Məhkəmə qərarları › İş №e-2(005)-212/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-212/2024

18.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-212/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı mənzilin təhvil verilməsi və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan 1890-cı ildə inşa olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 33 nömrəli evin 17 nömrəli 2 otaqlı mənzilinin boşaldılaraq İddiaçınə təhvil verilməsi, həmin mənzilin iddiaçı MTK tərəfindən qəbul edilərək sökülməsi, İddiaçı tərəfindən cavabdehdən söküntü üçün qəbul edilmiş 73,35 kv. metrdən ibarət olan mənzilin əvəzinə yeni tikiləcək binada 90 kv. metr ölçüdə təmirli mənzilin cavabdehə təhvil verilməsi və sökülməsi nəzərdə tutulan Qarabağ küçəsi, 33 nömrəli evin 17 nömrəli mənzilinin İddiaçınə təhvil verildiyi gündən başlayaraq cavabdehin yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı tərəfindən Cavabdeh hər ay 500 manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 77 nömrəli Sərəncamına əsasən, Bakı şəhəri İcra Hakimiyyəti İddiaçı (bundan sonra MTK) xx.xx.2020-ci il tarixli, 02/23 nömrəli müraciətini, Nərimanov rayon İcra Hakimiyyətinin, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və AR FHN Tikintidə X2 Agentliyinin “Azərinşaat layihə” Dövlət Baş Layihə X1 müvafiq Aktını nəzərə alaraq, həmçinin AR Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikası mülki və torpaq qanunvericiliklərini əsas götürərək qərara almışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində, yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.2351 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilsin. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə X1 texniki şöbəsinin qrup rəhbəri E.Zeynalov və mühəndis A.İbrahimov, Nərimanov rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi A.Güləhmədov və Nərimanov rayonunun 37 saylı MKİS-nin rəisi E.Abdullayev tərəfindən Tikintidə X2 Agentliyinin xx.xx.2020-ci il tarixli, 34/09065 saylı tapşırığına əsasən Bakı şəhəri, N.Nərimanov rayonu, Qarabağ, T.Şıxəliyev, Ə.Əlizadə və Ə.Vahid küçələrinin kəsişməsində, ümumi həyətdə yerləşən fərdi yaşayış evlərinə vizual texniki baxış keçirilməsi barədə qeyd olunan ünvanlarda yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Həmin Akta əsasən, ünvan 1 ünvanlarda yerləşən evlərin texniki vəziyyəti yoxlanılmışdır. Sözü gedən Sərəncama və Əmlak Məsələləri Dövlət Xidmətinin yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası məqsədilə İddiaçı MTK Sərəncamda qeyd olunan yer quruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.2351 ha torpaq sahəsinin hüdudlarına daxil olan Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən evlərin, o cümlədən Qarabağ küçəsi 35, 37, 39 və 41 nömrəli evlərin əksər mülkiyyətçiləri (istifadəçiləri) ilə qarşılıqlı razılaşma əsasında danışıqlar aparmış, sakinlərlə əldə edilmiş razılıq əsasında sonunculara məxsus evlərin sökülməsi işini təşkil etmişdir. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 33, 35, 37, 39, 41 nömrəli evlərdə, eləcə də Sərəncamda göstərilən digər küçələrdə yerləşən evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Qarabağ küçəsi, 33 saylı evin 17 nömrəli mənzilinin mülkiyyətçisi, hazırki iddia üzrə Cavabdeh ilə iddiaçı MTK tərəfindən dəfələrlə danışıqlar aparılmasına baxmayaraq Cavabdeh iddiaçı MTK-nın əlverişli təkliflərini qəbul etməyərək iddiaçı ilə razılığa gəlməkdən və müqavilə imzalamaqdan imtina edir. Cavabdeh hər an çökmə ehtimalı olan, kəskin qəzalı binada yaşamağa davam edir. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH 106123 nömrəli, xx.xx.1997-ci il qeydiyyat tarixli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qarabağ küçəsi, 33 nömrəli yaşayış evinin 17 nömrəli mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin mənzildə Cavabdeh və bir yetkinlik yaşına övladı ilə qeydiyyatda olmaqla yaşayır. Sökülməli olan mənzildən Cavabdeh və orada yaşayan şəxslər çıxarılmalıdır. Bu baxımdan iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı MTK məhkəməyə barışıq sazişinin təsdiq edilməsinə dair ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, aralarında əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə tərəflər arasında barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Müqavilənin Predmeti Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı xx.xx.2021 tarixli sərəncamı ilə və Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinin Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli qəzalı vəziyyətdə olan binaların istismara yararsız aktını nəzərə alaraq bu binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi. 1.1. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən İddiaçı MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən “Mülkiyyətçi”yə faktiki sahəsi 73.35 kv.m mənzilin əvəzinə 252150 manat pulla əvəzləşdirildi. 1.2. “Mülkiyyətçi” bu müqaviləyə əsasən ona məxsus mənzili söküntü üçün 15 gen müddətinə İddiaçı MTK-ya təhvil verməlidir. 1.3. Müqavilə Bakı Şəhər İcra Hakimiyyəti 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə həyata keçirilir.

2. Tərəflərin Hüquq və Öhdəlikləri 2.1. Mülkiyyətçinin öhdəlikləri: 2.1.1 “Mülkiyyətçi”-nin özünə məxsus mənzilinin işıq, qaz, su sayğaclarının, əlaqədar təşkilatlara təhvil verib aktlarını İddiaçı MTK-ya təqdim edir. 2.1.2 "Mülkiyyətçi" müqavilə imzalandığı gündən 15 (on beş gün) müddətində mənzili tam boşaldaraq "xxxx" MTK-ya təhvil verməlidir. 2.1.3 "Mülkiyyətçi" özünə məxsus söküntüsü nəzərdə tutulmuş mənzilin sənədlərini (Çıxarış, Qeydiyyat vəsiqəsi, Texniki Paspurt və.s) "xxxx" MTK-ya təhvil verməlidir. 2.2. İddiaçı MTK-nın hüquqları: 2.2.1. İddiaçı MTK “Mülkiyyətçi”-yə məxsus mənzilin işıq, qaz, su sayğaclarının, təhvil aktlarını təqdim etməsini tələb etmək. 2.2.2. İddiaçı MTK “Mülkiyyətçi”-nin özünəməxsus söküntüsü nəzərdə tutulmuş mənzilin sənədlərini (Çıxarış, Qeydiyyat vəsiqəsi, Texniki Pasport və s.) tələb edir.

3. Fors-Major 3.1 Tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra oİunmamasına görə məsuliyyətdən azad olunurlar. 3.2 Tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzaladıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirirlər.

4. Məxfilik 4.1 Tərəflər qəbul edir ki, müqavilənin şərtlərini və müqavilənin icrası zamanı əldə etdikləri kommersiya sirri təşkil edən məlumatlar tam məxfi məlumat xarakteri daşıyır. Bu məlumatlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və beynəlxalq iş ənənələri ilə müəyyən olunan hallar istisna olmaqla heç bir şəkildə və qaydada heç bir fiziki və ya hüquqi şəxsə açıqlanmamalıdır. Tərəflərin konfidensiallığın qorunması öhdəlikləri nəzərdə tutulmuş müddət bitəndən sonra da davam edəcək.

5. X3 5.1 Bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. 5.2 Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir.

6. Yekun Şərtlər 6.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 6.2 "Mülkiyyətçi" "xxxx" MTK ilə əvvəlcədən yazılı razılıq olmadan, müqavilədə göstərilən mənzilə dair 3 (üç)-cü şəxslər qarşısında hüquq və öhdəlik götürə bilməz. 6.3 Yeni tikilmiş binalarda mənzilin mülkiyyət hüququnun Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeydiyyatına alınması üçün nəzərdə tutulmuş (hüquqi statusundan asılı olmayaraq) bütün xərcləri "Mülkiyyətçi"-lər öz hesabına təmin edir. Mülki Prosessual Məcəllənin 191.1 və 191.2-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq və tərəfin izahatını dinləyərək hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı mənzilin təhvil verilməsi və sair tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MTK ilə Cavabdeh arasında aşağıdakı məzmunda bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin:

1. Müqavilənin Predmeti Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 77 saylı, xx.xx.2021 tarixli sərəncamı ilə və Fövqəladə Hallar Nazirliyinin Tikintinin Təhlükəsizliyinin Dövlət Agentliyinin xx.xx.2020ci il tarixli qəzalı vəziyyətdə olan binaların istismara yararsız aktını nəzərə alaraq bu binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi. 1.1. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamının 1-ci bəndinə əsasən İddiaçı MTK Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, Ə.Vahid küçəsi, T.Şıxəliyev küçəsi, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş ünvan 2 ünvanında yerləşən “Mülkiyyətçi”yə faktiki sahəsi 73.35 kv.m mənzilin əvəzinə 252150 manat pulla əvəzləşdirildi. 1.2. “Mülkiyyətçi” bu müqaviləyə əsasən ona məxsus mənzili söküntü üçün 15 gen müddətinə İddiaçı MTK-ya təhvil verməlidir. 1.3. Müqavilə Bakı Şəhər İcra Hakimiyyəti 77 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə həyata keçirilir.

2. Tərəflərin Hüquq və Öhdəlikləri 2.1. Mülkiyyətçinin öhdəlikləri: 2.1.1 “Mülkiyyətçi”-nin özünə məxsus mənzilinin işıq, qaz, su sayğaclarının, əlaqədar təşkilatlara təhvil verib aktlarını İddiaçı MTK-ya təqdim edir. 2.1.2 "Mülkiyyətçi" müqavilə imzalandığı gündən 15 (on beş gün) müddətində mənzili tam boşaldaraq "xxxx" MTK-ya təhvil verməlidir. 2.1.3 "Mülkiyyətçi" özünə məxsus söküntüsü nəzərdə tutulmuş mənzilin sənədlərini (Çıxarış, Qeydiyyat vəsiqəsi, Texniki Paspurt və.s) "xxxx" MTK-ya təhvil verməlidir. 2.2. İddiaçı MTK-nın hüquqları: 2.2.1. İddiaçı MTK “Mülkiyyətçi”-yə məxsus mənzilin işıq, qaz, su sayğaclarının, təhvil aktlarını təqdim etməsini tələb etmək. 2.2.2. İddiaçı MTK “Mülkiyyətçi”-nin özünəməxsus söküntüsü nəzərdə tutulmuş mənzilin sənədlərini (Çıxarış, Qeydiyyat vəsiqəsi, Texniki Pasport və s.) tələb edir.

3. Fors-Major 3.1 Tərəflər fors-major hallarında müqavilə şərtlərinin icra olunmaması və ya lazımi qaydada icra oİunmamasına görə məsuliyyətdən azad olunurlar. 3.2 Tərəflər, onların iradəsindən asılı olmayan, müqavilə imzalandıqda nəzərə alınmayan və müqavilə imzaladıqdan sonra meydana çıxan daşqın, zəlzələ və digər təbiət hadisələri, habelə müharibə, eləcə də qarşısı alınmaz digər təbiət hadisələri fors-major kimi müəyyənləşdirirlər.

4. Məxfilik 4.1 Tərəflər qəbul edir ki, müqavilənin şərtlərini və müqavilənin icrası zamanı əldə etdikləri kommersiya sirri təşkil edən məlumatlar tam məxfi məlumat xarakteri daşıyır. Bu məlumatlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və beynəlxalq iş ənənələri ilə müəyyən olunan hallar istisna olmaqla heç bir şəkildə və qaydada heç bir fiziki və ya hüquqi şəxsə açıqlanmamalıdır. Tərəflərin konfidensiallığın qorunması öhdəlikləri nəzərdə tutulmuş müddət bitəndən sonra da davam edəcək.

5. X3 5.1 Bu müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. 5.2 Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir.

6. Yekun Şərtlər 6.1 Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 6.2 "Mülkiyyətçi" "xxxx" MTK ilə əvvəlcədən yazılı razılıq olmadan, müqavilədə göstərilən mənzilə dair 3-cü şəxslər qarşısında hüquq və öhdəlik götürə bilməz. 6.3 Yeni tikilmiş binalarda mənzilin mülkiyyət hüququnun Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeydiyyatına alınması üçün nəzərdə tutulmuş (hüquqi statusundan asılı olmayaraq) bütün xərcləri "Mülkiyyətçi"-lər öz hesabına təmin edir. İddiaçı MTK-nın Cavabdeh qarşı mənzilin təhvil verilməsi və sair tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər.

Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar