Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2175/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X16rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X16rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29- 6913-1-113K/2025 nömrəli əmrinin ləğv olunması, İddiaçı Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması, iddiaçıya xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsində çalışmışdır. İddiaçı həmin vəzifədə fəaliyyəti dövründə öz peşəsinə vicdan və məsuliyyətlə yanaşmış, öhdəliklərini düzgün şəkildə icra etmişdir. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-29- 6913-1-113K/2025 nömrəli əmri əsasında İddiaçı Baloğlan qızının əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əsassız olmaqla, qanunvericiliyin bir sıra tələblərini pozmaqla qəbul edilmişdir. Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Baloğlan qızının övladı xx.xx.2014-cü il təvəllüdlü X15 psixi və davranış pozuntuları, uşaq autizmi, atipik autizm, üç və daha yuxarı yaşlarda qeydə alınan anormal və ya pozulmuş inkişaf, ünsiyyət və sosial qarşılıqlı təsirin nəzərə çarpacaq dərəcədə məhdudlaşması, davranış və ya maraqların stereotip formaları, həmçinin intellektual inkişafın təhsilə maneə yaradan bəzi aeriaalmaları diaqnozu qoyulmuş, əlliyi müəyyən edilmişdir. Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi, İddiaçı Baloğlan qızının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi yolverilməzdir. Qanunvericilik normalarının pozulması ilə qəbul edilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əmrinin hüquqazidd xarakter daşıdığını nəzərə alınsa, iddiaçının hüquqlarını pozan bu əmr ləğv olunmalı, İddiaçı Baloğlan qızı işə bərpa olunmalıdır. Bundan başqa, intizam tənbehi tədbirinin görülməsi üçün istinad edilən faktlar həqiqəti əks etdirmir. Belə ki, əmrdə İddiaçı Baloğlan qızının öz vəzifə öhdəliklərini icra etmədiyi, M.N.Cəfərovanın müavinət əldə etmə hüququna mane olduğu, xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməklə, özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verdiyini etiraf etmiş olduğu qeyd edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, yuxarıda adıçəkilən xx.xx.2025-ci il tarixli ərizədə əks olunan faktlar şəxsin korrupsiya cinayətini törətməsini təsdiqləmir. Bundan başqa həmin ərizə yazılarkən iddiaçı bülletendə olmuşdur. Belə ki, № ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən, İddiaçı Baloğlan qızı bol suçiçəyi xəstəliyinə yoluxduğuna görə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək işdən azad edilmişdir. Buna baxmayaraq, İddiaçı Baloğlan qızı işdən azad edildiyi vaxt ərzində idarəyə gətirilmiş və ona ərizə yazdırılmışdır. Göründüyü kimi, ərizə qanunazidd şəkildə tərtib olunmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bununla yanaşı, İddiaçı Baloğlan qızı öz vəzifə öhdəliklərini daima vicdanla yerinə yetirmiş, korrupsiya əməli törətməmişdir. xx.xx.2025-ci il tarixli ərizədən də göründüyü kimi qeyd olunan əməlləri Qəfərov Hüseyn Qulamhüseyn oğlu törətmişdir. Qəfərov Hüseyn Qulamhüseyn oğlu iddiaçıya 1 nömrəli uşaq bağçasının müdiri vəzifəsinə təyin olunmaq üçün 10.000 manat pul vəsaitinin tələb olunduğunu bildirmişdir. Pul verilməli olmasını bildirən və təklif edən şəxs Qəfərov Hüseyn Qulamhüseyn oğlu olmuşdur. İddiaçı Baloğlan qızının korrupsiya pozuntusu törətməsindən söhbət gedə bilməz. Lakin, cavabdeh işin hallarını kifayət qədər araşdırmayaraq əsassız əmr qəbul etmişdir. Həmçinin, əmrdə qeyd olunmuşdur ki, tərbiyəçi X5 əmək qabiliyyətli olmamasına dair vərəqələri iddiaçı aidiyyəti üzrə təqdim etməmişdir. Bununla bağlı ilk öncə qeyd edilir ki, X5 əmək qabiliyyətli olmamasına dair məsələ cavabdeh tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə ki, X11 dəfələrlə bülletenə çıxmış, əmək fəaliyyətini icra etməmişdir. Lakin işçinin il ərzində işə çıxmaması və əmək qabiliyyətli olmaması cavabdehə maraqlı olmamışdır. X5 hansı hallarda işə çıxmaması, niyə görə 3 dəfə ardıcıl bülleten verməsi, daha əvvəllərdə çoxsaylı olaraq işə çıxmaması araşdırılmamışdır. Eləcə də, sözügedən məsələ ilə bağlı iddiaçının ən ağır inzibati tənbeh ilə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılması yolverilməzdir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən iddiaya etiraz ünvanlanaraq bildirilmişdir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Sabirabad şəhər 4 nömrəli uşaq bağçasında uşaqların faktiki mövcudluğu, ərzaq məhsullarının qəbulu və məxaricinin uçotunun aparılması, maddi qiymətlilərin anbar uçotu kitabına işlənilməsi vəziyyətinin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə monitorinq keçirilmişdir. Monitorinq zamanı, müəssisənin tərbiyəçisi X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi xəstəliyi ilə bağlı bağça müdiri İddiaçı müvafiq olaraq 0424598, ******* və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqləri təqdim etməsinə baxmayaraq, qeyd olunan dövrlər üçün İddiaçı müəssisənin əmr kitabında nömrə və tarix qeyd etmədən verdiyi əmrə əsasən xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixli 32 nömrəli əmrə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixli 39 nömrəli əmrə əsasən isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Məlahət Cəfərovanın işə çıxmamasını üzrsüz səbəb kimi rəsmləşdirmiş və əmək haqqını saxlamışdır. Eyni zamanda qeyd olunan dövrlər üçün X5 iş buraxma hallarına görə əsassız olaraq müvafiq aktlar tərtib edilmişdir. Beləliklə, müəssisənin müdiri Ülviyyə X1 əmək qabiliyyətini müvəqqəti itirməsinə görə təqdim etdiyi xəstəlik vərəqələrini mövcud əmək və təhsil qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməmiş və Məlahət Cəfərova Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiqlənmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 1.1 bəndinin tələblərinə əsasən ona ödənilməli olan əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət almaq hüququndan istifadə edə bilməmişdir (əmək qabiliyyətinin olmaması vərəqlərinin və əmrlərin surəti əlavə olunur). Belə ki, qeyd olunan Əsasnamənin 1.1-ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaalanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Bundan əlavə müəssisə müdiri İddiaçı tərbiyəçi X5 digər aylarda da müxtəif vaxtlarda iş buraxma hallarına yol verməsi ilə bağlı bağçanın əmr kitabında əsassız əmrlər vermiş, verilmiş əmrlərin məzmununda Məlahət Cəfərovanın əmrin verilmə tarixindən sonrakı dövrlər üçün işə gəlməməsi qeyd olunmuşdur. Belə ki, bağça müdiri İddiaçı tərbiyəçi X5 üzrsüz səbəbdən xx.xx.2024-cü il tarixli 01 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixli 6 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixli 10 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixində, xx.xx.2024-cü il 27 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə, xx.xx.2024-cü il tarixli 35 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə xx.xx.2024-cü il tarixli 40 nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdə olmaması ilə bağlı öncədən bağçanın əmr kitabında müvafiq qeydlər aparmışdır. Əlavə olaraq Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri İddiaçı xx.xx.2025-ci il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinə şifahi formada müraciət etməklə Sabirabad şəhər 3 nömrəli uşaq bağçasının təsərrüfat müdiri vəzifəsində çalışan, sinif yoldaşı olmuş Qəfərov Hüseyn Qulamhüseyn oğlunun ondan müxtəlif tarixlərdə korrupsiya hüquqpozmalarına şübhə yaradan vədlərlə ümumilikdə 18.000 manat məbləğində vəsaiti alması, lakin həmin vədləri yerinə yetirməməsi barədə məlumat vermişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə həmin müraciəti ərizə formasında regional təhsil idarəsinə təqdim etmiş və qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Belə ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsində Qəfərov Hüseyn Qulamhüseyn oğlunun müxtəlif tarixlərdə Sabirabad rayonu üzrə Psixoloji-Tibbi Komissiyanın üzvü olmasına görə 1.000 manat, vətəndaş X8 Sabirabad şəhər 4 nömrəli uşaq bağçasına tərbiyəçi müəllim vəzifəsinə qəbul olunacağı müqabilində 3.000 manat, Sabirabad rayonunun Şəfəq adlı sakininin xadimə vəzifəsinə qəbul ediləcəyi ilə bağlı 4.000 manat, özünün Sabirabad şəhər 3 nömrəli bağçanın müdiri vəzifəsinə təyin olunacağı ilə bağlı 10.000 manat məbləğində vəsaiti ondan aldığını, lakin heç bir vədi yerinə yetirmədiyini bildirmişdir. O, müraciətində Sabirabad rayonunun Şəfəq adlı sakinindən 4.000 manat pulun özünün aldığını etiraf etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Əmək Məcəlləsinin 79.1-ci maddəsinə görə öhdəsində 18 yaşınadək əlilliyi müəyyən ədilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bildirir ki, 2(102)-37/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərarınının (3 ulduzlu) 36-cı hissəsində qeyd edir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edе bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yolverilməsi zamanı 70-ci maddənin “ç” bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Həmin Qərarın 31-ci hissəsində qeyd olunur ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə istinadən qoruma altında olmasına əsaslanaraq işəgötürənə onunla əmək münasibətlərinə son verilməsini qadağan etmək, işçinin öz hüquqlarından suiistifadəsinə əhəmiyyətli şərait yaradaraq, belə halların təkrarən baş verməsi hallarına rəvac verir, nəticədə işəgötürənin mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurur, ümumiyyətlə əmək və iş şəraitinin pozulmasına şərait yaratmış olur ki, bu da mövcud hüquq münasibətlərində bərabər olmayan bir mühit yaranması ilə nəticələnir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş edərək bildirmişdir ki, iddiaçının korrupsiya hüquqpozmasına yol verməsi sübuta yetirilmir. Ümumiyyətlə korrupsiya hüquqpozmasının müəyyən olunması üçün məhkəmə qərarı olmalı idi. Amma belə bir qərar yoxdur. Bununla yanaşı iddiaçının himayəsində əlilliyi olan övladı vardır. Bu isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini birbaşa qadağan edir. Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X17 məhkəmə iclasında iddia tələblərini qəbul etməyərək, etiraz ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan: - Bakı 9 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasına (İMS) iştirak edilməməsi barədə MŞB\9\2025-00299 saylı xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı İMS-də iştirak etmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə İMS-də iştirak etməmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli intizam tənbehi tədbirinin görülməsi barədə əmrin surətindən görünür ki, 1. Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasının müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci rnaddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən ləğv edilməsi, 2. Məktəbəqədər və Ümumi Təhsil üzrə X23-Muğan Regional Təhsil İdarəsi (Rabii Şahbazov): 2.1. Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması və gələcəkdə anoloji nallara yol verilməməsi üçün həmin müəssisənin və tabeliyində olan digər təhsil müəssisələrinin fəaliyyetinə nəzarəti gücləndirməsi; 2.2. Fəaliyyətlərində nöqsanlara yol vermiş müəssisənin digər əməkdaşlarının intizam məsuliyyatinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsi; 2.3. İddiaçı bu əmrlə tanış olmasını, qanunvericiliklə müəyyən edilmiç müddətdə onunla son-haqq hesabın və təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi; 2.4. Qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmək kitabçasını təhvil verilməsini və ya əmək kitabçasının təhvil götürülməsi barədə bildirişin göndərilməsini təmin edilməsi; 3. İnsan resursları və hüquq sektoruna (Sevinc Ağayeva) tapşırılsın ki, bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etməsi; 4. Sənədlərlə və müraciətlərlə iş sektoru (Aylan Məmmədova) bu əmrin surətini göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etməsi əmr edilmişdir. Əmrdə həmçinin qeyd edilmişdir ki: Mil-Muğan Regional Təhsil İdarəsinə tabe olan Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasında uşaqların faktiki mövcudluğu, ərzaq məhsullarının qəbulu və məxaricinin uçotunun aparılması maddi qiymətlilərin anbar uçotu kitabına işlənilməsi vəziyyətinin araşdırılması ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə monitorinq keçirilmişdir. Monitorinq nəticəsində Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasının müdiri İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirmədiyi məlum olmuşdur. Belə ki, İddiaçı müəssisənin tərbiyəçisi X11 tərəfindən 0424598, ******* və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələri təqdim edilsə də, əmək qabiliyyətinin olmaması vərəqələri aidiyyəti üzrə təqdim edilməməklə M.N.Cəfərovanın müavinət əldə etmək hüququna mane olmuşdur. Həmçinin, xx.xx.2025-ci il tarixli ərizə ilə Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət etməklə özünün korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsini etiraf etmişdir. Qeyd olunanlara dair tərtib edilmiş təsdiqedici sənədlərlə müəyyən edilir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “a”, “e” və “f” bəndlərinin və əmək qanunvericiliyinin tələbləri pozulmuş. Beləliklə, İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə təhsil müəssisəsində təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngi pozulmuş, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Tibbi-Sosial Ekspert Komissiyasının qərarının surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X15 “Uşaq autizmi. Kanner sindromu” qoyulmuşdur, uşağın qəyyumu İddiaçıdır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə Əliyeva Ülviyyə Baloğlan qızı arasında xx.xx.2007-ci ildə nikah bağlanmışdır. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2012-ci ildə vəfat etmişdir. - Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri İddiaçı tərəfindən Mil-Muğan Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə ünvanlanmış ərizənin məzmunundan görünür ki, İddiaçı ərizəsində aşağıdakıları qeyd etmişdir: Yazıb Sizə bildirmək istəyirəm ki, xx.xx.2020-ci il tarixdən Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsində çalışıram. Qeyd etmək istəyirəm ki, Sabirabad rayon sakini Sabirabad şəhər 3 nömrəli uşaq bağçasının təsərrüfat müdiri Qəfərov Hüseyn Qulamhüseyn oğlu menim sinif yoldaşım olmuşdur. 2020-ci ildən onu məktəbəqədər təhsil üzrə birgə fəaliyyət zəmnində daha yaxından tanımışam. Qəfərov Hüseyn Qulamhüseyn oğlu hal-hazırda xatırlamadığı tarixdə, lakin Mil-Muğan Regional Təhsil İdarəsi yarandıqdan sonra onunla telefon əlaqəsi saxlayaraq onun Sabirabad rayonu üzrə Psixoloji-Tibbi Komissiyasının üzvü olması müqabilinde 1.000 manat pul istədiklərini dedi. Mən ondan kimin istediyini soruşduqda, o, bu barədə məlumat vermədi. Qeyd edirəm ki, hal-hazırda xatırlamadığı tarixdə bir neçə il əvvəl Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının xadimə-dayəsi X12 ona yaxınlaşaraq həmin müessisənin tərbiyeçi müellimi X5 nə vaxt işdən azad olunacağını soruşdu. Mən bu barədə məlumatsız olduğunu, belə bir sualın nədən yarandığını soruşdum. O cavab olaraq Qəfərov Hüseyn Qulamhüseyn oğluna Sabirabad şəhər 4 nömrəli uşaq baçasına tərbiyəçi müellim vəzifəsinə təyin olunma müqabilində 3.000 manat pul verdiyini dedi. Mən bu məsələdən xəbərsiz olduğumu dedim. Mən bu barədə Qəfərov Hüseyn Qulamhüseyn oğlu ilə telefon əlaqesi saxlayaraq məlumat əldə etmek istədikdə o, həmin məsələni etiraf etməklə işin regional təhsil idarəsi ilə danışdığını dedi. O M.N.Cəfərovanın əmək müqaviləsinə xitam veriləcəyini ve onun yerinə X8 təyin olunacağını dedi. Bir müddət sonra Sabirabad rayonunun Şəfəq adlı sakini işə qebulla bağlı mənə müraciət etdi. Mən onun sosial vəziyyətini nəzərə alaraq təyin olunmasına köməklik gösterilməsi üçün Qəfərov Hüseyn Qulamhüseyn oğluna zeng vuraraq məlumat verdim. O Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının xadimə-dayə vəzifəsinin yaxın zamanlarda vakant olacağını dedi ve həmin vəzifəyə təyinat üçün 4.000 manat pul istədiklərini dedi. Mən onun sözlərini Şəfəq adlı vətəndaşa çatdırdım ve o həmin məbləğlə razılaşaraq 4.000 manat pulu mənə verdi, mən de öz növbəmdə həmin pulu Hüseyn Qəfərova verdim. Lakin kifayət qədər müddət keçməsinə baxmayaraq onun verdiyi vədlər heyata keçmədi. Şəfəq adlı vətəndaşa mən məcbur qalaraq qohumlarımdan həmin pulu toplamaqla qaytardım. 2023-cü ilin mart ayında Qəfərov Hüseyn Qulamhüseyn oğlu mənim Sabirabad şəhər 1 nömrəli uşaq bağçasının müdiri vəzifəsinə təyin olunacağıma vəd etməklə məndən 10.000 manat pul istədiklərini dedi. Mən həmin bağçaya müdir vəzifəsinə təyin olunmaq istədiyim üçün 10.000 manat pulu ona verdim. Kifayət qədər müddətin keçməsinə baxmayaraq həmin vəd yerinə yetirilmədi ve mən ondan səbəblərini soruşduqda o, müxtəlif bəhanələr gətirməklə məsələni yubatdı. Artıq 2024-cü ilin avqust ayında mən artıq Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının təmir olunduğunu ve digər müəssisədə vəzifəyə təyin olunmaq istəmədiyimi dedim. O ise həmin 10.000 manat məbləğin bağçanın təmir olunması müqabilində aidiyyəti şəxsə təqdim edildiyini dedi. O mənimlə apardığı söhbət zamanı regional təhsil idarəsinin əməkdaşları ilə arasında münasibət olduğunu deyərək məni yuxarıda qeyd etdiyim vədlərinə inandırmışdır. Qeyd olunanlar ile bağlı xx.xx.2025-ci il tarixdə şifahi olaraq regional təhsil idarəsinə məlumat vermişdim, hazırkı müraciətimlə həmin məsələni rəsmi şəkildə təqdim etmək istəyirəm. Odur ki, yuxarıda göstərilən məsələlər ilə bağlı qanuna müvafiq tədbirlər görülməsini Sizden xahiş edirəm. - Sabirabad şəhər 3 nömrəli uşaq bağçasının təsərrüfat müdiri Qəfərov Hüseyn Qulamhüseyn oğlu tərəfindən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə ünvanlanmış izhatın surətindən görünür ki, o bildirmişdir ki, İddiaçı onun sinif yoldaşı olmuşdur, Aralarında 2019-2024-cü illər ərzində dostluq münasibəti olmuşdur. 2024-cü ilin təqribən oktyabr ayında ailəli olduğunu nəzərə alaraq, aralarındakı münasibətlərə son qoymuşdur. Bundan sonra, İddiaçı onunla düşmənçilik etməyə başlamışdır. İddiaçı ona müxtəlif vaxtlarda borc pullar vermişdir. Maddi çətinliyi üzündən qaytarmağa çətinlik çəkmişdir. Həmin pul vəsaitləri yalnız borc qismində olmuşdur. Heç vaxt ondan hər hansı korrupsiya əməli ilə əlaqədar pul istəməmişdir və almamışdır. Barəsində irəli sürülən iddialar hər biri yalandır. - Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə ünvanlanmış Sabirabad şəhər 4 nömrəli uşaq bağçasında xx.xx.2025-ci il tarixdə keçirilmiş uşaqların faktiki mövcudluğu, ərzaq məhsullarının qəbulu və məxaricinin uçotunun aparılması, maddi qiymətlilərin anbar uçotu kitabına işlənilməsi vəziyyətinin araşdırılması məqsədilə xx.xx.2025-cü il tarixdə monitorinqin nəticələrinə dair xidməti məlumatdan görünür ki: Monitorinq zamanı aşağıdakı məsələlər aşkar olunmuşdur:
1. Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının binası 1987-ci ildə inşa edilmiş və istifadəyə verilib. Hal-hazırda əsaslı təmir olunur. Uşaq bağçası 8 (səkkiz) otaqdan, o cümlədən 4 (dörd) qrup və 4 (dörd) yataq otağından, eyni zamanda 1 (bir) mətbəx və 1 (bir) anbardan ibarətdir. Müəssisə Mil-Muğan Regional Təhsil İdarəsinin balansındadır.
2. Baxış zamanı müəssisədə 80 çarpayıya qarşı 80 çarpayı olduğu, yataq dəstlərinin təzə olduğu, mətbəxtdə qaz piltəsi, soyuducu və mətbəx ləvazimatlarının olduğu müəyyən edilmişdir.
3. Müəssisənin ərazisinin sərhədlərini müəyyənləşdirən 150-160 metr uzunluğunda üzərində qoruyucu dəmir tor çəkilmiş hasarın sökülərək bağça müdiri İddiaçı verdiyi izahata əsasən bir hissəsinin şəxsi təşəbbüsü ilə maddi vəziyyəti ağır olan və xəstəlikdən əziyyət çəkən qazi anasına verildiyi, digər hissəsinin isə halhazırda bağçada əsaslı təmir aparan “Fərid” tikinti şirkət tərəfindən daşınaraq naməlum şəkildə aparıldığı müəyyən edilmişdir.
4. Yoxlama zamanı iş qrafiki üzrə 17 (on yeddi) nəfər işçiyə qarşı 14 (on dörd) nəfər işçinin işdə olduğu 3 (üç) nəfərin isə işdə olmadığı müəyyənləşdirildi. Belə ki, müəssisə müdirinin 29 noyabr 2024-cü il tarixli 45 nömrəli əmrinə əsasən müəssisənin tərbiyəçisi X9 əmək məzuniyətində, bağçanın təsərrüfat müdiri X13 qismən ödənişli sosial məzuniyyətdə olduqları, 4- 5 yaşlılardan ibarət İ böyük qrupun tərbiyəçisi X5 isə ərizəsinə əsasən işdə olmadığı müəyyən edilmişdir.
5. Eyni zamanda 4-5 yaşlılıardan ibarət İ böyük qrup tərbiyəçisi X3 əvvəlki iş günlərində iş buraxma hallarına yol verməsi ilə bağlı bağça müdiri İddiaçı tərəfindən bir çox rəsmləşmə işləri aparıldığı, həmin dövrlər üçün onun əmək haqqının saxlanıldığı və işə gəlmədiyi üçün onun adına rəsmləşdirilmiş 4-5 yaşlılardan ibarət İ böyük qrup rəhbərliyinin digər bağça tərbiyəçilərinə həvalə edildiyi aşkar edilmişdir. Lakin qeyd olunanaların dəqiqləşməsi aparılarkən müəssisə müdiri İddiaçı tərəfindən X5 iş buraxma hallarının rəsmləşdirilməsinin düzgün aparılmadığı müəyyənləşdirilmişdir. Belə ki, müəssisənin tərbiyəçisi X5 29 aprel 2024- cü il tarixdən 07 iyun 2024-cü il tarixə, 10 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixə və 19 sentyabr 2024-cü il tarixdən 04 oktyabr 2024-cü il tarixə kimi xəstəliyi ilə bağlı bağça müdiri İddiaçı müvafiq olaraq 0424598, ******* və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqləri təqdim etməsinə baxmayaraq, qeyd olunan dövrlər üçün İddiaçı müəssisənin əmr kitabında nömrə və tarix qeyd etmədən verdiyi əmrə əsasən 01 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixə, 10 iyul 2024-cü il tarixli 32 nömrəli əmrə əsasən, 10 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixə, 09 sentyabr 2024-cü il tarixli 39 nömrəli əmrə əsasən isə 09 sentyabr 2024-cü il tarixdən 04 oktyabr 2024-cü il tarixədək Məlahət Cəfərovanın işə çıxmamasını üzürsüs səbəb kimi rəsmləşdirmiş və əmək haqqını saxlamışdır. Eyni zamanda qeyd olunan dövrlər üçün X5 iş buraxma hallarına görə əsassız olaraq müvafiq aktlar tərtib edilmişdir. Beləliklə, müəssisənin müdiri Ülviyyə X2 əmək qabiliyyətini müvəqqəti itirməsinə görə təqdim etdiyi xəstəlik vərəqələrini mövcud əmək və təhsil qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmləşdirməmiş və Məlahət Cəfərova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiqlənmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 1.1 bəndinin tələblərinə əsasən ona ödənilməli olan əmək qabiliyyətini müvəqqəti itirməsinə görə müavinət almaq hüququndan istifadə edə bilməmişdir (əmək qabiliyyətinin olmaması vərəqlərinin və əmrlərin surəti əlavə olunur). Belə ki, qeyd olunan Əsasnamənin 1.1-ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaalanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
6. Bundan əlavə müəssisə müdiri İddiaçı tərbiyəçi X5 digər aylarda da müxtəlif vaxtlarda iş buraxma hallarına yol verməsi ilə bağlı bağçanın əmr kitabında əsassız əmrlər vermiş, verilmiş əmrlərin məzmununda Məlahət Çəfərovanın əmrin verilmə tarixindən sonrakı dövrlər üçün işə gəlməməsi qeyd olunmuşdur. Belə ki, bağça müdiri İddiaçı tərbiyəçi X5 üzürsüz səbəbdən 07 yanvar 2024-cü il tarixli 01 nömrəli əmrə əsasən 07 yanvar 2024- cü il tarixdən 31 yanvar 2024-cü il tarixə, 01 fevral 2024-cü il tarixli 6 nömrəli əmrə əsasən 01 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixə, 29 fevral 2024-cü il tarixli 10 nömrəli əmrə əsasən 04 mart 2024-cü il tarixində, 20 iyun 2024-cü il 27 nömrəli əmrə əsasən 20 iyun 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixə, 01 avqust 2024-cü il tarixli 35 nömrəli əmrə əsasən 01 avqust 2024-cü il tarixdən 31 avqust 2024- cü il tarixə, 01 oktyabr 2024-cü il tarixli 40 nömrəli əmrə əsasən 01 oktyabr 2024-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixədək işdə olmaması ilə bağlı öncədən bağçanın əmr kitabında müvafiq qeydlər aparmışdır (əmrlərin surəti əlavə olunur).
7. Monitorinq günü, yəni 14 yanvar 2025-ci il tarixdə 4 (dörd) qrup üzrə 67 (altımış yeddi) nəfər uşağa qarşı 25 (iyirmi beş) nəfər uşağın (37%) yerində olduğu, 42 (qırx iki ) nəfər uşağın olmadığı, o cümlədən 4-5 yaşlılardan ibarət birinci böyük qrup üzrə 19 (on doqquz) nəfər uşağa qarşı 7 (yeddi) nəfər (37%), 4-5 yaşlılardan ibarət ikinci böyük qrup üzrə 20 (iyirmi) nəfər uşağa qarşı 7 (yeddi) nəfər (35%), 3-4 yaşlılardan ibarət birinci orta qrup üzrə 20 (iyirmi) nəfər uşağa qarşı 7 (yeddi) nəfər (35%), 3-4 yaşlılardan ibarət ikinci orta qrup üzrə 8 (səkkiz) nəfər uşağa qarşı 4 dörd nəfər (50%) uşağın faktiki davamiyyəti olduğu müəyyən edilmişdir (izahatlar əlavə olunur).
8. Uşaqların şəxsi işlərindən 67 (altımış yeddi) şəxsi işə qarşı 65 (altımış beş) şəxsi işin mövcud olduğu, mövcud olan şəxsi işlərdə sənədlərin tam toplandığı ikinci orta qrupda X7 və X4 isə şəxsi işlərinin mövcud olmadığı müəyyənləşdirilmişdir. Araşdırma zamanı, Tunar adlı uşağın Məktəbəqədər Təhsil İnformasia Sistemində və qrup jurnallarında adının qeyd olunmadığ və bağçaya qəbulu aparılmadığı halda məşğələlərdə iştirak etdiyi müəyyən edilmişdir.
9. 6 yanvar 2025-ci il tarixdə müəssisə üzrə ərzaq məhsullarının qalığı 29 adda ərzaq məhsulu üzrə 2928,18 manat olmuşdur. 06-08 yanvar 2025-ci il tarixə kimi 4 nömrəli şəhər uşaq bağçasına 785,33 manat dəyərində ərzaq məhsulu anbara qəbul edilmiş və ümumilikdə 3718,93 manat dəyərində ərzaq məhsulu olmuşdur. Bundan 14 yanvar 2025-ci il tarixə 912,13 manat dəyərində ərzaq məhsulları silinmişdir. Anbara aparılan baxış zamanı, 2806,80 manat faktiki ərzaq qalığı qalmalı olduğu halda, anbarda 2731,80 manat ərzaq qalığı aşkar edilmiş və beləliklə üzləşmə zamanı anbara daxil olan 4 adda ərzaq məhsulu üzrə 75 manat dəyərində ərzaq məhsullarının çatışmazlığı aşkar edilmişdir (üzləşmə cədvəli əlavə olunur).
10. Bağçada ərzaq məhsullarının silinməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 1994-cü il tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Uşaq bağçalarında, uşaq evlərində və məktəbəqədər uşaq sanatoriyalarında uşaqlar üçün qida normaları”na uyğun istifadə edildiyi müəyyən edilmişdir.
11. Əlavə olaraq Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri İddiaçı 27 yanvar 2025-ci il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinə şifahi formada müraciət etməklə Sabirabad şəhər 3 nömrəli uşaq bağçasının təsərrüfat müdiri vəzifəsində çalışan, sinif yoldaşı olmuş Qəfərov Hüseyn Qulamhüseyn oğlunun ondan müxtəlif tarixlərdə korrupsiya hüquqpozmalarına şübhə yaradan vədlərlə ümumilikdə 18000 (on səkkiz min) manat məbləğində vəsaiti alması lakin həmin vədləri yerinə yetirməməsi barədə məlumat vermişdir. İddiaçı 03 fevral 2025-ci il tarixdə həmin müraciəti ərizə formasında regional təhsil idarəsinə təqdim etmiş və qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Belə ki, İddiaçı müraciətində Qəfərov Hüseyn Qulamhüseyn oğlunun müxtəlif tarixlərdə Sabirabad rayonu üzrə Psixoloji-Tibbi Komissiyanın üzvü olmasına görə 1000 manat, vətəndaş X8 Sabirabad şəhər 4 nömrəli uşaq bağçasına tərbiyəçi müəllim vəzifəsinə qəbul olunacağı müqabilində 3000 manat, Sabirabad rayonunun Şəfəq adlı sakininin xadimə-dayə vəzifəsinə qəbul ediləcəyi ilə bağlı 4000 manat, özünün Sabirabad şəhər 3 nömrəli bağçanın müdiri vəzifəsinə təyin olunacağı ilə bağlı 10000 manat məbləğində vəsaitin ondan aldığını, lakin heç bir vədi yerinə yetirmədiyini bildirmişdir. O müraciətində Sabirabad rayonunun Şəfəq adlı sakinindən 4000 manat pulun özünün aldığını etiraf etmişdir. Bildiririk ki, Qəfərov Hüseyn Qulamhüseyn oğlu regional təhsil idarəsinə təqdim etdiyi izahatında müraciətdə ona qarşı göstərilən məsələləri təkzib etmişdir. Monitorinqin nəticələrinə əsasən təklif olunur;
1. Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının direktoru İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi,
2. Toplanmış məlumatlara prosessual qiymət verilməsi üçün təsdiqedici sənədlərin prokurorluğa göndərilməsi,
3. Maliyyə-İqtisadiyyat sektoru tərəfindən dövlətə dəymiş zərərin dövlət büdcəsinə ödənilməsi istiqamətində zəruri tədbirlər görülməsi (Rahim Hüseynov).
4. Aşkarlanmış nöqsanların aradan qaldırılması, gələcəkdə bu cür nöqsanların təkrarlanmaması üçün Sabirabad rayonu üzrə təhsil sektorunun tabeliyində olan məktəbəqədər təhsil müəssisələrində profilaktik tədbirlərin görülməsi və görülmuş işlər barədə 1 (bir) ay müddətində Regional Təhsil İdarəsinə müvafiq hesabatın təqdim edilməsi. - Sabirabad şəhəri 4 nömrəli uşaq bağçasında xx.xx.2025-ci il tarixdə aparılan monitorinq zamanı akt tərtib edilmiş və yuxarıda monitorinqin keçirilməsinə dair xidməti məlumat barədə sənəddə qeyd edilən hallar aktda qeyd edilmişdir və akt bağçanın müdiri İddiaçı tərəfindən imzalanmışdır. - Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ünvanlanmış izahatın surətindən görünür ki, o yoxlama zamanı aşkar edilmiş pozuntularla bağlı izahatlar vermişdir. Məlahət Cəfərovanın işdə olmayacağı barədə 1 ay öncədən məlumatı olduğu üçün əmrləri 1 ay öncədən vermişdir. O, Məlahət Cəfərovanın xəsətəlik vərəqələrinin göndərilməməsinə səbəb kimi, həmin vaxtlarda ona əmək haqqı yazılmamasını göstərmişdir. - İşçinin işə gəlməməsi barədə İddiaçı tərəfindən tərtib edilmiş müxtəlif tarixli əmrlərin surətlərindən görünür ki, X5 işə gəlməməsi barədə hal rəsmiləşdirilsə də, lakin onun əmək haqqı saxlanmışdır. - Mil-Muğan Regional Təhsil İdarəsinin HİK-in sədri F.Nağıyev tərəfindən Mil- Muğan Regional Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Sabirabad şəhər 4 nömrəli uşaq bağçasında keçirilmiş monitorinqin nəticəsinə uyğun olaraq, bağçanın müdiri İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi ilə bağlı Həmkarlar İttifaqı Komitəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatı aidiyyəti üzrə baxılmış və əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. - Sabirabad rayon prokurorluğunun ********* saylı Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə ünvanlanmış məktubundan görünür ki, Qəfərov Hüseyn Qulamhüseyn oğlunun 3 nömrəli uşaq bağçasının təsərrüfat müdiri vəzifəsində işləyərkən 4 nömrəli uşaq bağçasının müdiri İddiaçı 18.000 manat pul vəsaitini ələ keçirməsi faktı üzrə rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində xx.xx.2025-ci il tarixli qərarla fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 311.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. O, xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Məhkəmənin mövqeyi: İlk növbədə qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ və Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim etməklə, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, Əmək Məcəlləsinin prinsiplərindən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması (“c” bəndi) və əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi (“e” bəndi) belə halların sırasında göstərilmişdir. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 186-cı və 187-ci maddələrinə görə isə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehi verə bilər. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “müdir vəzifəsindən azad edilməsi barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və həmin vəzifə üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, işin hallarından da göründüyü kimi, xx.xx.2025-ci il tarixdə müvafiq yoxlama (monitorinq) nəticəsində iddiaçının rəhbəri olduğu bağçanın fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Həmin yoxlama zamanı iddiaçının da izahatı alınmış, yuxarıda da göstərildiyi kimi iddiaçı həmin izahatlarında yoxlama zamanı aşkarlanan nöqsanlara yol verdiyini (məsələn: bağçada qeydə alınmamış uşağın dərslərdə iştirak etməsini, əmək qabilyyətinin olmaması barədə xəstəlik kağızı olan işçinin xəstəlik kağızının müvafiq orqana göndərməməklə ona əmək haqqının ödənilməsini) etiraf etmişdir. İddiaçı həmin izahatları zorakılıq və hədə təsiri altında yazdığına dair dəlillər də irəli sürməmiş, habelə cavabdehin mövqeyi ilə razılaşmadığı təqdirdə, həmin izahatları hansı səbəbdən yazdığının məntiqli izahını verə bilməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə, onun müdir kimi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. İddiaçının işdən çıxarılması barədə əmrindən müəyyən edilir ki, qeyd edilən maddə ilə çıxarılmasına dair əsaslar həm bağçada aparılmış monitorinq zamanı aşkar edilmiş pozuntular, həm də iddiaçının özünün Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri cənab Rəşad Musayevə xx.xx.2025-ci il tarixdə ünvanladığı Qəfərov Hüseyn Qulamhüseyn oğlunun korrupsiya əməlləri barədə ərizəsi olmuşdur. Həmin ərizədə isə iddiaçı dəfələrlə başqa bir şəxsdən işə düzəlməsi üçün pul alıb Hüseyn Qəfərova verdiyini, həmçinin özünün Sabirabad şəhər 1 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin edilməsi üçün 10.000 manat pulu yenə Hüseyn Qəfərova verdiyini etiraf etmişdir. İddiaçı ilk olaraq bildirir ki, həmin ərizəni o, əmək qabiliyyətinin itirilməsi səbəbindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işdə olmadığı dövrdə cavabdehin göstərişi ilə yazmışdır. Bununla bağlı xəstəlik kağızını məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edilən halla bağlı bildirir ki, işçinin sözügedən ərizəni hansı şəraitdə yazması işin araşdırılan halı deyildir. İşçi göstərilən faktların mövcudluğunu ərizəsində də daha əvvəl şifahi qaydada müvafiq şəxslərə bildirdiyini və ərizəsi ilə də bir daha bunu təsdiq etdiyini bildirmişdir. Bundan başqa, iddiaçı yenə ərizəsində qeyd etdiyi halların həqiqətə uyğun olmadığını, məcburiyyət, hədə-qorxu və ya zorakılıqla yazdığını da məhkəmə araşdırılması zamanı ümumiyyətlə bildirməmişdir. İddiaçı tərəf bildirir ki, korrupsiya əməlləri cinayətdir və bu əməlin həqiqətən iddiaçı tərəfindən törədilməsini təsdiq edən məhkəmə qərarı mövcud olmalı idi ki, yalnız bundan sonra iddiaçı işdən çıxarıla bilərdi. Amma belə bir məhkəmə qərarı mövcud deyildir. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunun: 1.1.1-ci maddəsinə əsasən korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştləri istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması, yaxud verilməsi; 9.2.6-cı maddəsinə əsasən müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi korrupsiya hüquqpozmasıdır. 10.2-ci maddəsinə görə vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. Qanunvericinin tələbindən göründüyü kimi, korrupsiya əməllərinin törədilməsi hər bir halda cinayət məsuliyyəti yaratmır. Hazırkı işdə iddiaçının korrupsiya əməlləri törətməsi birbaşa onun ərizəsində öz əksini tapmışdır. Həmin əməllərin cinayət tərkibi yaradıb-yaratmaması müvafiq orqanların araşdırması nəticəsində bəlli olacaq məsələdir. Amma bu o demək deyildir ki, iddiaçı korrupsiya hərəkətlərinə yol verməyib və onun mülki-hüquqi məsuliyyəti yaranmayıb. Məhz iddiaçı tərəfindən yol verilmiş əmək qanunvericiliyinin tələblərinin pozulması və həmçinin korrupsiya hərkətlərinə yol verilməsi əsas götürülməklə o, müvafiq maddə ilə işdən çıxarılmışdır. Yəni cavabdehin iddiaçı barədə işdən çıxarılma barədə əmri düzgün olmuşdur. İddiaçı tərəf bildirir ki, cavabdeh iddiaçı barədə daha əvvəl digər intizam xarakterli tədbirlər görə bilərdi, lakin cavabdeh birbaşa iddiaçını işdən çıxarmışdır. Məhkəmə iddiaçının bu mövqeyinə hüquqi qiymət verir və hesab edir ki, iddiaçı özü də bilir ki, o, əmək qanunvericiliyinin tələblərini dəfələrlə pozmuş və korrupsiya hərəkətlərinə yol vermişdir. Lakin bu əməllərin işdən çıxarılma barədə intizam tənbeh tədbiri ilə deyil, digər intizam tədbirləri ilə (məsələn töhmət, şiddətli töhmət və s.) cəzalandırılmalı olduğunu vurğulayır. Halbuki, intizam tənbeh tədbirlərinin hər hansı ardıcıllıqla tətbiq olunmalı olması barədə qanunda göstəriş yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tədbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi tətbiq etmək hüququ verilmişdir. Məhkəmə həmçinin iddiaçının himayəsində əlilliyi olan övladının olması və bununla da, müvafiq maddə ilə işdən çıxarılmasının qadağan edilməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud formada pozulması halları ona imtiyaz verən hallarla bağlı olmadıqda və baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda həmin normanın genişləndirici formada təfsiri işçinin maraqları daxilində olsa da, işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Məhkəmə qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İddiaçının əmək qanunvericiliyini kobud şəkildə pozması və korrupsiya hallarına yol verməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Məhkəmə işin araşdırılan bütün hallarına və sadalanan qanunvericilik normalarına əsasən, hesab edir ki, İddiaçı əmək müqaviləsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin hər hansı tələbinin pozulması halı və iddiaçının irəli sürdüyü tələblərinin əsaslılığı məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin iddiaçının “işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə tələblərinə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının işdən azad edilməsi barədə əmrinin ləğvinə dair iddia tələbi təmin edilmədiyindən, göstərilən hissələrdə də iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil X16rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova