Məhkəmə qərarları › İş №e-2(005)-203/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-203/2023

20.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-203/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X1 Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “kirayə haqqının tutulması” tələbinə dair iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzil və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Bakum 106 ünvanında inşa ediləcək binadan 100 kv.m sahəsi olan mənzil verilməsi, bina tikilib hazır olanadək 500 (beş yüz) manat aylıq kirayə haqqının Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyət hüquqları xx.xx.2019–cu il tarixində qeydiyyata alınmışdir. Belə ki, Cavabdeh QSC nümayəndələri bildirirlər ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısının 11 mart 2020-ci il tarixli 55 saylı Sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2.7520 ha torpaq sahəsi 49 il müddətinə Cavabdeh QSC-nin istifadəsinə verilməsi haqqında Bakı şəhər icra hakimiyyəti ilə 1572 nömrəli , 18 mart 2021-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamışdır. Cavabdeh sözügedən 22 saylı yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 35 kv.m yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 300 manat kirayə haqqı vermək sərti ilə mənzilinin boşaldaraq Cavabdeh QSC-yə təhvil verilməsini istəyirlər. Bu qeyd edilən şərtlər onun ailəsinin marağına və mənafəyinə uyğun gəlmədiyi üçün məsələnin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdir. İddiamı təmin edərək, Bakı şəhəri, Nərimanov rayonu, Bakum 106 ünvanında inşa ediləcək binadan 100 kv.m sahəsi olan mənzil verilməsi, bina tikilib hazır olanadək, 500 manat aylıq kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması baradə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-2846/2022 nömrəli. xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh QSC-nin cavabdeh İddiaçı qarşı “mənzilin sökülmək üçün təhvil verilməsi, kirayə haqqı və yeni mənzil verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçı Cavabdeh QSC cavabdeh İddiaçı qarşı “mənzilin sökülmək üçün təhvil verilməsi,kirayə haqqı və yeni mənzil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 23 kv.m-dən ibarət olan mənzil boşaldılaraq Cavabdeh QSC-yə təhvil verilməsi və həmin mənzil Cavabdeh QSC tərəfindən sökülməsi, Cavabdeh QSC tərəfindən ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 23 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 35 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə İddiaçı təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin Cavabdeh QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək "xxxx" QSC tərəfindən İddiaçı hər ay 300 (üç yüz) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir və həmin qətnamə ilə iddia təmin olunmuş İddiaçı tərəfindən (mülkiyyət hüququ saxlanılmaqla) ünvan 3 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 23 kv.m-dən ibarət olan mənzil boşaldılaraq “Ailə Park" QSC-yə təhvil verilməsi, həmin mənzil "Ailə Park” QSC tərəfindən sökülsün, Cavabdeh QSC tərəfindən ünvan 4 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 23 kv.m-dən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 35 kv.m ölçüdə təmirli mənzil 2 (iki) il müddətinə İddiaçı təhvil verilməsi və sökülməsi nəzərdə tutulan mənzilin "Ailə Park” QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh QSC tərəfindən İddiaçı hər ay 300 (üç yüz) manat məbləğində kirayə haqqı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə hesab edir ki, tərəflər arasında qeyd edilən məhkəmə mübahisəsi üzrə qəbul edilmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Beləliklə məhkəmə yekun olaraq qeyd edir ki, mülki işin faktiki hallarından göründüyü kimi tərəflər arasındakı mübahisəli məsələyə qanuni qüvvəyə minmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2846/2022 saylı qətnaməsi ilə mübahisəli olan ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus mənzilin sökülməsi üçün hazırki iş üzrə cavabdehə təhvil verilməsi və s. tələblərə hüquqi qiymət verilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin dəlilləri kimi istinad etdiyi hal özü-özlüyündə əsassızdır. Göründüyü kimi, hər kəsin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin hüquq konstitusion hüquq olmaqla, heç bir vasitə yaxud razılaşma ilə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzil və kirayə haqqı” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu müvafiq olaraq iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar