Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-230/2025 24.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “çatışmayan sahəyə görə pul ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzilin yaşayış sahəsinin ölçüləri düzgün olmayaraq az olduğundan yaranmış fərqin, 14,74 kv.metrə görə hər kv.m üçün 1070 manat hesablanmaqla ümumilikdə 15.771,8 manat məbləğində pul vəsaitinin, ödənilmiş 138 manat dövlət rüsumunun cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi arasında 29 aprel 2017-ci il tarixli, № 16 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, yaşayış sahəsi 35,35 kv.metr, ümumi sahəsi 89,23 kv.metr 2 otaqlı 98 saylı mənzili tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzili qəbul edib, mənzilin dəyərini ödəməyi öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. 29 aprel 2017-ci il tarixli, № 16 saylı müqavilə üzrə 98 saylı mənzilin dəyəri 95476 manat məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən mənzilin 1 kv.m qiyməti 1070 manat təşkil edir. İddiaçı tərəfindən mütəmadi olaraq 98 №-li mənzil üçün aylıq ödəniş həyata keçirilmişdir. 98 saylı mənzil üzrə 95.476 manatın 26%-ni, yəni 24.824 manat məbləğində pulu ilkin ödəniş kimi ödəmişdir. 29 aprel 2017-ci il tarixdən sonra 29 oktyabr 2019-cu il tarixinə kimi qalan 70.652 manat pulu ödəmişdir. Mütəxəssisin iştirakı ilə mənzil ölçülmüş və ona təhvil verilmiş mənzil iki otaqlı, yaşayış sahəsi 35,35 kv.metr, ümumi sahəsi 74,49 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcı olaraq ona 89,23 kv.metr olan mənzil əvəzinə ümumi faktiki sahəsi 74,49 kv.metr mənzil verilmişdir. Bununla cavabdehlə iddiaçının arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən müqavilə şərtləri pozulmuş, nəticədə İddiaçı xeyli miqdarda ziyan vurulmuşdur. İddiaçı tərəfindən 98 №-li mənzilə görə 14,74 kv.metr üçün artıq ödənilmiş 15771,8 manat məbləğində pul vəsaitinin ona 03 avqust 2022-ci il tarixinə qədər geri qaytarılmasını xahiş etmişdir. Bununla bağlı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə pretenziya məktubu ilə müraciət etmişdir. Cavabdeh MTK-nın nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən qeyd edilən iddia ərizəsi ilə məhkəməyə mürciət edərkən iddia müddəti barədə qanunvericiliyin tələblərinə riayət edilməmiş və iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Buna görə də iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. S. Qasımova tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, “Yazıb Sizə bildirirəm ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində inşa edilən 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 2 otaqlı 98 saylı mənzilin dəyərini tam olaraq ödəmişəm. Həmin mənzilə mən 2018-ci ilin sonlarında təmirə buraxılaraq mənzili təhvil almışam. Sadəcə başım ailədə olan çətinliklərə qarışdığına görə bu məsələ ilə məşğul ola bilməmişəm. Kommunal xidmətlərə görə xx.xx.2023-cü il tarixə MTK-ya 920 manat məbləğində borcum qalmaqdadır. Qeyd edilənləri nəzərə alaraq mənzilin sahəsinin dəqiqləşdirilməsinə və müvafiq tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirəm”. Göründüyü kimi, iddiaç İddiaçı tərəfindən üç illik iddia müddəti (xx.xx.2018 - xx.xx.2022) ötürülmüşdür. İddiaçı ilə cavabdeh “Sərv 14" Mənzil-Tikinti Kooperativi arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 16 saylı xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MTK ünvan 2 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşəcək 2 otaqlı 98 saylı mənzilini tikib İddiaçı təhvil verməsini, sonuncu isə öz növbəsində tikilən mənzili qəbul edib dəyərini müqavilədə göstərilən şərtlərə uyğun ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçının özünün və nümayəndəsinin bildirdiklərinə görə 4 il bundan əvvəl mənzili təhvil almışlar. Bu müddət ərzində iddiaçı mənzili ölçmək və ya ölçdürmək iqtidarında olmuşdur və əldə etdiyi mənzilin dəqiq sahəsi ilə maraqlanmalı idi. Mənzil tam olaraq təmir edilmişdir. Təmir zamanı isə aydın məsələdir ki, ödənişlər hər kv.metrə uyğun aparılır. Belə olan halda iddiaçı podrat müqaviləsi üzrə qəbul etdiyi əmlakın ölçülərini aydınlaşdırmalı və bu zaman da hüquqlarının pozulub - pozulmadığını bilməli idi. Nəticə etibarı ilə iddia tələbi əsassız olması səbəbindən və iddia müddəti ötürüldüyündən iddia ərizəsi rədd edilməlidir. Cavabdeh MTK-nın nümayəndəsi etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, hazırkı işdə mübahisəli hala dair sübut kimi İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışa istinad edərək onunla müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Bundan əvvəl birinci instansiya məhkəməsi bu xüsusatı yoxlamaq məqsədi ilə tikinti - texniki ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə görə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesab anması qaydaları”na əsasən İddiaçı məxsus mənzilin ümumi sahəsi 73,8 kv.metr, mənzilin müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsi 78,5 kv.metr təşkil edir. Rəyin təsviri hissəsinə görə ekspert mənzillin faktiki sahəsinin hesablamasını Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparmışdır. Ekspertiza rəyində mənzillin faktiki sahəsinin müqaviləyə və nəticə etibarı ilə çıxarışa uyğun (cüzi kənarlaşma ilə) göstərilmişdir. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Ekspert rəyindən də göründüyü kimi Cavabdeh MTK müqavilədə göstərilən faktiki sahəni real olaraq İddiaçı təhvil vermişdir. Digər tərəfdən məmulatın qüsurlu olduğu müəyyən edilsə belə sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub - olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, MTK tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə göstərilmişdir ki, “Yazıb Sizə bildirirəm ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində inşa edilən 18 mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 2 otaqlı 98 saylı mənzilin dəyərini tam olaraq ödəmişəm. Həmin mənzilə mən 2018-ci ilin sonlarında təmirə buraxılaraq mənzili təhvil almışam. Sadəcə başım ailədə olan çətinliklərə qarışdığına görə bu məsələ ilə məşğul ola bilməmişəm. Kommunal xidmətlərə görə xx.xx.2023-cü il tarixə MTK-ya 920 manat məbləğində borcum qalmaqdadır.” Qeyd edilənləri nəzərə alaraq mənzilin sahəsinin dəqiqləşdirilməsinə və müvafiq tədbirlərin görülməsinə göstəriş verməyinizi xahiş edirəm”. Beləliklə o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, müqavilədə oxdan-oxu sözünün yazılması İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin normalarına ziddir. Oxdan-oxa anlayışının tikintidə mövcud olubolmaması bəlli deyil. Mənzilin ölçüsünün hesablanması qaydası qanunvericiliklə müəyyən edilib. Şəhərsalma Məcəlləsinin normaları vardır. Həmin qaydalara riayət edilməlidir. Bundan əlavə iş materiallarında çıxarış mövcuddur. Ekspert də layihə sənədlərini nəzərə almadan rəy vermişdir. İddia tələbləri əsaslıdır və təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X2 bildirmişdir ki, o, mənzilə baxış keçirmişdir. 6 tikilinin hər birini ayrılıqda ölçmüşdür və sonda toplayıb faktiki sahəni əldə etmişdir. Eskiz layihə əsasında hesablama aparmamışdır. Çünki layihə təqdim edilməmişdir. Otaqların hər birini içdən-içə ölçmüşdür. Ayrı-ayrı hesablamışdır və ümumi sahə 78,5 kv metr edib. Çöl fasad divarı 5,4 metrdir. Sualda oxdan-oxa yazıldığı üçün çöl fasad divarının yarısı götürülüb. Oxdan-oxa hesablananda sütunların orta hissələri götürülür. Şəhərsalma Məcəlləsinə uyğun olaraq isə ümumi sahə 78,5 kv metrdir. Ekspert rəyləri arasında fərqlər olması düzgün ölçü aparılmaması anlamına gəlmir. Sadəcə divarlar əyri olan zaman ölçüdə fərqlər yaranır. Layihəyə əsasən müəyyən etmək olar ki, balkondur, ya eyvandır. O, həmin sahəni eyvan kimi qeyd edib. Buna səbəb isə baxış zamanı həmin sahənin fasad divarından çöldə yerləşmədiyini müşahidə etməsi olub. Balkon da, eyvan da isidilməyən sahələrdir. Əgər döşəmə hissəsi mənzilin otaqlarının döşəməsindən fərqlənirsə bu balkondur. Ölçüsü 6,19 metdir. Əvvəlki ekspert tərəfidən 0,3 isə azalma əmsalı tətbiq edilmişdir. O sahə 3 dəfə azalaraq 2,1 metr olub. Nəticədə əvvəlki ekspert rəyi ilə onun rəyi arasında arasında 4,7 kv metr fərq yaranır. Mənzil 78,5 kv metr, digər ekspert 73,8 kv metr hesablayıb. 4,7 kv metr balkona görə olan fərqdir. Nəticə etibarı ilə faktiki sahə eynidir. Onlardan ümumi sahə soruşulduqda onlar Şəhərsalma Məcəlləsinin və NK-nın “Yaşayış və qeyri yaşayış sahələrinin hesablanması qaydaları”na əsasən hesablama aparırlar. Digər hallarda, yəni oxdan-oxa hesablama tələb edildikdə ona uyğun hesablama aparırlar. İnşaat norma və qaydalarında oxlar haqqında məlumatlar var. Hər mənzilin kənarları boyu sütunlar olur. Ox həmin sütunların ortasıdır. Bnanın yuxarı mərtəbələrinə doğru isə oxların ölçüsü azalır. Buna səbəb sütunların ölçüsünün azalmasıdır. Hər bir halda iki ekspert rəyləri arasında cüzi fərqlər olması normaldır. Həmçinin digər ekspert rəyində oxdan-oxa olan sahə hesablanmamışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” "xxxx" MTK ünvan 3 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində 2 otaqlı 98 saylı mənzili tikib “Sifarişçi”yə təhvil verilməsini və “Sifarişçi” onun sifarişi ilə tikilən mənzili qəbul edib aldığı mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür; - "xxxx" MTK üzvlərinin ümumi iclasının 1№-li protokolundan xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın X4 küçəsi, 361A (F.Məlikov 18A) 1 girişli kooperativ yaşayış binasının 14-cü mərtəbəsində, yaşayış sahəsi 35,35 m2, ümumi sahəsi 89,23 m2 olan, iki otaqlı 98 saylı mənzilin verilməsi və çıxarışa 1 nəfər ailə tərkibində özünün əlavə edilməsi qərara alınmışdır; - "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 1 girişli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 89,23 m2, yaşayış sahəsi 35,53 m2 olan 2 otaqlı 98 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, ev 361A, 82,8 kv.m sahəli mənzil 98 (Yeni qaydalarla: Az1116, Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsi, 361A, M14, m2) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixində İddiaçı adına qeydə alınmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6449 saylı rəyindən görünür ki, ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin oxdan-oxa, yəni mənzilin kənar və arakəsmə divarlarının, şaxtaların və sütunların altında qalan sahə yerləşdiyi sahənin və fasad divarının yerləşdiyi sahənin yarısı daxil olmaqla ümumi sahəsinin 89,2 m2 olduğu müəyyən edilmişdir. ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin faktiki sahəsinin ((müvafiq azalma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarların altı nəzərə alınmadan (iddiaçının layihədənkənar qaydada apardığı tikinti altı sahə istisna olmaqla)) 78,5 m2 təşkil etdiyi müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər xx.xx.2017-ci tarixdə ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin tikintisi haqqında müqavilə bağlamışlar, iddiaçı tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş və mənzil onun adına rəsmi dövlət qeydiyyatına alınmışdır. Müqaviləyə əsasən mənzilin sahəsi 89,23 kv.m. müəyyən edilmiş, çıxarışda isə mənzilin sahəsi 82,8 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə təhvil verilməli olan 89,23 kv.metr (həmçinin iddiaçının təqdim etdiyi mütəxəssis rəyi ilə sahə 74,49 kv.m hesablanmışdır) əvəzinə 82,8 kv. metr sahəsi olan mənzilin təhvil verildiyinə istinad edərək, çatışmayan sahəyə görə artıq ödənilmiş 15771,8 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh isə iddia müddətinin ötürüldüyünə və mənzilin sahəsinin müqaviləyə uyğun hesablandığına istinad edərək iddiaya etiraz edir. Tərəflər arasındakı mövcud hüquq münasibətləri 6 nömrəli, xx.xx.2017-ci il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqavilənin 1.1 bəndinə uyğun olaraq “İcraçı” "xxxx" MTK ünvan 3 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində 2 otaqlı 98 saylı mənzili tikib “Sifarişçi”yə təhvil verilməsini və “Sifarişçi” onun sifarişi ilə tikilən mənzili qəbul edib aldığı mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci maddəsində mənzilin ümumi yaşayış sahəsinin oxdanoxa 1 k.metrinin qiyməti 1070 manat həcmində olması və ümumi sahəsinin 89,23 kv.m təşkil etməsi qeyd edilmişdir. Bağlanmış müqavilənin şərtləri və tərəflərin müqavilə üzrə üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Belə ki, müqavilənin şərtlərinə əsasən satıcı binanın tikinti işlərini tam başa çatdırdıqdan sonra mənzili alıcıya təhvil verməyi, alıcı isə müqavilədə şərtləşdirilmiş pul məbləğini qarşı tərəfə ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilənlər baxımından işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir. Belə ki, iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 752.1, 762.1 və 766-cı maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarını müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Lakin hazırki iş üzrə tərəflər bağlanmış müqavilədə mənzilin sahəsinin “oxdan-oxa” həcmi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir müqavilənin spesifik xüsusiyətlərindən asılı olaraq həmin müqavilə üçün mühüm hesab edilən şərtlər mövcuddur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilələrdə mənzilin sahəsi ilə bağlı razılaşma həmin müqavilənin mühüm şərtidir. Ona görə özünün yaşayış şəraitini yaxşılaşdırmaq üçün mənzil satın alan şəxsin bağladığı müqavilədə mənzilin sahəsi müqavilənin mühüm şərti hesab edilir. Mübahisələndirilən müqavilədə isə mənzilin sahəsinin və həcminin mövcud qanunvericilikdən fərqli qaydada hesablanması nəzərdə tutulmuşdur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi təqdim etdiyi mütəxəssis rəyinə istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan (14,74 kv.m. az) mənzil verildiyini bildirmişdir. Müqavilə şərtlərinin məcburiliyini nəzərə alaraq, təhvil verilən mənzilin müqavilə şərtlərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 98 saylı mənzilin oxdan-oxa yəni mənzilin kənar və arakəsmə divarlarının, şaxtaların və sütunların altında qalan sahə yerləşdiyi sahənin və fasad divarının yerləşdiyi sahənin yarısı daxil olmaqla ümumi sahəsinin 89,2 m2 olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Beləliklə, ekspert rəyindən də göründüyü kimi iddiaçıya verilən mənzilin oxdan-oxa yəni mənzilin kənar və arakəsmə divarlarının, şaxtaların və sütunların altında qalan sahə yerləşdiyi sahənin və fasad divarının yerləşdiyi sahənin yarısı daxil olmaqla ümumi sahəsinin 89,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Müqavilədə də mənzilin sahəsi qeyd edilən zaman “oxdan-oxa” hesablanması vurğulanmışdır və müqavilə ilə ekspert rəyi arasında çox cüzi, 0,03 m2 fərq mövcuddur. Göründüyü kimi, iddiaçıya təqdim edilmiş mənzilin sahəsi əsasən müqavilə şərtlərinə uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, müvafiq ölçü işlərinin aparılmasında cüzi fərqlərin mövcud olması ağlabatan və qəbulediləndir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. İddia müddətinin anlayışını və başlanma anını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 377.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Mülki Məcəllənin 773 və 776.1-ci maddələrinə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Göründüyü kimi, göstərilən norma podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələbləri üzrə iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı "xxxx" MTK-ya ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, mənzil iddiaçıya 2018-ci ilin sonlarında təmir üçün təhvil verilmişdir. Hazırki iş üzrə iddiaçı mənzili 6 il əvvəl təhvil aldığını bildirmiş, lakin iddia ərizəsi ilə məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə, yəni 5 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, mənzil, sahibinə təhvil verildikdən sonra o, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olubolmadığını vaxtında yoxlamalıdır. Beləliklə, iddia tələbi əsassız olmaqla yanaşı, həmçinin iddia müddəti ötürülmüşdür. Həmçinin o da qeyd edilməlidir ki, iddiaçı 2022-ci ildə də eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə ekspertiza təyin edilmiş (lakin mənzilin oxdan-oxa sahəsi barədə sual qoyulmamışdır), sonradan iddiaçının ərizəsi əsasında iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul iddiaçıdan tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçınun Cavabdeh MTK-ya qarşı “çatışmayan sahəyə görə pul ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EKspertizası Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun Cavabdeh MTK-ya qarşı “çatışmayan sahəyə görə pul ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-230/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-230/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver