Məhkəmə qərarları › İş №e-2(005)-2001/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2001/2020

05.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2001/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı (Azərbaycan Respublikası ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürən X7 (VÖEN **********) xx xxxxx 2020-ci il tarixdə 03 saylı əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə işə bərpa olunaraq məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və vəkillə bağlanmış hüququ xidmət haqqında müqaviləyə əsasən ödənilmiş 110 (yüz on bir) manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Həsənova X8 iddiasını onunla əsaslandırmışdır ki, onunla X7 arasında xx.xx.2019cu ildə rəsmi olaraq əmək müqaviləsi bağlanmış və o, xx xxxxx 2020-ci il tarixli, 03 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Əmrə əsasən İddiaçı Zülfi qızının himayəsində azyaşlı uşağının olması və karantin dövründə işə çıxa bilməməsi səbəb olaraq göstərilmiş, o işdən azad olunması üçün yazdığı ərizənin şəklini çəkib e-mail vasitəsi ilə işəgötürənə göndərmişdir. Daha sonra İddiaçı xx xxxxx 2020-ci il tarixdə yenə də e-mail vasitəsi ilə işə qayıtmaq barədə ərizə göndərmiş, lakin işəgötürən onu işə qaytarmaqdan imtina etmişdir. İşəgötürən son haqq-hesab olaraq işçiyə işçinin məzuniyyət haqqı və digər hesablaşmaları aparmadan 130 manat işdən azad ediləndən, yəni 23 aprel tarixdə bank kartına köçürmüşdür. İşçinin rəsmi olaraq əmək haqqısı 350 manat təşkil edir. 2020-ci ilin aprel ayına kimi işçi əmək haqqını işəgötürən fiziki şəxs tərəfindən nağd qaydada ödəmiş və işçi işlədiyi dövrdə bank kartı ilə təmin edilməmişdir. İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə Xüsusi karantin rejiminin tələbinə əsasən xx xxxxx 2020-ci il tarixdə elektron poçt vasitəsilə mailto:demx@mispp.gov.azElektron ünvan ünvanına ərizə göndərdiyini bildirmişdir. Cavabdehdən əmr qeyri-rəsmi qaydada xx xxxxx 2020-ci il tarixdə əldə olunmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Həsənova X8 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Həsənova X3 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Buna görə də,iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddia tələbin qismən qəbul edərək iddiaçını işə bərpa etməyə razı olduğunu, lakin məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, xxxxxxx000201 nömrəli əmək müqaviləsi bildirişinin surətinə əsasən, İddiaçı ilə bağlanmış əvvəlki əmək müqaviləsində olan “aylıq əmək haqqının məbləği 200 manat” sözü “aylıq əmək haqqının məbləği 250 manat” olaraq dəyişdirilmiş, xx.xx.2019-cu il tarixində bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən o, vaxtamuzd olaraq Kafel Metlax mağazasında dizayner vəzifəsinə işə qəbul edilmişdir; İddiaçı e-mail vasitəsi ilə M-Seramik Mərkəzi mağazasının sahibi fərdi sahibkar X4 xx.xx.2020-ci il tarixdə göndərilmiş ərizəsinə əsasən ərizəçi tutduğu dizayner vəzifəsindən öz istəyi ilə azad olunmasını xahiş etmişdir; İddiaçı M-Seramik Mərkəzi mağazasının sahibi fərdi sahibkar X4 xx.xx.2020-ci il tarixdə ünvanlanmış ərizəsinə əsasən ərizəçi tutduğu dizayner vəzifəsindən öz istəyi ilə azad olunmasını xahiş etmişdir; M-Seramik Mərkəzinin xx.xx.2020-ci il tarixli, 03 saylı əmrindən əsasən mağazanın dizayneri İddiaçı, himayəsində azyaşlı övladı olduğundan evdən çıxa bilmədiyini səbəb göstərərək işçinin öz istəyi ilə işdən çıxma ərizəsini öz xətti ilə yazılmış formasını e-mail vasitəsilə göndərdiyini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən xx.xx.2020-ci il tarixdən xitam verilmişdir; İddiaçı e-mail vasitəsi ilə M-Seramik Mərkəzi mağazasının sahibi fərdi sahibkar X4 (zim068 adlı e-mail ünvanı) xx.xx.2020-ci il tarixdə göndərilmiş ərizəsinə əsasən ərizəçi xx.xx.2020-ci il tarixində yazdığı ərizənin etibarsız hesab edilərək, işində qaldığını bildirmişdir; İddiaçı M-Seramik Mərkəzi mağazasının sahibi fərdi sahibkar X4 xx.xx.2020-ci il tarixdə ünvanlanmış ərizəsinə əsasən ərizəçi xx.xx.2020-ci il tarixində yazdığı ərizənin etibarsız hesab edilərək, işində qaldığını bildirmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə xx.xx.2019cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir; AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X7 xx.xx.1984-cü il tarixdə Azərbaycanda doğulmuşdur; Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub-olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin, işin həqiqi halları və işdə iştirak edən şəxslərin izahatları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı işdən çıxarılma barədə ərizəsini birbaşa işəgötürənə ünvanlamamış, xx.xx.2020-ci il tarixində yazdığı ərizəni sonradan xx.xx.2020-ci il tarixdə müraciət edərək işdə qalmaq istədiyini ifadə etmişdir. Əmək Mcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı, barəsində verilmiş əmrin qanunsuzluğunu, əmrə əsas təşkil edən ərizənin onun sərbəst iradəsini əks etdirmədiyinə istinadla irəli sürmüş və iddia tələbini bu əsasla müdafiə etmişdir. Məhz bu səbəblə məhkəmə işçinin əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməsi və bunun hüquqi nəticələrinin qanunvericilikdə tənzilmlənməsi məsələləri ilə əlaqədar təhlil aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası” başlıqlı 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Tərəflərin izahatlarından aydın olur ki, əmək münasibətlərinə xitam verilməsi ilə əlaqədar müraciət etdiyini faktiki etiraf etmişdir;sonradan əvvəlki ərizəsini geri götürmək barədə ərizə göndərmiş, bu ərizə işəgötürən tərəfindən qəbul edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı ərizəsini geri götürdüyünü bildirmiş, həmin müraciət işəgötürənə mail vasitəsilə çatdırılmış, həmin ərizənin çatdırılmaması cavabdeh tərəfindən mübahisə edilməmişdir. İddiaçının işdən azad olunması barədə əmri verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ərizəsində tutduğu vəzifədən hansı tarixdən azad olunmaq istədiyini göstərs də, cavabdeh Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş bir aylıq müddəti gözləmədən və həmin maddənin 5-ci bəndinin tələblərini pozaraq ərizə verildiyi tarixdən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Halbuki iddiaçı, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində təsbit olunmuş hüquqlarından istifadə edərək, işəgötürənə müraciət etmiş və ərizəsini geri götürdüyünü bildirmişdir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X4 qarşı “işə bərpa, əmrin ləğv edilməsi və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. İşəgötürən X2 (VÖEN **********) İddiaçı işdən azad olunması barədə xx xxxxx 2020-ci il tarixdə 03 saylı əmri ləğv edilsin. İddiaçı Kafel Metlax mağazasında dizayner vəzifəsinə bərpa edilsin. xx xxxxx 2020-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar