Məhkəmə qərarları › İş №e-2(005)-2126/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2126/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2126/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “bağışlama və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh3 arasında 9 saylı notariat ofisində bağlanmış 4Ə-657 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi; 2) Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, 16 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 1 saylı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu O.Ə.Zərgərov tərəfindən təsdiqlənmiş 4Ə- 319 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3) Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsi barəsində Cavabdeh2 ilə Cavabdeh1 bağlanılan 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-264 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4) ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-283 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 5) Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evi barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-2022 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və əmlakların əvvəlki vəziyyətinə (Cavabdeh2 adına) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı MMC-nin (əvvəlki adı ilə Güllübulaq MMC) təsisçilərindən biri olmuşdur. MMC təsis edildiyi gündən 2017-ci ilin sonunadək Cavabdeh2 tam idarəçiliyində olmuşdur. MMC-nin digər sahibləri MMC-nin bütün maliyyə-təsərüffat fəaliyyəti də daxil olmaqla tam idarəçiliyi Cavabdeh2 etibar etmişdirlər. Digər təsisçilər ona inanaraq illərlə MMC-nin mənfəəti barədə Cavabdeh2 verdiyi məlumatlararı qəbul etmişdirlər. 2017-ci ilin sentyabr ayında MMC-nin maliyyə vəziyyəti təsisçilər tərəfindən müzakirə edilərkən Cavabdeh2 maliyyə pozuntuları üzə çıxmışdır. Aparılan audit yoxlamaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən MMC-ə 7333517,08 (yeddi milyon üç yüz otuz üç min beş yüz on yeddi manat səkkiz qəpik) zərər vurulmuşdur. Həmin yoxlamanın nəticələri xx.xx.2018-ci il tarixli “müstəqil auditorun hesabatı” və eləcə də 2009-cu 2015-ci illər ərzində Türkiyyə Respublikasından İddiaçı MMC-nin ünvanına daxil olmuş “uşaq bezləri” yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor rəyi ilə rəsmiləşdirilmişdir. Hazırkı işdə cavabdeh 1 olan Cavabdeh2 qarşı ERBİ-H MMC və onun digər payçıları Türkiyə Respublikası vətəndaşı Nürettin Cengiz və X10 Bakı şəhər Nərimanov rayon Məhkəməsində Cavabdeh2 MMCdə iştirakına xitam verməklə dövlət reyestrində bu barədə müvafiq dəyişikliklər edilməsi və Cavabdeh2 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin iddia qismən təmin edilmiş, cavabdeh X4 “ERBİ-H Məhdud Məsuliyyətli Cəmiyyətində iştirakına xitam verilməsi və X3 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9420/2021 saylı Qətnaməsi ilə (sədrlik edən hakim Qürbət Əsgərov) Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(005)-4443/2018 saylı qətnaməsi qismən ləğv edilmiş və yeni qətnamə qəbul edilərək Cavabdeh2 5.438.747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat pul tutularaq, İddiaçınə ödənilməsi, tutma Cavabdeh2 əmlaklarına yönəldilməsi, borcun tutulması üçün Cavabdeh2 məxsus əmlaklar yetərli olmadıqda, tutma Cavabdeh2 İddiaçındəki payına yönəldildikdən sonra, onun İddiaçındə iştirakına xitam veriməsi qət edilmişdir. Tərəfimizdən aparılmış araşdırmalar və toplanmış sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh-1 Cavabdeh2 ilə iddiaçı ERBİ-H MMC arasında yaranan mülki mübahisələr zamanı və Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi qəbul olunduqdan sonra Cavabdeh2 adında olan bütün daşınar və daşınmaz əmlakları həyat yoldaşı Cavabdeh-2 Cavabdeh1 adına bağışlama etmiş və bu əməliyyatlar yekunlaşdıqdan sonra formal olaraq aralarındakı rəsmi nikahı ləğv etdirmişdirlər. Bundan əlavə, Cavabdeh2 İddiaçı MMC-dən qanunsuz olaraq əldə etdiyi pullar hesabına aldığı əmlakları bu əməlləri yerinə yetirdiyi dövrlərdə və əməllərinin üstü açıldıqdan sonrakı dövrdə adına olan əmlaklardan bəzilərini alqı-satqı yolu ilə başqa şəxslərə də satmışdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 gələcəkdə qəbul ediləcək məhkəmə aktlarının icrasına mane olmağı və məhkəmə aktlarının icrasından yayınmağı lap əvvəldən planlaşdırmışdırlar. Cavabdehlərin bu niyyətləri daha bir məhkəmə prosesinin gedişində üzə çıxmışdır. Belə ki, iddiaçı “ERBİ-H" MMC-nin cavabdehlər DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə, X5 və Cavabdeh1 və Gəncə şəhəri 5 saylı Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət etmiş, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)-104/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək 23 yanvar 2019-cu il tarixdə 4Ə-26 reyesr nömrəsi ilə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 adına olan Gəncə şəhəri, Kəpəz Rayonu, N.Nərimanov prospekti ünvanında yerləşən ümumi sahəsi 5,2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv/m. olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* olan, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilmişdir. Həmin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi qəbul olunduqdan dərhal sonra (təxminən 30-35 iş günü ərzində), yəni xx.xx.2019-cu il tarixdə iş üzrə mübahisəli əmlakı həyat yoldaşı Səfurə Adıgözəlovanın adına bağışlama müqaviləsi ilə keçirtmişdir. bağışlama əqdi bağlanıldıqdan 15 gün sonra tərəflər nikahlarını 09 fevral 2019-u il tarixdə pozmuşlar. Eyni zamanda bildiririk ki, ERBİ-H MMC-ə qarşı külli miqdarda mənimsəmə etdiyi üçün Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 213.2.2-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 02 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cavabdeh2 təyin edilmiş əsas cəzalar qismən toplanılaraq həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilmiş və ona qəti olaraq 02 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi həmin hökmdən təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayəti təmin etməmiş və hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır və hazırda həmin hökm qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılan bağışlama müqavilələr, həmçinin onlarla digər şəxslər arasında bağlanılan alqı-satqı müqavilələri tamamilə qanunsuz olmaqla bağlandığı andan etibarsızdır. Buna görə də həmin müqavilələr Məhkəmə tərəfindən etibarsız hesab edilərlək ləğv edilməlidir. Hazırkı iddia tələbi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tamamilə qanuni və əsaslıdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat təqdim edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə etiraz verərək etirazında bildirmişdir ki, İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh3 arasında 9 saylı notariat ofisində bağlanmış 4Ə-657 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, 16 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 1 saylı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu O.Ə.Zərgərov tərəfindən təsdiqlənmiş 4Ə- 319 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsi barəsində Cavabdeh2 ilə Cavabdeh1 bağlanılan 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-264 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-283 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin, Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evi barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-2022 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və əmlakların əvvəlki vəziyyətinə (Cavabdeh2 adına) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən İddiaçı MMC-nin hal-hazır ki, iddia ərizəsi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmadığından və iddia ərizəsi əsassız olduğundan iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı iddia tələbində müqavilələrin etibarsız hesab edilməsinə əsas kimi Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsinə (iddia qismən təmin edilmiş, cavabdeh X4 “ERBİ-H Məhdud Məsuliyyətli Cəmiyyətində iştirakına xitam verilməsi və X3 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir) və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9420/2021 saylı qətnaməsinə istinad etmişdir ki, mülki qanunvericilikdə göstərilən səbəblər əsasında əqdin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Hazırki işdən göründüyü kimi, mübahisələndirilən müqavilənin məzmunu barədə iddiaçı tərəf hər hansı bir dəlil irəli sürmür və məhkəmələr də müqavilənin məzmununun qüsurlu olmadığını müəyyən etmişlər. Deməli, əqdin etibarlığına dair bu şərtə də əməl olunması işin mübahisəsiz halıdır. Müqavilənin etibarlığının üçüncü şərti onun formasının qanunauyğunluğudur. Hazırki işdən göründüyü kimi, mübahisələndirilən müqavilənin qanunvericiliyin tələbinə uyğun formada bağlanması da məhkəmələr tərəfindən müəyyən edilmiş işin mübahisəsiz halıdır. Müqavilənin notariat qaydada rəsmiləşdirilməsi, müqavilə tərəflərinin onu imzalamağa səlahiyyəti olması və s. kimi rekvizitlər tamamilə qanunvericiliyin tələbinə uyğundur. Müqavilənin etibarlığı şərtlərindən biri də müqavilənin şərtlərinin müəyyənliyidir. Hazırki işdən göründüyü kimi, mübahisələndirilən müqavilənin bütün şərtləri müəyyəndir. Yəni, əmlakın bağışlanması, tərəflərin şəxsiyyəti, müqavilənin forma və məzmununun onun məqsədinə uyğun olması və s. əlamətlər müqavilənin şərtlərinin müəyyənliyini tamamilə əhatə edir. Bundan başqa aşağıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı MMC-nin hal-hazırda cavabdehlərə qarşı məhkəmədə belə bir iddia qaldırması üçün subyektiv hüquqa malik deyildir. Hər bir mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bundan əlavə iddia ərizəsi İddiaçı MMC-nin iddianı qanunvericilikdə nəzərdə tutulan iddia müddətinin ötürməklə verdiyinə görə mübahisəyə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı etibarsız hesab edildiyini xahiş etdiyi alqı-satqı və bağışlama müqavilələri 2018-2020-ci illərdə bağlanmışdır. İddiaçı isə 2022-ci ildə müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia müddətləri ötürülmüş və bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinin hüquqlarını müdafiə etdiyi şəxsə münasibətdə əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. Həmçinin məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı MMC Cavabdeh3 qarşı “Bak, şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh3 arasında 9 saylı notariat ofisində bağlanmış 4Ə-657 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki vəziyyətinə geri qaytarılması” barədə iddia qaldırmışdır. O, həmin əmlakı 210000 manata almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən həmin əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmamış, özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Göründüyü kimi o, vicdanlı alıcı olduğundan, həmçinin iddia müddəti keçdiyindən iddia tələbindən imtina olunmalıdır. Bu səbəbdən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 cəzaçəkmə müəssisəsində saxlanıldığından məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda məhkəməyə yazılı izahat və etirazını bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Hədiyyə verən” Cavabdeh2 əvəzinə X9 oğlu ilə “Hədiyyə alan” Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqavilədən görünür ki, “Hədiyyə verən” Cavabdeh2 Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağları ərazisində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 4 otağ, 113.15 kv.m yaşayış, 263.61 kv.m köməkçi sahədən ibarət 2074 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adma daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Satıcı” Cavabdeh2 əvəzinə X9 oğlu ilə “Alıcı” Cavabdeh3 əvəzinə X15 arasında xx.xx.2020ci il tarixdə bağlanmış alqı-satqısına dair müqavilədən görünür ki, "Satıcı" Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, mənzil 103 ünvanında yerləşən ümumi sahəsi 80,2 kv.m olan mənzili 210000 (iki yüz on min) manata Cavabdeh3 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, mənzil 103 Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. Reyestrdə 8İ-6396 № ilə qeyd edilmiş Cavabdeh1 Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, mənzil 103 ünvanında mənzilin satılmasına etiraz etmir. Bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürür. “Hədiyyə verən” Cavabdeh2 əvəzinə X9 oğlu ilə “Hədiyyə alan” Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqavilədən görünür ki, “Hədiyyə verən” Cavabdeh2 ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 359,5 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 359,5 kv/m olan qeyri-yaşayış binası Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 8083 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; “Hədiyyə verən” Cavabdeh2 əvəzinə X9 oğlu ilə “Hədiyyə alan” Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqavilədən görünür ki, “Hədiyyə verən” Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 113 ünvanında yerləşən ümumi sahəsi 38,1 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, 113 ünvanında yerləşən ümumi sahəsi 38,1 kv.m olan qeyri-yaşayış binası Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 219 nömrəli reyestr kitabının 20644 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; “Hədiyyə verən” Cavabdeh2 əvəzinə X9 oğlu ilə “Hədiyyə alan” Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqavilədən görünür ki, “Hədiyyə verən” Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, mənzil 16 ünvanında yerləşən ümumi sahəsi 263,84 kv.m olan mənzili Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, mənzil 16 ünvanında yerləşən ümumi sahəsi 263,84 kv/m olan mənzil Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 2537 nömrəli reyestr kitabının 236229 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır; Reyestrdə 7E-13689 № ilə qeyd edilmiş X1 1 saylı Bakı “ASAN xdmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, mənzil 16 ünvanında yerləşən mənzilin arvadı Cavabdeh1 bağışlanmasına etiraz etmir. Bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürür. Reyestrdə 7E-13666 № ilə qeyd edilmiş X2 1 saylı Bakı “ASAN xdmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, mənzil 16 ünvanında yerləşən mənzilin arvadı Cavabdeh1 bağışlanmasına etiraz etmir. Bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürür. Reyestrdə 7E-13687 № ilə qeyd edilmiş X9 oğlunun 1 saylı Bakı “ASAN xdmət” mərkəzində notariat kontorunda təsdiqlənmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, mənzil 16 ünvanında yerləşən mənzilin arvadı Cavabdeh1 bağışlanmasına etiraz etmir. Bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********6 №-li 5 saylı Vəkil Bürosuna ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası ərazisində Cavabdeh2 və Cavabdeh1 adlarına daşınmaz əmlakın olub-olmaması haqqında məlumat verilməsi barədə müraciətə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Cavabdeh2 adına Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzil xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 9 saylı notariat ofisinin 40-657 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı, müqaviləsinə əsasən Cavabdeh3 adına özgəninkiləşdirilmişdir. Cavabdeh2 adına Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, 16 saylı mənzil xx.xx.1996-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 1 saylı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu O.O.Zərgərov tərəfindən təsdiqlənmiş 4Ə-319 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Cavabdeh2 adına Bakı şəhəri, Narimanov rayonu, X22 prospekti, 113 saylı ünvanında yerləşən 103.9 kv.m qeyri-yaşayış sahəsinə dair 003332 nömrəli xx.xx.2005-ci il tarixli şəhadətnamə verilmişdir, lakin sözügedən qeyri-yaşayış sahəsinin 65.8 kv.ni hissesi 9 saylı DNK-nın 4Ə-4,877 reyestr nömrəli xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6, 38.1kv.m hissəsi 3 saylı notariat kontorunun 4Ə-264 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Cavabdeh2 adına ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binasına dair 004107 nömrəli xx.xx.2004-ci il tarixli şəhadətnamə verilmişdir, lakin 3 saylı notariat kontorunun 4Ə-283 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Cavabdeh2 adına Bakı şəhəri, Nərimanov rayonu, Xuluflu küçəsi, ev 43, 43 saylı mənzil xx.xx.1995-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin 9 saylı DNK-nın 3MA-2/154 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Cavabdeh2 adına Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisi,2074 saylı bağ evi xx.xx.2006-cr il tarixdə qeydiyyatdan keçmişdir, lakin Sumqayıt şəhər 4 saylı notariat kontorunun 4Ə-2022 reyestr nömrəl xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Cavabdeh2 adına Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti (240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi) ünvanında yerləşən əmlak kompleksi xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir, İakin Gəncə şəhər 5 saylı DNK-nın 4Ə- 26 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirmişdir. Cavabdeh2 adına Qusar rayonu, Yuxarı Ləyər kəndində 0.12ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına (əsaslarda təvəllüd göstərilməmişdir) Siyəzən rayonu, Beşdam kəndində 0.50ha torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-0703 KOD 30508018 nömrəli torpağa müllkiyyət hüququna dair dövlət aktı verilmişdir. Cavabdeh2 adına Abşeron rayonu, Xırdalan şəhəri, 3 nömrəli Zeytun sovxozu ərazisində 1.4719 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixde, Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində 2.5328 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə icarə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda icarəsindədir. Cavabdeh1 adına Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111,20 saylı mənzil xx.xx.2008-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111,19 saylı mənzil xx.xx.2008-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu. X22 prospekti, ev 111, 16 X22 prospekti ev 111, 19 saylı mənzil xx.xx.2018-ci il tarixdə, Bakı şəhəri, ünvanda Nərimanov rayonu, X22 prospekti, 113 saylı ünvanda Cavabdeh1 adına Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 saylı bağ evi 12.11,2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti (240 çarpayılıq xəstəxananın yarımçıq tikilisi) ünvanında yerləşən əmlak kompleksi 25.01,2019-cu il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh1 adma Abşeron rayonu. Fatmayı kəndində 1.0ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Qeyd olunan şəxslərin adlarına Azərbaycan Respublikasının digər ərazilərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış Cavabdeh2 və Cavabdeh1 qohumluq məlumatlarından görünür ki, onların birgə nikahda olmalarına dair məlumat yoxdur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(043)-104/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, 23 yanvar 2019-cu il tarixdə 4Ə-26 reyesr nömrəsi ilə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 adına olan Gəncə şəhəri, Kəpəz Rayonu, N.Nərimanov prospekti ünvanında yerləşən ümumi sahəsi 5,2 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 2825 kv/m. olan 240 çarpayılıq xəstəxananın yarımçıq tikilisinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX ******* olan, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(104)-563/2022 saylı qətnaməsindən görünür ki, Apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(043)-104/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi MK-nın 14 dekabr 2021-ci il tarixli, 2(103)-9420/2021 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(005)-4443/2018 saylı qətnaməsi qismən, qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, Cavabdeh2 5.438.747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat pul tutularaq, İddiaçınə ödənilməski, tutmanın Cavabdeh2 əmlaklarına yönəldilməsi, borcun tutulması üçün Cavabdeh2 məxsus əmlaklar yetərli olmadıqda, tutmanın Cavabdeh2 İddiaçındəki payına yönəldildikdən sonra, onun İddiaçındə iştirakına xitam verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli, 2(102)-2681/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi MK-nın 14 dekabr 2021-ci il tarixli, 2(103)-9420/2021 saylı qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin olunan hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kolleqasının 15 fevral 2022-ci il tarixli, 2(103)- 265/2022 saylı qərarından görünür ki, Apellyasiya şikayətləri təmin edilməyərək, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü zərərçəkən hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə və məhkumun müdafiəçiləri Vəkil2 və X11 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflər arasında yaranmış hazırkı mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh2 İddiaçı MMC-nin (əvvəlki adı ilə Güllübulaq MMC) təsisçilərindən biri olmuş və 2017-ci ilin sonunadək maliyyə-təsərüffat fəaliyyəti də daxil olmaqla tam idarəçilik Cavabdeh2 etibar edilmişdir. Aparılmış audit yoxlamaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən MMC-ə 7333517,08 (yeddi milyon üç yüz otuz üç min beş yüz on yeddi manat səkkiz qəpik) zərər vurulmuşdur. Həmin yoxlamanın nəticələri xx.xx.2018-ci il tarixli “müstəqil auditorun hesabatı” və eləcə də 2009-cu 2015-ci illər ərzində Türkiyyə Respublikasından İddiaçı MMC-nin ünvanına daxil olmuş “uşaq bezləri” yükləri üzrə müvafiq audit araşdırmasına dair tərtib edilmiş xx.xx.2018-ci il tarixli müstəqil auditor rəyi ilə rəsmiləşdirilmişdir. Bundan sonra Cavabdeh2 ilə cəmiyyətin təsisçiləri arasında məhkəmə mübahisələri olmuş və nəticədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4443/2018 nömrəli, 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh X4 “ERBİ-H Məhdud Məsuliyyətli Cəmiyyətində iştirakına xitam verilməsi və X3 6.184.633,23 manatın tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9420/2021 saylı Qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, 2(005)-4443/2018 saylı qətnaməsi qismən ləğv edilmiş və yeni qətnamə qəbul edilərək Cavabdeh2 5.438.747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat pul tutularaq, İddiaçınə ödənilməsi, tutma Cavabdeh2 əmlaklarına yönəldilməsi, borcun tutulması üçün Cavabdeh2 məxsus əmlaklar yetərli olmadıqda, tutma Cavabdeh2 İddiaçındəki payına yönəldildikdən sonra, onun İddiaçındə iştirakına xitam veriməsi qət edilmişdir. Tərəflər arasında mübahisənin yaranmasına əsas olan hal ondan ibarətdir ki, Cavabdeh2 fəaliyyətində qanunsuzluqlar və onun müəssisənin əmalkını mənimsəməklə müəssisəyə və onun təsisçilərinə zərər vurması halı aşkar edildikdən sonra tərəflər arasında məhkəmə mübahisələri olmuş və yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9420/2021 saylı Qətnaməsi ilə Cavabdeh2 5.438.747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat pul tutularaq, İddiaçınə ödənilməsi, tutma Cavabdeh2 əmlaklarına yönəldilməsi qərara alınmışdır. Məhz bu qərardan sonra Cavabdeh2 tərəfindən onun adında olan əmlaklara dair qısa müddət ərzində alqı-satqı və bağışlama müqavilələri bağlanmışdır. Hazırda iş üzrə İddiaçı qeyd edilən müqavilələrin etibarsızlığını mübahisələndirir və məhkəmədən müqavilələrin etibarsız hesab edilməklə onlara dair verilmiş çıxarışların etibarsız hesab edilməsini və əmlakların əvvəlki hüquqi statusuna qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə aşağıdakı qanunvericilik normalarının tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli qərarında qeyd olunur ki, “Məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında гейд олунур ки, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, 16 saylı mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının və Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 saylı bağ evinin Cavabdeh1 bağışlanmasından 15 gün sonra tərəflər arasındakı nikah münasibətlərinə xitam verilmişdir. Bundan əlavə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzilə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi Cavabdeh2 qısa müddət ərzində ona məxsus olan əmlaklara dair müqavilələr bağlamaqla onları öz adından çıxarmışdır. Məhkəmə Cavabdeh2 tərəfindən ona məxsus əmlakların bir qisminin müqavilənin bağlandığı tarixə münasibətdə nikahda olduğu arvadı Cavabdeh1 bağışlanması və digər hissəsinin Cavabdeh3 adına alqı-satqı yolu ilə keçirilməsini görünüş üçün bağlanmış, uydurma əqd kimi qiymətləndirilir. Belə ki, qeyd edilən müqavilələrin bağlanması Cavabdeh2 İddiaçınə və onun digər təsisçilərinə zərər vurması halı aşkar edildikdən, ona qarşı məhkəmə mübahisələri başlandıqdan sonra bağlanmışdır. Məhkəmə Cavabdeh2 hərəkətlərini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9420/2021 saylı Qətnaməsi ilə ondan tutulmalı olan 5.438.747,76 (beş milyon dörd yüz otuz səkkiz min yeddi yüz qırx yeddi manat yetmiş altı qəpik) manat məbləğində pulun onun mülkiyyətində olan əmlaklara yönəldilməsinin qarşısının alınması məqsədilə formal olaraq bağlandığını hesab edir. Göründüyü kimi mübahisələndirilən müqavilə aldatma yolu ilə bağlandığı və görünüş xarakterli (uydurma əqd) olduğu üçün iddiaçının həmin predmeti satmaq arzusu və iradəsinin olması istisna edilir. Belə olan halda, iddiaçının sonradan müqaviləni təsdiq etməsi də hüquqi baxımdan heç bir əhəmiyyət kəsb edə bilməz. Nəzərə alınmalıdır ki, hüquq sistemi, əqdlərdə qurucu ünsürlərlə yanaşı digər bəzi ünsürlərin də mövcud olmasını nəzərdə tuta bilər. Bu ünsürlər, əqdin bağlanmasını deyil, bağlanmış əqdin hüquqi nəticə doğurmasını təmin edir. Bu mənada həmin (tamamlayıcı) ünsürlər əqdin qurucu ünsürü kimi çıxış etmir; sadəcə olaraq, bağlanmış əqdin arzulanan hüquqi nəticəni meydana gətirməsi əqdin məhz bu ünsür vasitəsilə tamamlanmasından asılıdır. Mübahisələndirilən müqavilə baxımından isə qurucu ünsür olan iradə ifadəsi ümumiyyətlə mövcud olmamış, dolayısıyla da həmin əqd əslində bağlanmamışdır. Bu mənada, bağlanmamış bir əqdin sonradan bəyənmə ilə etibarlı hala gətirilməsi, sadəcə olaraq mümkün deyildir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdə verilmiş anlayışa (“Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”) əsasən, əqdin əmələ gəlməsinin (bağlanmasının) 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır və qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyildir (bağlanmamışdır); əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin mövcud olmaması və etibarsızlığının fərqləndirilməsinin praktiki əhəmiyyəti vardır; əvvəla, etibarlılıq və ya etibarsızlıq müqavilə (əqd) bağlandıqdan sonra müzakirə predmeti ola bilər; ikincisi isə, mübahisə edilən əqdin etibarsız sayılması və ya əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddianın irəli sürülməsi üçün müddət nəzərdə tutulduğu halda, mövcud olmayan əqd baxımından hər hansı müddətin mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh2 real mənada ona məxsus olan əmlakları bağışlamaq və ya satmaq niyyətində olmamış, həmin əmlaklara qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutmanın yönəldilməsinin qarşısını almaq məqsədi güdmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, 16 saylı mənzilinin, Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının və Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisi, 2074 saylı bağ evinə dair Cavabdeh2 əvəzinə X9 oğlu ilə Cavabdeh1 arasında bağlanmış bağışlama müqavilələri və Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzilə dair Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin əmlaklara dair verilmiş çıxarışlar ləğv edilməli və əmlaklar əvvəlki vəziyyətinə qaytarılmalıdır. İş üzrə cavabdeh tərəfin Cavabdeh2 “ERBİ-H" MMC-nin təsisçisi olduğu halda onun təsis etdiyi cəmiyyətin öz təsisçisinə qarşı iddia qaldırıb ondan hər hansı bir əmlak tələb etmək hüququna malik ola bilməməsini, iddia irəli sürənin subyektiv hüququnun olmaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında bu mövqe öz əksini tapmışdır. Məhkəmə cavabdehlərin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edir ki, bağışlama müqavilələri 2018-ci il tarixdə, alqı-satqı müqaviləsi 2020-ci il tarixdə bağlamış olsa da, iddiaçı həmin müqavilələr barədə xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsinin icrası mərhələsində məlumatlı olmuş və xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 1 illik iddia müddətini ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə acmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. - Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlər in geri qaytarılması tələblərinə tətbiq edilir; - bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 145, 103 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh3 arasında 9 saylı notariat ofisində bağlanmış 4Ə-657 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi; 2) Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 111, 16 saylı mənzil barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 1 saylı ASAN Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu O.Ə.Zərgərov tərəfindən təsdiqlənmiş 4Ə-319 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 3) Bakı şəhəri, Nərimanov rayonu, X22 prospekti, ev 113 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin 38.1 kv.m hissəsi barəsində Cavabdeh2 ilə Cavabdeh1 bağlanılan 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-264 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 4) ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında 3 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-283 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi; 5) Sumqayıt, Corat qəsəbəsi, Corat bağları ərazisı, 2074 saylı bağ evi barəsində Cavabdeh2 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 4 saylı notariat kontorunda təsdiq olunmuş 4Ə-2022 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilələr əsasında verilmiş çıxarışlar ləğv edilsin və əmlaklar əvvəlki vəziyyətinə (Cavabdeh2 adına) geri qaytarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar