Məhkəmə qərarları › İş №e-2(005)-2249/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2249/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2249/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 18 mart 2019-cu il tarixli 23/06 № İİ hərracın yekunları barədə protokolun, ünvan 1ən fərdi yaşayış evinə dair verilmiş 18 mart 2019-cu il tarixli 23/07 № il hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bildirir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi məhrum anasına məxsus və halhazırda yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini və ünvan 1ən fərdi yaşayış evini banka girov qoymuşdu. Götürdüyü krediti bir müddət ödədikdən sonra inflyasiya səbəbindən ödəmələrdə müəyyən müddət ərzində gecikmələr yaransa da, sonradan borcunu hissə-hissə ödəyəcəyi barədə bankla razılığa gəlmişdi. Bundan sonra bir müddət yenə borcunu hissə-hissə ödəməyə başlamışdı. Lakin iddiaçıya bu günlərdə məlum olmuşdur ki, girov qoyulmuş hər iki ev hərrac vasitəsilə bankın adına keçibmiş. Hazırda ipoteka predmeti olan hər iki fərdi yaşayış evi Cavabdeh2 Bank Olmayan Kredit təşkilatının adınadır. Bir daha qeyd etmək istəyir ki, bütün bunlardan iddiaçı yalnız bu günlərdə xəbər tutub. Hesab edir ki, sözügedən fərdi, yaşayış evlərinə dair hərraclar qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə keçirilmişdir. Bu səbəbdən də hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Yuxanda qeyd etdiyi kimi, ünvan 2 və Gəncə şəhəri, A.Babayev küçəsi, 31 saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinə dair hərracların keçirilməsi barədə iddiaçı hansı bir formada məlumatlandırılmamış və bundan xəbər tutmayıb. Ona görə də hesab edir ki, ünvan 3 və Gəncə şəhəri, A.Babayev küçəsi, 31 saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinə dair verilmiş hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməyi qanunun müddəalarına tam müvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərin səlahiyyətli nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2019cu il tarixli, 23/06 nömrəli Hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsi, Gəncə şəhəri üzrə İcra İdarəsinin 10110/15 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinin müvafiq məktubunun icrasına əsasən keçirilmiş hərrac üzrə X1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 119000 manat satış qiyməti ilə Para” Bank Olmayan Kredit X4 Cəmiyyətinə satılmışdır. İş materiallarında olan Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 23/07 nömrəli Hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsi, Gəncə şəhəri üzrə İcra İdarəsinin 10110/15 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinin müvafiq məktubunun icrasına əsasən keçirilmiş hərrac üzrə X1 məxsus ünvan 1ən fərdi yaşayış evi 48450 manat satış qiyməti ilə Para” Bank Olmayan Kredit X4 Cəmiyyətinə satılmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsinin surətinə əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-127/2011 nömrəli 16 mart tarixli qətnaməsi qismən-iddianın caavbdehlərin mənzildən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, İpoteka qoyulmuş mənzildə yaşayanların həmin mənzildən çıxarılması hissəsində iddia qismən təmin edilməsi, Gəncə şəhəri G.Zeynalov küçəsi 34 nömrəli və Gəncə şəhəri A.Babayev kuçəsı 31 nömrəli mənzillər satıldıqdan sonra bir ay müddətində X3 və İddiaçı həmin mənzildən çıxarılması, ipotekaya qoyulmuş Gəncə şəhəri G.Zeynalov küçəsi 34 nömrəli və Gəncə şəhəri A.Babayev küçəsi 31 nömrəli mənzillər, 20 CK-341 nömrə nişanlı, "Ford Transit 80S” markalı və 20- CC-931 nömrə mşaıtlı "Qaz 31105-120” markalı avtomobillərin açıq hərracdan satılması, qətnamənin cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 18/08 №-li kredit müqaviləsinə edilmiş, 17 noyabr 2009-cu il tarixil 01 №li əlavə və dəyişikliklərə əsasən, 35.408,20 manat əsas kredit borcu, 218.93 manat faiz borcu, 5.000 manat dəbbə pulu olmaqla, cəmi 58627,19 manat 75a/09 nömrəli kredit müqaviləsi üzrə 5127,52 ABŞ dolları əsas borc, 3293,46 ABŞ dolları faiz borcu ,cəmi 8421,08 ABŞ dolları, 2009-cu il tarixli 73a/09 nömrəli kredit müqaviləsi üzrə 6149,97 ABŞ dolları əsas kredit borcu, 3.293,46 ABŞ dolları faiz borcu, cəmi 10085,97 ABŞ dolları milli manat ekvivalentində pul, 2009-cu il tarixli 73a/09 kredit müqaviləsi üzrə 6.149,97 ABŞ dolları əsas kredit borcu, 3.936 ABŞ dolları laız borcu, cəmi 11.085,97 ABŞ dolları milli manat ekvivalentində pul, 2009-cu il 16 fevral tarixli kredit müqaviləsi üzrə 4.979,66 ABŞ dolları əsas, 3000 ABŞ dolları faiz borcu, Cəmi 8313.03 ABŞ dolları milli manat ekvivalentində pul, ümumilikdə 87979,53 ABŞ dolları, hüquqi yardıma görə 500 manat və 30 dövlət rüsumunun cavabdeh İddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X2 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, General Zeynalov küçəsi 34 saylı və Gəncə şəhəri, Kəpəz rayonu, A.Babayev küçəsi 31 saylı fərdi yaşayış evlərinə yönəldilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, General Zeynalov küçəsi 34 saylı evin ilkin satış qiymətinin 140.000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Adil Babayev küçəsi 31 saylı evin ilkin satış qiymətinin 57,000 manat məbləğində müəyyən edilməsi, tutma ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus **-CK-*** dövlət nömrə nişanlı, 1996-cı buraxılış ili olan, albalı rəngli «FORD TRAN.SİT SOS» markalı və **-CC-*** dövləf nömrə nişanlı 2005-ci buraxılış ili olan, QAZ-31 105-120 markalı avtomobilllərə yönəldilməsi. ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetbrirun satışından əldə edilən vəsaitlərin qalan hissəsinin ipoteka qoyanlara qaytarılması hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsinə əsasən, ipotekaya qoyulmuş Gəncə şəhəri G.Zeynalov küçəsi 34 nömrəli və Gəncə şəhəri A.Babayev küçəsi 31 nömrəli mənzillərin açıq hərracdan satılması,Gəncə şəhəri G.Zeynalov küçəsi 34 nömrəli və Gəncə şəhəri A.Babayev kuçəsı 31 nömrəli mənzillər satıldıqdan sonra bir ay müddətində X3 və İddiaçı həmin mənzildən çıxarılması və s. qət edilmişdir. Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 23/06 nömrəli Hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsi, Gəncə şəhəri üzrə İcra İdarəsinin 10110/15 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinin müvafiq məktubunun icrasına əsasən keçirilmiş hərrac üzrə X1 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 119000 manat satış qiyməti ilə Para” Bank Olmayan Kredit X4 Cəmiyyətinə satılmışdır. Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 23/07 nömrəli Hərracın yekunları barədə protokolunun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsi, Gəncə şəhəri üzrə İcra İdarəsinin 10110/15 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinin müvafiq məktubunun icrasına əsasən keçirilmiş hərrac üzrə X1 məxsus ünvan 1ən fərdi yaşayış evi 48450 manat satış qiyməti ilə Para” Bank Olmayan Kredit X4 Cəmiyyətinə satılmışdır. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı ünvan 2 və Gəncə şəhəri, A.Babayev küçəsi, 31 saylı ünvanlarda yerləşən fərdi yaşayış evlərinə dair hərracların keçirilməsi barədə hansı bir formada məlumatlandırılmadığından hərraclarda xəbər tutmayıb. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə əldə etmək istədiyi nəticə hərracın etibarsızlığına nail olmaqdır. Ona görə də hazirki mübahisəyə Mülki Məcəllənin əqdin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən normaları tətbiq edilməklə qiymət verilməlidir. O, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə ki, iddiaçı mübahisələndirdiyi hərracın yekunlarına dair ehtimal olunan hüquqlarının pozulmasından xəbərdar olmamasını bildirsə də, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsindən məlumatlı olmuş, həmin icra vərəqəsinin icrası ilə bağlı keçirilmiş hərraclardan özünün də qeyd etdiyi kimi “bu günlərdə” məlumatlı olması barədə iddia tələbinin dəlili inandırıcı olmamışdır. Belə ki, həmin istinad etdiyi vaxtın konkret hansı hadisədən sonra necə bəlli olduğunu qeyd etməyərək, ümumi şəkildə ifadə etməklə kifayətlənmişdir. Məhkəmə bu səbəbdən iddiaçının iddia ərizəsindəki istinad etdiyi (hərracın keçirilməsinə dair yalnız bu günlərdə xəbərdar olmasına dair) iddia tələbinin dəlillərini qeyri-mötəbər, formal mülahizələr kimi qiymətləndirir. Çünki mübahisəli mənzillərin hərrac vasitəsilə satılması birbaşa olaraq icra icra vərəqəsində müəyyən edilmiş, bu səbəbdən də keçirilmiş müvafiq icra tədbirləri, onların nəticələri və s. barədə sonradan məlumatlı olması barədə dəlillər inandırıcı deyil. Bu baxımdan məhkəmə iddia tələbinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Beləliklə iş materialları ilə sübut olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin 10110/15 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna icrasına əsasən hərrac təşkil olunmuşdur. İddiaçı ona qarşı belə bir icra vərəqəsinin mövcudluğu barədə məlumatlı olmuş və əmlakı ilə bağlı icra məmuru tərəfindən görülmüş icra tədbirlərindən xəbərsiz olması inandırıcı deyil. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracı mübahisələndirmişdir. Mübahisəli hərracların nəticələri barədə protokolun 2019-cu ildə bağlandığını nəzərə aldıqda görünür ki, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddət ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar