Məhkəmə qərarları › İş №e-2(005)-2094/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2094/2025

05.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2094/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh arasında xx.xx.2022-ci il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında notarial qaydada müqavilə imzalanmışdır. Müqavilənin müvafiq bəndlərinə əsasən "Sifarişçi” olan İddiaçı xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin "İcraçı” olan Cavabdeh tərəfindən sökülməsinə razılıq verdiyi kimi Cavabdeh olan "Ailə Park” QSC-də sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə İddiaçının mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib İddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi tikintisi başa çatmış binalardan İddiaçıya təhvil verməli olan 2 (iki) ədəd təmirli mənzili ümumiyyətlə təhvil vermirdi. Eyni zamanda qeyd edilməlidir ki, Müqavilənin 2.1.8-ci bəndinə əsasən, yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 550 manat məbləğində kirayə haqqı Cavabdeh tərəfindən rübdə 1 dəfə hər rübün 1-ci ayının l5-dək İddiaçıya ödənilməli idi. Lakin Cavabdeh tərəfindən İddiaçıya ödənilməli olan aylıq 550 manat məbləğində kirayə haqqı bugünə qədər ödənilməmiş olaraq qalmışdır. Bir sözlə Cavabdeh QSC yuxarıda qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən Müqavilənin 6.1 -ci bəndinə əsasən, bu müqavilədən və ya bununla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların arapılması yollu ilə həll edilir. Müqavilənin tələblərini nəzərə alaraq İddiaçı tərəfindən pretenziya qaydasında 9 sentyabr və 5 dekabr 2024-cü il tarixli məktublarla Cavabdehə müraciət edilmiş və Müqavilə üzrə 2 (iki) ədəd təmirli mənzilin təhvil verilməsi və Müqavilə bağlandığı andan aylıq 550 manat kirayə haqqının ödənilməsi xahiş edilmişdir. Sözügedən pretenziya məktublarına Cavabdeh tərəfindən rəsmi qaydada cavab verilməmiş, lakin İddiaçı Müqavilə üzrə 35 kv.m olan 1 otaqlı bir ədəd mənzilin təhvil verilməsinə dəvət edilmiş və 10 dekabr 2024-cü il tarixdə tərəflər arasında bağlanmış Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən yalnız birinin, yəni 35 kv.m olan 1 otaqlı mənzilin təhvil verilməsi həyata keçirilmişdir. Başqa sözlə desək, Cavabdeh Müqavilə üzrə öhdəlikləri qismən (yəni bir ədəd mənzili təhvil versə) verinə yetirsə də, Müqavilə üzrə digər 45 kv.m olan 2 otaqlı mənzil İddiaçıya bu günədək təhvil verilməmiş və Müqavilə bağlandığı andan aylıq 550 manat kirayə haqqları bu günədək ödənilməmişdir. Bildiririk ki, cavabdeh kirayə haqqlarının ödənilməsi ilə bağlı iddia tələbinə etiraz edir ona görə ki, guya bundan əvvəl iddiaçıya mənzilin təhvil verilməsi ilə bağlı müraciətlər edilmiş və bu səbəbdən də kirayə haqqları həmin müraciət edildiyi vaxtadək hesablanmalıdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış Müqavilədə aylıq kirayə haqqının ödənilməsi müvəqqəti yaşayış məqsədi ilə şərtləndirilmiş və kirayə haqqının ödənilməsi üçün son müddət olaraq binanın tikintisinin başa çatması göstərilmişdir. Həmçinin, kirayə haqqının ödənilməsi Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd təmirli mənzilin təhvil verilməsi ilə əlaqələndirilmişdir. Hazırda isə Cavabdeh Müqavilə üzrə yalnız 1 ədəd mənzilin təhvil verilməsini həyata keçirmişdir ki, bu da Müqavilənin şərtlərinə görə aylıq 550 manat kirayə haqqının ödənilməsinin dayandırılmasına əsas ola bilməz. Hesab edirik ki, Cavabdeh Müqavilə üzrə hər iki mənzilin təhvil verilməsini başa çatdırdıqdan sonra aylıq 550 manat kirayə haqqı da dayandırılmalıdır. Beləliklə, tərəflər arasında pretenziya qaydasında mübahisənin tam formada həll olunması heç bir fayda verməmişdir və iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla da iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanılmış Müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam şəkildə yerinə yetirməyərək, müqavilənin şərtlərinə əsasən təhvil verilməli olan mənzillərdən yalnız birini 35 kv.m olan 1 otaqlı bir ədəd mənzil iddiaçıya təhvil vermiş, digər 45 kv.m olan 2 otaqlı mənzil isə bugünə nəqədər cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, eynilə müqavilənin şərtlərinə əsasən müqavilə bağlanıldığı tarixdən hər rübün 1-ci ayının 15-dən aylıq ödənilməli 550 manat kirayə haqqı cavabdeh tərəfindən iddiaçıya bugünə qədər ödənilməmiş olaraq qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu kirayə haqqı borcu hazırki günə qədər, 14850 manat təşkil edir. (xx.xx.2022-ci il tarixindənxx.xx.2025-ci il tarixinə qədər ödənilməli olan məbləğ 14850 manatdır) Qeyd edirik ki, digər 45 kv.m olan 2 otaqlı mənzil iddiaçıya təhvil verildiyi halda hər ay cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kirayə haqqı dayandırılacaqdır. Ancaq hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya yığılmış kirayə haqqı ödənilməli, eyni zamanda digər mənzil təhvil verilənədək hər ay ödənilməli olan kirayə haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 385-ci 421.2ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.1-ci, 445.2.1, 448.1-ci maddələrinə əsasən iddianın təmin edilməsi xahiş olunur. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh QSC tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "Ailə Park” QSC (hazırda MTK) arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində Cavabdeh MTK-ya məxsus 9 bloklu “Whitestone Towers” adlı yaşayış kompleksinin 2-ci binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı təmirli və 8-ci binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı təmirli mənzillərə dair “Qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında” xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Belə ki, müqavilənin : 1,1-ci bəndinə əsasən Sifarişçi (iş üzrə iddiaçı) ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın İcraçı (iş üzrə cavabdeh) tərəfindən sökülməsinə razılıq verir və İcraçı isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə Sifarişçinin mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib Sifarişçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən Sifarişçi mülkiyyətində olan mənzilin əvəzinə İcraçı tərəfindən tikilib təhvil veriləcək 2 ədəd tam təmirli mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. 2.1.9-cu bəndinə əsasən Sifarişçi müqavilədə göstərilən müddət ərzində İcraçının müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun şəkildə təhvil verdiyi 2 ədəd təmirli mənzilləri 3 (üç) gün müddətində qəbul etməyi öhdəsinə götürmüşdür. 2.2.7-ci bəndinə əsasən sözügedən yaşayəş binaları müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilmişdir. 2.2.8-ci bəndinə əsasən bina (mənzil) tikilib təmir edildikdən sonra İcraçının Sifarişçidən mənzilin təhvil alınmasını tələb etmək hüququ vardır. 2.2.9-cu bəndinə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə göstərilən öhdəlik yerinə yetirilənədək İcraçının mənzilin təhvil verilməsini uzatmaq və kirayə haqlarının ödənişini dayandırmaq hüququ vardır. 2.2.10-cu bəndinə əsasən Sifarişçi bu müqavilə ilə müəyyən edilmiş müddətdə mənzili boşaldıb təhvil vermədikdə, o cümlədən yeni tikilmiş binadakı mənzili qəbul etmədikdə İcraçının bu müqavilədə nəzərdə tutulmuş kirayə haqlarının verilməsini dayandırmaq hüququ vardır. Mülki işin mübahisə doğurmayan halları aşağıdakılardan ibarətdir: • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 0164 saylı xx.xx.2014-cü il tarixli əmri təsdiq edilmiş Ö/006061 nömrəli xx.xx.2023-cü il tarixli istismara hazırlıq aktına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində 1 ədəd 1 girişli, 2 səviyyəli zirzəmili, 15 mərtəbəli 2 saylı yaşayış binası istismara təhvil verilmişdir. • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 0164 saylı xx.xx.2014-cü il tarixli əmri təsdiq edilmiş Ö/006747 nömrəli xx.xx.2024-cü il tarixli istismara hazırlıq aktına əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində 1 ədəd 1 girişli, zirzəmili, 14 mərtəbəli 8 saylı yaşayış binası istismara təhvil verilmişdir. • Mənzilin hörgü planının təsdiqi barəsində xx.xx.2024-cü il tarixli akta əsasən 8 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı 8 saylı təmirli mənzilin hörgü planı İddiaçı tərəfindən imza ilə təsdiq edilmişdir. • Yeni tikilmiş təmirli mənzilin təhvilinə dair xx.xx.2024-cü il tarixli akta əsasən 8 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı 8 saylı təmirli mənzil İddiaçı tərəfindən təhvil alınmışdır. • Mənzilin hörgü planının təsdiqi barəsində xx.xx.2023-cü il tarixli akta əsasən 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı 75 saylı təmirli mənzilin hörgü planı İddiaçı tərəfindən imza ilə təsdiq edilmişdir. Cavabdeh MTK tərəfindən İddiaçı qeydiyyatda olduğu (ünvan 2 ünvanına poçt vasitəsi ilə 2-ci binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı təmirli mənzilin təhvil alınmasına dair 53/SY saylı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Qeyd edilənlər nızərə alınmaqla, İddiaçı Cavabdeh MTK-ya qarşı “Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən 1 (bir) ədəd ümumi sahəsi 45 kv.m olan 2 otaqlı tam təmirli mənzilin tikilib iddiaçıya təhvil verilməsi, müqavilə bağlandığı andan məhkəmədə iddia qaldırıldığı günə qədər hər ay 550 (beş yüz əlli) manat məbləğində pul olmaqla cəmi 14.850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pulun, müqavilə ilə digər 45 kv.m olan 2 otaqlı mənzil təhvil verilənədək aylıq 550 (beş yüz əlli) manat kirayə haqqının hesablanaraq ödənilməsi, həmçinin hüquqi yardıma görə ödənilmiş 350 (üç yüz əlli) manatın və ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair” iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında verilən izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda İddiaçı nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, ölkə xaricində olması səbəbilə prosesdə iştirak edə bilməyəcəyini bildirmiş, iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Babayev Rasim iddianı qəbul etməyərək iddiaya etirazın məzmununa uyğun izahat verərək rədd olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materialları - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 0164 saylı xx.xx.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş Ö/006061 nömrəli xx.xx.2023-cü il tarixli istismara hazırlıq aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində 1 ədəd 1 girişli, 2 səviyyəli zirzəmili, 15 mərtəbəli 2 saylı yaşayış binası istismara təhvil verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 0164 saylı xx.xx.2014-cü il tarixli əmri təsdiq edilmiş Ö/006747 nömrəli xx.xx.2024-cü il tarixli istismara hazırlıq aktından görünür ki, əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində 1 ədəd 1 girişli, zirzəmili, 14 mərtəbəli 8 saylı yaşayış binası istismara təhvil verilmişdir. - Notarial qaydada imzalanmış İddiaçı ilə "Ailə Park” QSC arasında xx.xx.2022-ci il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin: 1.1 -ci bəndinə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin və həmin sahənin yerləşdiyi binanın cavabdeh tərəfindən sökülməsinə razılıq verir və Cavabdeh isə sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə İddiaçının mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib İddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. 1.3-cü bəndinə əsasən, İddiaçı bu müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə İcraçı tərəfindən tikilib təhvil veriləcək 2 (iki) ədəd tam təmirli mənzili qəbul etməyi öz öhdəsinə götürür. 2.1.7-ci bəndinə əsasən, İddiaçı təhvil verdiyi mənzilin əvəzinə Cavabdehin mülahizəsinə uyğun olaraq yaşayış sahəsinin tələblərinə cavab verən səviyyəli və mebel əşyaları verilmədən mənzilin ümumi sahəsinə 25 % (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə yeni tikiləcək binada yerləşən, ümumi sahəsi 45 kv.m və 35 kv.m olan təmirli mənzili tələb etmək hüququdur. 2.1.8-ci bəndinə əsasən, yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 550 (beş vüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqını Cavabdehdən tələb etmək İddiaçının hüququ və vəzifəsidir. 2.1.9-cu bəndinə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə göstərilən öhdəlik yerinə yetirilənədək İcraçının mənzilin təhvil verilməsini uzatmaq və kirayə haqlarının ödənişini dayandırmaq hüququ vardır. 2.2.1 -ci bəndinə əsasən, Müqavilədə göstərilən şərtlər əsasında yaşayş üçün təhlükəli olan və istismar müddəti keçmiş mövcud binanın söküntüsünü, yeni binanın tikintisini və Cavabdehin mülahizəsinə uyğun olaraq yaşayış sahəsinin tələblərinə cavab verən səviyyədə, mənzilin kommunal sayğaclarını quraşdırmaqla 2 (iki) ədəd təmirli mənzilin verilməsini təmin etmək Cavabdehin vəzifəsidir. 2.2.3-cü bəndinə əsasən, yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə bu müqavilənin 2.1.8-ci bəndində nəzərdə tutulmuş günə qədər rübdə 1 dəfə hər rübün 1-ci ayının 15-dək İddiaçıya kirayə haqqının ödənilməsini təmin etmək Cavabdehin vəzifəsidir. 2.2.4-cü bəndinə görə yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən İddiaçıya 2 (iki) ədəd təmirli mənzili təhvil vermək Cavabdeh öz üzərinə öhdəlik olaraq götürmüşdür. 2.2.7-ci bəndinə əsasən sözügedən yaşayış binaları müvafiq qaydada Dövlət Komissiyasına təhvil verilmişdir. 2.2.8-ci bəndinə əsasən bina (mənil) tikilib təmir edildikdən sonra İcraçının Sifarişçidən mənzilin təhvil alınmasını tələb etmək hüququ vardır. 2.2.9-cu bəndinə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə göstərilən öhdəlik yerinə yetirilənədək İcraçının mənzilin təhvil verilməsini uzatmaq və kirayə haqlarının ödənişini dayandırmaq hüququ vardır. 2.2.10-cu bəndinə əsasən Sifarişçi bu müqavilə ilə müəyyən edilmiş müddətdə mənzili boşaldıb təhvil vermədikdə, o cümlədən yeni tikilmiş binadakı mənzili qəbul etmədikdə İcraçının bu müqavilədə nəzərdə tutulmuş kirayə haqlarının verilməsini dayandırmaq hüququ vardır. 6.1 -ci bəndinə əsasən, bu müqavilədən və ya bununla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların arapılması yollu ilə həll edilir. 6.2-ci bəndinə əsasən, qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. - Mənzilin hörgü planının təsdiqi barəsində xx.xx.2024-cü il tarixli akta əsasən 8 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı 8 saylı təmirli mənzilin hörgü planı İddiaçı tərəfindən imza ilə təsdiq edilmişdir. - Mənzilin hörgü planının təsdiqi barəsində xx.xx.2023-cü il tarixli akta əsasən 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı 75 saylı təmirli mənzilin hörgü planı İddiaçı tərəfindən imza ilə təsdiq edilmişdir. - Yeni tikilmiş təmirli mənzilin təhvilinə dair xx.xx.2024-cü il tarixli akta əsasən 8 saylı binanın 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 35 kv.metr olan 1 otaqlı 8 saylı təmrli mənzil İddiaçı tərəfindən təhvil alınmışdır. - xx.xx.2024-cü il tarixli 53/SY saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MTK tərəfindən İddiaçı qeydiyyatda olduğu (ünvan 2 ünvanına poçt vasitəsi ilə 2-ci binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kv.metr olan 2 otaqlı təmirli mənzilin təhvil alınmasına dair xəbərdarlıq göndərilmişdir. - İddiaçı tərəfindən pretenziya qaydasında Cavabdehə ünvanlanmış 9 sentyabr və 5 dekabr 2024-cü il tarixli məktublarından görünur ki, o Müqavilə üzrə 2 (iki) ədəd təmirli mənzilin təhvil verilməsi və Müqavilə bağlandığı andan aylıq 550 manat kirayə haqqının ödənilməsi xahiş edilmişdir. - Yerli müayinə iclasının audio-video yazısından görünür ki, tərəflərin iştirakı ilə mübahisəli mənzilə baxış keçirilmişdir. - Ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 136 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385-ci maddəsindən görünür ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsini tələb etmək hüququ vardır. - 421.2-ci maddəsindən görünür ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 425.1-ci maddəsindən də görünür ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsindən də görünür ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsindən də görünür ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 445.1-ci maddəsindən də görünür ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsindən də görünür ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsindən də görünür ki, bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsindən görünür ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsindən görünür ki, ggər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 770-cı maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər podrat münasibətləridir ki, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı) Həmin qərarla Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab etmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "Ailə Park” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında notarial qaydada imzalanmış müqaviləyə əsasən "Sifarişçi” olan İddiaçı xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş ona məxsus olan yaşayış sahəsinin "İcraçı” olan Cavabdeh tərəfindən sökülməsinə razılıq verdiyi kimi Cavabdeh olan "Ailə Park” QSC də sökülmüş sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada mənzilin ümumi sahəsinə 25% (iyirmi beş faiz) və daha artıq əlavə edilməklə İddiaçının mülkiyyətində olan faktiki ümumi sahəsi 40.04 kv.m olan mənzilin əvəzinə yeni tikiləcək binada yerləşən ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd tam təmirli mənzili və yeni tikiləcək binada yerləşən ümumi sahəsi 35 kv.m olan 1 otaqlı bir ədəd tam təmirli mənzili tikib İddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı Cavabdehin müqavilədə nəzərdə tutulduğu kimi tikintisi başa çatmış binalardan 10 dekabr 2024-cü il tarixdə tərəflər arasında bağlanmış Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən yalnız birinin, yəni 35 kv.m olan 1 otaqlı mənzilin təhvil verilməsi həyata keçirilməsini, İddiaçıya təhvil verməli olan digər, sahəsi 45 kv.m olan təmirli mənzili ümumiyyətlə təhvil verməməsini, iddiaçıya Müqavilə bağlandığı andan aylıq 550 manat məbləğində kirayə haqqının bugünə qədər ödənilməmiş olaraq qalmasını göstərərək cavabdehin müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmasını iddia etmiş və həmçinin qeyd etmişdir ki, cavabdeh Müqavilə üzrə yalnız 1 ədəd mənzilin təhvil verilməsini həyata keçirməsi Müqavilənin şərtlərinə görə aylıq 550 manat kirayə haqqının ödənilməsinin dayandırılmasına əsas ola bilməz. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi kirayə haqqının verilməsinin dayandırılmasının iddiaçının yeni tikilmiş binada mənzili qəbul etməməsi səbəbindən baş verməsinə istinad etmişdir. İşin materiallarından görünür ki, cavabdeh müqavilədə nəzərdə tutulduğu kimi tikintisi başa çatmış binalardan İddiaçıya təhvil verməli olan 2 (iki) ədəd təmirli mənzildən birini 35 kv.m olan 1 otaqlı mənzilin təhvil verilməsini 10 dekabr 2024-cü il tarixli akt əsasında həyata keçirsə də, digər mənzili hazırki vaxta kimi təhvil verməmişdir. Cavabdeh tərəf digər mənzilin təhvil alınmasına dair iddiaçı ilə dəfələrlə əlaqə saxlanılsa da, xəbərdarlıq göndərilsə də onun təhvil almamasını göstərməsinə baxmayaraq məhkəmə cavabdehin bu arqumentlərini əsaslı saymır və iddiaçının müqavilədə nəzərdə tutulmuş mənzillərdən birini təhvil aldığı halda, digərini təhvil almamağına dair dəlillərini inandırıcı saymır. Buna görə də məhkəmə iddianın digər, yəni, sahəsi 45 kv.m olan təmirli mənzili ümumiyyətlə təhvil verməməklə cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsinə dair dəlillərini əsaslı sayır. Məhkəmə həmçinin qeyd edir ki, 10 dekabr 2024-cü il tarixli akt əsasında tərəflər arasında bağlanmış Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən 35 kv.m olan 1 otaqlı mənzilin təhvil verilməsi həyata keçirilməsinə baxmayaraq müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.8-ci bəndinə əsasən aylıq kirayə haqqı müqavilə bağlanan xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi hər iki mənzilə münasibətdə ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia xx.xx.2024-cü il tarixə kimi cavabdeh tərəfindən hər iki mənzil təhvil verilmədiyi üçün müqavilənin 2.1.8-ci bəndinə əsasən aylıq 550 manat kirayə ödənilməsi hissəsində də əsaslı olduğu üçün təmin edilməlidir. Lakin məhkəmə iddiaçının Müqavilə üzrə yalnız 1 ədəd mənzilin təhvil verilməsini həyata keçirməməsinin Müqavilənin şərtlərinə görə aylıq 550 manat kirayə haqqının ödənilməsinin dayandırılmasına əsas ola bilməməsinə dair dəlilinə qiymət verərək qeyd edir ki, müqavilənin 2.2.3-cü bəndində yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə bu müqavilənin 2.1.8-ci bəndində nəzərdə tutulmuş qünə qədər rübdə 1 dəfə hər rübün 1-ci ayının 15-dək İddiaçıya kirayə haqqının ödənilməsini təmin etmək Cavabdehin vəzifəsi kimi göstərilsə də müqavilənin 2.1.8-ci bəndinə əsasən aylıq 550 manat kirayə ödənilməsi hissəsində yeni binanın mülkiyyətçilərə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 550 (beş yüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqının ödənilməsinin göstərilməsi hər iki mənzil üçün ayrılıqda deyil, ümumilikdə nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya 10 dekabr 2024-cü il tarixli akt əsasında tərəflər arasında bağlanmış Müqavilə ilə nəzərdə tutulmuş 2 ədəd mənzildən 1-i, yəni 35 kv.m olan 1 otaqlı mənzili təhvil verilmişdir. Başqa sözlə, artıq iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi ona münasibətdə digər ünvanda müvəqqəti yaşayış anlayışının aradan qaxmasına dəlalət edir. Müqavilədə isə hər iki mənzil təhvil verilənə kimi aylıq 550 manat verilməsinin qeyd edilməsi mənzillərdən birinin təhvil verilməsindən sonra bu məbləğin olduğu kimi digər mənzil təhvil verilənə kimi ödənilməli olmasını ehtiva etmir. Qeyd olunduğu kimi kirayə haqqı mənzillər təhvil verilənə kimi yalnız digər ünvanda müvəqqəti yaşayış üçün verilən məbləğdir ki, xx.xx.2024-cü ildə iddiaçı artıq ona verilməli olan mənzillərdən biri ilə təmin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı digər, yəni hələ təhvil verilməmiş mənzil üzrə cavabdehdən müqavilənin 2.1.8 və 2.2.3-cü bəndlərinə əsasən aylıq 550 manat ödənilməsinə tələb etməkdə haqlı olmamışdır. Lakin buna baxmayaraq məhkəmə, nə qədər ki, cavabdeh sahəsi 45 kv.m olan təmirli mənzili hazırki vaxta kimi təhvil verməməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməməsini və müqavilənin 2.1.8-ci bəndində aylıq 550 (beş yüz əlli) manat nəzərdə tutulmuş kirayə haqqının da hər iki mənzil üçün ayrılıqda deyil, ümumilikdə nəzərdə tutulmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə,yəni kirayə haqqının təhvil verilməyən mənzil üzrə tam olaraq ödənilməli olması hissəsində qismən əsaslıdır və cavabdeh sahəsi 45 kv.m olan təmirli mənzil təhvil verilən vaxta kimi həmin mənzil üzrə üzərinə götürdüyü aylıq kirayə haqqı olan 550 manatı yarısını təşkil edən 275 manat kirayə məbləğini iddiaçıya ödəməlidir. Məhkəmə bu qənaətə gələrkən iddiaçının artıq mənzillərdən biri ilə, yəni yaşayış sahəsi ilə təmin edilməsinin və müqavilə üzrə digər mənzili təhvil verməli olmasına dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirilməməsinin nəzərə almasını da vurğulayır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar (kirayə haqqının təhvil verilməyən mənzil üzrə tam olaraq ödənilməsi hissəsi istisna olaraq) onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqla yanaşı, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməklə öz hüquqi mövqeyini sübut edilə bilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə İddiaçı ilə "Ailə Park” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan mənzilin əvəzinə cavabdeh tərəfindən tikilib təhvil veriləcək 1 (bir) ədəd, ümumi sahəsi 45 kv.m olan 2 otaqlı tam təmirli mənzilin iddiaçıya təhvil verilməsi "Ailə Park” QSCyə həvalə edilməli və xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi Ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd və 35 kv.m olan 1 otaqlı bir ədəd mənzillərə görə ödənilməli olan 550 (beş yüz əlli) manat məbləğində kirayə pulu, həmçinin xx.xx.2024-cü il tarixdən Ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənə kimi 275 manat məbləğində kirayə pulu hesablanaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını və məhkəmənin prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olmasını nəzərə almaqla qeyd edir ki iddiaçı tələbində kirayə pullarının məhkəmədə iddia qaldırıldığı günə qədər hesablanmalı olmasını göstərsə də bu ödənişin Ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənə kimi həyata keçirilməli olması prosessual qənaət prinsipi və məhkəmə çəkşmələrinin davam etməsinin qarşısını almaq baxımından məqsədəuyğundur. Belə ki, bu nəticə qətnamə iddiaçının göstərdiyi kimi kirayə pulunun məhkəmədə iddia qaldırıldığı günə qədər hesablanması ilə qəbul edildiyi və sonradan da qanuni qüvvəsini aldıqdan sonra Ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzilin təhvil verilməsi anına kimi ödənilməyən kirayə haqqı ilə bağlı yeni iddia qaldırılmasının qarşısının alınması məqsədini daşıyır. Məhkəmə iddiaçının hüquqi yardıma görə ödənilmiş 350 manat məbləğində pulun tutulması tələbinə münasibətdə qeyd edir ki, bunu təsdiq edən hər hansı sənəd- qəbz, müqavilə, ödəniş tapşırığı və s. təqdim edilmədiyindən tələb bu hissədə əsassızdır və təmin edilməməlidir. Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, iddia tələbləri yuxarı əsaslandırılmış qaydada qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. İddiaçı ilə "Ailə Park” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Müqaviləyə əsasən mülkiyyətində olan mənzilin əvəzinə cavabdeh tərəfindən tikilib təhvil veriləcək 1 (bir) ədəd, ümumi sahəsi 45 kv.m olan 2 otaqlı tam təmirli mənzilin İddiaçı təhvil verilməsi "Ailə Park” QSC-yə həvalə edilsin. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd və 35 kv.m olan 1 otaqlı bir ədəd mənzillərə görə ödənilməli olan 550 (beş yüz əlli) manat məbləğində kirayə pulu hesablanaraq İddiaçı ödənilsin. xx.xx.2024-cü il tarixdən Ümumi sahəsi 45 kv.m olan 2 otaqlı bir ədəd mənzil təhvil verilənə kimi 275 manat məbləğində kirayə pulu hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 136 (bir yüz otuz altı) manat məbləğində dövlət rüsumunun 100 manatlıq hissəsi Cavabdeh QSC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar