni nümayəndə tərəfindən hüquqları pozulur. İddiaçı Qanuni nümayəndə Cavabdeh ümumi istifadədə olan otaqdan istifadəsinə icazə vermir, maneə yaradır, üstəlik bu azmış kimi hələ bir Cavabdeh evinə iddia edir. Bundan başqa Qanuni nümayəndə tərəfindən qovulmuş, Cavabdeh evinin bir küncündə məskunlaşmış Akif Həsənov uzun müddət Cavabdeh evində yaşamaqla Cavabdeh uzun illər narahatçılıq yaratmışdır. Lakin Cavabdeh isə onun Qəndabın yaşadığı evə hüququ ola-ola Qanuni nümayəndə heç bir narahatçılıq yaşatmamışdır. Qanuni nümayəndə onsuz da nəinki Cavabdeh eyni zamanda hüququ olan bütün insanlara maneələr törətmişdir. Halbuki, digər cavabdehlər də həmin mənzilə hüquqları var idi. Beləliklə müəyyən edilir ki, Qanuni nümayəndə 2 övladı ilə birlikdə daim məhkəmə tərəfindən istifadəsinə verilmiş, ayrıca giriş-çıxışı olan mənzildə yaşamışdır. Akif Həsənov isə iddiaçı tərəfindən qovulduğuna görə bacısı Cavabdeh evində məskunlaşmışdır. xx.xx.2025-ci il tarixdə verilmiş digər etiraz isə bildirmişdir ki, Akif Həsənovun pulu daim kartda olurdu. Hansı məbləğdə pul varsa artıqlaması ilə həmin kartdadır. Belə ki, həmin kartda əlavə olaraq Cavabdeh da pulu vardır. Yas mərasimini verərkən pulu çatmadığından cüzi məbləğdə 300 manat yasa görə kartdan xərcləmişdir, sonradan isə artıqlaması ilə yerinə qoymuşdur. Hətta bunu Qanuni nümayəndə özü də bilirdi. Cavabdehdə Akifin 1 qəpik belə pulu yoxdur. Otaqda hər hansı bir pul olmayıb. Cavabdeh iddiaçıya hətta evin açarlarını vermişdir ki, gedib baxsın və nə varsa götürsün. Qeyd edir ki, yas mərasimini də cavabdeh vermişdir. Qanuni nümayəndə yasa çəkilən xərcdə ümumiyyətlə iştirakı olmamışdır. İddiaçının diqqətinə çatdırır ki, gələcəkdə pulu götürərkən ona məxsus olan artıq pulu da ona qaytarmağı unutmasın. Bundan başqa bildirir ki, Polis İdarəsindən alınan sənəd – onun izahatı onun xətti ilə yazılmamışdır. Polis onu çap etmişdir və cavabdehə imza etdirmişdir. Cavabdeh latın qrafikasını da bilmir. Özü kiril əlifbası ilə təhsil almışdır. O, kiril əlifbası ilə yazır. Polis onun izahatını onun xətt yazısı ilə deyil, özünün kompüterdə ifadə etdiyi sözlərə ona imza etdirmişdir. Ona görə də, hesab edir ki, polisdə verilən izahatlı məhkəmə tərəfindən sübut kimi qəbul edilməməlidir. Məhkəmə iclasında İddiaçı adından iştirak edən nümayəndəsi (qəyyumu) Qanuni nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, qeyd edilən sahəni keçmiş həyat yoldaşı Akif Həsənov tikmişdir. Lakin cavabdeh həmin sahəni onlara vermir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş ünvan 4 ünvanında qeydiytyatda olmuş X7 vərəsəlik işi ilə əlaqədar olaraq müraciət etmiş vərəsələrinin dairəsi müəyyən edilib, vərəsələri X17 və İddiaçıdır. - Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 238 nömrəli xx.xx.2024-cü il tarixli sərəncamının surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1989-cü il təvəllüdlü qızı İddiaçı qəyyumu təyin edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-50-2/2-13904 nömrəli məktubuna əlavə edilmiş Cavabdeh izahatının surətindən görünür ki, bildirmişdir ki, qardaşı uzun müddət ağır xəstəlikdən əziyyət çəkdikdən sonra xx.xx.2024-cü ildə vəfat etmişdir. Qardaşı rəhmətə getdikdən sonra onun yaşadığı ünvanda qardaşı Akifin özü üçün yığdığı cəmi 6.800 manat pulu qızı Zöhrənin yanında götürmüşdür. Həmin pulun bir hissəsi ilə yas mərasimlərini yol vermiş, 2.700 manatını isə Qanuni nümayəndə (həmçinin qızlarına) qaytarmışdır. O, qardaşının maaş kartından onun cümələrini və 40 məraimlərini yola vermək üçün pul çıxarmışdır. Qəndab istəmədiyi üçün bank kartları və ölüm kağızı onda qalmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1616/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X14 ilə Məmmədova (həsənova) Qəndab Yusif qızı arasında xx.xx.1988-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon VVADQ şöbəsində 1354 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.1989-cü il təvəllüdlü İddiaçı və xx.xx.1991-cü il təvəllüdlü X8 iddiaçı Qanuni nümayəndə yanında qalması, X4 gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin uşaqların saxlanması üçün tutulması qət edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-658/2005 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Qanuni nümayəndə Bakı şəhəri H.Mirzəyev küçəsi 71 saylı özbaşına tikili evin digər otaqlarından təcrid oğlunmuş, ayrıca giriş-çıxışa malik olan, yaşayış sahəsi 27,6 kv.metr olan bir otaq, 11.20 kv.metr olan köməkçi sahə və 6.0 kv.metr olan mətbəx tikililərindən ibarət sahəyə köçürülməsi, iddianın iddiaçı Qanuni nümayəndə cavabdeh X14, X16, Cavabdeh, X10, X11 və X3 qarşı ünvan 3 ünvanında olan yaşayış evində yaşayış shaəsi 27,6 kv.metr olan otağın və 11,20 kv.metr olan köməkçi sahənin onun istifadəsinə verilməsinə, X7 həmin otaqlara istifadə hüququnun itirilməsinə və oradan çıxarılmasına dair hissəsinin isə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Qanuni nümayəndə Bakı şəhəri Nərimanov rayonu H.Mirzyev küçəsi 71 saylı özbaşına tikiliyə gəlin gəlmişdir, mənzilin sahibi X12r. Qanuni nümayəndə ailə qurduqları vaxtdan uşaqları ilə birlikdə ünvan 5 özbaşına tikili evin digər otaqlarından təcrid olunmuş, ayrıca giriş-çıxışa malik olan yaşayış sahəsi 27,6 kv.m. olan bir otaq , 11.20 kv.m. olan köməkçi sahə və 6 kv.m. olan mətbəx tikililərindən ibarət sahədə yaşayıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi ifadəsində göstərmişdir ki, Akif Həsənov onun qardaşı olmuşdur. Qardaşı ilə Qanuni nümayəndə boşanan zaman, Qanuni nümayəndə onlara boşanmadan başqa heç bir şey istəmdiyini bildirmişdir. 2005-ə qədər ünvan 5 ünvanda birlikdə yaşayıblar, sonradan isə arxa tərəfdən qapı açıb öz yaşayış sahələrini ayırmışdırlar. Həmin ünvandakı evlər atasına məxsus olmuşdur. Küçənin arxa tərəfində olan böyük otağı iddiaçılara vermişdir. Otağın böyük hissəsi iddiaçıların istifadəsində olmuşdur. - Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri H.Mirzəyev küçəsi 71 saylı evdə yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, proses iştirakçıları ilk əvvəl iddiaçının həyətinə daxil olurlar. Həyətə daxil olan zaman dar yoldan solda sanitar qovuşağı, sağda yaşayış evinə açılan qapı yerləşir. Ev iki otaqdan ibarətdir, Evin girişində mətbəx yerləşir. İkinci otaqda çarpayı, divan, mebel, stol-stul və digər ev əşyaları var. İddiaçının mübahisələndirdiyi otağın pəncərəsi iddiaçının həyətinə baxır. Cavabdehin həyətinə daxil olan zaman görünür ki, iddiaçının mübahisələndirdiyi otaq cavabdehin evinə bitişikdir. İddiaçı bildirir ki, həmin artırma sahə iddiaçının keçmiş həyat yoldaşı tərəfindən tikilmişdir. Artırma sahəyə daxil olan zaman girişdə mətbəx olduğu görünür və mətbəxin pəncərəsi iddiaçının həyətinə baxır. İçəri otaq arakəsmə ilə ayrılmışdır. Arakəsmənin bir tərəfindən divan, stol-stul və televizor var, digər tərəfində kiçik çarpayı, mebel var. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X14 ilə Qanuni nümayəndə 1988-ci il tarixdə nikaha daxil olmuş, İddiaçı və X15 onların birgə nikahdan doğulan övladlarıdır. X14 ilə Qanuni nümayəndə 2004-cü ildə məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. 2005-ci il tarixli məhkəmə qətnaməsinə əsasən Qanuni nümayəndə Bakı şəhəri H.Mirzəyev küçəsi 71 saylı özbaşına tikili evin digər otaqlarından təcrid oğlunmuş, ayrıca giriş-çıxışa malik olan, yaşayış sahəsi 27,6 kv.metr olan bir otaq, 11.20 kv.metr olan köməkçi sahə və 6.0 kv.metr olan mətbəx tikililərindən ibarət sahəyə köçürülməsi müəyyən edilmişdir. Həmin qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçı qeyd olunan evə gəlin köçdükdən sonra Akif Həsənov və uşaqları ilə həmin sahədə yaşamışdır. Həmin sahənin ayrıca-giriş çıxışı vardır. Qətnamə icra edildikdən sonra iddiaçı qeyd edilən sahədə yaşamağa hazırkı vaxta qədər davam etmişdir. İddiaçı üzərində Qanuni nümayəndə qəyyum təyin edilmişdir. Akif Həsənov xx.xx.2024-cü ildə öldükdən sonra, övladları X15 və İddiaçı onun vərəsələri kimi tanınmışdır. Hazırda iddiaçı atası Akif Həsənovun onlardan ayrı qaldıqları sahəyə köçürülməsini və atasından qalan pulun cavabdehdən alınmasını xahiş edir. Cavabdeh Akif Həsənovun bacısıdır və hazırda qardaşının yaşadığı sahə onun istifadəsindədir. Cavabdeh iddia tələblərinə etiraz edir və bildirir ki, qardaşı ölənədək ona məxsus evdə yaşamışdır. Ayrıldıqları vaxtdan Qanuni nümayəndə qardaşını birgə yaşadıqları evə qoymamışdır. Pul iddiasına gəldikdə isə polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, o qardaşından qalan 6.800 manat pulun 2.700 manat hissəsini iddiaçılara qaytarmış, 4.100 manat hissəsini isə yas mərasimlərinə xərcləmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Azərbaycan Respublikasının Konsitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) hər hansı birinin mövcud olmasından irəli gəlir. Lakin iddiaçı və onun qəyyumu mübahisəli əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlilləri kimi istinad etdiyi halları əsaslandırmamışdır. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçının və qəyyumu Qanuni nümayəndə həmin əmlakdan qanuni əsaslarla istifadə etmək hüququnun (əmlak hüquqlarının) mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, işin mübahisəsiz hallarına əsasən, İddiaçı qəyyumu Qanuni nümayəndə və mərhum atası Akif Həsənovun razılaşmalarına əsasən, o, 2004-cü ildən etibarən hazırki mübahisəli yaşayış evindən ayrılmış otaqda yaşamışdır. Beləliklə, İddiaçı qəyyumu Qanuni nümayəndə könüllü olaraq hazırki yaşadıqları evə köçmüşdür. Bununla yanaşı qeyd olunmalıdır ki, qeyd edilən evin hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyil, lakin cavabdehin təqdim etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” tərtib edilmiş Pasportun surətinə əsasən, 116,7 kv metr tikinti sahəsi və 567,3 kv metr meydança olmaqla ünvan 6 ünvanındakı ev X13 məxsus olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti 02 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612) ilə qüvvədən düşmüş hesab edilmişdir) müddəaları tətbiq olunmalıdır. Belə ki, mübahisəli Bakı şəhəri H.Mirzəyev küçəsi 71 saylı ilkin özbaşına tikilinin sahibi Mahmud Həsənov (Akif Həsənovun) atası olmuşdur. Sonradan qeyd edilən ünvanda yaşayış və istifadə üçün otaqlar tikilmiş, iddiaçının anası və özü birlikdə həmin ünvanda yaşayış sahəsi 27,6 kv.metr olan bir otaq, 11.20 kv.metr olan köməkçi sahə və 6.0 kv.metr olan mətbəx tikililərindən ibarət sahədə yaşayırlar. İddiaçının mərhum atası Akif Həsənov isə həmin ünvanda başqa yaşayış sahəsində (otaqda) tək yaşamışdır. Məhkəmə araşdırılması zamanı həmin sahənin (iddiaçının atasının tək yaşadığı) məhz Akif Həsənovun sağlığında özü tərəfindən, öz vəsaiti hesabına tikilməsi və həmin sahənin iddiaçıya vərəsəlik qaydada keçməsi müəyyən edilmir. İddiaçı iddia etsə də ki, həmin sahəni atası tikmişdir, lakin buna dair hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Bunun əksinə cavabdeh etirazlarında bildirir ki, qardaşının ölənədək yaşadığı mübahisəli sahə ona məxsus olmuş, yaşaması üçün qardaşına vermişdir. İddiaçı və qəyyumu Qanuni nümayəndə özü də hazırda həmin sahənin təhvil verilməsini deyil, həmin sahədən istifadə hüququnun olmasına istinad edərək, mənzilə köçürülməsini xahiş edir. İddiaçı isə qeyd edilən sahədə heç vaxt yaşamadığı, anası (qəyyumu) Qanuni nümayəndə ilə daima yuxarıda qeyd edilən sahədə yaşadığı müəyyən edilmişdir. Bu isə o deməkdir ki, ümumiyyətlə iddiaçının həmin sahədən istifadə hüququ yaranmamışdır. Bundan başqa, mülki qanunvericliyə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları mirasın tərkibinə daxil deyildir. Göründüyü kimi, iddiaçının atasının sağlığında malik olduğu yaşayış sahəsindən istifadə hüququ şəxsi xarakter daşıyan və ona məxsus olan əmlak hüququ olmuşdur ki, həmin hüquqlar da vərəsəlik qaydasında keçmir. Qeyd edilən hallara əsasən, məhkəmə hesab edir ki, iddia tələbləri “yaşayış sahəsinə köçürülmə” hissəsində təmin edilməməlidir. İddianın digər hissəsi isə cavabdehdən 4.300 manat atasına məxsus olmuş pulun alınıb ona verilməsidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Belə ki, işin araşdırılmış hallarından, habelə cavabdehin polisdə verdiyi izahatdan və işin faktiki hallarından müəyyən edilmişdir ki, Akif Həsənov öldükdən sonra ona məxsus olan 6.800 manat pul vəsaitinin 2.700 manat hissəsini iddiaçının anası Qanuni nümayəndə qaytarmış, qalan hissəsini isə yas mərasimlərinə xərcləmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, mərhum Akif Həsənova məxsus əmlak olan qeyd edilən pul vəsaitinin olması mübahisəsizdir və mərhumun vərəsələri kimi övladları, habelə İddiaçı müəyyən edilmişdir. Hazırkı halda Cavabdeh iddiaçıya qalmış miras əmlak olan pul vəsaitini öz mülahizəsinə uyğun olaraq istifadə etməsi qanunsuz olmuşdur. İddiaçı tərəf qalıq məbləğin 4.300 manat olduğunu bildirsə də, lakin buna dair sübut məhkəməyə təqdim etməmişdirlər. Odur ki, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, cavabdeh tərəfindən polisdə verdiyi izahata uyğun olaraq, 4.100 manat pul vəsaiti ondan tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh etirazının dəlillərində bildirir ki, “yas mərasimini verərkən pulu çatmadığından 300 manat yasa görə kartdan xərcləmişdir, sonradan isə artıqlaması ilə yerinə qoymuşdur.”, “yas mərasimini də cavabdeh vermişdir”, “polisdə verdiyi izahatı onun xətti ilə yazılmamışdır. Polis onu çap etmişdir və cavabdehə imza etdirmişdir.” Məhkəmə, etirazın bu dəlillərini əsassız sayaraq, qeyd edir ki, cavabdeh kartdan yalnız 300 manat xərclədiyini, daha sonra həmin məbləği karta mədaxil etdiyini bildirsə də, müvafiq sübutları (mərhum qardaşının bank hesabına onun tərəfindən mədaxil edilmiş vəsaitləri əks etdirən çıxarışları və s.ni) təqdim etməmişdir. Bundan əlavə polis orqanında verdiyi izahatın hər səhifəsində öz xətti ilə imza və ad,soyadını qeyd etməklə, sonda “izahat sözlərimlə yazıldı, düzdür, latınca oxuya bilmirəm, öz imzamla təsdiq edirəm” ifadəsi ilə verdiyi izahatın doğruluğunu təsdiq etmişdir. Bu baxımdan həmin izahatdakı məlumatlar birbaşa pulun götürülməsi və həmin pulun cavabdeh tərəfindən xərclənməsini təsdiq edən məlumatları özündə əks etdirməklə mötəbər yazılı sübut növü kimi qiymətləndirilir. Məhkəmə iddianın 1.000 manat vəkilə ödədiyi pul vəsaitinin cavabdehdən tutulmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçının vəkil xidmərlərindən istifaədəyə görə 1000 manat pul vəsaiti ödəməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə bu hissədə iddianı qismən, yəni 200 manat məbləğində təmin edilməsini ağlabatan hesab edir. Bundan başqa Məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4.100 manat pul vəsaiti və 200 manat hüquqi yardıma görə vəkilə ödənilmiş vəsaitin əvəzi tutulsun, İddiaçı qəyyumu Qanuni nümayəndə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar