Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2279/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən o “direktor” vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələrinin icrasını təmin etmiş, əmək funksiyalarının pozulması hallarına yol verməmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis idarəsinə Cavabdeh MMC tərəfindən verilən şikayətlə əlaqədar sözügedən Polis idarəsində 21 fevral 2023-cü il tarixində dindirilərkən ona məlum olmuşdur ki, onun xəbəri və razılığı, o cümlədən heç bir ərizəsi olmadan onunla bağlanmış əmək müqaviləsinə 24 noyabr 2022-ci il tarixdəb xitam verilmişdir. Məhkəmədən əmək müqaviəsinə xitam verilməsinə əsas olan əmrin ləğv edilməsini, cavabdeh MMC-də direktor vəzifəsinə bərpa olunmasını və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə uğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı tərəfindən bir aylıq iddia müddəti ötürüldüyünü, əmr xx.xx.2022-ci il tarixdə olsa da, tərəf bununla əlaqədar mediasiyaya xx.xx.2023-cü il tarixdə və müvafiq olaraq da məhkəməyə yalnız üç aydan çox müddət keçəndən sonra müraciət etmişdir. Eyni zamanda Qaradağ rayon məhkəməsində araşdırması aparılan cinayət işi üzrə xx.xx.2023 və xx.xx.2023-cü il tarixli İddiaçı vermiş olduğu izahatlarından da göründüyü kimi o, həmin vaxtı işdən çıxarıldığını bilmişdir. Buna baxmayaraq, istər mediasiya təklifində, istərsə də iddia ərizəsində işdən çıxarıldığının, yəni hüququnun pozulduğu anı bildiyini xx.xx.2023-cü il kimi qeyd etmişdir. Buna görə də qaldırılmış iddia ilə bağlı iddia müddəti tətbiq edilməklə tələbin rədd olunmasını xahiş etmişdir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC bölməsində direktor vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsini “a” tərəflərdən birinin təşəbbüsü bəndinə əsaəsn xx.xx.2022-ci il tarixində xitam verilmişdir. -Cavabdeh MMC-yə ünvanlanmış 28 fevral 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC-yə müraciət edərək, sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. -X6 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış 02 mart 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı X6 Xidmətinin Bakı Şəhər İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin, eləcə də əmək kitabçasının əslinin təqdim edilməsində ona köməklik göstərməyinizi, həmçinin Cavabdeh MMC-nin vəzifəli şəxsinin AR İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. - e.sosial.az internet səhifəsində olan şəxsi kabinetdən çıxarışdan görünür ki, İddiaçı ilə xx.xx.2018-ci il tarixində müqavilə bağlanmış, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli “Mediasiya Tətbiqi barədə Təklif”dən görünür ki, Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli təklif göndərilmişdir. - “X3 iştirak edilməməsi barədə Arayış” dan görünür ki, Cavabdeh MMC xx.xx.2023cü il tarixdə keçiirlmiş mediasiya sessiyasında iştirak etməmişdir. - xx.xx.2023-cü il ittiham aktından görünür ki, İddiaçı 2022-ci ilin oktyabr ayında direktor vəzifəsində işlədiyi Cavabdeh MMC-nin təsisçisi X4 ilə aralarında yaranmış narazılıqlarla əlaqədar N.Məmmədovun onu vəzifədən azad edəcəyi barədə xəbərdarlıq edib şirkətə məxsus möhürü aldıqdan sonra şirkət üzərində haqları olduğunu iddia edib özünün təsisçi olduğu dövrdə alınan etibarnamə əsasında arvadı X5 tərəfindən idarə olunan, lakin faktiki olaraq həmin MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-yə təhvil verməyərək 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinə MMC-nin möhürünün möhürünün ərizə ilə müraciət edib həmin İdarədən möhürün tapılması barədə məlumat itirilməsi haqqında təqdim edilmiş məktub əsasında Bakı şəhərində fəaliyyət göstərən X1 vasitəsilə CavabdehMMC-yə məxsus imzalatdırıb, xx.xx.2022-ci il tarixdə əmək münasibətlərinə xitam verilərək həmin işirkətin adından təmsilçilik hüququ olmadığı halda xx.xx.2022-ci il tarixində Azərbaycan AR DİN BDYPİ-nin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən İmtahan İdarəsinə Cavabdeh MMC-yə məxsus "xxxx" markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya 51.000 manat müqabilində satılması barədə təmsilçisi qismində müraciət edib həmin sənədi və bunun əsasında Qeydiyyat İmtahan İdarəsində tərtib olunmuş alqı-satqı müqaviləsini həmin möhürlə və imzası ilə təsdiq edib rəsmi saxtalaşdıraraq və saxta sənədlərdən istifadə edərək özünün təsisçi olduğu «Enerji MMC-nin mülkiyyətinə keçirməklə qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkət edib zərər çəkmiş şəxs Cavabdeh MMC-yə 82000 manat mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. - AR DİN Qaradağ RPİ-nin Təhqiqat şöbəsində 06 və 09 yanvar 2023-cü il tarixdə İddiaçı izahatlarından görünür ki, o şirkətin direktoru vəzifəsindən hansı səbəbdən azal olunmağı barədə xəbərinin olmamasını bildirib. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68.2-ci maddəsinin a bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən, maddəsinin Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 70 –ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqqhesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdən Cavabdeh MMC-də direktor vəzifəsində işə başlamış və xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə işdən azad olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə müraciət edilmişdir. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmrinin ləğv edilməsini, onun əvvəlki vəzifəsi üzrə işə bərpa edilməyini, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb edir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqim edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürdüyünü və bu əsasla iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işçinin işdən çıxarılması əsaslarının qanuna uyğunluğu yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Məhkəmə ilk növbədə iddia tələbinə mahiyyəti üzrə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, mübahisələndirilən 24 noyabr 2022-ci il tarixli, 04/22 nömrəli əmrdə əmək müqaviləsinə 68-ci maddəsini 2-ci hissəsinin a bəndinə əsasən xitam verilməsi göstərilsə də, əmək müqaviləsinə işçinin, yoxsa işəgötürənin təşəbbüsü əsasında xitam verilməsi konkretləşdirilməmişdir. Halbuki AR ƏM-də hər iki halı tənzimləyən normalar, Məcəllənin müvafiq olaraq 69 və 70-ci maddələri ilə nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh MMC-yə işdən çıxma barədə hər hansı müraciət etmədiyi bildirir. Cavabdehin nümayəndəsi də, məhkəmə hazırlıq iclasında belə bir ərizənin mövcud olmadığını qeyd etmişdir. Digər tərəfdən, məhkəmə tərəfindən cavabdehə dəfələrlə əmək münasibətləri ilə bağlı sənədlərin (əmək müqaviləsi, əmək kitabçası, son haqq-hesabın ödənilməsini təsdiq edən sənədlər və s.) təqdim edilməsi təklif olunsa da, sənədlər təqdim edilməmişdir. Digər tərəfdən əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi üçün konkret əsaslar yenə də AR ƏM-də göstərilmişdir. Həmin əsasların mövcudluğu barədə də cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh əmək müqaviləsi xitam verməyə haqlı olmamış, əmr AR əmək qanunvericiliyinə uyğun şəkildə tərtib edilməmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübut etməyə borcludur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olubolmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübutedilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğuna və ya olmadığına (baş veribvermədiyinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Bununla yanaşı, qanunverici sübutun sübutetmə yükü üzərinə düşən tərəfdə deyil, qarşı tərəfdə olduğu aşkar hallarla bağlı istisna qayda müəyyən edir. MPM-in 106-ci maddəsində ifadə edilmiş həmin qaydaya əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, işəgötürən iqtisadi cəhətdən əmək münasibətinin daha güclü tərəfidir, əmək münasibətlərinin rəsmiləşdirilməsi, xitam verilməsi prosesində yaranan sənədlər məhz işəgötürən tərəfindən mühafizə edilərək saxlanılmalıdır. Lakin hazırki mülki iş üzrə cavabdeh tərəfindən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdeh “Elektro İnşaat“ MMC iddia tələbinə etirazın yeganə əsası kimi iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü bildirir. Belə ki, cavabdeh bildirir ki, İddiaçı 06 yanvar 2023-cü və 09 yanvar 2023-cü il tarixlərdə Qaradağ Rayon Polis İdarəsinə izahat verən zaman polis əməkdaşları ona əmək müqaviləsinə xitam verilməsini bildirmiş, lakin iddiaçı hüquqlarının pozulduğu ancaq 21 fevral tarixdə ona məlum olduğunu bildirmişdir. Məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, məhkəmə prosesləri zamanı cavabdeh tərəfindən hər hansı sənəd təqdim edilməmişdir: əmək müqaviləsi, əmək müqaviləsinə xitam verilməsi barədə əmr və s. Ancaq baxış iclasında iddiaçının nümayəndəsi və vəkili əmək meqaviləsinə xitam verilməsi barədə əmri təqdim etmişdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının pozulduğunu bilmə anının ona polis idarəsinin baş təhqiqatçısının bu barədə məlumat verdiyi anın götürülməsi ağlabatan deyil. Belə ki, mülki işin materiallarından da görünür ki, iddiaçı sənədləri ədə etmək üçün işəgötürənə və AR X6 Xidmətinə, 06 mart 2023-cü il tarixdə isə mediasiya təklifləri tərəfə göndərilmişdir. AR ƏM-nin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizənin təmin edilməsi iddiaçının hüquqlarının əsassız pozulmasına gətirib çıxarmaqla, ədalət meyarının pozulması ilə nəticələnəcəyindən başqa, həm də qanunvericiliyin tələblərinə də uyğun deyil. Bundan başqa, həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı da dövlət rüsumu ödəməkdən azaddır və iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 04/22 nömrəli əmr ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də direktor vəzifəsinə bərpa edilsin və ona xx.xx.2022-ci il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Mülki iş üzrə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2279/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2279/2023
04.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver