Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2066/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın mənzildən çıxarılaraq mənzilin boşaldılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əmlakın mənzildən çıxarılaraq mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Güləhmədova (Cənnətli) İlahə Ənnağı qızına məxsus cehiz və sair əşyaların iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq cavabdehə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının oğlu Tamazi Güləhmədov cavabdeh Güləhmədova (Cənnətli) İlahə Ənnağı qızı ilə 22 dekabr 2018-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahlarından xx.xx.2020-ci il tarixdə Məryəm adlı övladı anadan olmuşdur. Onların ailə münasibətləri ilk əvvəl normal olsa da, sonralar aralarında heç bir əsaslı səbəb olmadan ailədə mübahisələr yaranmışdır. Nəticədə cavabdeh iddiaçının oğlu ilə birgə yaşadıqları və iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evi tərk etmiş, sonradan isə bir neçə dəfə qohumları ilə birlikdə evə əksər gəlib şəxsi geyim əşyalarını, uşağa aid əşyalarını, qızıl-zinət əşyalarını götürmüş, habelə qısa müddət ərzində gəlib qalan mebel və sair əşyalarına götürəcəyini bildirmişdir. Bundan xeyli müddət keçməsinə və aralarında olan nikahın məhkəmə qaydasında pozulmasına baxmayaraq cavabdeh iddiaçıya məxsus mənzili tam boşaltmamış, cehiz olaraq gətirdiyi mebelləri və bir neçə şəxsi geyim əşyalarını götürməmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Güləhmədova (Cənnətli) İlahə Ənnağı qızına məxsus yataq otağı mebel dəsti (5 qapılı dolab, 1 ədəd çarpayı, 1 ədəd 2 nəfərlik kiçik divan, 1 ədəd 8 lampalıq lyustr, çarpayı yanı 2 ədəd kiçik dolab, 2 ədəd dolab üstü lampa, 1 ədəd güzgülü komod və 1 ədəd oturacaq, 1 ədəd kosmetik rəf, 1 ədəd Sony markalı kiçik televizor)] qonaq otağı mebel dəsti (1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd böyük və 2 ədəd kiçik jurnal masası, 1 ədəd massa və 10 ədəd oturacaq, 2 ədəd şüşə qapılı vitrin dolab, 1 ədəd böyük güzgülü komod, 1 ədəd TV altlığı, 1 ədəd 12 lampalıq lyustr, 1 ədəd Sony markalı orta ölçülü televizor, 1 ədəd Samsunq markalı DVD aparatı); uşaq mebeli (1 ədəd çarpayı, 1 ədəd 2 qapılı dolab, 1 ədəd uşaq oturacağı) 2 ədəd orta və 1 ədəd kiçik ölçülü xalçalar; 1 ədəd Renata markalı boyunu və qolları xəz olan ağ rəngli paltonun iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq cavabdehə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MRX № ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 12, M7, m 2 tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2713 nömrəli reyestr kitabının 252847 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(009)-91/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Güləhmədov Tamazi ilə cavabdeh X5 arasında Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsində 22 dekabr 2018-ci il tarixdə bağlanmış və 163 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X4 cavabdeh (anası) X2 yanında saxlanılması,xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment iddiaçı Güləhmədov Tamazidən tutularaq cavabdeh X3 ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MRX № ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 12, M7, m 2 tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2713 nömrəli reyestr kitabının 252847 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(009)-91/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı Güləhmədov Tamazi ilə cavabdeh X5 arasında Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsində 22 dekabr 2018-ci il tarixdə bağlanmış və 163 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X4 cavabdeh (anası) X2 yanında saxlanılması,xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 yanvar 2022-ci il tarixdən başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment iddiaçı Güləhmədov Tamazidən tutularaq cavabdeh X3 ödənilməsi qət edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 12, M7, m 2 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildə hər hansı hüquqi əsas olmadan Cavabdeh məxsus yuxarıda adları qeyd olunan cehiz əşyaları vardır. İddia mülkiyyətçi olsa da, iddiaçı həmin mənzildə istifadə hüquqlarını tam şəkildə həyata keçirə bilmir. Mülkiyyətçi, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmiş və bununla da onun konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh cehiz əşyalarını iddiaçıya məxsus mənzildən çıxarmayaraq hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan mülkiyyətçinin öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən mülkiyyət hüququnun qorunması və mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehə məxsus cehiz əşyaları çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus əmlaklar: yataq otağı mebel dəsti (5 qapılı dolab, 1 ədəd çarpayı, 1 ədəd 2 nəfərlik kiçik divan, 1 ədəd 8 lampalıq lyustr, çarpayı yanı 2 ədəd kiçik dolab, 2 ədəd dolab üstü lampa, 1 ədəd güzgülü komod və 1 ədəd oturacaq, 1 ədəd kosmetik rəf, 1 ədəd Sony markalı kiçik televizor) qonaq otağı mebel dəsti (1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd böyük və 2 ədəd kiçik jurnal masası, 1 ədəd massa və 10 ədəd oturacaq, 2 ədəd şüşə qapılı vitrin dolab, 1 ədəd böyük güzgülü komod, 1 ədəd TV altlığı, 1 ədəd 12 lampalıq lyustr, 1 ədəd Sony markalı orta ölçülü televizor, 1 ədəd Samsunq markalı DVD aparatı); uşaq mebeli (1 ədəd çarpayı, 1 ədəd 2 qapılı dolab, 1 ədəd uşaq oturacağı) 2 ədəd orta və 1 ədəd kiçik ölçülü xalçalar; 1 ədəd Renata markalı boynu və qolları xəz olan ağ rəngli palto İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 12, M7, m 2 saylı mənzildən çıxarılsın və Cavabdeh təhvil verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2066/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2066/2022
22.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver