Məhkəmə qərarları › İş №e-2(005)-2234/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2234/2025

06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2234/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə faktı tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə faktı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum bacısına məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində istifadədə olan 0,12 ha torpaq sahəsində yerləşən 5 nömrəli, 9 mərtəbəli binada yerləşən 30,14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 37 nömrəli mənzil mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün üzrlü səbəbdən itirilmiş müddətin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs 1 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Ofisi maraqlı şəxs qismində cəlb edilməklə mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə faktı tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu olan 100 manat pul (qəbz tarixi:xx.xx.2025; №:**********) Ərizəçi geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar