Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2051/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçılar İddiaçı1, İddiaçı3, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh. 1969-da yerləşən 14 saylı evin 12 saylı 2 otaqlı mənzilinə köçürülmələrinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı3 arasında 2007-ci ilin dekabr ayının 19-da nikah bağlanmışdır. Nikahdan əvvəl İddiaçı1 və İddiaçı3 xx xxxxxx 2000-ci il tarixində İddiaçı4 və xx xxxxxx 2003-cü il tarixində İddiaçı2 adında uşaqları anadan olmuşdur. Ailə Bakı şəhəri, Nərimanov rayonu, X. Şuşinski küçəsində yerləşən məhəllədə özütikili evdə yaşamışdır. Bakı şəhəri, Nərimanov rayonu, X. Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə mühüm dövlət obyektinin tikintisi ilə bağlı həmin ərazidəki evlərdə yaşayan sakinlər, o cümlədən iddiaçılar Bakı şəhəri, A.M. Cümə küçəsi, 1969-cu məhəllədə tikilən şəhərciyə köçürüldü. Onlara Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh. 1969-da yerləşən 14 saylı evin 12 saylı 2 otaqlı mənzili verildi. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti iddiaçıların məlumatı olmadan mənzilə dair Cavabdeh adına order vermişdir. Bu fakt, həmin mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə müvafiq sənədlərin toplanması və Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə müraciət edilməsi məqsədilə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh. 1969-da yerləşən 14 saylı evin 12 saylı 2 otaqlı mənzilinin ilkin sənədlərinin (order, sərəncam və s.) təqdim edilməsi barədə İddiaçı3 ərizə ilə müraciət edilməsindən sonra aşkar edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti A-104-032 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda ərizəyə cavab olaraq bildirmişdir ki, bu məsələ ilə əlaqədar hüquq münasibətlərini adına order verilmiş ailə üzvü ilə araşdırılması tövsiyyə edilmişdir. Orderin hansı ailə üzvünün adına verilməsi qeyri-müəyyən olduğundan və sənədlərin təqdim edilməsindən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən imtina olunduğundan İddiaçı3 Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh. 1969-da yerləşən 14 saylı evin 12 saylı 2 otaqlı mənzilinin ilkin sənədlərinin (order, sərəncam və s.) təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 23 sentyabr 2021-ci il tarixli 1/912 nömrəli məktubuna əlavə edilən 29 sentyabr 2009-cu il tarixli 007018 nömrəli orderdən məlum olmuşdur ki, ailə tərkibi 5 nəfərdən; - Cavabdeh (xx.xx.1971), - İddiaçı3 (xx.xx.1969), - Maraqlı şəxs (xx.xx.1978), - İddiaçı4 (xx.xx.2000), - İddiaçı2 (xx.xx.2003) olmaqla order Cavabdeh adına verilmişdir. İddiaçı3 və İddiaçı1 birgə nikah dövründə əldə etdikləri fərdi evin əvəzinə verilmiş mənzilə dair orderin Cavabdeh adına keçirilməsindən xəbərsiz olmuşlar və bununla bağlı heç bir razılıq verilməmişdir. Eyni zamanda cavabdeh İddiaçı3 Bakı İnzibati Məhkəməsinə verdiyi “öhdəliyin icrası haqqında” iddia ərizəsindən aydın olur ki, İddiaçı3 orderin Cavabdeh adına keçirilməsindən xəbərsiz olmuşdur. Yaşayış sahəsi orderi almış Cavabdeh heç bir hüquqa uyğun olmayan hərəkətləri nəticəsində İddiaçı3, İddiaçı1, İddiaçı4 və İddiaçı2 mənzildə yaşaya və istifadə edə bilmirlər. Belə ki, Cavabdeh mənzilin kilidinin açarını vermir və iddiaçıların mənzildən istifadə hüquqlarını məhdudlaşdırmışdır. Bununla bağlı Cavabdeh 05 dekabr 2022-ci il tarixində 10 gün ərzində qeydiyyatda və payçısı olduqları Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh. 1969-da yerləşən 14 saylı evin 12 saylı 2 otaqlı mənzilinə köçürülmələrinə şəraitin yaradılmasına dair bildiriş göndərsə də 4 aydır ki, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Mübahisəli mənzil dövlət mənzil fondunda qalmaqla özəlləşdirilməmiş və hər hansı şəxsin mülkiyyətinə keçməmişdir. Sökülən fərdi evin əvəzinə verilən mənzildə sökülən evdə kimlər yaşamışsa həmin şəxslərin adları orderdə qeyd edilmişdir. Orderin mübahisələndirilməsinə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1643/2022 nömrəli qərarında qeyd edilmişdir ki; - mübahisəli mənzil üzərində hər hansı hüququn qeydiyyata alınmadığı özbaşına tikilinin onun yerləşdiyi ərazidə dövlət əhəmiyyətli obyektlərin tikintisi məqsədi ilə söküntüyə məruz qalması səbəbi ilə əvəzsiz qaydada Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamına əsasən ayrılmışdır. Həmin sərəncam əsasında Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli, 007018 saylı orderdə mənzilin ona 5 (beş) nəfər ailə üzvündən ibarət tərkibdə-o cümlədən İddiaçı3 (qardaşı), X.Q. Alıyev (qardaşı), S. F. Alıyeva (qardaşı qızı) və A. İddiaçı3 (qardaşı oğlu) ibarət olmaqla birlikdə yaşamaq hüququ ilə verildiyi qeyd edilmişdir. Eləcə də söküntüyə məruz qalmış evdə qeydiyyatda olaraq yaşayan şəxslərin adları yeni mənzilə dair orderdə ailə üzvləri kimi qeyd olunmuşdur. Orderin kimin adına tərtib olunması əslində adları orderdə qeyd edilmiş şəxslərin həmin mənzillə bağlı hüquqi vəziyyətinə hazırkı tələbin məzmunu baxımından təsir etmir. Belə ki, bu hal həmin şəxslərin mübahisəli mənzil üzərində hər hansı hüququnu istisna etmir və iddiaçılar belə hüquqlarını mənzilin özəlləşdirilməsi zamanı realizə etmək imkanlarını saxlayırlar. Qeyd olunmalıdır ki, orderdə nəzərdə tutulmuş şəxslərin mənzil üzərində hüquqları, həmin hüquqların həcmi (istifadə hüquqları və ya mülkiyyət hüququ əsasında payları) ilə bağlı mübahisələr yarandığı təqdirdə, həmin mübahisələrə mülki məhkəmə qaydasında baxılır. Cavabdehlər İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbi olaraq xx.xx.1969-cu il təvəllüdlü İddiaçı3 və onun iki övladı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 12 ünvanında qeydiyyatda olmaqla, həmin əmlakın mülkiyyətçisi olmaqla 2009-cu ildə həmin mənzilə köçürüldükdən elə həmin mənzildə tək yaşamaqdadır. Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 8 ünvanında qeydiyyatda olan X24 tərəfindən verilmiş **********012 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 6 ünvanında qeydiyyatda olan X10 tərəfindən verilmiş **********011, saylı, xx.xx.20222-ci il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 2 ünvanında qeydiyyatda olan X12 tərəfindən **********067 saylı, xx.xx.2022-ci il tarixli səlahiyyətli orqanlara ünvanlanmış ərizələrdə Cavabdeh 2009-cu ildən Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 12 ünvanında tək yaşadığı təsdiq edilmişdir. İddiaçı X13 ilə yanaşı, qardaşları xx.xx.1978-ci il təvəllüdlü Maraqlı şəxs, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı3 və onun iki övladı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 sözügedən ünvanda formal olaraq qeydiyyatda qalmışlar. İddiaçı1 isə faktiki yaşamamaqla yanaşı formal olaraq da həmin mənzildə qeydiyyatda olmamışdır. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı3 və onun iki övladı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 12 ünvanında faktiki yaşamamış, yalnız formal olaraq qeydiyyatda olmuşdurlar. Eləcə də hal-hazırda başqa ərazidə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində mənzilləri mövcuddur və orada yaşamaqdadırlar. Onların qeydiyyatdan çıxarılması ilə bağlı ərizə ilə Cavabdeh tərəfindən Nərimanov Rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edilmişdir və ərizə xx.xx.2022-ci il tarixində qəbul edilmişdir. Nərimanov Rayon Polis İdarəsinin 3- 13-50/-A-38561/11 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılma məsələləri səlahiyyətlərin daxilində olmadığından pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması onların tərəfindən mümkün deyildir. Cavabdeh Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1969-cu il təvəllüdlü İddiaçı3 və onun iki övladı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2003- cü il təvəllüdlü İddiaçı2 ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin üzərinə qoyulmasə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən tövsiyə edilmişdir ki, cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün onların mənzildən istifadə hüququna xitam verilməlidir və buna görə mülki məhkəməyə müraciət edilməlidir. Cavabdeh bununla bağlı iddia ərizəsi hazırlanarkən məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçılar Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət ediblər. Bu səbəbə görə Cavabdeh iş üzrə qarşılıqlı iddia ərizəsi vermək məcburiyyətində qalmışdır. İddiaçılar İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsinə yazılı etiraz verərək etirazında qeyd etmişdir ki, İddiaçı1 X28 ilə nikahda olduğu dövrdə İddiaçı3 2000-ci il tarixdə Bakı şəhəri Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evi almışdır və İddiaçı3 həmin evə 17 dekabr 2003-cü it tarixdə qeydiyyata alınmışdır. Həmin evdə xx.xx.2000-ci il təvəllüdlü X19 və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 anadan olmuşdur. Ata, ana və iki uşaqdan ibarət ailə üzvləri fərdi evin yerləşdiyi ərazidə mühüm dövlət obyekti tikilənə və əvəzinə dövlət tərəfindən yeni tikili mənzil verilənə qədər bir yerdə Bakı şəhəri Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4A nömrəli fərdi yaşayış evində yaşamışlar, X14 razılıq ərizəsi əsasında qardaşı X30 xx.xx.2005-ci il tarixində, bacısı Cavabdeh isə xx.xx.2008-ci il tarixində Bakı şəhəri Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evinə qeydiyyata düşmüşlər. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS-nin Ev-Mənzil Vərəqəsinə əsasən mülk sahibi X20r. Bakı şəhəri Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evinə qeydiyyata düşənə qədər - İddiaçı3 qardaşı X30 2002-2005-ci il tarixlərində Gədəbəy rayonunda, bacısı Cavabdeh 2005- 2008-ci il tarixlərində Gədəbəy rayonunda qeydiyyatda olmuşdur. Göründüyü kimi hər iki şəxs İddiaçı3 və ailəsinin sahibliyində və istifadəsində olan fərdi evə sonradan qeydiyyata düşmüşlər, Mühüm Dövlət obyektinin tikintisi altına düşdüyü üçün Bakı şəhəri Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi evin əvəzinə İddiaçı3 və onun ailə üzvlərinə Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 395 nömrəli Sərəncamına əsasən yenidən qurulmuş Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə boş sahədə müasir tələblərə cavab verən 2 və 3 mərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikilmiş 14 nömrəli evin 12 nömrəli mənzili verilmişdir. Mənzil verilən anda Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, order mülk sahibinin adına olacaqdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti İddiaçı3 və İddiaçı1 nikah dövründə əldə etdikləri və sahiblik etdikləri mülk əvəzinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yerləşən 14 nömrəli evin 12 nömrəli mənzilinə dair Cavabdeh adına xx.xx.2009-cu il tarixində qeyri-qanuni şəkildə order vermişdir. Order İddiaçı3 adından hazırlanmış ərizə əsasında verilmişdir, hansı ki, ərizədə atılan imza İddiaçı3 məxsus deyildir. İddiaçı3 bacısı Cavabdeh yalnız həmin mənzilə qeydiyyata düşməsinə dair razılıq vermişdir. Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yerləşən 14 nömrəli evin 12 nömrəli mənzilinin özəlləşdirilməsinə dair sənədlər Nərimanov Rayon icra Hakimiyyəti tərəfindən İddiaçı3 verilməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçılar İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 ilk iddia tələbinə uyğun izahat verərək izahat verərək bildirdi ki, mübahisəli mənzilin orderlə Cavabdeh adına verilməsindən sonradan xəbər tutmuşlar və həmin orderin etibarsız hesab edilməsi üçün inzibati məhkəməyə müraciət etmişlər. Lakin tələbləri təmin edilməmişdir. Hazırda isə həmin mənzil köçürülmə tələblərinin əsası olaraq mübahilə mənzilə dair verilmiş orderdə Cavabdeh ilə yanaşı ilk iddia üzrə iddiaçıların da adının qeyd edilməsi və onların da həmin ünvanda yaşamaları təşkil edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, ilk iddia üzrə iddiaçıların mübahisəli ünvana olan qeydiyyatları formal xarakter daşıyır. Onların yaşayış üçün bu ünvana ehtiyacları yoxdur. Bu səbəbdən də, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Məhkəmə iclasında üçüncü şəxs Maraqlı şəxs izahat verərək bildirdi ki, o Cavabdeh və İddiaçı3 qardaşıdır. Onların atası 1994-cü ildə sözügedən evi almışdır. Evin alınmasında İddiaçı3 da pul verməklə kömək etmişdir. Sonradan İddiaçı3 ayrılaraq başqa ünvanda ev almaq istədikdə bu evi satmamaq qarşılığında Cavabdeh İddiaçı3 maddi yardım göstərmişdir. Alıyev X23 rayonu, Yeni Ramana qəsəbəsində ev tikmişdir. Daha sonra həmin evi sataraq NZS qəsəbəsinə köçmüşdür və hazırda da həmin ünvanda yaşayır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Məhkəmə iclasına ilk iddia üzrə iddiaçı tərəfindən şahid qismində çağırılmış X3 ifadəsində bildirdi ki, 1998-ci il tarixdən Nizami rayonunda həyət evində yaşayır. İddiaçı3 onun qonşusudur. Evləri arasında 500-600 metr məsafə var. Cavabdeh və Maraqlı şəxs tanımır. Məhkəmə iclasına ilk iddia üzrə iddiaçı tərəfindən şahid qismində çağırılmış X25 ifadəsində bildirdi ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 bir ailə olaraq onun qonşusudur. Evləri ona məxsus evin arxasında yerləşir. Özü həmin ünvanda 10 ildir ki yaşayır. Onların həmin evə giriş-çıxışlarını görmüşdür. Cavabdeh və Maraqlı şəxs tanımır. Məhkəmə iclasına ilk iddia üzrə iddiaçı tərəfindən şahid qismində çağırılmış X2 ifadəsində bildirdi ki, ünvan 7 ünvanında 2006-cı ildən yaşayır. İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 bir ailə olaraq onun qonşusudur. Cavabdeh və Maraqlı şəxs tanımır, onları həmin ünvanda heç vaxt görməmişdir. Məhkəmə iclasına ilk iddia üzrə cavabdeh tərəfindən şahid qismində çağırılmış X6 ifadəsində bildirdi ki, o, A.M.Cümə, 1959, küçə 56 ünvanında yerləşən qəsəbənin komendantıdır. Cavabdeh və İddiaçı3 tanıyır. Cavabdeh 2009-cu il tarixdən həmin ünvana köçərək yaşamışdır. İddiaçı3 isə həmin ünvanda qeydiyyatı olsa da, orada yaşamamışdır. Bununla bağlı arayış da vermişdir. Tərəflərdən heç birinin qohumu deyil. Məhkəmə iclasına ilk iddia üzrə cavabdeh şahid qismində çağırılmış X15 ifadəsində bildirdi ki, o 1998-ci ildən Xutorda yaşayır. Cavabdeh da həmin vaxtdan bu ünvanda yaşamışdır. Cavabdeh evi təmir etdirdiyi zamanlar X7 məxsus evə gəlmiş və gecələri X5 qızları ilə qalmışdır. İddiaçı3 ailə quranadək bu ünvanda yaşamış, sonradan başqa ünvanda torpaq alaraq ev tikmiş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Onların anası vəfat etdiyi zaman İddiaçı3 yaşadığı evə də getmişdir. Məhkəmə iclasına ilk iddia üzrə cavabdeh şahid qismində çağırılmış X21 ifadəsində bildirdi ki, 30-35 ildir ki Cavabdeh ilə qonşudur. Cavabdeh başqa heç kimi həmin ünvanda görməmişdir. Cavabdeh dərziçiliklə məşğul olduğundan onun evin gedərək paltar da tikdirmişdir. İddiaçı3 tanımır. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamına əsasən verilmiş Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh adına tərtib olunmuş xx.xx.2009-cu il tarixli, 007018 saylı orderdə mənzilin ona 5 (beş) nəfər ailə üzvündən ibarət tərkibdə-o cümlədən İddiaçı3 (qardaşı), X.Q. Alıyev (qardaşı), S. F. Alıyeva (qardaşı qızı) və A. İddiaçı3 (qardaşı oğlu) ibarət olmaqla birlikdə yaşamaq hüququ ilə verildiyi qeyd edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS-in Ev-Mənzil Vərəqəsində Xutov qəsəbəsində yerləşən 4a saylı evin sahibi kimi İddiaçı3 göstərilmiş, onunla birlikdə evə qeydiyyatı olan şəxslər olaraq Maraqlı şəxs, X22 və Cavabdeh qeyd olunmuşdur. Nərimanov Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, Cavabdeh 2005-2008-ci ilədək Gədəbəy rayonunda, 2008- 2010-cu ilədək ünvan 8 ünvanında, 2010-cu ilin iyun ayından isə bugünədək ünvan 9 ünvanında qeydiyyatdadır. Gədəbəy rayonu Əliismayıllı İƏV Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 357590 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı3 və X16 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar və bu ikah həmin tarixdə 22 nömrəli qeyd aparılmaqla rəsmiləşdirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, İddiaçı3 adında abonentin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi ev 444, mənzil B və ünvan 11 ünvanlarında müvafiq olaraq **********400BB və **********10003 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır. Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 8 ünvanında qeydiyyatda olan X24 tərəfindən verilmiş **********012 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 6 ünvanında qeydiyyatda olan X10 tərəfindən verilmiş **********011 saylı, xx.xx.20222-ci il tarixli, Bakı şəhəri, Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 2 ünvanında qeydiyyatda olan X12 tərəfindən **********067 saylı, xx.xx.2022-ci il tarixli səlahiyyətli orqanlara ünvanlanmış ərizələrdə Cavabdeh 2009-cu ildən Nərimanov rayonu, X42 küçəsi, məhəllə 1969, ev 14, mənzil 12 ünvanında tək yaşadığı bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1643/2022 saylı qərarından müəyyən olunur ki: 1.İddiaçılar 14 yanvar 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxs qismində Cavabdeh, İddiaçı3 və Maraqlı şəxs cəlb olunmaqla, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, məhəllə 1969-da yerləşən 14 saylı evin 12 saylı 2 otaqlı mənzilinə dair Cavabdeh adına verilmiş 29 sentyabr 2009-cu il tarixli, 007018 nömrəli orderin etibarsız hesab edilməsi və mənzilin sənədlərinin ailənin mənzilə köçürülmə anına olan vəziyyətə gətirilməsini xahiş etmişlər. 2.Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli, e-2-1 (112)-5268/2022 nömrəli qərardadı ilə Cavabdeh, İddiaçı3 və Maraqlı şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla orderin etibarsız hesab edilməsi barədə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əvəzsiz əsaslarla mübahisəli mənzilə dair Cavabdeh adına cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən order verilərkən, orderdə adları qeyd olunan şəxslər, o cümlədən hazırkı iş üzrə iddiaçıların müvafiq olaraq əri və ataları olan İddiaçı3 buna dair notarial qaydada razılıq ərizəsi alınmışdır. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı1, X19 və Alıyev X18 rayon İcra Hakimiyyətinin 007018 nömrəli, 29 sentyabr 1994-cü il tarixli orderinin mübahisələndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyildirlər. 3.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2-1 (103)- 1961/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 4.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1643/2022 saylı qərarına əsasən İddiaçılar İddiaçı1, X8 və İddiaçı2 kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2- 1(103)-1961/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamı ilə Xan Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə mühüm dövlət obyektinin tikintisi ilə bağlı həmin ərazidəki evlərdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə yaşayış evlərinin tikintisinə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırmasının eskiz layihəsi (NLSB- nun işi, memar E.Soltanov) Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2009-cu il tarixli, 18/03-8/1042 nömrəli məktubu ilə razılaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq Xan Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə yaşayan sakinlərin köçürülməsinin təmin edilməsi məqsədilə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun, "xxxx" MMC tərəfindən A.M.Cümə küçəsi 1969-cu məhəllədə şəhərciyin salınmasına (yaşayış evlərinin tikintisinə) icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri icra Hakimiyyəti başçısının özəlləşdirilmiş sahələrdə idman-sağlamlıq kompleksi, kinoteatr-ofis, yaşayış binaları, ticarət mərkəzi, yeraltı avtomobil dayanacağı, kotec tipli evlər, delfinariya və planetariya mərkəzinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2004-cü il tarixli, 104 nömrəli sərəncamına əsasən "xxxx" MMC-nin xx.xx.2004-cü il tarixli, 04 saylı müraciəti nəzərə alınaraq, Nərimanov rayonu, X.Şuşinski küçəsi, 1070-1072-1073-1076 saylı məhəllələrdə, kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi icarə əsasında həmin MMC-nin istifadəsinə ayrılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 007018 saylı orderə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli, 129 nömrəli sərəncamına əsasən ünvan 12 ünvanında Cavabdeh 5 nəfər ailə tərkibi-F.Q. Alıyev (qardaşı), X.Q. Alıyev (qardaşı), S. F .Alıyeva (qardaşı qızı), İddiaçı2 (qardaşı oğlu) ilə birlikdə yaşamaq hüququ verilmişdir. İddiaçı3 tərəfindən Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizəyə əsasən müəyyən edilmişdir ki, o, veriləcək yeni mənzilin bacısı Cavabdeh adına sənədləşdirilməsinə etiraz etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki işin materiallarından görünür ki, tərəflərin mübahisəli mənzilə olan istifadə hüquqları 2000-ci il tarixdən əvvəl yaranmışdır ki, sonradan ilkin iddia üzrə iddiaçılar könüllü olaraq sözügedən mənzili tərk etmişdir və həmin tarixdən etibarən mənzildə yaşamırlar. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin: 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir; 126-cı maddəsinə əsasən müqavilə üzrə əmlak əldə edənin mülkiyyət hüququ (əməli idarəetmə hüququ) qanun və ya müqavilə ilə sair hal nəzərdə tutulmamışsa, şeyin verildiyi vaxtdan əmələ gəlir. Şeyin özgəninkiləşdirmə yolu ilə başqasına verilməsinə dair müqavilə qeydə alınmalı olduqda, mülkiyyət hüququ qeydə alınma zamanı əmələ gəlir; 147-ci maddəsinə əsasən pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının müdafiə edilməsini tələb edə bilər. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir; 118.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər; 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; 124-cü maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaş bu evi və ya evin bir hissəsini başqa vətəndaşa icarəyə vermək ixtiyarına malikdir. xx.xx.2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin: 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Plenumunun Qərarında qeyd edilir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. - Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan qanunvericilik aktlarının təhlilindən aydın olur ki, ilkin iddia üzrə iddiaçıların Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh. 1969-da yerləşən 14 saylı evin 12 saylı mənzildən istifadə hüququ yaranmış olsa da, hazırda faktiki olaraq orada uzun müddətdir yaşamadığı üçün, həmçinin mənzilin Cavabdeh xüsusi mülkiyyətinə keçməsi və tərəflər arasında mənzildən istifadə hüququnu nəzərdə tutan razılığın olmaması əsası ilə ilkin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla b i l ə r. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarından aydın olduğu kimi, yaşayış sahəsi mülkiyyətçisinin ali üzvü həmin yaşayış sahəsinə qalmadıqda və digər ünvanda daimi yaşadıqda yaşayış sahəsindən istifadəyə kompensassiya verilmədən xitam verilə bilər. Hazırki halda isə ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə iddiaçının ailə üzvü deyil, qardaşı, qardaşının arvadı və qardaşının uşaqlarıdır. Buna görə də məhkəmə ilkin iddia üzrə iddiaçıların mübahisəli ünvana olan qeydiyyatlarının formal xarakter daşıması səbəbindən sözügedən mənzildən istifadə hüququna kompensassiya verilmədən xitam verilməsini qanuni hesab edir. Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini qarşılıqlı iddia üzrə cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının məqsədi qarşılıqlı iddia üzrə cavabdehlərin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan qarşılıqlı iddia üzrə cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehlərin qarşılıqlı iddiaya etdikləri etirazları ilə bağlı qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS tərəfindən verilmiş Ev-Mənzil Vərəqəsində Xutov qəsəbəsində yerləşən 4a saylı evin sahibi kimi İddiaçı3 göstərilməsi onun mənzilin mülkiyyətçisi olduğunu birmənalı təsdiq edən sübut kimi qəbul olunmamalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, şəxsin daşınmaz əmlaka olan mülkiyyət hüquqlarının mövcudluğu hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla sübut olunur. Müvafiq çıxarış verilməsi, yəni qeyd olunan hüquqların qeydiyyatının aparılması Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS-in həyata keçirdiyi funksiyalara daxil deyil. Məhkəmə ilkin iddia üzrə iddiaçılar tərəfindən məhkəmə iclasına çağırılmış şahidlərin verdiyi ifadələrlə bağlı qeyd edir ki, şahid ifadələri sübut növü olub iş materiallarında olan digər sübutlarla yanaşı araşdırılmalıdır və bu ifadələr iş materiallarından kənar məhkəmə tərəfindən araşdırılan halları birbaşa təsdiq edən sübut kimi qəbul olunmamalıdır. Həmçinin bu şahidlərin ilkin iddia üzrə iddiaçı tərəfindən çağırılmış olması onların iddiaçının xeyrinə ifadə vermək meyllərini istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk iddiası təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı3 və onun iki övladı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh. 1969-da yerləşən 14 saylı evin 12 saylı mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia rədd edildiyindən ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçılara aid edilməli, dövlət rüsumunun əvəzinin ödənilməsini tələb edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçılara aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı3 və onun iki övladı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı4, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, A.M. Cümə küçəsi, məh. 1969da yerləşən 14 saylı evin 12 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2051/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2051/2023
04.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver