Məhkəmə qərarları › İş №e-2(005)-2225/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2225/2022

28.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2225/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X6 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Osmanova (Əsgərli) Fəridə Rafiq qızının Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti üçüncü şəxs qismində) “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Osmanova (Əsgərli) Fəridə Rafiq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində onun (FİN: xxxxxxx) əsas iş yeri barədə Cavabdeh tərəfindən daxil edilmiş məlumatları və xx.xx.2018-ci il tarixli xxxxxxx000200 nömrəli bildirişin etibarsız hesab edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilən xx.xx.2018-ci il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi və bundan irəli gərələrək əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Osmanova (Əsgərli) Fəridə Rafiq qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X5, müəllimlərin işə qəbulu ilə bağlı müvafiq prosedurları keçdikdən sonra “Müəllimlərin işə qəbulu üzrə müsabiqə nəticəsi barədə” xxxxxxxnrVzQF nömrəli çıxarış və Azərbaycan Respublikasının Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli F-440 nömrəli əmri əsasında onunla müddətsiz əmək müqaviləsinin bağlanması barədə 205 nömrəli orta məktəbin 29 sentyabr 2021ci il tarixli 128 nömrəli əmri imzalanmış və o, həmin məktəbdə tarix müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Lakin sonradan həmin əmək müqaviləsinin bağlanması barədə məlumatların elektron sistemə daxil edilməsi zamanı məlum olmuşdur ki, o, əsas iş yeri üzrə hansısa digər şirkətdə “çalışır”. Lakin onun həmin şirkətlə heç bir hüquqi və faktiki bağlılığı olmamışdır. Bu səbəbdən onun hüquqları kobud surətdə pozulur və hazırda əmək müqaviləsinin rəsmiləşdirilməsi qeyrimümkün hala gəlmişdir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması və həmin bildirişin sistemdən silinməsi, onun əsas iş yeri barədə məlumatların etibarsız hesab edilməsi barədə həmin şirkətə və X6 Xidmətinə müraciət etsə də, heç bir nəticəsi olmamış və ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli xxxxxxx000200 nömrəli bildirişdən görünür ki, onun məlumatı, razılığı və hər hansı hüquqi əsas olmadan elektron əmək müqaviləsi sistemində Cavabdeh tərəfindən onunla əsas iş yeri kimi əmək müqaviləsinin bağlanmasına dair məlumatlar daxil edilmişdir. Lakin o, həmin şirkətlə hər hansı formada əmək münasibətlərində olmamışdır. Bu barədə həmin şirkətin səlahiyyətli şəxsinə şifahi və yazılı şəkildə müraciət etsə də, məlum olmuşdur ki, həmin şirkətin təsisçisi-direktoru əcnəbi olmuş, pandemiya dövründə ölkəni tərk etmişdir. Bu səbəbdən həmin şirkətə dair halhazırda hər hansı əməliyyatın aparılması qeyri-mümkündür. Belə ki, ona məxsus olan əmək kitabçasından da aşkar şəkildə görünür ki, onun Cavabdeh ilə hər hansı əmək münasibətləri olmamışdır. Məhkəmə iclasında iddiaçı Osmanova (Əsgərli) Fəridə Rafiq qızının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında üçüncü şəxs X6 Xidmətinin nümayəndəsi X3 iddia tələbinə hər hansı etirazlarının olmadığını, işə baxılıb həll olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/2826 №-li məlumatından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Shehryar Hussainin sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2021-ci il tarixdə ölkədən çıxışı qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, "xxxx" MMC və "xxxx" MMC arasında baglanmış, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlərin Azarbaycan Respublikasmm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi" alt sisteminda qeydiyyata alınmasına köməklik göstərilməsi ilə bağlı, Azarbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanladığı müraciətə Bakı Şəhər İdarəsində baxılmışdır. Müraciətə dair ətraflı malumat verilməsi məqsədi ilə ünvanınıza **********5 saylı xx.xx.2021-ci il tarixli məktub göndərilmiş, lakin X6 Xidmətinin Bakı Şəhər İdarəsinə gəlməmisiniz. Eyni zamanda "xxxx" MMC-nin va "xxxx" MMC rəbərliklərinə ona aid olan müvafiq sənədlərin təqdim olunması məqsədi ilə xx.xx.2021-ci il tarixli **********9 nömrəli və xx.xx.2021-ci il tarixli **********5 nomrali mektublar göndərilmiş lakin poçt qəbzində "bina sökülüb" va "ünvan tam deyil" qeydi ilə məktublar geri qaytarılmışdır. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddasinin 1-ci hissasinin "h" bəndinə asasan əmək müqaviləsi bildirişini elektron informasiya sistemina gücləndirilmiş elektron imza vasitasi ila daxil etmək işəgötürənin asas vəzifəlarindən biridir. Nazariniza 9atd1nrİq ki, amak muqavilasina xitam verilmasi ilə baglı bildirişin Azarbaycan Respublikasrnrn Əmək və Əhalinin Sosial Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əmək müqaviləsi bildirişi" alt sistemina daxil edilməsi işəgötürən tərəfindən təmin edilməlidir. Qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 Cavabdeh MMC-də əsas iş yeri üzrə “otel və səyahət üzrə menecer” vəzifəsinə xx.xx.2018-ci il tarixdə müddətsiz işə qəbul edilmişdir. Əmək haqqı 200 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinə görə, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.5-ci maddəsinə görə, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 12.1-ci maddəsinin «h» bəndinə görə, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məhkəmə işin hallarına və tərəfin izahatına əsasən qanunvericiliyin qeyd edilən normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı (işçi) Osmanova (Əsgərli) Fəridə Rafiq qızı əmək münasibətinə xitam verilməsini istəsə də, Cavabdeh MMC (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilməmişdir. Belə ki, əmək müqaviləsinin tərəflərdən birinin təşəbbüsü ilə xitam edilməsi imkanından istifadə etmək istəyən iddiaçının müraciəti cavabdeh tərəfindən icra edilməmişdir. İddia tələbinin əmək müqaviləsinə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasına dair hissəsinə münasibətdə məhkəmə Əmək Məcəlləsinin qeyd olunan 5-1-ci maddəsinə və 12.1-ci məddənin “h” bəndinə istinad edərək qeyd edir ki, əmək müqaviləsinə xitam verilmənin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasından ötrü əmək müqaviləsi bildirişinin cavabdeh (işəgötürən) tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi zəruridir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi bildirişi elektron informasiya sistemində xx.xx.2018-ci il tarixdə xxxxxxx000200 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin təsis sənədləri ilə sübuta yetirilir ki, iddiaçı qeyd edilən əmək müqavilsinə xitam verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmiş və həmin dövlət orqanı tərəfindən Cavabdeh MMC-yə mübahisənin həlli üçün məktubla rəsmi qaydada müraciət edilsə də, poçt bildirişlərinin MMC-nin ünvanına çatdırılması və MMC-nin rəhbərliyi barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi və buna dair bildirişin elektron informasiya sisteminə cavabdeh tərəfindən əlavə edilməsi mümkünsüzdür. Belə ki, iş üzrə cavabdeh olan Cavabdeh MMC xarici hüquqi şəxsdir və onun təsisçilərinin olduğu yer hazırda məlum deyil. Bu səbəbdən məhkəmə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, tərəflər arasında xx.xx.2018-ci tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında X6 Xidmətinin üzərinə qoyulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Osmanova (Əsgərli) Fəridə Rafiq qızının Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti üçüncü şəxs qismində) “əmək müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. İşçi Osmanova (Əsgərli) Fəridə Rafiq qızı ilə işəgötürən Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə (xx.xx.2018-ci il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişi) xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin üzərinə qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar