Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-224/2022 19.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X11 və Cavabdeh MMC-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin dəyəri ödənilməklə əldə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin dəyəri ödənilməklə əldə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 50/51 ünvanında yerləşən 0.009ha (90 kv.m) torpaq sahəsinin 135000 manat məbləğində dəyərinin Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsasladırılmışdır ki, 20.11.2018-ci il tarixli RX seriyalı ******* və ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində istifadədə olan 0,03046 ha torpaq sahəsində yerləşən və ümumi sahəsi 273,2 kv.m təşkil edən 50/51 saylı fərdi yaşayış evi 1/2 hissə olmaqla X3 və hər biri 1/10 hissə olmaqla İddiaçı, X12, X8, X7 və X5 ümumi paylı mülkiyyətindədir. Evin Texniki inventarlaşdırma bürosu tərəfindən 1964-cü ildə verilmiş texniki pasportuna əsasən, tikintialtı sahə 318,5 kv.m, həyətyanı torpaq sahəsi isə 90,4 kv.m olmaqla, cəmi ümumi sahə 408,9 kv.m-dir. "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21.10.2016-cı il tarixli 197 saylı və 25.05.2018-ci il tarixli 182 saylı müvafiq sərəncamları ilə Nəsimi rayonu Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi, o cümlədən evin yerləşdiyi ərazi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə ayrılmaqla tikintiyə icazə verilmişdir. Qərarın 1.2-ci və 1,3-cü bəndlərinin tələblərinin icrası məqsədilə "xxxx" MMC tərəfindən evin mülkiyyətçilərinə onun MMC-nin öz vəsaiti hesabına sökülməsi, əvəzində evin ümumi sahəsinə 15 faiz əlavə edilməklə həmin ərazidə inşa edilən yeni yaşayış binasından təmirli vəziyyətdə yeni mənzillərin verilməsi, mənzil təhvil verilənə qədər isə hər bir mülkiyyətçiyə onun payına və ailə üzvlərinin sayına uyğun kirayə haqqının ödənilməsi təklif edilmiş, lakin bununla bağlı tərəflər arasında razılaşma əldə edimədiyindən məhkəmə mübahisəsi yaranmış, tərəflər bir-birinə qarşi ilkin və qarşılıqlı iddia ərizələri ilə, o cümlədən İddiaçı "xxxx" MMC-yə qarşı "xxxx" MMC-nin hesabına evin müqabilində inşa ediləcək binalarda biri 88,86 kv.m olan, digəri isə 90 kv.m həyətyanı torpaq sahəsinin bazar dəyərinə uyğun təmirli mənzillərlə təmin edilməsi və evi təhvil verdiyi gündən yeni mənzillərlə təmin ediləcəyi günə qədər hər ay ona və oğlunun ailəsinə 400 manat məbləğində (cəmi 800 manat) kirayə haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin mübahisə üzrə hazırda qanuni qüvvədə olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3289/2021 saylı 22.04.2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin olunaraq, evin və onunla əlaqəli bütün tikililərin tam boşaldılaraq "xxxx" MMC tərəfindən İddiaçı ərazidə tikiləcək binada ümumi sahəsi 88,86 kv.m olan təmirli mənzillə təmin edilməsi və ev MMC-yə təhvil verildiyi gündən yeni mənzillə təmin ediləcəyi günə qədər hesabİanmaqla ona hər ay 400 manat kirəyə haqqı ödənilməsi şərtilə sökülməsi və orada yaşayan sakinlərin evdən çıxarılması qət edilmişdir. Bu qətnamə ilə İddiaçı qarşılıqlı iddiası "Evin 90 kv.m həyətyanı torpaq sahəsinin bazar dəyərinə uyğun təmirli mənzillə təmin edilməsi" tələbinə dair hissədə müvafiq torpaq sahəsinin qiyməti, evin həyətyanı sahəsinin mülkiyyətçilərdən məhz yalnız onun istifadəsində olması, yaxud digər mülkiyyətçilərin bu sahə ilə bağlı ödənilməli olan kompensasiyadan onun xeyrinə imtina etmələri barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyinə görə həmin icraat çərçivəsində bu tələbə qiymət verilməsinin mümkün olmaması səbəbindən təmin edilməsə də, məhkəmə kollegiyası bununla yanaşı belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 nömrəli qərarında hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması nəzərdə tutulduğundan, İddiaçı evin həyətyanı sahəsinə (yaxud bu sahənin öz payına uyğun hisəsınə) görə kompensasiya ödənilməsi barədə ümumi qaydada iddia irəli sürmək hüququna malikdir. Qeyd edilən 90,0 kv.m torpaq sahəsi evin ümumi paylı mülkiyyətçilərindən yalnız onun ıstifadəsindədir və onların bu sahə ilə ödənilməli olan kompensasiya məbləğinə hər hansı iddiaları yoxdur. Onun sifarişi əsasında sözügedən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirici-mütəxəssislər tərəfindən qiymətləndirmə işi aparılmışdır. "xxxx" MMC-nin 20.08.2021-ci il tarixli ƏEM/A 62-828/21 saylı hesabatına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 50/51 ünvanında yerləşən 0,009 ha (90,0 kv.m) torpaq sahəsinin 20.08.2021-ci il tarixinə bazar dəyəri 135000 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X16 bildirmişdir ki, cavabdeh təşkilat iddia predmeti olan torpaq sahəsində bina tikmədikləri üçün və iddia mahiyyətini itirdiyindən, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan başqa Cavabdeh MMC-nin nümayəndəsi vəkil Nümayəndə məhkəmə çıxışı təqdim edərək bildirmişdir ki, iddianı etiraf etmirlər və rədd edilməsini xahiş edirlər. Belə ki, iddiaçı və onun vəkili tələbin subyektiv hüququ olmasını sübut edə bilməmiş, İddiaçı Cavabdeh MM-yə qarşı həmin torpaq sahəsinə dair iddiası Bakı Apelyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(103)-3289/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Hazırki iddia üzrə qeyd edilən torpaq sahəsi ümumiyyətlə Cavabdeh MMC-yə lazım deyil, orada lahiyə üzrə hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Lahiyə təsdiq edən Nəsimi RİH-nin 19.10.2021-ci il tarixli, 9/959 saylı məktubundan da göründüyü kimi, ünvan 6 bitişik yerləşən torpaq sahəsinin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 14.04.2017-ci il tarixli, 98 saylı sərəncamı ilə təsdiq edilmiş ərazi-planlaşdırma sənədlərinə əsasən müəyyən edilmiş torpaq sahəsinin hüdudları daxilinə düşmür. Həmin torpaq sahəsindən iddiaçı istədiyi kimi və istədiyi qədər istifadə edə bilər. Torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması, onun koordinatları barədə məhkəməyə hər hansı sənədin əslini və ya notariat qaydada təsdiq edilmiş surətini təqdim edilməmişdir. Həmin torpaq dövlət mülkiyyətindədir və iddiaçı tərəfindən özbaşına zəbt edilmişdir. Məhkəmə isə israrla bu halları araşdırmaqdan qəti şəkildə yayınmış, bu barədə verilmiş vəsatətləri təmin etməmişdir. Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazasından çıxarışdan göründüyü kimi iddiaçının tələbinin hüquqi əsası kimi qeyd etdiyi Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı qərarı ləğv edilmiş və Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus tikililərin mövcud olduğu ərazidə tikinti icraatına başlanmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(103)-3289/2021 saylı qətnaməsi üzrə icra sənədi Nəsimi Rayon İcra Şöbəsinin qərarı ilə tələbkar Cavabdeh MMC-nin ərizəsinə əsasən icra edilmədən məhkəməyə qaytarılmışdır. İddiaçıya məxsus hər hansı əmlak sökülməmiş, ona ziyan vurulmamış, iddiaçı və ailə üzvləri orada əvvəlki kimi yaşamağa və istifadə etməyə davam edir. İddiaçı məhkəməyə hüquq müəyyənedici hər hansı sənədin əslini və ya notarial qaydada təsdiq edilmiş surətini təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında belə sənədin olmadığını etiraf etmişdir. Məhkəmə əvvəlcə iddiaçının bu etirafını protokola daxil etmək istəməsə də, sonradan audio-video yazıları inkar edə bilməyərək iddiaçının protokola qeyd edəcəyini bildirmişdir. İddia təmin ediləcəyi halda Cavabdeh MMC-yə hansı hüququn veriləcəyi də müəyyən edilməmişdir. Məhkəmə tərəflərin vəkil və nümayəndələrinin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə X3, 1/10 hissədə X6, 1/10 hissədə X2, 1/10 hissədə X1, 1/10 hissədə X5, 1/10 hissədə X4 mülkiyyətindədir. Evlərin idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkasının surətindən görünür ki, Bakı şəhəri, Melnicnaya 50 ünvanında yerləşən 5 mənzilli, 2 mərtəbəli, yaşayış sahəsi 304,6 kv.m, yardımçı sahə 13.9 kv.m və 90.4 kv.m həyətyani sahədən ibarət olan binanın (əmlak) sahibi kimi X9 və X22 qeyd edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başcısının 25.09.1997-ci il tarixli, 1453 nömrəli Sərəncamının surətindən görünür ki, Ağadadaş Qurbanov küçəsi 50-də vətəndaş X7 yaşayan şəxsi mülkdə olan əlavə tikintilərə qeydiyyata alınmasına razılıq verilmişdir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 112298 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, A.D.Qurbanov küçəsi, 50/51 nömrəli evi ½ hissədə İddiaçı, ½ hissədə X3 adına xüsusi mülkiyyət hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 01.11.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 1/13 nömrəli ayrıc aktının surətindən görünür ki, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 14.04.2017-ci il tarixli, 98 saylı sərəncamı ilə Nəsimi rayonu, Ağadadaş Qurbanov, Məhəməd Naxçıvani və Hüseynqulu Sarabski küçələrində yerləşən yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi üçün Cavabdeh MMC-yə verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3289/2021 saylı, 22.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Mürşüd oğlunun və X4 apelyasiya şikayətləri qismən edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-346/2020 saylı iş üzrə 06.11.2020-ci il tarixli qətnaməsinin ləğv olunaması və iş üzrə yeni qətnamə çıxarlması, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 22.07.2021-ci il tarixli İcraata başlama haqqında qərarın surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3289/2021-004 saylı, 22.04.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. “Əmlak Ekspert Mərkəzi MMC-nin 20.08.2021-ci il tarixli, ƏEM/A 62-828/21 nömrəli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov 50/51 ünvanında yerləşən 0.009ha torpaq sahəsinin 20.08.2021-ci il tarixinə bazar dəyəri 135000 manat təşkil etmişdir. X8 **********485 saylı, 07.09.2021-ci il tarixdə notariat ofisində təsdiqlənmiş ərizəsində bildirmişdir ki, ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanınakı fərdi yaşayış evinin 90 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətcilərdən yalnız İddiaçı Mürşüd oğlunun istifadəsindədir. Həmin torpaq sahəsi yalnız İddiaçı mülkiyyət hüququ əsasında məxsus yaşayış sahəsi ilə istifadə baxımından bir biri ilə ayrılmaz şəkildə bağlıdır. Bununla əlaqədar o, həmin torpaq sahəsi olmadan ona məxsus yaşayış sahəsindən istifadə edə bilməz. Qeyd olunan ünvanda yerləşən və mülkiyyətində olna yaşayış sahəsindən istifadə etmək üçün sözügedən 90 kv.m həyətyanı torpaq sahəsinə heç bir vaxt ehtiyacı olmamışdır. X8 **********486 saylı, 07.09.2021-ci il tarixdə notariat ofisində təsdiqlənmiş ərizəsində bildirmişdir ki, ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanınakı fərdi yaşayış evinin 90 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətcilərdən yalnız İddiaçı Mürşüd oğlunun istifadəsindədir, həmin sahə ilə bağlı ödənilməli olan kompensasiya məbləğindən onun xeyrinə imtina edir, bununla əlaqədar hər hansı iddiası yoxdur və olmayacaq. X7 08.09.2021-ci il tarixli notarial təsdiq olunmuş ərizəsində bildirmişdir ki, ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanınakı fərdi yaşayış evinin 90 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətcilərdən yalnız İddiaçı Mürşüd oğlunun istifadəsindədir, həmin sahə ilə bağlı ödənilməli olan kompensasiya məbləğindən onun xeyrinə imtina edir, bununla əlaqədar hər hansı iddiası yoxdur və olmayacaq. X7 08.09.2021-ci il tarixli notarial təsdiq olunmuş ərizəsində bildirmişdir ki, ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanınakı fərdi yaşayış evinin 90 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətcilərdən yalnız İddiaçı Mürşüd oğlunun istifadəsindədir, həmin sahə ilə bağlı ödənilməli olan kompensasiya məbləğindən onun xeyrinə imtina edir, bununla əlaqədar hər hansı iddiası yoxdur və olmayacaq. X7 08.09.2021-ci il tarixli notarial təsdiq olunmuş ərizəsində bildirmişdir ki, ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanınakı fərdi yaşayış evinin 90 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətcilərdən yalnız İddiaçı Mürşüd oğlunun istifadəsindədir. Həmin torpaq sahəsi yalnız İddiaçı mülkiyyət hüququ əsasında məxsus yaşayış sahəsi ilə istifadə baxımından bir biri ilə ayrılmaz şəkildə bağlıdır. Bununla əlaqədar o, həmin torpaq sahəsi olmadan ona məxsus yaşayış sahəsindən istifadə edə bilməz. Qeyd olunan ünvanda yerləşən və mülkiyyətində olan yaşayış sahəsindən istifadə etmək üçün sözügedən 90 kv.m həyətyanı torpaq sahəsinə heç bir vaxt ehtiyacı olmamışdır. X13 08.09.2021-ci il tarixli notarial təsdiq olunmuş ərizəsində bildirmişdir ki, ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanınakı fərdi yaşayış evinin 90 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətcilərdən yalnız İddiaçı Mürşüd oğlunun istifadəsindədir. Həmin torpaq sahəsi yalnız İddiaçı mülkiyyət hüququ əsasında məxsus yaşayış sahəsi ilə istifadə baxımından bir biri ilə ayrılmaz şəkildə bağlıdır. Bununla əlaqədar o, həmin torpaq sahəsi olmadan ona məxsus yaşayış sahəsindən istifadə edə bilməz. Qeyd olunan ünvanda yerləşən və mülkiyyətində olna yaşayış sahəsindən istifadə etmək üçün sözügedən 90 kv.m həyətyanı torpaq sahəsinə heç bir vaxt ehtiyacı olmamışdır. X13 08.09.2021-ci il tarixli notarial təsdiq olunmuş ərizəsində bildirmişdir ki, ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanınakı fərdi yaşayış evinin 90 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətcilərdən yalnız İddiaçı Mürşüd oğlunun istifadəsindədir, həmin sahə ilə bağlı ödənilməli olan kompensasiya məbləğindən onun xeyrinə imtina edir, bununla əlaqədar hər hansı iddiası yoxdur və olmayacaq. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 14.04.2017-ci il tarixli, 98 saylı Sərəncamının surətindən görünür ki, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi məhəllədə yerləşən qəzalı vəziyyətdə olan 1 və ya 2 mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış binalarının sökülərək yerində Cavabdeh MMC tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin əraziplanlaşdırma sənədləri təsdiq olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 25.052018-ci il tarixli, 182 saylı Sərəncamının surətindən görünür ki, Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Nəsimi rayon İcra hakimiyyəti ilə Cavabdeh MMC arasında bağlanmış 03.02.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, şirkət tərəfindən Nəsimi rayonu Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişmələrində yaşayış binalarının (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış və qeyri-yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət müıkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanmasını hazırki müqavilənin predmetini təşkil etmişdir. Nəsimi rayonu Ağadadaş Qurbanov, Sarabski, Məhəmməd Naxçıvani küçələrinin kəsişmələrində tikiləcək binanın (yaşayış və qeyri-yaşayış obyektlərinin) İcra Hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin ərazidəki sakinlərlə Şirkən arasında razılaşmalar əldə olunduqundan və müqavilələr imzalandıqdan sonra veriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının 19.10.2021-ci il tarixdə Cavabdeh MMC-yə ünvanladığı məktubdan görünür ki, ünvan 6 bitişik yerləşən torpaq sahəsi Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının 14.04.2017-ci il tarixli, 98 saylı sərəncamı ilə təsdiq edilmiş ərazi-planlaşdırma sənədlərinə əsasən müəyyən edilmiş tikilinin torpaq sahəsinin hüdudları daxilinə düşmədiyi qeyd edilmişdir. "xxxx" MMC-nin 30.11.2021-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, İddiaçı istifadəsinə olan Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində istifadədə olan 0.03046 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 318.5 kv.m tikintialtı, 90.4 kv.m torpaq sahəsi olmaqla 408.9 kv.m ümumi sahəsi olan 50/51 nömrəli fərdi yaşayış evinin iddia üzrə 90 kv.m göstərildiyi halda, faktiki olaraq yerində ekspert tərəfindən ölçüldükdən sonra real sahəsi 88.19 kv.m olduğu, qərardad üzrə 0.86 kv.m torpaq sahəsinin 2021-ci il üçün real bazar dəyəri 134000 manat təşkil etmişdir. X10 **********131 saylı, 27.11.2021-ci il tarixdə notariat ofisində təsdiqlənmiş ərizəsində bildirmişdir ki, ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanınakı fərdi yaşayış evinin 90 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətcilərdən yalnız İddiaçı Mürşüd oğlunun istifadəsindədir. Həmin torpaq sahəsi yalnız İddiaçı mülkiyyət hüququ əsasında məxsus yaşayış sahəsi ilə istifadə baxımından bir biri ilə ayrılmaz şəkildə bağlıdır. Bununla əlaqədar o, həmin torpaq sahəsi olmadan ona məxsus yaşayış sahəsindən istifadə edə bilməz. Qeyd olunan ünvanda yerləşən və mülkiyyətində olna yaşayış sahəsindən istifadə etmək üçün sözügedən 90 kv.m həyətyanı torpaq sahəsinə heç bir vaxt ehtiyacı olmamışdır. Cavabdeh MMC-nin Bakı Apelyasiya Məhkəməsinə və Nəsimi rayon İcra şöbəsinə ünvanladığı 15.12.2021-ci il tarixli ərizədən görünür ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1 və 20.1.1-ci maddələrinə əsasən tələbkar Cavabdeh MMC Bakı Apelyasiya Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(103)-3289/2021 saylı qətnaməsi üzrə tələbindən imtina etmiş, bu səbəbdən qeyd olunan qətnamə üzrə tələbkar Cavabdeh MMC-nin imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilat tərəfindən onun ümumi pay mülkiyyətində olan yaşayış sahəsi və ona bitişik həyətyani torpaq sahəsində tikinti işlərinin aparılmasını ehtimal etmiş və bu səbəbdən yaşayış sahəsinə bitişik həyətyani torpaq sahəsinə görə kompensasiya tələb etmişdir. Lakin cavabdeh tərəfindən ərizə təqdim edilərək bildirilmişdir ki, iddiaçının qeyd etdiyi ərazi onların tikintiyə razılıq verilmiş sahənin təsiri altına düşmədiyindən, qeyd olunan ərazidə cavabdeh təşkilat tərəfindən söküntü-tikinti işləri aparılmıyacaq. Həmçinin Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının aparatının 19.10.2021-ci il tarixdə Cavabdeh MMC-yə ünvanladığı məktubdan görünür ki, ünvan 6 bitişik yerləşən torpaq sahəsi Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının 14.04.2017-ci il tarixli, 98 saylı sərəncamı ilə təsdiq edilmiş ərazi-planlaşdırma sənədlərinə əsasən müəyyən edilmiş tikilinin torpaq sahəsinin hüdudları daxilinə düşmədiyi qeyd edilmişdir. İddiaçı onun ərazisində tikinti işlərinin aparlmayacağını bildiyi zaman iddia tələbinin əhəmiyyəti qalmadığı səbəbindən iddianın baxılmamış saxlanılmasını xahiş etmiş, lakin cavabdeh tərəf işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəf iddiaçının qeyd etdiyi ərazi onlara tikintiyə icazə verilən sahə olmadığı üçün, tikinti aparmadığından, aralarında qeyd olunan torpaq sahəsinə dair maraqlar toqquşmur. Belə ki, tərəflər arasında müqavilə bağlanmadığından və hazırda bağlanma ehtimalı olmadığından aralarında heç bir hüquqi mübahisə yaranmır. Cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakı almadığından, onun əvəzində verilən kompensasiyanın həcminin də müzakirəsinə ehtiyac qalmamışdır. İddia tələbinin əsasını mülkiyyət hüququnun müdafiəsi təşkil edir, lakin hazırki şəraitdə iddiaçının əmlakının alınması məsələsi gündəmdə olmadığından, onun əvəzinə verilən kompensasiyanın məbləği də gələcəkdə ehtiyac olarsa, müzakirə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin ; 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı“torpaq sahəsinin dəyəri ödənilməklə əldə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-224/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-224/2022
19.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver