Məhkəmə qərarları › İş №e-2(005)-2007/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2007/2021

03.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2007/2021 03.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı “hərrac sifarişinin ləğv edilməsi və əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-yə göndərilmiş hərrac sifarişinin ləğv edilməsi və “xxxx” MMC tərəfindən verilmiş 09.02.2021ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, gəlini olmuş İsayeva (İbrahimova) Elnarə Rəfael qızının, X3, X4 ona və yoldaşı X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə 12.11.2020-ci ildə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi qətnamə çıxararaq iddianı təmin etmiş, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ev açıq hərracda satılması, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli evin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/10 (onda bir) hissəsi X5, 1/10 (onda bir) hissəsi X6 və 3/5 (beşdə üç) hissəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızına veriməsi qət edilmişdir. Qeyd edilən qətnamə iddiaçıya vaxtında verilməmişdir. Buna baxmayaraq məhkəmə qətnamə qəbul edərkən mübahisəli mənzilin hansı qiymətə açıq hərracda satılmasını müəyyən etməmiş, qətnamə icraya yönəldikdən sonra icra məmurunun qərarı ilə müstəqil qiymətləndirici olaraq “xxxx” MMC mübahisəli mənzilə orta bazar qiyməti qoymuşdur. “xxxx” MMC 09.02.2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabatı”-nda Bakı şəhəri Sabit Rəhman küçəsində yerləşən 3 otaqlı ümumi sahəsi 117 kv m olan mənzilin bazar qiymətinin 120.000 manat olmasını qeyd etmişdir. Rəy tərtib edildikdən sonra icra şöbəsinə göndərilmiş, Nərimanov rayon icra və probasiya şöbəsi mənzilin mövcud bazar dəyərindən aşağı olmasını görməsinə baxmayaraq həmin qiymətlə hərracda satılması üçün “xxxx” MMC-yə sifariş göndərmişdir. Halbuki “xxxx” MMC-in verdiyi rəy heçdə həqiqəti əks etdirmir,Bakı şəhəri Sabit Rəhman küçəsində 3 otaqlı mənzilin bazar dəyəri 270.000 manata yaxın olmasına baxmayaraq həddindən artıq ucuz qiymətə hesablanaraq hərraca çıxarılmışdır. Buna misal göstərmək olarki, Bakı şəhərində həmin küçədə 3 otaqlı evin qiyməti 220.000-260.000 manat arası olduğu halda neçə ola bilər ki, mənim mənzilin dəyəri 120.000 manat təşkil etsin. Cavabdeh tərəfindən rəy verilən zaman əvvəlki illərlə müqayisədə qiymətlərin əhəmiyyətli dərəcədə bahalaşması nəzərə alınmamış və qeyd olunan sahə həddən artıq ucuz qiymətləndirilmişdir. Bu isə faktiki olaraq həmin əmlakın hərrac zamanı satılması mənim hüquqlarını pozacaqdır. Rəydə qiymətləndirmə zamanı müqayisəli metoddan istifadə edilməmiş, bazar qiymətləri araşdırılmamış və nəticə etibarı ilə ucuzlaşdırılmış qiymət müəyyən edilmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən verilən mənzilin bazar qiymətini müəyyən edən hesabatı həqiqəti əks etdirmədiyindən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı elektron məhkəmə vasitəsilə yazılı ərizə təqdim edərək bildirmişdir ki, İsayeva (İbrahimova) Elnarə Rəfael qızının tələbi üzrə Bakı şəhər Nərimanov rayon məhkəməsi 12.11.2020-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmiş, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ev açıq hərracda satılması, evin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/10 (onda bir) hissəsi X5, 1/10 (onda bir) hissəsi X6 və 3/5 (beşdə üç) hissəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsində evin hərrac qiyməti müəyyən edilmədiyindən Nərimanov rayon İcra və Probasiya şöbəsi evin bazar qiymətinin müəyyən edilməsindən ötrü müstəqil qiymətləndirici olaraq “xxxx” MMC təyin edilmişdir. “xxxx” MMC-in 09.02.2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat” təqdi edərək evin bazar qiymətinin 120.000 manat olmasını qeyd etmişdir. “xxxx” MMC-in 09.02.2021-ci il tarixli rəyindən narazı qaldığımdan həmin rəyin etibarsız hesab edilməsi barədə 10.03.2021-ci ildə Nərimanov rayon məhkəməsində iddia qaldırmışam. Qeyd edim ki, 120.000 manata evimin yerləşdiyi ərazidə ev yoxdur, orada bütün evlər bahadı, lakin qiymətləndirici özbaşına olaraq evin dəyərini 120.000 manat aşağı yazmışdır. Qiymətlənirici öz rəyini əsaslandırmaqla verməli idi, rəydə o evə oxşar həmin ərazidə digər hansı evlərin satıldığını, onların fotoşəkillərini və digər göstəriciləri qeyd etməli olduğu halda bunları etmədən absurd rəy vermişdir. Digər evlərin o qiymətə olması barədə rəyində heç nə göstərə bilməmişdir, çünki o ərazidə evlərin qiyməti yüksəkdir. Evin qiymətin 120.000 manata qoymaqla onun evinin ucuz satılmasına səbəb olacaq, satışdan az miqdar pul düşəcək. Odur ki, iddianı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC məhkəməyə yazılı ərizə təqdim edərək, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, «xxxx» MMC tərəfindən tərtib olunmuş 09.02.2021-ci il tarixli, 38 saylı X8 və digərlərinə məxsus çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 69 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabat qüvvədə olan qanunvericilik tələbinə tam uyğun olaraq və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tədbiq edilən metod hesablamalar nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1619/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İsayeva (İbrahimova) Elnarə Rəfael qızının, X3, X9 (qanuni nümayəndəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızı) cavabdehlər İddiaçı Daxil oğluna və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ev açıq hərracda satılması, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli evin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/10 (onda bir) hissəsi X5, 1/10 (onda bir) hissəsi X6 və 3/5 (beşdə üç) hissəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızına verilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 69 ümumi sahəsi 66,35 kv.m olan fərdi yaşayış evi 1/10 hissədə mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. “xxxx” MMC-nin İddiaçı, X2, X7, X5, X6 ünvanlanmış 23.02.2021-ci il tarixli, 01/1140 saylı məktubun surətinə əsasən Nərimanov Rayon İcra və Probasiya Şöbəsinəin № 1937 227374/20-15-12 saylı, 15.02.2021-ci il tarixli sifariş məktubuna və Nərimanov Rayon Məhkəməsinin 2(005)-1619/2020 saylı, 12.11.2020-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən ev 69-un qiyməti 120 000 (bir yüz iyirmi min) manat olmaqla mövcud qanunvericiliyə əsasən 23.02.2021-ci il tarixdə «Birja yenilikləri» qəzetində elanı çıxmış və 19.03.2021-ci il tarixə, Bakı şəh.,Nərimanov ray., İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1 -ci mərtəbə) saat 11.00-17:00dək (növbəlik əsasında) hərracı təyin olunmuşdur; Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin 11.01.2021-ci il tarixli qərarının surətinə əsasən Nərimanov Rayon Məhkəməsirin 2(005)-1619/2020 saylı, 12.11.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 69 nömrəli ev açıq hərracda satılmalı, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 69 nömrəli evin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni 1/10 hissəsi X5, 1/10 hissəsi X6 və 3/5 hissəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızına verilməlidir. Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin 09.02.2021-ci il tarixli, 38 saylı “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ının surətindən görünür ki, Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 285227374/20-15-12 saylı, 11.01.2021- ci il tarixli sifariş məktubunuza əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən «xxxx» MMC-si tərəfindən X8 və digərlərinə məxsus çıxanşa əsasən Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 69 saylı fərdi yaşayış evinin əsasən tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 120.000 manat təşkil edir; “Birja Yenilikləri” Qəzetinin 2021-ci ilə aid olan 237 nömrəli buraxılışında yerləşdirilmiş elana əsasən X8 və digərlərinə məxsus çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 69 saylı fərdi yaşayış evinin 19.03.2021-ci il tarixdə hərraca çıxarılması, habelə hərracın baş tutmaması barədə məlumatlar dərc edilmişdir; 10.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1619/2020 saylı, 12.11.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar İsayeva (İbrahimova) Elnarə Rəfael qızının, X3, X9 (qanuni nümayəndəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızı) cavabdehlər İddiaçı Daxil oğluna və X2 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və əldə edilmiş vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli ev açıq hərracda satılması, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 69 nömrəli evin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 1/10 (onda bir) hissəsi X5, 1/10 (onda bir) hissəsi X6 və 3/5 (beşdə üç) hissəsi İsayeva (İbrahimova) Elnarə Rəfael qızına verilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 285227374/20-15-12 saylı, 11.01.2021-ci il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən «xxxx» MMC-si tərəfindən X8 və digərlərinə məxsus çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 69 saylı fərdi yaşayış evinin əsasən tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti: 120.000 manat dəyərində qiymətləndirilmişdir. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmiş, məhkəmə iclaslarında iştirak etməyərək hərrac sifarişinin ləğv edilməsi, eləcə də “xxxx” MMC tərəfindən verilmiş 09.02.2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın etibarsız hesab olunması üçün əsaslar göstərməmişdir. Məhkəmə hər ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlir ki, “xxxx” MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, fərdi yaşayış evinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır; Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı “hərrac sifarişinin ləğv edilməsi və əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC-yə qarşı “hərrac sifarişinin ləğv edilməsi və əmlakın qiymətləndirilməsi barədə hesabatın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar